F. Köçərli adına Respublika



Yüklə 459,51 Kb.
Pdf görüntüsü
səhifə9/19
tarix18.06.2018
ölçüsü459,51 Kb.
#49458
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

26 

 

         



Muzeyləri  gənc  nəslə    tanıtmaq,  sevdirmək,  milli 

dəyərlərimizi,  tariximizi  onlara  daha  əyani  şəkildə  göstərmək 

üçün kitabxanada  bir sıra tədbirlər həyata keçirilməkdədir. Bu 

tədbirlərdən biri də oxucularla söhbət adlanır. Tədbir “Əməli, 



qələmi  ilə  tariximizə  iz  qoyan  şəxsiyyətlər”  başlığı  altında 

ədiblərin  ev  muzeylərindən  bəhs  edir.  Bunun  üçün  ilk  olaraq 

kitabxanada  ədiblərin  ev  muzeyindən  bəhs  edən  sərgi  təşkil 

olunur.  Sərgidə  respublikamızda,  o  cümlədən  paytaxtımızda 

olan  muzeylərimizdən  ibarət  kitab,  dövri  mətbuatdan  yazı 

nümunələri  və  görkəmli  şəxsiyyətlərin  muzeylər  haqqında 

söylədikləri kəlamlar yer alır. Tədbir tələbələr  və yuxarı sinif 

şagirdləri  arasınd  sərgi  ətrafında  söhbət    şəklində  keçirilir. 

Kitabxanaçı  gələn  qonaqları  və  iştirakçıları  salamladıqdan 

sonra  muzeylər  və  onların  xidmətləri,  yaranma  tarixi  və  s. 

barədə  məlumat verir.  

Kitabxanaçı:  -  Abidələr  və  tarixi  şəxsiyyətlər  təkcə  tarixin 

yaddaşı və yadigarları deyil, eyni zamanda, maddi-mədəniyyət 

nümunələridir.  Ona  görə  də  onların  qorunması  və  gələcək 

nəsillərə  çatdırılması  olduqca  vacib  məsələlərdən  biridir.  18 

May-  Beynəlxalq  Muzeylər  Günü  Azərbaycanda  da  geniş 

tədbirlərlə  qeyd  olunur.  Respublikamızda  muzey  işi  maraqlı 

inkişaf  yolu  keçib.  İlk  dövlət  muzeyi  1919-cu  ildə  Bakıda 

(İstiqlal  muzeyi),  ilk  memorial  muzey  isə  1940-cı  ildə  Şəkidə 

(M.F.Axundovun  ev-muzeyi)  fəaliyyətə  başlayıb.  Hazırda 

Azərbaycanda  250-dən  çox    muzey  fəaliyyət  göstərir.  Onların 

205-i Mədəniyyət və Turizm Nazirliyinə aiddir. Bunların 13-ü 

incəsənət, 7-si ədəbiyyat, 13-ü tarix, 68-i tarix-diyarşünaslıq, 6-

sı  döyüş  şöhrəti  və  44-ü  ev-muzeyləridir.  Böyük  öndər 

H.Əliyevin həyat və fəaliyyətini işıqlandıran  və təbliğ edən 54 

muzey  fəaliyyət  göstərir.  Eyni  zamanda,  Milli  Elmlər 



27 

 

Akademiyası  sistemində,  nazirlik  və  təşkilatların  nəzdində 



müxtəlif profilli və şəxsi muzeylər də var. Azərbaycanda qoruq 

muzeylər  də  fəaliyyət  göstərir.  Belə  muzeylərə  açıq  havada 

olan  xüsusi  memarlıq  üslubuna  malik  qeyri-adi  tikililər, 

abidələr,  bulaqlar,  məqbərələr,  məbədlər  daxildir.  Bu 

muzeylərin  sırasında  Şəki  Xan  Sarayı,  “Qobustan”  Dövlət 

Tarixi-Bədii  Qoruğu,  Şirvanşahlar  Kompleksi,  Möminəxatun 

türbəsi  və  başqa  abidələri  misal  çəkmək  olar.  Hazırda  Bakıda 

13 ev, xatirə muzeyləri fəaliyyət göstərir.  



Kitabxanaçının çıxışından sonra iştirakçılar söz alırlar.  

I  iştirakçı:  -  Respublikamızın  muzey  şəbəkəsində  görkəmli 

şəxsiyyətlərin  xatirə  muzeyləri  mühüm  yer  tutur.  Xatirə 

muzeylərinin yaradılmasına xüsusi dövlət qayğısı 1970-1980-cı 

illərdə,  daha  sonra  isə  Azərbaycan  öz  müstəqilliyini  bərpa 

etdikdən  sonrakı  dövrə  təsadüf  edir.  Bakıda  Uzeyir 

Hacıbəylinin,  Cəfər  Cabbarlının,  Səməd  Vurğunun,  Hüseyin 

Cavidin,  Bülbülün,  Cəlil  Məmmədquluzadənin,  L.  və  M. 

Rostropoviçlərin,  Nəriman  Nərimanovun,  Abdulla  Şaiqin, 

Naxçıvan Muxtar Respublikasında Cəlil Məmmədquluzadənin, 

Hüseyin  Cavidin,  Məmməd  Səid  Ordubadinin,  Yusif 

Məmmədəliyevin, 

Şamaxıda 

Mirzə 

Ələkbər 


Sabirin, 

Lənkəranda Həzi Aslanovun, Şəkidə Mirzə Fətəli Axundovun, 

Rəşid  bəy  Əfəndiyevin,  Sabit  Rəhmanın,  Xızıda  Cəfər 

Cabbarlının,  Gəncədə  Mir    Cəlal  Paşayevin,  Göyçayda  Rəsul 

Rzanın,  Ağstafada  Hüseyin  Arifin,  Ağdaşda  Maqsud 

Şeyxzadənin  xatirə  muzeyləri  həmin  şəxsiyyətlərin  həyatı  və 

fəailiyyəti  ilə  bağlı  materialların  toplandığı,  qorunduğu, 

öyrənildiyi  və  təbliğ  olunduğu  mədəniyyət  müəssisələri,  eyni 

zamanda  bu  şəxsiyyətlərin  xatirəsini  əbdiləşdirən  yerlərdir. 

Təəssüflə  qeyd  olunmalıdır  ki,  Ermənistanın  respublikamıza 




28 

 

hərbi 



təcavüzü 

nəticəsində 

bu 

cür 


mədəni-maarif 

ocaqlarımızdan  bəziləri  işğal  olunan  torpaqlarlarda  qalıb. 

Şuşada    Uzeyir  Hacıbəylinin,

 

Bülbülün  və  Mir  Möhsün 



Nəvvabın,  Ağdamın  Gülablı  kəndində  Qurban  Primovun, 

Laçının  Güləbird  kəndində  Sarı  Aşığın  xatirə  muzeyləri  bu 

təcavüzün  qurbanı  olub.  Xatirə  muzeyi  (memorial  muzey,  ev-

muzeyi,  mənzil-muzey  də 

adlandırılır)  adətən  şəxsin 

doğulduğu, bütün ömrü boyu və ya həyatının müəyyən illərinin 

yaşadığı,  yaxud  həmin  şəxslə  bağlılığı  olan  yerdə  (evdə, 

mənzildə, iş otağında və s.) yaradılır. Mühüm tarixi hadisələrlə 

bağlı  yerlərdə  yaradılan    muzeylər  xatirə  kompleksləri 

adlandırılır.  Xatirə  muzeyinin  profili  həmin  şəxsin  fəaliyyət  

sahəsinə  uyğun  müəyyən  edilir.  Respublikamızın  xatirə 

muzeyləri  sırasında    şair  və  yazıçılara  həsr  olunmuş  ədəbi 

xatirə muzeyləri çoxluq təşkil edir. Belə muzeylər kompleksinə 

yazıçının  yaşamış  olduğu  ev,  mənzil,  malikanə,  onun  şəxsi 

əşyaları,  müxtəlif  sənədləri,  əlyazmaları,  sağlığında  nəşr 

olunmuş  kitabları,  yaxud  yaradıcılığına  həsr  olunmuş  tədqiqat 

işləri  və  s.  daxildir.  Xatirə  muzeyi  yaradılarkən  həmin 

şəxsiyyətin  yaşadığı  şəraitin  bərpa  olunmasına  əməl  edilməsi 

xüsusi  tələb  kimi  qarşıya  qoyulur.  Məsələn,  şəxsiyyətin  iş  və 

yataq  otaqları,  qonaq  otağı,  onun  sağlığında  olduğu  vəziyyətə 

gətirməlidir.  Bu  otaqlarada  (bunlar  xatirə  otaqları  adlandırılır) 

həmin dövrü xatırlatmalıdır. Xatirə muzeyinin əşyaları da təbii 

ki, həmin şəxsiyyətin həyatı və fəaliyyəti ilə bağlı olur. Buraya 

ilk  növbədə  muzeyin  yaradıldığı  yer  (ev,  mənzil,  malikanə,  iş 

otağı  və  s.)  daxildir.  Təcrübə  göstərir  ki,  yaşadığı  müddətdən 

asılı  olmayaraq,  həmin  yerdə  xatirə  muzeyi  yaradılır  və 

tamaşaçılar  tərəfindən  rəğbətlə  qarşılanır.  Buraya  gələn 



Yüklə 459,51 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə