F. Köçərli adına Respublika



Yüklə 459,51 Kb.
Pdf görüntüsü
səhifə8/19
tarix18.06.2018
ölçüsü459,51 Kb.
#49458
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

23 

 

muzey  yalnız  Yaxın  və  Orta  Şərqdə,  Avropada  nadir 



mədəniyyət  ocağıdır.  Nizami  Gəncəvinin  800  illik  yubileyi 

münasdibəti  ilə  onun  həyat  və  yaradıcılığının  əks  etdirilməsi 

məqsədi  ilə  yaradılmış  muzey  1940-ci  il  mayın  14-də 

açılmışdır. İllər ötdükcə muzey ən qədim zamanlardan  müasir 

dövrə  qədər  Azərbaycan  ədəbiyyatını  əks  etdirən  mədəniyyət 

ocağına  çevrilmişdir.  Prezident  İlham  Əliyevin  bilavasitə 

diqqət  və  qayğısı  nəticəsində  muzeydə  dünya  səviyyəsində 

təmir və  yenidənqurma işlərinin aparılması, onun fəaliyyətinin 

genişləndirilməsi bu sənət ocağının həyatında yeni mərhələnin 

başlanmasına  səbəb  olmuşdur.  Təsadüfü  deyil  ki,  son  5  il 

ərzində  muzeydə  nəşr  edilmiş  elmi  əsərlər,  müxtəlif 

məcmuələr,  konfrans  materialları  onun  bütün  tarixi  boyu  nəşr 

edilən materallarından  çoxdur.  Ekspozisiyada zalların  sayı  19-

dan  40-a,  eksponatların  sayı  2  mindən  30  minədək  artırılmış, 

rəsm  əsərləri,  heykəltaraşlıq  nümunələri  tamamilə  yenidən 

bərpa edilmiş, zəruri avadanlıq alınmışdır. 



 Kitabxanaçı  ziyarətçiləri  N.Gəncəvi  adına  Azərbaycan 

Ədəbiyyat  Muzeyi  barədə  məlumatlandırdan  sonra  onlara 

N.Gəncəvi  adına  Azərbaycan  Tarix-Diyarşünaslıq  Muzeyi 

haqqında da danışır.

  

Tarix-Diyarşünaslıq  Muzeyi  1975-ci  ildən  Gəncənin  sonuncu 

xanı  Cavad  xanın  nəticəsi    İsmayıl  və  Adil  xan 

Ziyadxanovların  şəxsi evlərinə köçürülüb. O zaman muzey iki 

şöbədən ibarət olub və burada ilk vaxtlar 500-ə yaxın eksponat 

saxlanılıb.  Hazırda  isə  muzeydə  müxtəlif  dövrləri  əks  etdirən  

30  mindən  artıq  eksponat  qorunur.  Bunlardan  ən  qədimi  daş 

dövrünə  aiddir.  Ümumiyyətlə,    daş  dövründən  başlayaraq 

müasir dövrümüzə qədər tarixi, məişət, əl işləri, qədim musiqi 

alətləri  XII  əsrdə  yaşayan  şairlərin  həyat  və  yaradıcılığına  aid 




24 

 

müxtəlif  fotolar  və  eksponatlar  qorunur.  Vətəndaşların 



diqqətini  çəkən  eksponat  isə  Gəncənin  zəlzələdən  qabaqkı 

dövrü əks etdirən maketidir. Onu da deyək ki, muzeyin fondu 

elmi  işçilər  tərəfindən  daim  zənginləşdirilir.  Muzeydə  18 

eksponat zalı var ki, bunun da 10-u müasir, 8-i isə qədim dövrə 

aiddir.  Həmçinin  burada  saxlanılan  eksponatların  50  faizdən 

çoxu    Gəncəbasarın  tarixini,  mədəniyyətini  və  məişətini  əks 

etdirir.  Kitabxanaçının  oxucularla  birgə  növbəti  səyahət  etdiyi 

məkan  Miniatür  Kitab  Muzeyidir.  Səyahət  “Nadir  xəzinə”  adı 

altında  keçirilir.  Oxucular  muzeyin  qeyri-adi  gözəlliyi  və 

möhtəşəmliyi  qarşısında  sevinclərini  gizlətmirlər.  Kitabxanaçı 

muzey haqqında bəzi məqamları qeyd edir. 

 Kitabxanaçı: - Kitablar bəşəriyyətin müdriklik və mənəviyyat 

toplusunu  təcəssüm  etdirir.  Bu  muzeyin  sərgi  qalareyasından 

nəyi  yaxşıdır?  Sərgi  yalnız bir neçə  günlüyə   keçirilir. Buraya 

isə  bir  neçə  saat  keçirmək  və  yenidən  qayıtmaq  istəyi  ilə  gələ 

bilərsən.  Nizami,  Puşkin  və  Petrarka,  Şekspir  və  Juli  Vern, 

Visotski və və Lafonten, Səməd Vurğun və Dante, Lermantov, 

Kiplinq sizi amiranə tərzdə geri çağıracaq... 

 Bu  nadir  kitabları  gözəl  ziyalımız  Zərifə  Salahova  təxminən 

25  ilə  toplayıb.  O,  Miniatür  Kitab  Muzeyinin  təsisçisi  və 

yaradıcısıdır.  Mütəxəssislər  iddia  edirlər  ki,  dünyada  bu 

muzeyin  analoqu  yoxdur.  Qədim  müdriklər  ilk  əlyazma 

kitablarını cənnətin açarları adlandırıblar. Bakı muzeyində belə 

miniatür “açar”ların sayı artıq beş mini keçib.  

 Kitabxanaçının 



oxucularla 

birgə 

növbəti 

səyahəti 

Azərbaycanın  qədim  şəhəri  Şabranadır.  Səyahət  “Əfsanələr 

paytaxtı - Şabran” adı altında keçirilir. Səyahətçilər muzey və 

abidələrlə  tanış  olduqdan  sonra  kitabxanaçı  onlara  bu  haqda 

məlumat verir


25 

 

Kitabxanaçı- Zəngin tarixə malik Şabran Azərbaycanın siyasi 

və 

mədəni 


həyatında 

mühüm 


iz 

qoymuş 


qədim 

şəhərlərimizdəndir.  Tədqiqatçılar  yazılı  tarixi  mənbələrə  və 

şəhərin  müxtəlif  hissələrində  aparılan  arxeloji  qazıntıların 

nəticələrinə  əsaslanaraq  burada  hələ  eramızdan  əvvəl  yaşayış 

məskəni  olduğunu  müəyyən  ediblər.  İndi  bu  torpaqda  yeni 

şəhər,  yeni  Şabran  inkişaf  edir.  Şabran  rayonunda  150-dək  

tarixi  abidə  var.    Qədim  şəhərin  xarabalıqları  arasında 

tariximizin bir çox səhifələrinə işıq salmaq, onları öyrənib üzə 

çıxarmaq,  həm  də  mədəni  irsimizin  bir  sıra  maraqlı 

məqamlarını  öyrənmək  baxımından  rayonda  yaradılan  Tarix-

Diyarşünaslıq  Muzeyi  mühüm  əhəmiyyətə  malikdir.  Bu 

muzeydə  qədim  Şabranın  tarixini  əks  etdirən  və  turistlər  üçün 

də  maraq  kəsb  edəcək  çoxlu  sayda  eksponat  var.  Ümumilikdə  

Şabran  rayonundakı  abidələrdən  ən  möhtəşəmləri  isə  qədim 

“Şabran”  və  “Çıraqqala”  abidələridir.  Muzeydə  bu  abidələr 

haqqında    da  geniş  məlumatlar  əks  olunub.

 

Şabran  şəhəri 



Azərbaycanın  “Əfsanələr  paytaxtı”  elan  olunub.  Muzeydə 

rayonun tanınmış ziyalıları  və 1941-1945-ci illər Böyük Vətən 

müharibəsində  Şabrandan  olan  qəhrəmanların  haqqında 

məlumatlar  da  yerləşdirilib.  Rayon  şəhidləri  üçün  isə  ayrıca 

guşə  yaradılıb.  Muzeydə  Şabranın  tarixini,  mədəniyyətini  əks 

etdirən 3572 eksponat nümayiş etdirilir. Eksponatların bir çoxu 

şəhərdə  aparılmış  arxeloji  qazıntılar  zamanı  tapılıb.  Muzeydə 

rayonda toxunan xalçalardan da nümunələr var.  Şabranın ilkin 

orta əsrlərə aid maketi və ticarət əlaqələrini əks etdirən sxem də 

xüsusi  maraq  doğurur.  Bundan  əlavə,    IX-X    və  XVI-XVII 

əsrlərə aid saxsı qablar, mis pullar, məzar daşları  vardır.  



Yüklə 459,51 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə