F. Köçərli adına Respublika



Yüklə 163,26 Kb.
Pdf görüntüsü
tarix18.06.2018
ölçüsü163,26 Kb.
#49517


 

 

   

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

 



 

 

 



 

 

 



         

 

            



 

 

 

 

 

 

Disney və onun dostları 

Uolt Disney - 115 

 

 

 

 

Bakı – 2016  


 

 



 

 

Tərtibçi:                                  Nərgiz Məcidova 

                                                  

Redaktor və 

buraxılışa məsul:                    Şəhla Qəmbərova 

 

 

 

 

 

 

 

Disney və onun dostları: Vəsait bu il yubileyi qeyd 

olunan Uolt Disney haqqındadır /tərt. ed. N.Məcidova; 

red.  və  burax. məsul Qəmbərova Ş.; F.Köçərli adına 

Respublika Uşaq Kitabxanası.- Bakı, 2016. - 25 s. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2016 

 

 



 


 

                                   Tərtibçi 



Bu  vəsaiti  hazırlamaqda  məqsədimiz  Cizgi  filmlərinin 

yaradıcısı kimi tanıdığımız Uolt Disneyin anadan olmasının 

115  illik  yubileyi  münasibətilə  keçirilə  biləcək  tədbirlərlə 

sizləri  tanış  etməkdir.

 

Vəsait  rejissorun  həyat  və



 

yaradıcılığından, 

yubileyi 

münasibəti 

ilə 

keçirilən 



tədbirlərdən – sərgi, guşə, slaydların hazırlanmasından,  adı 

ilə  bağlı  məşhur  Disneyland  parkı    haqqında  ədəbi-bədii 

gecədən bəhs edir. 

Uolt  Disney  5  dekabr  1901-ci  ildə  Çikaqoda  irland, 

ingilis  və  alman  əsilli  çox  kasıb  bir  ailədə  dünyaya  göz 

açmışdır.  1919-cu  ildən  etibarən  Kanzas  Siti  şəhərində 

karikatura  rəssamı  işləyən  Disney  daha  sonralar    reklam 

kampaniyasına daxil olmuş və burada Y. Ayverksomla birgə 

işləməyə  başlamışdır.  Onlar  bir  yerdə  Disneyin  məşhur 

qəhrəmanlarının  hazırlanması  ilə  məşğul  olmuş,  rəsm 

karikaturaları  çəkərək  ―Gülməyin  qramı‖  adlı  filmini 

yaratmışlar. Bu formada onların ilk reklam çarxları meydana 

gəlmişdir.  Özünün  çox  da  böyük  olmayan  ―Laf-o  qramz‖ 

adlı  şəxsi  kompaniyasını  yaratmış  Uolt  Disney,  bu  işi 

başlayarkən  çox  böyük  vəsait  sərf  etməsə  də,  işini  uşaqları 

sevərəkdən  həyata  keçirirdi.



 

Ona  görədə    çox  kasıb  bir 

ailədə dünyaya göz açsada uşaqlar onu çox sevirdilər.. onun 

çəkdiyi  rəsmlərdən,  nağıl  filmlərindən  ibarət  olan  “Göyçək 



Fatma”,  “Qırmızı  papaq”,  “Çəkməli  pişik”  və  başqa 

nağıllardan  götürülmüş,  iki  hissədən  ibarət  olan  cizgi 

filminə  bənzəyən    ―Alisa  möcüzələr  ölkəsində‖  adlanan

 

ilk  



cizgi filmi ona bu sahədə böyük şöhrət gətirmişdi.                   

 

 

 

 

 

 

 


 

                   Mikki Maus  və onun dostları 

Sonralar Disneyin “Dəlicəsinə təyyarə” adlı yaratdığı digər 

bir  filmində  onun  yeni  personaj  olan  Mikki  Maus  siçanı 

meydana  çıxır  və  böyük  maraq  döğurur.  Bu  tipli  ilk  cizgi 

filmi  1928-ci  ildə  yaradılır.  Bəs  Mikki  Maus  siçanı 

yaratmaq fikri onda necə yaranmışdır?

 

 



Bir  gün  emalatxanasında  dalğın-

dalğın  gələcəyini  düşünərək,  rəsm 

çəkməklə məşğul olan Disney birdən 

yanında  nəyinsə  hərəkət  edərək  səs 

saldığını  eşidir  və  başını  sola  doğru 

çevirərək, taxçanın üzərində kiçik bir 

siçanı görür. Disney işini saxlayıb bu 

siçanı  seyr  etməyə  başlayır.  Siçan 

sanki  rəqs  edirmiş  kimi  qəribə 

hərəkətlər  edirdi.  Zaman  keçdikcə 

Disneylə  siçanın  dostluğu  istiləşir  və  Disney  siçanın  qəribə 

hərəkətlərini  rəsmə  köçürmək  fikrinə  düşür.  Beləcə  çəkdiyi 

bu  rəsm  heç  fərqində  olmadan  Uolt  Disneyi  cizgi  filmi 

kralına  çevirir.  Qəhrəmanların  içərisində  Mikki  Maus 

həmişə  istifadə  edilən  personajlara  çevrilir  və  1932-ci  ildə 

Disney,  Mikki  Maus  personajının  yaradılmasına  görə 

―Oskar‖ mükafatına layiq görülür. Beləliklə XX əsrin 30-cu 

illərinin  əvvəllərində  Disneyin  rəssamlıq  metodları  inkişaf 

edir. Xüsusən heyvanlar üzərində yaradılan personajlar daha 

çox maraq obyektinə çevrilir. 



 

 

 

 

 

 

 


 

1933-cü  ildə  isə  Disney  ilk  dəfə  olaraq  dünyada  rəngli 



cizgi  filmini  yaradır.  Onun  xüsusi  uğuru  isə  “Üç  donuz 

balası”  adlı  filminə  görə  olur.  İngilis  nağıllarının 

motivləri əsasında hazırlanan bu film ona yenidən 1933-

cü 

ildə 

Oskar 

mükafatı 

qazandırırır.  

 ―Ağbəniz  və  yeddi  cırtdan”  adlı 

filmilə  isə  Disney  ilk  dəfə  olaraq 

yarım  metrajlı  filmə  müraciət  edir. 

Bu  film  1937-ci  ildə  istehsal 

olunmuş  “Walt  Disney  Pictures” 

studiyası  tərəfindən  istehsal  edilmiş 

Disneyin  ilk  klassik  qısametrajlı 

cizgi film sayılır. Cizgi filmi Qrimm 

qardaşlarının eyniadlı əsəri əsasında 

hazırlanmışdır.  

Bu  filmin  ssenarisinə  görə  isə  o,  1938-ci  ildə 

Venesiyada  keçirilən  Beynəlxalq  film  festivalının  mükafatı 

ilə  təltif  edilir.  İkinci  dünya  müharibəsindən  sonra  isə, 

yaratdığı  studiya  artıq  sifariş  edilmiş  filmlər  çəkməyə 

başlayır. Bu filmlər: 



 1950-ci  ildə  Venesiya  Beynəlxalq  festivalının  mükafatçısı 

olmuş “Göyçək Fatma”   

1951-ci ildə “Alisa möcüzələr ölkəsində”  

1953-cü ildə “Piter Pen”   

1955-ci ildə  “Xanım və avara”  

1959-cu ildə “Yatmış gözəl”   

1961-ci ildə “Yüz bir dalmatin”   

1964-cü  ildə  əsasən  aktyor  və  cizgilərin  köməyi  ilə 

yaradılmış ―Meri Poppins‖  

 ―Cəngəllik  kitabı‖  filmi  isə  1967-ci  ildə  Disneyin 

ölümündən sonra bitirilmişdir  

Öz  işlərinə  görə  Disney  29  Oskar  mükafatı  almışdır. 

Disneyin  bütün  bunlarla  yanaşı  bir  çox  filmləri  var  idi  ki, 



 

onlar  da  30-cu  illərin  ortalarından  təkrar  tamaşaçılara 



göstərilirdi. 

―Snow  White  and  the  Seven  Dwarfs‖  cizgi  filmi 

Disneyin  ilk  uzunmetrajlı  cizgi  filmi  olur.  Amma  bu  filmi 

istehsal  etməsi  az  qala  onun  studiyasını  müflis  edir.Yalnız 

bankdan  aldığı  kredit  vasitəsi  ilə  Disney  filmi  tamamlaya 

bilir  və  1937-ci  ildə  filmin  premyerası  ayaqüstü  alqışlarla 

qarşılanır. Bu filmin uğuru Disneyə Kaliforniyanın Burbank 

şəhərində  Uolt  Disney  studiyası  yaratmasına  səbəb  olur  və 

1940-cı  ildə  ―Pinokio  və  Fantaziya‖  cizgi  filmi  ekranlara 

çıxır.  Amma  təəssüf  ki,  nə  studiyanın  yaradılması,  nə    də 

yeni  cizgi  filmi  maliyə  baxımından  uğurlu  olmur  və 

―Dumbo‖ cizgi filminin çəkilişləri zamanı Disneyin işçiləri 

tətil  etdikdə,  Uolt  Disney  daha  da  çox  maliyə  böhranı 

yaşamalı  olur.  Nəhayət  onun  az  büdcəli  ―Dumbo‖  filmi 

ekranlara çıxır və film həqiqətən də böyük gəlir gətirir.    

1940-cı  ildə  Amerika  2-ci  Dünya  Müharibəsinə 

qoşulduqda  federal  hökumət  Disney  studiyasından  təşviqat 

xaraketerli  müharibə  filmləri  istehsal  etməsini  istəyir.  

Sadəcə 

səhnədə 


ideyalarını 

həyata 


keçirməklə 

kifayətlənməyən  Disney  diqqətini  dünyanın  ilk  əyləncə 

parklarından olan Disney əyləncə parkını planlaşdırmağa və 

inşa etdirməyə yönəldir. 

Disneylənddə  aktyorlar  cizgi  filmlərindəki  obrazlar  kimi 

geyinir,  onlar  kimi  hərəkət  edir.  Disneylənd  ailələrin  cizgi 

filmləri  dünyasına  səyahət  edə,  maraqlı  anlar  yaşaya 

bilmələri  üçün  macaralı  cizgi  dünyasından  ibarət  olur.      

Ən  əsası  o  idi  ki,  Disney  parkın  ətrafında  dəmir  yolu 

çəkilməsini  istəyirdi.  Disneyin  böyük  əyləncələrindən  biri 

qızını  və  dostlarını  miniatür  Karolvud  qatarında  gəzdirmək 

idi.1946-cı  ildə  Disney  şöhrətli  sürrealist  rəssam  Salvador 

Dali  ilə  birləşərək  eksperimental  animasion  film  üzərində 

işləyir.  Şirkət  növbəti  dəfə  maliyə  böhranına  uğradıqda  isə 

filmin çəkilişləri təxirə salınır.     



 

Sonralar filmin üzərində yenidən işlənilir və animasion cizgi 



filminin  olduqca  gözəl  alınması  keçmişdə  onun  klassik 

nağılları interpritasiya etməsini tənqid edənlərə layiqli cavab 

olur.  Amma  ―Yatan  Gözəl‖  və  ―Sinderella‖  cizgi  filmləri 

uşaqlar  üçün  zəmanəmizin  ən  yaxşı  filmlər  siyahısına 

daxildir.      

Uolt Disneyin çəkdiyi klassik cizgi filmləri musiqisi 

və bədiiliyinə görə heç vaxt yeniliyini itirmir.    

1964-cü  ildə  studiyanın  yeni  istehsalı,  bədii  film  və 

cizgi  filminin  kombinasiyası  olan  ―Mary  Poppins‖  filmi 

studiyaya  ən  böyük  nailiyyətini  qazandırır.  İki  il  sonra 

siqaret  çox  çəkən  Uolt  Disney  ağcıyər  xərçənginə  yoluxur 

və 65 yaşında vəfat edir.  

Bir  tərbiyə  müəssisəsi  olaraq  kitabxanada  məktəbyaşlı 

uşaqların kitabxanaya cəlb edilməsi işində cizgi filmlərinin, 

animasiyaların  nümayişinin  də  müsbət  rolu  vardır.  Uşaqlar 

üçün  nəzərdə  tutulan  kino  sənətinin  əsas  növlərindən  biri 

olan  cizgi  filmləri  kinomatoqrafiyanın  ana  xəttindən  biri 

olaraq gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması 

olaraq  fantastik  hadisə  və  əhvalatların  təsviri  üçün  özünə 

məxsus  ifadə  vasitələrindən sayılır.   Kinonun bu növlərinin 

təsiri  ilə  uşaqlar  gülür,  sevinir,  ağlayırlar.  Cizgi  filmlərinin 

uşaqlara daha maraqlı olduğunu nəzərə alaraq  bu il yubileyi 

qeyd  edilən  Uolt  Disneyin  anadan  olmasının  115  illiyi 

(1901-1966)  ilə  əlaqədər  kitabxanada    ―Cizgi  filmləri‖ 

həftəsi keçirmək müsbət nəticələr verər. 

                           

Cizgi filmi həftəsi:

 

Uolt  Disney  də  məhz  cizgi  filmlərinin  yaradıcısı  kimi 

məşhur  olduğundan  onu  ssenari  müəllifi  olduğu  cizgi 

filmləri  ilə  uşaqlara  tanıtmaq  daha  səmərəli  olardı.  Bu 

işin  təşkilində  oxucuları  məlumatlandırmaq  üçün  təyin 

edilmiş  tarixlərdə  cizgi  filmləri  həftəsinin  keçiriləcəyi 

haqqında,  kitabxananın  facebook  səhifəsində  elan 

yerləşdirilir.  



 

Təşkilatçı: 



Firidun bəy Köçərli 

adına Respublika Uşaq 

Kitabxanası 

Elan: 

 

Uolt 

Disneyin 115 

illiyinə həsr 

olunmuş cizgi 

filmləri 

həftəsinin 

təşkili  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Uşaqların daha çox hansı cizgi 

filminə 

baxmaq 

istədiklərini öyrənib onların istəyi ilə nünmayiş ediləcək 

filmləri seçirik.  

                              

Sərgilər:



 

Kitabхanalarda sərgilərin təşkili əyani təbliğat fоrması- 

nın  ən  gеniş  yayılmış  üsuludur.  Sərgilər  həcminə, 

tərtibat  texnikasına  və  müddətinə  görə  bir-birindən 

fərqləndirilir.  Bir  və  ya  bir  neçə  lövhədə,  stenddə 

yerləşdirilən  sərgilər  əsasən  baxılmaq  üçün  təşkil 

olunduğundan,  onun  tərtibi  məsələlərinin  böyük 

əhəmiyyəti vardır. Burada mətn və təsvir materialları 

bir-birini  tamamlamalıdır.

 

Müasir  sərgi  fəaliyyətində 



aparıcı 

tendensiyalar 

dizayn 

işinin 

işlənib 

hazırlanmasıdır.  Sərgini 

“Cizgi  filmləri  ustası  Uolt 

Disney”, “Uolt Disney - 115” 

başlığı ilə təşkil edə bilərik. 

Stendlər  şəklində  olan  sərgidə  müəllifin  kitablar,  qəzet 

və 

jurnal 

nəşrlərini 

yerləşdiririk. 

Aşağıda  bu 

kitablardan nümunələr veririk: 

 


 

    



   

       

 

 

Kompleks  kitabxana  sərgilərindən  biri  də,  müxtəlif 

xüsusiyyətli  fonoqramların  köməyi  ilə  tərtib  olunmuş 

“danışan  kitab  sərgiləri”,  video  filmlər  təqdim  etməklə 

hazırlanan  sərgilərdir.  Sərgini  “Disneyin  Cizgi  filmləri 

qəhrəmanları” başlığı ilə verilir. 

Bu  sərgidə  Disney  studiyasının  hazırladığı  cizgi 

filmlərindən ibarət CD diskləri nümayiş edilir.                            

                            

  

                                   

Foto sərgi:

 

 

 



 

 

 



 

 

 



 


10 

 

 



 

 

 



 

 

 



 

 

                     



Guşə 

Sərgiyə  nisbətən  daha  gеniş  və  əhatəli  оlan  guşələr 

metodiki  tövsiyyə  baxımından  əhəmiyyətlidir.  Bеlə  ki, 

guşədə  əlavə  оlaraq  kartоtеka,  qəzеt,  jurnal  matеrialları, 

tövsiyə  ədəbiyyat  siyahıları,  mövzuya  uyğun  bir  sıra 

sənədlər  və  şəkillər  də  öz  əksini  tapır.  Guşələrin  təşkilində 

əsas  məqsəd  охucuya  aхtardığı  matеrialları  asanlıqla 

tapmaqda  kömək  еtməkdən  ibarətdir.  Rus  dilində  tövsiyə 

xarakterli  nəşr  olan  ―  Учим  Английский  с  героями 

дисней‖  seriyalı  nəşrlər  bu  baxımdan  maraqlıdır.  Burada 

Disneyin  nağıl  qəhrəmanlarının  dilindən  uşaqlar  üçün 

müxtəlif  əyləncəli  oyunlar,  testlər,  düşündürücü  suallar, 

məlumatlar, hazırlanmışdır.

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



11 

 

 



Cizgi 

filmləri 

həftəsi 

kiçikyaşlı  məktəblilər  üçün 

viktorinalar, cizgi filmlərinin nümayişi ilə nağılların ucadan 

oxusu  ilə  seçilir.  Kitabxanaçı  uşaqlarla  yubilyarın  necə  bu  

qədər şöhrət tapması haqqında söhbət edir 

 ―Siçanları  oynadaraq  milyonçu  olan  adam‖  kimi 

tanınan Uolt Disney 5 dekabr 1901-ci ildə Çikaqoda yoxsul 

bir  ailədə  dünyaya  göz  açır.  Uşaqlıq  dövrünü  ehtiyac 

içərisində  keçirən  Disney,  yeniyetmə  ikən  hər  gün  səhər 

tezdən  durub,  qapı-qapı  dolaşaraq  qəzet  paylayardı.  Fəqət 

bu işindən qazandığı pul çəkdiyi əziyyətin müqabilində çox-

çox az idi. Daha ciddi bir iş axtarmaq niyyətiylə üz tutduğu 

hər bir qapı təhsilinin olmaması səbəbiylə üzünə bağlanırdı. 

Düzdür,  təhsil  ala  bilməsə  də,  onun  kitablara  çox  böyük 

sevgisi var idi. Günlərin birində yenə Çikaqo küçələrində iş 

axtararkən  yol  kənarındakı  bir  kitab  köşkünə  yan  alır. 

Kitablara göz gəzdirərək: ―Pulum olsaydı, bunların hamısını 

alıb,  oxuyardım‖,  -  deyə  düşünərək,  yalnız  birini  almaqla 

kifayətlənməli olur. O, aldığı kitabın arxasında ―Kanzas Siti 

Sənət  İnstitutu  sizi  ödənişsiz  kurslara  dəvət  edir‖  başlıqlı  

yazılı  bir  elanla  rastlaşır.  Uolt  bu  elanın  sayəsidə  1918-ci 

ildə  Kanzas  Siti  Sənət  İnstitutunun  kurslarına  qatılır  və 

kursda gələcək məsləkdaşı olan Ub İverkslə dostlaşır. 

 

Kursu  bitirdikdən sonra  2 dost özlərinə  aid  bir cizgi 



filmi  şirkəti  qururlar.  Lakin,  hər  şey  gözlədikləri  kimi 

alınmır 


və 

birgə 


qurduqları 

şirkəti 


bağlamaq 

məcburiyyətində qalırlar. 

 

Bir  müddətdən  sonra  Uolt  Disney,  qardaşı  Roy 



Disney  və  Ub  İverks  Hollivudda  üçü  bir  araya  gələrək 

güclərini birləşdirirlər. “Alis cizgi filmi diyarında” adlı cizgi 

filmini  çəkirlər,  amma  uğur  qazanmırlar.  Sonra  ―Dovşan 

Osvald‖  adlı  başqa  bir  cizgi  filmi  çəkirlər,  yenə  də  uğurlu 

alınmır.  Uğursuzluğun  uğursuzluq  ardınca  gəldiyini  görən 

Uolt Disney pərişan halda Çikaqoya dönür. Burada o, rəsm 




12 

 

çəkib küçələrdə satmağı qərara alır. Və bu məqsədlə evinin 



arxasındakı anbarı emalatxana kimi istifadə etməyə başlayır. 

 

Beləliklə,  Uolt  öz  rəsmləri  ilə  yenidən  Hollivuda  - 



qardaşı  Roy  və  dostu  Ub  İverksin  yanına  qayıdır.  Üçü  bir 

arada  “Disney  Company”  şirkətini  qurmağı  qərara  alırlar. 

İlk  işləri  əsas  personajı  Disneyin  sevimli  siçanı  –  Mikki 

Maus  olan  “Uillinin  buxarlı  qayığı”  adlı  cizgi  filmini 

çəkmək  olur.  Bu  filmə  qədər  çəkilən  cizgi  filmləri  səssiz 

çəkilirdi, lakin Uolt Disneyin təkidi ilə bu cizgi filmində ilk 

dəfə olaraq səsin sinxronlaşdırma texnologiyasından istifadə 

edilir. 


 

Disneyin  arzusu  gerçəkləşir,  “Uillinin  buxarlı 



qayığı”  bütün  seyr  rekodlarını  vurur.  Sonrakı  illərdə 

sərvətinin  hamısını  rəngli,  səsli,  altı  saatlıq  -  dünyanın  ilk 

uzun  cizgi  filminə  yatırmağa  qərar  verir.  Film  tam  üç  ilə 

çəkilir.  Filmin  məsrəfi  1,5  mln  dolları  aşmağa  başlayınca 

Disneyin şirkəti iflasın astanasına gəlir. Beləcə dünyanın ilk 

bahalı  cizgi  filmi  -  “Ağcaxanım  və  yeddi  cırtdan”  ərsəyə 

gəlir. Bu cizgi filmi Disneyə tam 8 mln dollar qazandırır. 

Mikki Maus, Donald Dakk, Dippi, Pinokio kimi personajları 

ilə  milyonlarca  insanın  könlünü  fəth  edən  Uolt  Disneyi  - 

dünənə  qədər  heç  kəsin  tanımadığı  bu  adamı  bu  gün  hamı 

tanımaq  istəyirdi.  Reklamçılardan  tutmuş,  geyim-oyuncaq 

fabriklərinin  sahiblərinədək  hər  kəs  onun  qəhrəmanlarının 

şəkillərindən istifadə etmək üçün izn istəyirdilər. Disney öz 

qəhrəmanlarını  təkcə  ekrandan  deyil,  daha  yaxından 

tanıtmaq  üçün  Kaliforniyada  ―Disney  land”,  Floridada 

“Disney World” kimi əyləncə parklarını açır. 

Bu  hekayə  yoxsulluq  və  iztirab  içərisində  uşaqlıq 

çağını  yaşayan  Uolt  Disneyin  hekayəsi  idi.  Uşaq  ikən 

sevinməyə, şadlanmağa heç bir şeyi olmayan bu adam neçə-

neçə uşağın çöhrəsinə gülüş bəxş etmişdi və bu əziyyətinin 

bəhrəsi olaraq 29 Oskar mükafatına layiq görülmüşdür. 




13 

 

Disney  səs  effektli  cizgi  filmini  sevinclə  qarşılayır  və 



musiqi, təbii səs effektini cizgi filminə əlavə etməkdə birinci 

olur. 


Kino-rejissor  Alfred  Hitçkok  bir  dəfə  həsədlə 

―Disney  bəyənmədiyi  aktyorları  sadəcə  cəkdiyi  rəsmlərini 

cıraraq məhv edə bilir‖ demişdir. 

 

 



1)

 

Uolt Disney kimdir? 

 

              _____________________________________ 

 

2)

 



Onun hansı cizgi filmlərinə baxmısınız? 

   _____________________________________ 

  

 

3)

 



İlk  dəfə  dünyada  Uolt  Disney  tərəfindən 

yaradılan rəngli cizgi filmi hansıdır? 

             a Üç donuz balası 

             b Mauqli 

             c.Cindirella 

 

4)

 



Mikki Maus personajı xoşunuza gəlirmi? 

       a hə 

       b yox  

 

     5) Mauqli cizgi filmi hansı əsər əsasında çəkilmişdir? 

      a) Zoluşka 



      b) Cəngəllik kitabı 

      c) Ağbəniz yeddi cırtdan 



 

6)Mauqli  Cizgi  filmi  hansı  yazıçının  əsəri  əsasında 

hazırlanmışdır? 

Qrimm qardaşları - Cindirella 




14 

 

Redyard Kiplinqin - Cəngəllik kitabı 



Şarl Pero – Çəkməli pişik 

 

7) Uolt Disney filmlərinə görə necə dəfə Oskar mükafatı 

almışdır? 

a ) 15  

b ) 29 

c ) 25 


 

8)  Disneyin  “Qnomların  yeni  mənzili”  adlı  nağılı  nədən 

bəhs edir? 

 

_________________________________________ 



 

9) Cindirella  cizgi filmi hansı əsərin qəhrəmanı əsasında 

cəkilib? 

a)  Ağca xanım və dovşanlar 



b)  Qrimm qardaşları Zoluşka 

c)  Mauqli 

 

 

10)  Məşhur Disneyland parkı haqqında nə bilirsiniz? 



 

________________________________________ 

 

 

  



 

 

 

 

 


15 

 

Oyun  



“Qnomların  yeni  mənzili” 

nağılı  əsasında  ―Nağıl 

qəhrəmanlarını  özümüz  yaradaq‖  adlı    oyun  təşkil  edə 

bilərik.


 

Nağılda  qnomların  öz  yeni  mənzillərinə  köçüb 

bayram  etmələrindən  danışılır.  Uşaqlar  SD  diskdə  nağılı  

dinləməklə  və  ya  kitabxanaçı  həmin  nağılı  oxumaqla  tanış 

olurlar. 

Oyunda 


plastilinlərdən 

uşaqlar  bu  nağıl 

personajlarını-qnomları  öz  fikirləşdikləri  kimi  hazırlamağa 

başlayırlar. Bunlar Professor; Deyingən; Güləyən; Utancaq; 

Həpçi; Yatağan və Laldinməzdir.   

Onlar  bir  gün  öz  aralarında  fikirləşirlər  ki,  yeni 

mənzilə  köçsünlər.  Professorun  sayəsində  yeni  mənzillə 

köçən  qnomların  yeni  mənzillərində,  onların  hər  birinin  öz 

çarpayısı,  mətbəxi  vardır.  Yeni  mənzil  onların  çox  xoşuna 

gəlir.  Hələ  yeni  mənzildə  belə  bir  qayda-qanunda  vardır: 

Heç  kim  əl-üzünü  yumamış  nahar  süfrəsinə  otura  bilməz. 

Yeni  mənzillərinə  köçən  qnomlar  bunu  bayram  etmək 

fikrinə  düşürlər.  İlk  öncə  evi  səliqəyə  salan  qnomlardan 

Həpçi  dayanmadan  asqırırdı.  Yatağan  isə  öz  çarpayısında 

uzanıb yatmışdı. Güləyən isə gözəl  aşpaz idi. Dayanmadan 

zarafat  edirdi  gülsədə  çox  ləzzətli  yeməklər  hazırlamışdı. 

Utancaq  isə  uzun  müddət  hansı  işi  görəcəyi  qərarını  verə 

bilməmişdi.  Yaxşı  yemək  bişirsədə,  utancaqlığından  bu 

bacarığını  deyə  bilmirdi.  Nəhayət  o  da  ləzzətli  yeməklər 

hazırlamağa  başlayır.  Artıq  nahar  süfrəsində  hər  şey  hazır 

idi. İlk öncə yaxşıca əl-üzlərini sabunları ilə yuyan qnomlar 

bundan xoşlanırlar. Xüsusi ilə Laldinməzə bu çox xoş gəlir. 

Təzə və gözəl evdə hər şey öz yerində idi. Süfrəni yığdıqdan 

sonra  əylənmək  üçün  Deyngən  musiqi  alətində  ifa  edir. 

Onlar  günlərini  təzə  evlərində  beləcə  şad  -  xürrəm  qeyd 

edirlər. 



 

 



16 

 

 



―Disney və onun nağıl qəhrəmanları‖              

                   adlı  sərgi:   



Uolt  Disneyin  müraciət  etdiyi  müəlliflərin  əsərlərini 

toplayıb buklet, sərgi, slaydlar hazırlaya bilərik. 

 Bu  sərgidə  uşaqlar  Disneyin  yaratdığı  personajları  deyil, 

həm də onları yazan müəlliflərlə də tanış ola bilərlər.  

                            

              

       

 

 

    

      

 

 

 

Cindirella 

 

―Yatan  Gözəl‖  və  ―Sinderella‖  cizgi  filmləri  uşaqlar  üçün 

zəmanəmizin ən yaxşı filmlər siyahısına daxildir. 

Sindirella və ya ―Zoluşka‖ — Şarl Pero, Qrim qardaşları və 

Pentameronun  versiaları  ilə  məşhurlaşan  qərbi  avropa 

nağılıdır.  Bu  dünyada  ən  məşhur  ―gəzən  süjet‖  olub, 

minlərlə xalqların folkloruna öz töhvəsini vermişdir. 

Bu  nağılın  ən  qədim  versiyası  hələ  qədim  misir 

papiruslarında  aşkar  edilmişdir.  Əsərin  əsas  qəhrəmanı 

Yunanıstanda  doğulmuş,  Rodopis  adlı  bir  qızcığazdır. 

Əfsanəyə  görə  onu  dəniz  quldurıarı  oğurlayaraq  Misirə 

gətirirlər və burada kölə kimi satırlar. 

 

 

             




17 

 

     



Ağbəniz və Yeddi Cırtdan

 

 



 

 

 

 

 

 

 

 

 

 

 



 

 

İlk  dəfə  1812-ci  ildə  alman  Qrimm  qardaşları  tərəfindən 



toplanmış  və  çap  edilmiş  olan  bir  xalq  nağılıdır.  Nağıl  pis 

qəlbli  və  qısqanc  ögey  anası  tərəfindən  ondan  daha  gözəl 

olduğu üçün öldürülmək üzrə meşəyə göndərilən və meşədə 

cırtdanlarla  birlikdə  yaşamağa  başlayan  bir  şahzadənin 

macəralarından  bəhs  edir.  Bir  neçə  dəfə  teatra  və  kinoya 

uyğunlaşdırılmışdır.  Hekayənin  və  baş  qəhrəmanın  ilk 

çapındakı almanca adı Sneewittchendir.  

 

 



           

 

 



 

 

            



 

 



18 

 

         



M

AUQLİ  

– Cəngəllik kitabı 

 

 



 

 

1967-ci  ildə  istehsal  olunmuş  cizgi  filmidir.  ―Cəngəllik 



kitabı‖  cizgi  filmi  ―Walt  Disney  Pictures‖  studiyası 

tərəfindən  istehsal  edilmiş  Disneyin  19-cu  klassik 

qısametrajlı cizgi filmidir. Cizgi filminin rejissoru Volfqanq 

Reyterman, prodüseri isə Uolt Disneydir. Uolt Disney cizgi 

filminin istehsalı ərəfəsindəykən 1966-cı ildə vəfat etmişdir. 

Cizgi  filmi  ingilis  yazıçısı  Redyard  Kiplinqin  ―Cəngəllik 

kitabı‖ və ―Cunqlinin ikinci kitabı‖ əsasında hazırlanmışdır. 

Cizgi  filminin  1994-cü  ildə  Cəngəllik  kitabı  remeyk  filmi, 

2003-cü  ildə  davamı  olan  ―Cəngəllik  kitabı  2‖  cizgi  filmi 

çəkilmişdir. 

 

                       



 

                       

 

 

 




19 

 

                           



Ədəbi-Bədii gecə 

“Kamillik  və  xöşbəxtlik  məkanı”  adlı  disneyland 

dünyasına səyahət 

“Bizim  bu  xoşbəxt  məkana  Xoş  Gəlmisiniz!  Disneyland 

sizin  ölkənizdir.  Burada  kamillik  yenidən  keçmişin  ən 

əziz xatirələrini yaşayır, cavanlıq isə gələcəyin vədləri və 

çağırışlarından həzz alır. 

Disneyland yaranmış ideallara, 

arzu  və  real  faktlara  həsr  olunub,  ümid  edirik  ki,  bu 

dünya üçün sevinc və ilham mənbəyi olacaq. 

 Ədəbi-bədii gecə təşkil edilən zal Disneylandın şəkilləri ilə 

bəzədilir,  zalda  “Kamillik  və  xoşbəxtlik  məkanı”, 

“Disneyland  dünyasına  səyahət”,  “Dünyanın  ən  xoşbəxt 

yeri” başlıqlı foto sərgilər təşkil edilir. Məşhur Disneylandı 

tərrənnüm edən video çarx nümayiş edilir. 



aparıcı:

 

Bu  tədbiri  hazırlamaqda  məqsədimiz



 

uşaqların 

sevimlisi,  cizgi  filmlərinin  yaradıcısı  kimi  tanıdığımız  Uolt 

Disneyin  yaratdığı  məşhur  ―Disneylanda‖  sizinlə  birgə 

səyahət  etməkdir.  İlk  öncə  bu  nəhəng  cizgi  filmi  ustası  ilə 

tanış olaq: 



aparıcı:

 

Bu  il  115  illik  yubileyi  qeyd  edilən  Disney  çox 



kasıb bir ailədə dünyaya göz açsada böyük zəhməti hesabına 

uşaqların  sevimlisinə  çevrilmişdir.  Yaratdığı  “Walt  Disney 



Pictures”  şirkəti  bu  gün  də  bütün  nəsillər  üçün  əsas  film 

mənbəyi  hesab  edilməkdədir.  İşində  çoxlu  çətinliklərlə 

qarşılaşan rejissor ilk öncə Kanzas Siti şəhərində karikatura 

rəssamı  işləyərəkən  dostu  ilə  bir  yerdə  özünün  məşhur 

qəhrəmanlarının  hazırlanması  ilə  məşğul  olmuş,  rəsm 

karikaturaları  çəkərək  ―Gülməyin  qramı‖  adlı  filmini 

yaratmışdır. Böyük zəhmətdən sonra  yaratdığı qısa metrajlı 

cizgi  filmi,  ilk  dəfə  olaraq  ekrana  çıxan  tam  mətnli  cizgi 

filmi  idi.  Təşkil  etdiyi  məşhur  “Disneyland”    parkı  isə 

dünyanın  ən  şirin  bir  möcüzəsidir.  Sanki  bir  nağıllar 

diyarıdır.  



20 

 

aparıcı:



 

Sehrbaz  Uolt  Disneyin  ən  böyük  arzusu  olan  bu 

nağıllar  diyarının  gerçəkləşməsi  17  iyul  1955-ci  ildə 

Disneyland  Resortun  qonaqpərvər  qapılarını  açmaqla 

reallaşır.

 

17  iyul  1955-ci  ildə  amerikan  “multiplikasiya 



kralı”  və  uğurlu  biznesmen  Uolt  Disney  uşaqlar  və 

valideynləri üçün möhtəşəm əyləncə parkının təntənəli açılış 

mərasimini keçirir. Parkın açılış mərasimini ABŞ-ın gələcək 

prezidenti aktyor Ronald Reyqan aparır. 

aparıcı:

 

P



arkın  yaradılmasına  ürəyini  qoymuş  rəssam 

Parkın  işində  özünün  və  parkın  bütün  yaradıcılarının 

fantaziyasından  istifadə  etmişdir.  Mikki-Maus  və  onun 

dostlarının,  yaşadığı  cizgi  filmlərinin  və  nağılların  sehrli 

dünyası qəhrəmanları parkın divarlarında öz əksini tapmışdı. 

Bu tamamilə  orijinal və  bənzəri olmayan, dörd  əsas  prinsip 

üzərində yaradılmış park idi:  

aparıcı:


  İlk    öncə  Uolt  Disneyin  cizgi  filmlərinin  sehrli 

krallığını yenidən qurmaq.  

aparıcı:

 

Daha  sonra  cürbəcür  və  yeni  texniki  tryukların 



əlavə  olunması  ilə,  ziyarətçilərdə  elə  təəssüratlar  yaratmaq 

ki, sanki onlar cəngəlliklər arasında üzür.  

aparıcı:

 

Üçüncüsü isə qarşılarında ruhlar görürlər.   



aparıcı: 

Sonuncu  məqsəd  sanki  dənizin  dibində  sualtı 

gəmidə oturublar. 

aparıcı: 

Ilk əvvəl attraksionların sayı 16- ya, giriş bileti isə 

1  dollara  bərabər  olan  Disneylanddə  hazırda  olduğu  kimi 

ziyarətçiləri girişdə Mikki-Maus, Ağbəniz və Yatmış Gözəl 

qarşılayırdı.  Daha  sonralar  onların  sırasına  Disneyin  cizgi 

filmi  qəhrəmanlarından  olan  Pinokkio  və  Vinni-Pux  da 

qatıldı.  Disneyland  tez  bir  zamanda  ABŞ-ın  görməli 

yerlərindən  birinə  və  ailəvi  istirahət  üçün  sevimli  məkana 

çevrildi.  

aparıcı: 

Əbəs  yerə  Disneylandı  dünyanın  ən  xoşbəxt  yeri 

saymırlar.  Burada  qonaqları  Uolt  Disneyin:  ―Bizim  bu 



21 

 

xoşbəxt  məkana  Xoş  Gəlmisiniz!  Disneyland  sizin 



ölkənizdir.  Burada  kamillik  yenidən  keçmişin  ən  əziz 

xatirələrini  yaşayır,  cavanlıq  isə  gələcəyin  vədləri  və 

çağırışlarından  həzz  alır.  Disneyland  Amerikanı  yaratmış 

ideallara, arzu və real faktlara həsr olunub, ümid edirik ki, 

bu  dünya  üçün  sevinc  və  ilham  mənbəyi  olacaq”  səsi 

salamlayır.

 

aparıcı: 

Park  üç  hissəyə  bölünüb.  Birinci  zona  –  simvolu 

Yatmış  Gözəlin  Qəsri  olan  Disneyland  Parkının  özüdür. 

aparıcı: 

İkinci  zona  –  2001-ci  ildə  açılmış  ―Disney’s 

California  Adventure  Park  tematik  parkıdır,  bu  sahə  Qızıl 

Ştatın  tarixinə  və  mədəniyyətinə  həsr  olunmuşdur  və 

simvolu  Kaliforniya  canlı  təbiətinin  rəmzi  olan  qrizli 

ayısının siluetini xatırladan süni Grizzly Peak dağıdır.  

aparıcı: 

Eyni  anda  Disney’s  California  Adventure  ilə 

birlikdə  üçüncü  zona  –  Downtown  Disney  yaradıldı.  Bu 

kompleks  bir  çox  attraksiondan,  teatr,  12  zallı  kinoteatr, 

mağaza, restoran, bar və oyun əşyalarında ibarətdir.

 

Grizzly Peak (Qrizli Zirvəsi) - Kaliforniyanın rəmzi 



Disneyland Resort-un qonaqları Disney studiyasının sevimli 

animasiya  və  bədii  filmlərinin  əsl  qəhrəmanları  ilə 

ünsiyyətdə  ola  və  fantastik  attraksionlarda  əylənə  bilərlər. 

Parkda  gündəlik  paradlar  və  atəşfəşanlıq  təşkil  edilir. 

Disneylandin  küçələrində  orkestrin  müşayiəti  ilə  Mikki-

Maus  və  Donald  Dak  digər  cizgi  filmi  qəhrəmanları  ilə 

birlikdə gəzirlər.  

aparıcı:


 

Parkda hər yerdə monorels, parovoz, fayton və  ya 

funikulyor  tapmaq  olar.  Funikulyordan  parkın  ərazisinə 

gözəl  mənzərə  açılır.  Disneylandin  yaranmasından  bu  yana 

onu 500 milyon qonaq, o cümlədən kral ailəsi, prezidentlər 

və dövlətin digər rəsmiləri ziyarət edib.  

aparıcı: 

Disney  parklar  şəbəkəsi  bu  günlərdə  də 

genişlənmişdir, 

Anahaym 


şəhərində 

yerləşən 

ilk 



22 

 

Disneylanddan  başqa  Florida  ştatında  (ABŞ)  Disneyworld, 



Parisdə 

(Fransa) 

Avro-Disneyland, 

Tokio-Disneyland 

(Yaponiya)  və  Honqkonqda  (Çin)  Disneyland  fəaliyyət 

göstərir. 



  

(Adları çəkilən ölkələrin Disneylandlari haqqında ayrıca       

                     məlumt verilir monitorda). 

 

aparıcı:



Uolt  Disney  özündən  sonra  getdikcə  daha  da 

şöhrətlənən və ildə 22 milyard dollar gəlir gətirən dünyanın 

ən müvəffəqiyyətli əyləncə konqlomeratını qoyur. 

Bu  gün  Walt  Disney  Pictures  şirkəti  filmsevərlərin  bütün 

nəsilləri üçün əsas film mənbəyi hesab edilməkdədir.   

Uolt  Disneyin  kim  olduğu  və  onun  multiplikasiyanın 

inkişafı  üçün  nələr  etdiyi  barədə  uzun-uzun  danışmaq  olar. 

aparıcı:


Cizgi  filmləri  istehsalında  ixtisaslaşan  The  Walt 

Disney mediaimperiyası 1926-cı ildən mövcuddur. Disneyin 

işlərinin  əhəmiyyəti  barədə  26  ―Oskar‖  da  daxil  olmaqla, 

çoxsaylı mükafatlar artıq hər şeyi deyir.  

                    (Cizgi filmindən səslənən mahnı ) 

aparıcı:


Əgər  dünyada  haradasa  cizgi  filmi  planeti  varsa, 

Disney  burada  böyük  bir  qitədir.  Bu  qitədə  sehrbazlar, 

xeyirxah  heyvanlar,  cəsur  və  gözəl  şahzadələr  yaşayır.  Bu 

nağıl dünyasını isə sonsuzadək araşdırmaq olar. 

 

                                       SON 



 

                          

 

 

 

 

 


23 

 

                            



Ədəbiyyat siyahısı: 

                     Azərbaycan dilində: 

Disney U.  Qnomların  yeni mənzili // Nağıla bax, nağıla:  I 

hissə.- S.24-26. - Bakı, 2012.                                            

                                 İnternetdə 

 https://ru.wikipedia.org/wiki  

 http://www.disneylandparis.ru 

 https://az.wikipedia.org 

 

                                    Rus dilində 

Волшебный мир Диснея [Электронный ресурс]  :  

Волшебный мир Диснея [Электронный ресурс]  :  

 

Дисней У. Питер Пэн в Нетландии: Сказки. - М.: Эгмонт 



Россия Лтд, 2003. - 80 с.  

Дисней У. Книга джунглей: художественная литература. 

-  Эгмонт Россия Лтд, 2002. - 80 с.  

Дисней  У.  Похождения  императора:  художественная 

лит-ра. - М.: Эгмонт Россия Лтд, 2002. - 80 с. 

Дисней  У.  Похождения  императора:  художественная 

лит-ра . - М. : Эгмонт Россия Лтд, 2002. - 80 с.  

Дисней  У.  Планета  Сокровищ:  Pассказы.  -  М.:  Эгмонт, 

2002. - 80 с.  

Дисней  У.  Планета  Сокровищ:  Pассказы.  -  М.:  Эгмонт, 

2002. - 80 с.  

Дисней  У.  Книга  Джунглей  2:  художественная 

литература. - М.: Эгмонт Россия Лтд, 2003. - 80 с.  

Дисней  У.  Спящая  красавица:  Cказки:  Эгмонт  Россия 

Лтд, 2003. - 80  с.  

Дисней  У.  Дамбо:  художественная  литература;  -  М.: 

Эгмонт Россия Лтд, 2002. - 80 с. 

Дисней У. Не Бей копытом: художественная лит-ра; - М. 

: Эгмонт Россия Лтд, 2004. - 96 с.  



24 

 

Дисней  У.  102  Далматинца:  художественная  лит-ра.  - 



М.: Эгмонт Россия Лтд, 2001. - 80 с.  

Учим  английский  с  героями  Диснея.  Дом,  милый  дом: 

книжка с наклейками: Академия Смартбук, 2006. - 32 с 

Учим английский с героями Диснея. Животные: научно-

популярная литература.: Академия Смартбук, 2007. - 32 

с.  


Учим  английский  с  героями  Диснея.  Игры  и  игрушки: 

научное  издание.  -  Ярославль:  Академия  Смартбук, 

2007. - 32 с  

Учим  английский  с  героями  Диснея.  Всё  о  погоде: 

научно-популярная  литература.  -  Ярославль:  Академия 

Смартбук, 2007. - 32 с.   

Учим  английский  с  героями  Диснея.  В  городе:  научно-

популярная  литература.  -  Ярославль:  Академия 

Смартбук, 2006. - 32 с.  

Учим английский с героями Диснея. Каникулы: научно-

популярная  литература.  -  Ярославль:  Академия 

Смартбук, 2006. - 32 с.  

Учим английский с героями  Диснея. Мой дом: научно-

популярная  литература.  -  Ярославль:  Академия 

Смартбук, 2006. - 32 с. 

Учим  английский  с  героями  Диснея.  Скоро  в  школу!: 

научно-популярная  литература.  -  Ярославль:  Академия 

Смартбук, 2007. - 32 с    

Учим  английский  с  героями  Диснея.  Приятного 

аппетита!:  научно-популярная  литература.  -  Ярославль: 

Академия Смартбук, 2006. - 32 с.  

 

 



 

 

 



 


25 

 

Disney  və  onun  dostları:  Vəsait  bu  il  yubileyi  qeyd 



olunan Uolt Disney haqqındadır. Uolt Disneyin 115 illiyi 

münasibəti  ilə  respublika  uşaq  kitabxanaları    üçün 

hazırlanmış metodik vəsait 

 

 



 

 

 

 

Kompyuter yığımı 

və dizayn:                              Nərgiz Məcidova 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 

F.Köçərli adına Respublika  

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 

Çapa imzalanmışdır:23.05.2016 

Tirajı:100 

Pulsuz  


 

 

 



Yüklə 163,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə