F. Köçərli adına Respublika



Yüklə 192,21 Kb.
Pdf görüntüsü
tarix21.10.2017
ölçüsü192,21 Kb.
#6203


 

 

                  



        

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

       

Milli poeziyamızın göy qurşağına çevrilən şair

 

 

              Musa Yaqubun 80 illik yubileyi münasibətilə mərkəzi

 

              kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə,  



              kənd kitabxana filialları üçün hazırlanmış  metodik vəsait 

 

 



 

                                        Bakı-2017 


 

 Tərtibçi:                                          Ruhiyyə Məmmədli                                          



 

                                              Sevil Əhmədova  

 

 

İxtisas  redaktoru və                       Şəhla Qəmbərova 



buraxılışa məsul:                            Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

 



 

 

 

Milli  poeziyamızın  göy  qurşağına  çevrilən  şair: 

metodik 


vəsait  /  tərt.  ed.:R.Məmmədli;  ixt  red.  və  burax.  məsul  Ş. 

Qəmbərova;  F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası.- 

Bakı, 2017.-33s. 

                                                                                                                                

  

 

 



 

 

 



 

 

 

 

 

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017 


 

                                     



 Tərtibçidən 

       Hər  insan  sirli-sehrli  bir  aləm,  yazılmamış  bir  kitabdır. 

Yaradıcı  insanın  könül  dünyası  daha  cazibədardır,  təlatümlü, 

coşqun,  üfüqləri  isə  daha  geniş,  zəngin  və  əlçatmaz  olur. 

Hamımızın  həm poeziyasına, həm də şəxsiyyətinə dərin hörmət, 

məhəbbət  bəslədiyimiz  Musa  Yaqub  da  belə  yaradıcı 

insanlardandır. Ədəbi ictimaiyyətin daim diqqətində olan Musa 

Yaqub  heç  kəsin  təsəvvürünə  toxunmaz,  yaşadığı  hadisələri, 

duyumları  öz  səsi,  öz  ürəyinin  dili  ilə  qələmə  alar.  Elə  buna 

görədir  ki,  o,  öz  oxucularına  məhrəm  hisslər  aşılaya  bilir.  O, 

bəlkə  də  şəhərdən  uzaq,  daim  təbiətin  qoynunda  məskən 

saldığındandır  ki,  hər  daşı,  hər  qayanı  öz  dilində  dindirməyi 

bacarır. Hər kiçik pöhrə boy atdıqca şairin fikirləri də böyüyür, 

dərələrdən keçib dərinləşir, dağdan boy alıb gələn bulaqlar kimi 

durulur.  Musa  Yaqub  götürdüyü  obyektə  məna  verir,  onu 

düşündürən, oxuculara söz deməyə vadar edən obrazlı təfəkkürü 

ilə  seçdiyi  mövzunu  əlaqələndirə  bilir,  həyata,  cəmiyyətə, 

təbiətə  şairanə  baxışının  ümdə  xüsusiyyətinə  çevirir.  Şairi 

düşündürən,  onu  oxuculara  söz  deməyə  məcbur  edən  obrazlı 

təfəkkür ilə mövzü əlaqədardır, onun həyata, cəmiyyətə, təbiətə 

şairanə baxışıdır. Musa Yaqubun istedadı qayaların köksündən 

car  olan  bulaqlara  bənzəyir  və  oxucularının  qəlbinə  xoş  bir 

sərinlik  gətirir.  Onun    şeirləri  öz  ahəngini  qaynar  bulaqların 

zümzüməsindən, coşqun dağ çaylarının şaqqıltısından, ildırımlı 

göylərin nərəsindən alır. Onun poeziyası da, özü də elə təbiətin 

bir  parçasıdır.  Bu  il  dəyərli  şairimiz  Musa  Yaqubun  80  yaşı 

tamam  olur.  Bu  münasibətlə  F.Köçərli  adına  RUK-nın  Elmi 

metodika  şöbəsi  olaraq  bu  vəsaiti  işləməyi  özümüzə  borc 

bildik.Vəsait iki hissədən ibarətdir. I hissə “Musa Yaqub- Öz 

poeziyasının  heykəli”  adlanır  və  şairin  həyat  və 

yaradıcılığından bəhs edir. II hissə isə “



Ülvi hisslər, müqəddəs 

duyğular,  böyük  amallar  şairi  -Musa  Yaqub”  adlanır  və 

yubilyarla  bağlı    kitabxanalarda,  təhsil  müəssisələrində 

keçirilməsi nəzərdə tutulan tədbirlərdən söhbət açılır.  

 



 

      Musa Yaqub - Öz poeziyasının heykəli 



      Musa  Yaqub  1937-ci  il  mayın  10-da  İsmayıllı  rayonunun 

Buynuz kəndində anadan olmuşdur. Göyçay pedaqoji məktəbini 

bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-

1958),  Buynuz  kənd  ibtidai  məktəbində  müəllim  və  müdir 

(1958-1967) işləmişdir. ADU-nun filologiya fakültəsində qiyabi 

təhsil almışdır (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik 

məktəbinin  müdiri  olmuşdur.  Bakıya  köçəndən  sonra 

Azərbaycan  Yazıçılar  İttifaqında  bədii  ədəbiyyatı  təbliğ 

bürosunda  direktor  müavini, "Azərbaycan"  jurnalında poeziya 

şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1974-1978). İsmayıllı 

rayonunda  çıxan  "Zəhmətkeş"  qəzetinin  redaktoru  olmuşdur 

(1978). 


     Ədəbi  fəaliyyətə  1957-ci  ildə  "Azərbaycan"  qəzetində  çap 

olunan "İki qəlb, iki dünya" poeması ilə başlamışdır. Moldovada 

Sovet  ədəbiyyatı,  Ukrayna  və  Özbəkistanda  Azərbaycan 

ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak 

etmişdir. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, 

rayon  xalq  deputatları  Soveti  ticarət  və  məişət  xidməti  daimi 

komissiyasınm  sədri  olmuşdur  (1979).  İsmayıllı  rayon  Xalq 

Deputatları Sovetinin deputatı seçilmişdir. M.F.Axundov adına 

mükafata layiq görülmüşdür. 

        


Bu  il  parlaq  bədii  istedada  malik  söz  sənətkarı, 

ədəbiyyatımızda özünəməxsus layiqli yeri olan Musa Yaqubun 

80 yaşı tamam olur. Yubiley münasibəti ilə respublikanın bütün 

mədəniyyət  müəssisələrində,  eyni  zamanda  kitabxanalarda 

yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdur. İlk öncə 

kitabxanada  Musa  Yaqubun  yubileyi  ilə  bağlı  kitab  sərgisinin 

keçirilməsi  vacibdir. Sərgidə Musa Yaqubun  indiyə qədər çap 

olunmuş  kitabları,  onun  haqqında  şair  və  yazıçıların  yazdığı 

əsərlər  ilə  yanaşı,  görkəmli  şəxsiyyətlərin  şair  haqqında 

söylədiyi  fikirlər,    dövrü  mətbuatda  da  yer  alan  materialların 

nümayişi nəzərdə tutulmuşdur.  

 



 

 



 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Görkəmli şəxsiyyətlərin Musa Yaqub haqqında söylədikləri: 

Musa  Yaqubun  şeirlərində  düşünən  və  düşündürən  təbiət, 

yaşayan insan, sevən və sevilən bir qəlbin çırpıntıları var. 



                                                                       Mirzə İbrahimov, 

                                                                           Xalq yazıçısı 

Zəriflik, kövrəklik Musa Yaqub poeziyasını - həm təbiətə həsr 

olunmuş şeirlərini, həm də məhəbbət lirikasını səciyyələndirən 

bəlkə də ən dəqiq sözlərdir. 



                                                                              Anar

                                                                         Xalq yazıçısı 

Musa  Yaqub  ülvi  hisslər,  müqəddəs  duyğular,  böyük  amallar 

şairidir. O, Azərbaycanın ürəyindən qopan ürəyini, bir oğul kimi 

Azərbaycana  həsr  edən  söz  ustasıdır.

  Musa  Yaqub  sözlə  elə 

lövhələr, mənzərələr yaradır ki, oxuyanda adam heyrətə gəlir.



  

                                                                      Nahid Hacızadə, 

                                                         

Əməkdar mədəniyyət işçisi

 

Çağdaş  Azərbaycan  ədəbiyyatının  dəyərli  simalarından  olan 

Musa Yaqubun hər misrasında öz torpağına, Vətəninə, təbiətə və 

insanlara  sonsuz  məhəbbət  çağlayır.  O,  dogma  diyarın  hər 

daşını, ağacını, çiçəyini, bulağını, çayını şeirə çevirən poetic söz 

ustasıdır.  Bu  əzəli  və  ədəbi  müqəddəs  mövzu  Musa  Yaqub 

yaradıcılığının da əsas qayəsini təşkil edir.  

                                                                Əlipənah Bayramov, 

                                                          Əməkdar mədəniyyət işçisi 

 

 



 

Musa Yaqub təbiətdən cəmiyyətə və eyni dərəcədə cəmiyyətdən 



təbiətə boylanan şairdir.  

                                                                                         



Vaqif Yusifli, 

                                                                                              



Tənqidçi 

 

Sərgi müxtəlif başlıqlar altında keçirilə bilər. Məsələn:  

“Milli  poeziyamızın  göy  qurşağına  çevrilən  şair”,  “Sözdən 

yaranan  həzinlik”,  “

Ülvi  hisslər,  müqəddəs  duyğular,  böyük 

amallar şairi”, 

 “Musa Yaqub-80”, “Öz poeziyasının heykəli”, 

“Poeziyada yaşayan həyat”, “Sərhədlər aşan poeziya”, “Şair 

ömrü”,  “Vətənləşən  Musa  Yaqub...”,  “Xalq  yolunda  ürəyini 

məşəl  edən  Musa  Yaqub”,  “Təbiət  şairi”,  “Təbiətə  qovuşan 

tale” və s. 

Kitabxanada məktəblilərlə Musa Yaqubun təbiətlə bağlı qələmə 

aldığı  şeirlərlə  bağlı  “Təbiətə  qovuşan  tale”  adlı  biblioqrafik 

icmal  keçirmək  olar.  Bunun  üçün  kitabxananın  oxu  zalında 

Musa Yaqubun təbiətlə bağlı qələmə aldığı kitablarının sərgisi 

təşkil  edilir.  Kitabxanaçı  bu  mövzuda  məktəblilərə  ətraflı 

məlumat verir.  

Kitabxanaçı:  Ənənəvi  təsnifata  görə  M.Yaqub  təbiət  şairi 

adlandırılır.  Təkcə  ona  görə  yox  ki,  şair  şəhərdən  uzaq,  ana 

təbiətin  ecazkar  mənzərələri  ilə  əhatə  olunan  bir  mühitdə 

yaşayır.  Həm  də  ona  görə  ki,  o,  tarix  və  zaman  anlayışına, 

sevgiyə  və  gözəllik  kateqoriyasına,  bir  sözlə,  mənəvi-əxlaqi 

sərvətlərə  təbiət  prizmasından  nəzər  salır.  Onun  şeirlərində 

təbiət meyarları zaman, vaxt anlayışları ilə qarşılaşdırılır. Belə 

qarşılaşma  üçün  obyekt  olaraq  lirik  qəhrəmanın  taleyi  seçilir. 

Bəs  təbiətdən  tarixə  boylanan  bu  qəhrəman  kimdir?  Musa 

Yaqub poeziyasında bu suala cavab tapa bilirik. 

 



 

Şah dağının başı salamat deyil, 



Piyada dağ nə şah, nə də mat deyil. 

Şeirindəki lirik mənlər yad deyil, 

O mən elə mən özüməm o məndə. 

Musa  Yaqub  təbiəti  “ömrün  yaşıl  ümidi”  adlandırır,  onun 

şeirlərində  təbiət  vətənin  canlı  timsalı  kimi  tərənnüm  olunur. 

Maraqlıdır ki, Musa Yaqub poeziyasında təbiət gözəllikləri ilə 

bir  sırada  köhnə  dəyirman  divarı,  sönmüş  ocaq  yeri  də  eyni 

hərarətlə  şeir  mövzusuna  çevrilir.  Şair  təbiət  təsviri  fonunda 

həyat, zaman və dünya haqqında fikir və duyğularını ifadə edir. 

Leyləklərin çöp yuvası boş qalıb, 

Bahar gedib, payız gəlib, qış qalıb. 

Göy çəməndə ocaq yanıb, daş qalıb, 

Bu dünyanın qara daşı göyərməz. 

Musa  Yaqubun  poeziyasında  lirik  qəhrəmanın  kədərli  ovqatı 

həmişə  təbiətin  payız  vaxtı  ilə  həmahəngdir.  Payızda  bahar 

həsrəti  təbii  hissdir.  Bəs  “həsrətin  qara  daşlı  ocaq  yerindən 

dikələn  həzin  göynərti”  nədir?  Bu  artıq  bahara,  yaxud  payıza 

dəxli olmayan, yalnız lirik qəhrəmanın daxili iztirablarını ifadə 

edən  obrazdır.  “Bir  payızlıq  ümid”,  “Atam…atam”,  “Yay 

vaxtından qış vaxtına” kimi şeirlərində də insan əhval-ruhiyyəsi, 

lirik  qəhrəmanın  taleyi  təbiətlə  vəhdətdə  götürülür.  Burada 

ömrün  tarixlə,  zamanla,  təbiətlə  dioloqu  həqiqətmizanı 

axtarışlarına  istiqamətlənir.  Burada  şair  ciddi-cəhdlə  həqiqət 

axtaran,  daşın  da,  torpağın  da  taleyini  düşünən  narahat 

müasirimiz  kimi  fəal  görünür.  Dünyadakı  əyriliklər,  milli 

qürurumuza yaraşmayan əməllər üçün günahkar kimdir, zaman 

yoxsa təbiət? Şair bu suala belə cavab verir: 

 

 



 


 

Dəyişərmi kainatın qurğusu, 



Həmin göydü, həmin yerdi, həmin su 

Budağını əyən bizik, doğrusu, 

Bu ocağı kim qalayıb görəsən?! 

M.Yaqub  lirik  şairdir,  onun  bütün  şeirlərində  ana  təbiətin 

özündən  təbii  bir  zəriflik  çaları  var.  Ömrün  içində  doğulan 

ömür”,  “olmur”,  “O  günümüz  üçün”,  “Aşkar  sözüm”,  “Saxla 

həsrətimi” və s. M.Yaqubun bu mövzuda yazdığı uğurlu şeirlər 

hesab  oluna  bilər.  “O  günümüz  üçün”  şeirində  şair  sevginin 

sehrli aləminə də, necə deyərlər, təbiətin əlindən tutub daxil olur. 

Nə yaxşı, zirvəyə boylanır gözüm, 

Düşsəm də dərədə dumana, çənə. 

Budaqlar səxavət, qayalar dözüm, 

Çiçəklər kövrəklik öyrədir mənə. 

Kitabxanaçı: M.Yaqubun ən yaxşı şeirlərindən biri “Bənövşə 

gileyi” poetic miniatürüdür. Boynu bükük bənövşəyə şeirlər çox 

həsr olunub. Şifahi xalq ədəbiyyatında da, aşıq poeziyasında da, 

elə müasir şairlərimizin şeirlərində də bahar, zəriflik və kədər 

rəmzi  olan  nakam  bənövşə  həmişə  poetic  düşüncənin 

mərkəzində  olmuşdur.  Lakin  M.Yaqub  bu  təbiət  möcüzəsinə 

yeni bir gözlə baxmış, bənövşə taleyi fonunda insan  ömrü, vətən 

dərdi barəsində poetic ümumiləşmələr apara bilmişdir. 

Baharın göz açan məsum uşağı, 

Nəfəsin ətirli yazdı, bilirik. 

Şöhrətin uludu, basin aşağı, 

Ömrün göz qırpımı, azdı bilirik. 

Təbiət Musa müəllim üçün insanlaşıb.Onun torpağı da , daşı da 

şair üçün danışan, deyən-gülən, ağlayan-kədərlənən canlılardır: 

Ömrümüz həyəcan, təlaş içində

Könlüm bir şüşədir bu daş içində. 

Belə vurhavurda, savaş içində 



10 

 

Məni barışıqda saxlayanım var. 



 

Təbiət    Musa  Yaqubun  təfəkkürüdür,  istifadə  etdiyi  obrazlar 

sistemidir.  Onun  şeirinin  predmeti  isə  Musa  Yaqub  qəlbinin 

tarixçəsidir. Təbiətin timsalında o həmişə özü haqda danışır: 

Dünən yumurtadan çıxan o quşlar, 

İlk dəfə payıza baxan o quşlar. 

Boş qalıb soyuyan yuvalarına 

Payızın mülayim havalarına 

Bir vida nəğməsi oxuyurdular. 

Budaqdan-budağa atlanırdılar, 

Atlana-atlana şadlanırdılar. 

 

“Bir  payız  nəğməsi,  bir  payız  səsi”  şeirində  əslində  şair 



Buynuzdakı öz yuvasından danışır. O qurşağacan şəhərli olub, 

ömrü boyu qurduğu yuvanın boş, sahibsiz görkəmi kölgə kimi  

izləyir onu, qüssə və nigaranlıq yaradır içində. “Yay vaxtından 

qış  vaxtına”  şeiri  də  belədir:  şair  yenə  öz  qəlbinin,  yaşadığı 

illərin,  yetişdiyi  qışın  tarixçəsini  danışır.  O  demir  ki,  ömür 

tükənir, deyir ki, payızdan sonra  qış gəlir və bizdən soruşmadan 

gəlir. 

Bir buğda dəniydim, düşdüm torpağa, 



Şaxta, qar altında yarımcan oldum. 

Torpaqdan yapışıb qalxdım ayağa, 

Baharda bir yaşıl həyəcan oldum... 

Bir buğda dəniydim, düşdüm torpağa, 

Şaxta, qar altında yarımcan oldum. 

Torpaqdan yapışıb qalxdım ayağa, 

Baharda bir yaşıl həyəcan oldum... 

 



11 

 

Kitablarından birini elə adlandırıb-“Nanə yarpağı”. Müəllif bu 



adı təsadüfi seçməyib. Nanə yarpağı sənətkar qəlbinin rəmzidir. 

Şair  ürəyi  gözəllik  qarşısında,  məhəbbət  ecazında,  heyrət 

məqamında  nanə  yarpağı  tək  əsir.  Musa  Yaqubun  təbiət 

mövzusunda yazdığı bənzərsiz şeirləri Azərbaycan poeziyasının 

qızıl fonduna daxil olub.  

 

Mizrab xəzəlləri qırışlarıyla



 

Toxunub bir sarı simə ağlayır.

 

Bu qədər aramsız yağışlarıyla



 

Görəsən bu payız kimə ağlayır?..

 

 

 



Dumanlar yeriyir dərələr boyu

 

Dağlar elə bil ki, qoşun aparır



 

Deyəsən bu payız vaxt sahibidi

 

Məni də özünə qoşub aparır.



 

Görən bu payızın yaşı neçədi?.. 

 

Kitabxanalarda yubilyarın həyat və yaradıcılığını təbliğ etmək, 



bu  mövzuda  oxucuların  bilgilərini  artırmaq  məqsədilə  sual-

cavab  oyunu təşkil etmək olar. Bunun üçün kitabxanaçı bir həftə 

əvvəldən  oxucuları  Musa  Yaqubdan  bəhs  edən  ədəbiyyatlar 

oxumağı  məsləhət  görür. Suallara  ən  çox düzgün cavab verən 

oxucu  kitabxananın  müdriyyəti  tərəfindən  mükafatlandırılır.   

Nümunə üçün aşağıdakı sualları sizə təqdim edirik.  

 

1. Uşaqlar Musa Yaqub  kimdir? 



Cavab:

Musa  Yaqub  ülvi  hisslər,  müqəddəs  duyğular,  böyük 

amallar şairidir. 

2. Musa Yaqub harda və nə vaxt anadan olmuşdur? 

Cavab:Musa  Yaqub  1937-ci  il  mayın  10-da  İsmayıllı 

rayonunun Buynuz kəndində anadan olmuşdur. 




12 

 

3.  Musa  Yaqubun  Vətən  mövzusunda  yazdığı  şeirlərdən 

hansının adını çəkə bilərsiniz? 

Cavab:”Bəlkə  də  borcundan  çıxmadım,  Vətən,”,  “Hacıkənd”, 

“Dağlar”, “Torpaq”, “Şuşa”, “Göy göl”, “Torpaq...Torpaq”, “Bu 

dünyanın qara daşı göyərməz” və s.  

4. Musa Yaqubun hansı kitabları ilə tanışsınız? 

Cavab:  “Ürəyimdə  yerin  qaldı”,  “Bu  dünyanın  qara  daşı 

göyərməz”, “Üzü bəri baxan dağlar”, “Mənim kainatım”, “Bu 

məhəbbət yaşadar məni”, “Nanə yarpağı” və s.  

5. Musa Yaquba həsr olunmuş kitablar ilə tanışsınızmı? 

 Cavab:  Vaqif  Yusiflinin  şairə  həsr  olunmuş  “Yaxşı  ki,  sən 

varsan...”,    Sabir  Arazlı  Özgünün  “Bizdən  salam  olsun  Musa 

Yaquba”  



6.  Kitablarından  birini  Musa  Yaqub  belə  adlandırıb-“Nanə 

yarpağı”. Sizcə bu nə məna kəsb edir? 



Cavab:    Müəllif  bu  adı  təsadüfi  seçməyib.  Nanə  yarpağı 

sənətkar  qəlbinin  rəmzidir.  Şair  ürəyi  gözəllik  qarşısında, 

məhəbbət ecazında, heyrət məqamında nanə yarpağı tək əsir.  

7. Nə üçün  Musa Yaqubu təbiət şairi adlandırırlar? 

Cavab:  Musa  Yaqub  tarix  və  zaman  anlayışına,  sevgiyə  və 

gözəllik  kateqoriyasına,  bir  sözlə,  mənəvi-əxlaqi  sərvətlərə 

təbiət  prizmasından  nəzər  salır.  Onun  şeirlərində  təbiət 

meyarları zaman, vaxt anlayışları ilə qarşılaşdırılır. 



8.  Musa  Yaqubun  lirik  şeirlərindən  hansının  adını  çəkə 

bilərsiniz? 



Cavab:  “Qırqovulam,  təkəm  mən”,  “Babadağın  ağ  dumanı”, 

“Ömrün içində doğulan  ömür”, “Olmur”, “O  günümüz üçün”, 

“Aşkar sözüm”, “Saxla həsrətimi” və s.  



13 

 

9.  Musa  Yaqubun  bənövşədən  bəhs  edən  şeiri  necə  adlanır  və 

başqa şeirlərdən hansı xüsusiyyəti ilə fərqlənir? 

Cavab:  “Bənövşə  gileyi”  adlanır.  M.Yaqub  bu  təbiət 

möcüzəsinə yeni bir gözlə baxmış, bənövşə taleyi fonunda insan  

ömrü,  vətən  dərdi  barəsində  poetic  ümumiləşmələr  apara 

bilmişdir. 



10.  Musa  Yaqubun 

dostlara,  doğmalara,  söz-sənət  adamlarına 

ithaf şeirləri var. Bu şəxslər kimlərdir? 

Cavab:

Təbiət vurğunu akademik Həsən Əliyev, xalq yazıcıları 

İsmayıl  Şıxlı,  Sabir  Əhmədli,  xalq  şairi  Bəxtiyar  Vahabzadə, 

istedadlı şair Məmməd İsmayıl və s. 

 

Kitabxanada  Musa  Yaqubun  yaradıcılığının  oxucular  arasında 



təbliği  üçün    şeir  müsabiqəsinin  keçirilməsi  maraqlı  olar.  Şeir 

müsabiqəsi  oxucuların  ən  çox  sevdiyi  tədbirlərdən  biridir. 

Çünki,  bu  tədbir  uşaqlarda  şeiri  daha  dərindən  duymaq,  başa 

düşmək  haqqında  təssəvvür  oyadır.  Müsabiqəni  şairin  təbiətlə 

bağlı şeirlərinə də həsr etmək olar. Çünki təbiət gözəlliklərinin 

təsviri mövzusuna yazdığı şeirlərdə şairin təbiətdən aldığı zövq 

və  fərəh  hissiləri  məhəbbət  motivləri  ilə  birləşərək  yüksək 

şeriyyətlə  səslənir.  Bu  müsabiqə  zamanı  məktəblilər  Musa 

Yaqubun  1997-ci  ildə  çapdan  çıxmış,  şairin  bütün  şeir 

yaradıcılığını əhatə edən “Bu dünyanın qara daşı göyərməz”adlı 

toplu kitabından istifadə edə bilərlər.  

Şeir  müsabiqəsinin  giriş  hissəsində  kitabxanaçı  bu  şeirlərin 

məzmunu, yazılma səbəbi haqqında ətraflı məlumat verir. Sonra 

isə məktəblilər səhnəyə çıxıb şeirlərini söyləyirlər.  

 

Burda hər meşənin min cür ağacı, 

Burda hər ağacın yamyaşıl tacı. 

Burda hər tac üstə sarmaşıq saçı, 

Hər saçın küləkdən darağı vardır. 

 



14 

 

Burda hər budağın şeyda bülbülü, 



Burda hər bülbülün qönçə bir gülü, 

Burda hər qönçənin yaşıl bir tülü, 

Hər tülün xırdaca saçağı vardır. 

 

Burda hər yamacın çiçəkdir daşı, 



Burda çiçəklərin şehdir göz yaşı; 

Burda şeh damlası bir üzük qaşı, 

Hər qaşın qızılı qurşağı vardır. 

 

Burda sərər düzə lalələr xalı, 



Burda hər xalının qara bir xalı... 

Hər xalda şirin bir şair xəyalı, 

Burda hər xəyalın oylağı vardır. 

 

Burda qayaların daşdır suvağı, 



Burda hər daş üstə qartal caynağı, 

Caynaqlı hər daşın bir buz bulağı, 

Burda hər bulağın qonağı vardır, 

Harda bu saydığım gözəllik olsa, 

Orda Azərbaycan torpağı vardır!!! 

 

Dünyanın zəmisi heç imiş demə, 



Dəryanın gəmisi köç imiş demə, 

Heçimi , köçümü indi bilmişəm 

İndi bilməyim də gec imiş demə. 

 

************************** 



 

Gözüm nə qədər ki, işlər uzağa, 

O düzlər, dərələr görüş  məskənim. 

Budağım havaya 




15 

 

Köküm torpağa 



İşləyən qədərdir mənim vətənim. 

Durduğum yerindir aldığım nəfəs, 

Mənim ad-sanımı bu torpaq bilər. 

Hələ “filan ağac” deməyib heç kəs, 

“Filan yerdə bitən ağac” deyiblər. 

 

O gül, çiçəklər ki, burda uyuyar, 



O çay ki, yanımdan axar sübhədək. 

O yer ki, nəğməmi eşidib duyar, 

Mənim kainatım bunlardır demək. 

 

******************************** 



 

Yarpaqlar bir cürə danışır, dinir 

Gəzsən bu dünyanın hər diyarını 

Bizim yarpaqlara fikir verin bir 

Oxuyur azəri mahnılarını. 

 

Burda qərənfilin yuxusu nəğmə, 



Burda bənövşənin qoxusu nəğmə. 

 

Daş da dilə gəlir canı var kimi, 



Bu torpaqdadırsa, oxuyacaqdır; 

Tər otlar köklənmiş bir tarın simi, 

Külək mizrab vursa oxuyacaqdır... 

 

“Koroğlu cəng”ini oxuyur çinar, 



Musiqi dilində dinir çöl-çəmən. 

Muğamat üstündə ötür qovaqlar, 

“Sənsiz”i oxuyur yalqız yasəmən. 

 



16 

 

Bu torpaq altında, mat qalmışam mən, 



Musiqi məclisi düzəlib nədir; 

Elə bil torpağa getdiyi gündən 

Üzeyir torpağa nəğmə öyrədir. 

 

***************************** 



 

Şah dağı şahımdır kürsüsü uca, 

Babadağ babamdır müdrik bir qoca 

Birində əzəmət, birində hikmət 

Biri fərman verir, biri nəsihət – 

Qalmışam mən iki dağ arasında. 

 

Şahın qartalları düşüb get-gələ, 



Soltan qayalara əmr aparır – 

Şahın yataqları işləyir hələ, 

Dəmiraparan çay dəmir aparır – 

Çaylar ha daşıyır dağlar qurtarmır 

Yamaclar qurtarmır, tağlar qurtarmır. 

   


Qalıb çay altında qədim keçidlər, 

Babalar o seldən keçib gediblər; 

Yapışıb cığırdan, izdən gediblər; 

Altdan qayıdıblar, üstən gediblər 

Əvvəl Babamıza ziyarət qılıb 

Musa bulağından içib gediblər – 

Qalmışam mən də bu yol ayrıcında 

Dərələr, təpələr, yollar qurtarmır, 

Ayaq haldan düşür, yollar qurtarmır. 

Təzədən qayıdıb kamilləşirəm 

Qarışqa işində, arı işində – 

Bundan şirin peşə tapa bilmərəm, 




17 

 

Bu yurddan müqəddəs oba bilmərəm – 



Bir də solub gedə, bir də açıla 

Ömrümü bağladım gül ağacına – 

Salavat çevirrəm Babama bir də, 

Bir gün dirilərəm öldüyüm yerdə, 

Qalaram bu iki dağ arasında, 

Yəni bir əbədi çağ arasında; 

Yerlərin göylərə minacatını – 

Sonra oxuyarlar bu bayatını: 

– Əzizim ulu dağlar 

Çeşməli, sulu dağlar 

Burda bir şair ölüb 

Göy kişnər, bulud ağlar. 

 

********************************** 



Aranda bürküdən yorğun bir quşdum, 

Fikrin qanadında uçdum ha uçdum. 

Gəlib bir bulaqlı daşını qucdum, 

Oldum torpağının qurbanı, dağlar! 

 

Yüz il suyun olum, ulduzlar payım, 



Yüz il qayan olum, torpaq çarpayım. 

Yüz il daşın olum,  təki yaşayım, 

Olum zirvələrin soltanı, dağlar! 

 

Musa, bu yerlərdən uzaq düşmə heç, 



Təpə kölgəsində dalğalanma, keç. 

Arxa da seçəndə dağdan arxa seç, 

Ram edər özünə dövranı dağlar! 

 

 




18 

 

Şeir  müsabiqəsi  ilə  yanaşı  rəsm  müsabiqələrinin  də  təşkili 



mümkündür.  Müsabiqədə  Musa  Yaqubun  şeirlərinə  uşaqlar 

tərəfindən şəkillər çəkilməsi tapşırılır. Rəsmlərin çəkilməsi üçün 

oxuculara iki həftə  vaxt verilir. Bu vaxt  ərzində  oxucular həm 

Musa Yaqubun şeirlərini oxuyub, həm də oxuduqları və ən çox 

bəyəndikləri  təbiət  şeirlərinə  rəsmlər  çəkə  bilərlər.  Ən  gözəl 

məna kəsb edən rəsm işləri kitabxananın müdiriyyəti tərəfindən 

mükafatlandırılır.

 

 



Kitab müzakirəsi 

Kitabxanada  yubilyarın  yaradıcılığını  oxuculara  daha  aydın 

şəkildə  çatdırmaq  üçün  “Xalq  yolunda  ürəyini  məşəl  edən 

Musa  Yaqub”  adlı  kitab  müzakirəsi  təşkil  etmək  olar.  Bunun 

üçün  kitabxanada  Musa  Yaqubun  kitablarının  sərgisi  təşkil 

olunur. Müzakirə zamanı yubilyara həsr olunmuş kitablardan da 

istifadə oluna bilər. Əvvəlcə kitabxanaçı Musa Yaqubun həyat 

və  yaradıcılığı  haqqında  danışır.  Sonra  isə  kitablar  haqqında 

oxuculara ətraflı məlumat verir.  



Kitabxanaçı: “Bu dünyanın qara daşı göyərməz” adlanan 1350 

səhifəlik kitab seçilən və sevilən şairimizin əlli illik yaradıcılıq 

ömrünün  cəmidir.  Kitabın  özəlliyini  də  müəllif  bu  sözlə 

müəyyənləşdirir:  ”Cəm”,  “Əsərlər”,  “Seçilmiş  əsərlər”  yaxud 

“Şeirlər” yox, məhz “Cəm”. Kitaba şairin 1966-cı ildən 1996-cı 

ilə qədər nəşr olunmuş on kitabından toplanan şeirlərinə sonrakı 

dövrdə  yazdığı  əsərləri  də  əlavə  edilib  və  küll  halında  şair 

haqqında tam, dolğun təsəvvür yaradır. Elə tək bir “körpə budaq 

əl açıbdır yağışa” misrası yetərlidir ki, M.Yaqubu rəssamsayağı 

mənzərə ustası sayasan.  

 

 

 




19 

 

Bəlkə də borcundan çıxmadım, Vətən, 



Ömür bahar deyil bir də qayıtsın. 

Ölsəm də qoynunda qoy ölüm ki, mən 

Çürüyüm bir ovuc torpağın artsın. 

 

Bu sətirlər ömrünün 80-ci baharının sevincini və məsuliyyətini 



yaşayan  tanınmış  şair  Musa  Yaqubun  yaradıcılığının  ilk 

dövrlərinə aid şeirlərindəndir. Təbii qəbul ediləsi nostalji notları 

ilə  bərabər  misralarda  Vətənə  vurğun  bir  övlad  məhəbbətinin 

çox səmimi, poetic ifadəsi vardır.  

 

  

Uğurlu günədir niyyətim, yolum, 



Gələrəm, gəlmərəm, bağışla məni. 

Tutdun ətəyimdən böyürtkan kolum, 

Yox, dura bilmərəm, bağışla məni…  

 

Musa Yaquba təbiət şairi deyirlər. Bu ad ona halaldan halaldır. 



Onun  bu  mövzuda  yazdığı  bənzərsiz  şeirləri  Azərbaycan 

poeziyasının qızıl fonduna daxil olub. Musa Yaqub həm də incə 

lirikdir. Şair qəlbindən qopan misralar elə bil hər birimizin könül 

dünyamızın səsidir. 

Zəriflik, kövrəklik Musa Yaqub poeziyasını- həm təbiətə 

həsr  olunmuş  şeirlərini,  həm  də  məhəbbət  lirikasını 

səciyyələndirən  bəlkə  də  ən  dəqiq  sözlərdir.  Öz  bənzətməsini 

xatırlasaq,  şairin  könlü  “mehdə  üşüyən  bir  əsim  nanə  yarpağı 

kimi” titrəkdir. Həsas bir qəlbin eyni titrəyişi “Öyrətmə özünə, 

öyrətmə məni” şeirində psixoloji çalarlarla ifadə olunmuşdur.  

 

Dostlar nə o gücdə, nə o dözümdə 



Üzlər gördüm, əlim qaldı üzümdə. 

Adını özümdə, haqqı sözümdə 

Belə qarışıqda saxlayanım var 



20 

 

 



Şair  bu  misraları  söyləyəndə  səsinin  payız  yarpaqlarına 

bənzəyən  xışıltılı  tonunu  duyuruq.  Bütün  varlığıyla  təbiətə 

vurğun olan şair özü də təbiət kimidir. Qış kimi sərt, yaz kimi 

gülümsər, yay kimi mülayim. O danışdıqca elə adama elə gəlir 

ki, dünyanın bütün qara daşları göyərib.  

Kitabxanaçı  müzakirənin  sonunda  Musa  Yaqubun 

yubileyinə töhfə olaraq tənqidçimiz Vaqif Yusiflinin şairə həsr 

olunmuş  “Yaxşı  ki,  sən  varsan...”  və  Sabir  Arazlı  Özgünün 

“Bizdən  salam  olsun  Musa  Yaquba”  kitabları  haqqında 

oxuculara  məlumat  verə  bilər.  Bu  kitablar  Musa  Yaquba 

sağlığında qoyulan heykəldir.  

 

Kitabxanalarda  yuxarı  sinif  şagirdlərinin  iştirakı  ilə  “Musa 



Yaqub  yaradıcılığı  müasir  gəncliyin  gözü  ilə”  adlı  oxucular 

konfransı da təşkil etmək mümkündür. Konfransdan öncə onun 

proqramı  tərtib  olunmalı,  konfransın  keçiriləcəyi  dəqiq  vaxt 

müəyyən  olunmalıdır.  Proqramda  konfransda  çıxış  edəcək 

qonaqların,  ədəbiyyatşünasların  və  şagirdlərin  adları,  onların 

çıxış edəcəkləri mövzular, tədbirin keçiriləcəyi məkan və zaman 

qeyd  olunur.  Konfrans  zamanı  Musa  Yaqub  yaradıcılığına 

yaxından  bələd  olan  jurnalist,  yazıçı  və  şairlərin  çıxışları 

dinlənilir.  

Oxucu konfransının planını sizə təqdim edirik: 

1.  Giriş  hissə  (Musa  Yaqubun  həyat  və  yaradıcılığı  haqqında 

məruzə)  

2.  Musa  Yaqub  yaradıcılığı  haqqında  kitabxana  rəhbərliyinin, 

jurnalist, yazıçı və şairlərin çıxışları.  

3.Yuxarı  sinif    şagirdlərindən  ibarət  olan  oxucuların  Musa 

Yaqubun  müxtəlif  şeirləri  ətrafında  müzakirələri.    Şairin 

əsərlərinə yazılmış mahnılar dinlənilir, şeirləri söylənilir. 

4. Konfransın yekunu.  

 



21 

 

                                 



Ədəbi bədii gecə 

 

Kitabxanada Musa Yaqubun 80 illik yubileyi ilə əlaqədar ədəbi-

bədii gecənin keçirilməsi məqsədəuyğundur. Çünki kitabxanada 

ədəbi-bədii gecələrin təşkili yubilyarın  həyat və yaradıcılığı ilə 

yaxından tanış olmağa imkan verir. Gecəyə şairin yaradıcılığına 

yaxından  bələd  olan  tanınmış  yazıçılar,  ədəbiyyatşünaslar, 

tənqidçilər,  jurnalistlər  dəvət  oluna  bilər.  Ədəbi-bədii  gecədə 

şairin  yaradıcılığı  haqqında  maraqlı  söhbətlər  edilir,  şeirləri 

dinlənilir.  Ədəbi-bədii gecənin ssenarisini təqdim edirik.  

Əvvəlcə iştirakçılara Musa Yaqubun həyat və yaradıcılığından 

bəhs  edən  “Ülvi  hisslər,  müqəddəs  duyğular,  böyük  amallar 

şairi”  adlı  slayd  təqdim  olunur.  Sonra  isə  aparıcılar  səhnəyə 

daxil olurlar. 

 

I Aparıcı: Bu dünyanın qara daşını dilinə gətirib, bəxtimizi bizə 

sevdirən, inamımıza işıq tutan bir şair var: Musa Yaqub. Bu il 

dəyərli  şairimizin  80  yaşı  tamam  olur.  Başdan-ayağa  torpaq 

qoxuyan,  Vətən  qoxuyan  yaradıcılığıyla  illərdir  şeirləri-dildən 

dilə dolaşan, təbiət şairi kimi tanınan, sevda ağacında yuva quran 

quşların  nəğməsini  duyan,  bütün  hüznlü  havaların  dərdini 

anlayan  Musa  Yaqub  orijinal,  sözü  hər  zaman  üçün  dupduru 

olan  şairlərimizdən,  xalqının  ruhunu,  doğma  İsmayıllının  ab-

havasını  poeziyaya  cəsarətlə,  bənzərsiz  poetikliklə  gətirən 

qələm sahibidir.  



II Aparıcı: Musa Yaqub lirikası qədim şeir kitabımızda təptəzə 

bir səhifədir. Bu səhifə həm də ana dilimizin bir möcüzəsidir. 

Bütün əsl lirika kitabları kimi, həqiqi, yandıran kədərləndirən, 

zəifləri ağladan lirika kimi söz möcüzəsidir.  Musa Yaqub ana 

yurdumuzu vəsf edəndə duyğuları sellərdən coşğunluq, ilhamı 

qartallardan qanad alır. Şairin mövzu dairəsi genişdir. O hansı 

mövzuya  əl  atır-atsın,  həyatın  hansı  neqativ  cəhətindən 



22 

 

danışırsa-danışsın, biz görürük ki, onda yaxşılığa doğru daim bir 



inam var. Şairin yaradıcılığının, demək olar, bütün dövrlərində 

hər  dəfə  daha  yeni,  rəngarəng  keyfiyyəti  özünü  aşkar 

göstərməkdədir.  O,  kövrək,  gözütox  və  halal  bir  şair  taleyi 

yaşayır. 



I Aparıcı: Musa Yaqubun fikrincə insanın bircə baxışının min 

qanunu var. O məhəbbət dünyasına gərək xəyanət qatmayasan.  

Bəli, Musa Yaqubun qəlbi çeşmədir. Sinəsini açdı-saatlarla şeir 

deyər. Tanrısı saydığı, şeir-sənət yolunu seçdiyi Xaqanidən üzü 

bəri  Füzulidən,  Vaqifdən,  Mikayıl  Müşfiqdən,  Səməd 

Vurğundan,  Bəxtiyar  Vahabzadədən  dürlü-dürlü  şeirlər  deyər, 

yoruldum  nə  olduğunu  bilməz.  Musa  Yaqubun  şeirləri    öz 

ritmini,  ahəngini  bulaqların  həzin  zümzüməsindən,  çayların 

coşqun  səsindən,  ildırımlı  göylərin  nərəsindən  alıb.  Onun 

poeziyasında təbiət dilə gəlir, səslənir, danışır, oxuyur. Ona görə 

də belə təbiidir, səmimidir, ürəyəyatandır, dillər əzbəridir Musa 

Yaqub şeirləri!

 

 

 



II Aparıcı: Poetik dünyası rənglərdən ibarətdir Musa Yaqubun. 

Təbiətlə  vücudla  ruh  kimi  qaynayıb-qarışdığından,  məhəbbəti, 

nifrəti,  mərhəməti,  ədaləti,  insani  keyfiyyətləri  belə  müxtəlif 

rənglərin  haləsində  görür  şair.  Qələmi  sanki  fırça  əvəzinə 

işlədərək  mətndən  daha  çox  poetik  lövhələr  yaradır.  Çağdaş 

poeziyamızda təbiətə Musa Yaqub qədər müraciət edən yəqin ki, 

az tapılar. Amma axşamı-səhəri olmayan bu müraciət, bu sevgi 

insanı  usandırmır.  Hər  açılan  sabah  özü  ilə  bir  təzə  hadisələr 

gətirdiyi kimi, Musa Yaqubun hər təbiət şeiri də gözə-könülə bir 

təzəlik qataraq təkrarsız ovqat yaradır.  

 

II Aparıcı: Musa Yaqub ilk dəfə Yusif Səmədoğlunun redaktor 

olduğu “Ulduz” jurnalında işığa çıxan “Bu dünyanın qara daşı 

göyərməz” şeiri ilə  məşhurlaşdı ki, bu şeirə otuza qədər nəzirə 

yazıldı.  




23 

 

Leyləklərin çöp yuvası boş qalıb, 



Bahar gedib, payız gəlib, qış qalıb. 

Göy çəməndə ocaq yanıb, daş qalıb, 

Bu dünyanın qara daşı göyərməz… 

 

Həmin nəzirələrin ən məşhuru isə Məmməd Arazın “Göyərdi” 



rədifli şeiri oldu: 

Musa Yaqub, gözü yolda Təbrizin, 

Gözlərinin qara yaşı göyərdi. 

Göyərmədi istədiyi bircə dən,  

Savalanın qara daşı göyərdi. 

 

II Aparıcı: Musa Yaqubu bir şair olaraq səciyyələndirən başlıca 

xüsusiyyətlərdən  biri  də  hər  yaşda,  hər  situasiyada  ruhunu 

qoruyub  saxlaması  və  təbiətin  hər  nəsimindən  təsirlənsə  də, 

cəmiyyətin  əsintilərini  içinə  buraxmayaraq  azadəliyini  bütün 

nəfsani şeylərdən üstün tutmasıdır.  

Qaçarı atlarımızı yollara saxlamışıq, 

Uçarı durnamızı göllərə saxlamışıq. 

Adamlar yıxayıxda, canımız çıxaçıxda, 

Ruhumuz alabaxta-çöllərə saxlamışıq. 

 

I  Aparıcı:  Müsahibələrinin  birində  Musa  Yaqub  deyir:  “Daş, 

dəyirman,  ağac...  bunlar  mənim  obrazlarımdır.  O  qara  daş 

əslində insan taleyidi. Göyərməyəcək, mümkün də deyil. O elə 

bir  daşdı  ki,  nə  qədər  ümidlə  göyərtsən  belə,  göyərməyəcək. 

Amma  insanın  ümidi  özünə  yetər.  O  qara  daşı  danışdıran  da, 

göyərdən  də,  onu  taleyinə  yazan  da  elə  insan  özüdür.  Heç 

eşitmisən deyir, ürəyimə daş bağlamışam? Yəni o ağırlıq həmişə 

səninlə gedəcək. Bu, ömürdü, gündü. Onu biz göyərdə bilərik, 




24 

 

ümidimizdə,  taleyimizdə,  yeni  məhəbbətimizdə.  Bəlkə 



özümüzünkü  olmaz  amma  balalarımızınkı  olar.  Bəlkə  də  qara 

daşın  altında  olan  toxumları  cücərtməyə  ümidlərimizin  gücü 

yetər.  Belə  bir  şeir  var,  bir  qara  daş  gəlib  düşür  çəmənə,  o 

çiçəklər göyərib, qara daşı itirir.

 Gözümdə, könlümdə ilkinlik – 

təbiət... Bir ali gözəllik yaşayıram özüm üçün... Mənim dünyam 

- duyğu döyüşüm, hiss döyüşüm, vicdan döyüşüm bax, budur!” 

 

II Aparıcı: Demək ki, o daş göyərmədi amma o çəmən göyərdi. 

Ümid də sevgi kimidir, heç bitmir. Necə ki, başqa şeylər hədərdi, 

dünyanın  ömrü  EŞQin  yaşamağı  qədərdi.  Belə  olduğu  üçün 

ümid də həmişə olacaq. Zəif olur, ardınca çatmadıqlarımız olur, 

amma  ölmür  ümidlər.  Sən  gedib  çata  bilməsən  də  kimsə 

yetişəcək  ona.  Ümidin  özü  də,  insanın  yaşayış  tərzindən, 

cəmiyyətdən,  mühitdən  asılıdır.  Yenə  insan  insanı,  ürək  ürəyi 

duymalıdır. Düzdür, bəzən bunlar payimal olur, həmişə belə olur 

cəmiyyətdə, ümid bölünür, yenidən dünyaya gəlir. 

"Nə hal varsa təbiətdə, 

Onu gördüm cəmiyyətdə" 

Cəmiyyətdə də var, təbiətdə də. Onun hasilatını biz dəyirmana 

salırıq, hasil eləyib insan ruzisini qazanırıq. Bu şeirlərdə Musa 

Yaqubun  öz hissləri, duyğuları var. 

I  Aparıcı:  Musa  Yaqubun  şeirlərində  sözlərin  hamısında 

möcüzə  potensialı  var.  Bu  xüsusiyyət  ancaq  əsl  şairlərə 

məxsusdur. Musa Yaqubun poeziyasında söz möcüzə yaratmaq 

alətidir.  Onun  şeirlərinə  anamızdan,  xalqımızdan  eşitdiyimiz 

sözlər  möcüzə,  heyrət  mənbəyi  olur.  Musa  Yaqub  belə  bir 

sehrkardır və xalq onu buna görə sevir. Onun şəxsiyyəti davranış 

tərzi  ilə  əlaqədardır.  Musa  Yaqubun  son  iyirmi  illik 

yaradıcılığında dünya acısı, dünya kədəri çox qüvvətlidir. Onun 




25 

 

ən yaxşı şeirlərində keçən ömrün qayıtmazlığı, eləmədiklərinin 



yanğısı, keçmişdə qalan baharların kədəri var.  

Yazı nəmiş, yayı tez xəzəlləşən, 

Pətəkdə qaynaşan, şamla əlləşən, 

Qışda balsız qalan arılar kimi 

Eləmədiklərim yandırır məni.  

 

II  Aparıcı:  Musa  Yaqub  insan  kimi  də,  şəxsiyyət  kimi  də 

bütövdür,  əyilməzdir.  Onu  sındırmaq  çətindir.  O,  bütün 

vəziyyətlərdə  özü  olaraq  qalmağı  bacaran  mərd-mərdanə  bir 

insandır. 

Yaşadığımız  ağlı-qaralı  günlərin,  ömrümüzə, 

taleyimizə  əsən  acı  yellərin  nəfəsi  Musa  Yaqub  şeirlərinin 

canından,  qanından  keçir.  Onun  çinar-çinar  şeirləri  də,  palıd-

palıd poemaları xalqa, vətənə, insanlara, ulu tanrıya üz tutaraq 

yazdığı haray monoloqları da şair qəlbinin atəşindən yaranıb. Bu 

şeirlərdə  Musa  Yaqubun  dərdi,  ələmi  sızım-sızım  sızıldayır, 

qəzəbi, nifrəti ərşə dayanır, ildırım olub göylərdə çaxır. 



II Aparıcı: Bütün şairlər kimi onun da dostlara, doğmalara, söz-

sənət  adamlarına  ithaf  şeirləri  var.  Təbiət  vurğunu  akademik 

Həsən  Əliyevə,  xalq  yazıcıları  İsmayıl  Şıxlıya,  Sabir 

Əhmədliyə,  xalq  şairi  Bəxtiyar  Vahabzadəyə,  istedadlı  şair 

Məmməd İsmayıla və s. Onun universitet illərindən özünə ustad 

saydığı Bəxtiyar Vahabzadəyə həsr etdiyi “Yanğı” şeiri buna ən 

gözəl nümunədir.  

Sənin yanğın bu torpağın yanğısı, 

Bu yanğından torpaq laləzar olur. 

Qızıl-qızıl piyalələr alışır, 

O dənələr birləşəndə nar olur. 

Ulu Günəş yanğıların nəhəngi, 




26 

 

Bulud yansa ildırımdır çələngi. 



Daş kül olmaz, suda qaynar əhəngi 

Dağ yananda vulkanından car olur. 

Sabahların dan yerinə yox əvəz 

Axşamların qürubu da odnəfəs. 

El yolunda bu tövr ilə yanan kəs 

Yana-yana dönüb Bəxtiyar olur.  

 

II  Aparıcı:  Musa  Yaqub  Azərbaycanın  ürəyindən  qopan 

ürəyini, bir oğul kimi Azərbaycana həsr edən söz ustasıdır. O, 

ana  yurdumuzu  vəsf  edəndə  duyğuları  sellərdən  coşğunluq, 

ilhamı qartallardan qanad alır.  

Gözüm nə qədər ki, işlər uzağa, 

O düzlər, dərələr görüş məskənim. 

Budağım havaya, 

Köküm torpağa 

İşləyən qədərdir mənim vətənim. 

Durduğum yerindir aldığım nəfəs, 

Mənim ad-sanımı bu torpaq bilər. 

Hələ “filan ağac”deməyib heç kəs, 

“Filan yerdə bitən ağac” deyiblər. 

O gül çiçəklər ki, burda uyuyar, 

O çay ki, yanımdan axar sübhədək. 

O yer ki, nəğməmi eşidib duyar, 

Mənim kainatım bunlardır demək.  

 

I Aparıcı: Musa Yaqub həm də incə lirikdir. O, təkcə “Özünə 

öyrətmə,  öyrətmə  məni”  şeirini  yazsaydı  belə  yenə  də  adı 

dillərdə  gəzərdi.  Şair  qəlbindən  qopan  bu  misralar  elə  bil  hər 

birimizin könül dünyasının səsidir: 

 

 




27 

 

Mən bir az baharlı budaq kimiyəm, 



Bir az sa sadəlövh uşaq kimiyəm, 

Bala anasına qovuşan kimi, 

Leylək yuvasına yovuşan kimi, 

Arı gül-çiçəyə uyuşan kimi, 

Eh mən də adama tez yovuşanam, 

Sevgi atəşində tez alışanam. 

Amma ki, sönməyim çox çətin olur- 

Sevgidən dönməyim çox çətin olur, 

Öyrətmə özünə, öyrətmə məni. 

Ədəbi-bədii gecənin sonunda söz müdiriyyətə verilir: 

 

Müdiriyyətin  çıxışı:  Musa  Yaqub  sözlə  elə  lövhələr, 

mənzərələr  yaradır  ki,  oxuyanda  adam  heyrətə  gəlir.  O,  ülvi 

hisslər,  müqəddəs  duyğular,  böyük  amallar  şairidir.  Musa 

Yaqubun  yaradıcılığını  bütöv  kimi  götürsək,  görərik  ki,  onun 

baş mövzusu Vətəndir-Azərbaycandır. O, Vətənin oduna yanan, 

Vətən  adını  ürəyinin  başına  yazan,  xalqı  ilə  bir  gülüb,  bir 

ağlayan  söz  ustasıdır.  Bu  əzəli,  əbədi,  müqəddəs  mövzu  onun 

yaradıcılığından  göy  qurşağı  kimi  işıqlı  bir  yol  salıb. 

Şeirlərindən başlanan bu  yol poemalarında daha  da şaxələnib, 

qol-budaq  atıb.  Musa  Yaqubun  şeirlərini  oxuyarkən  saf 

duyğular,  dərin-dərin  düşüncələr  dənizindən  keçirsən.  Onun 

şeirlərini  oxuyarkən  ruhumuz  təzələnir,  təzə-tər  duyğular 

qəlbimizə axır. Bəli, insan həmişə arzularla yaşayır. Arzular çox 

və rəngarəngdir. Mənim fikrimcə yaradıcı adam ümidin və işıqlı 

arzuların  dalınca  getməli,  oxucularını  da  o  istiqamətə 

aparmalıdır. Biz inanırıq ki, müasir poeziyamızda öz mövqeyi 

ilə  seçilən,  üslubunun  əlvanlığı  ilə  təravətli  görünən  Musa 

Yaqub  poeziyası  hələ  yeni  nəğmələrlə  zənginləşəcək.  Sizdən 

yenə  də  torpaq  ətri,  meşə  havalı,  ağac  dilli,  çiçək  dilli,  şəlalə 

səsli, bulaq nəğməli şeirlər gözləyirik.  



28 

 

Ədəbiyyat siyahısı: 



 

Əsərləri 

 

Ruhumla söhbət : şeirlər. - Bakı : Azərnəşr, 2004. - 283 s.  



 

Bu dünyanın qara daşı göyərməz : (Cəm). - Bakı : Azərnəşr, 

2007. - 1360 s.  

Aparır məni ; Bir qırıq sim ; Köhnə bağlar // Sabir poeziya 

günləri-2015. - Bakı : "İTM", 2015. – S.16-19 

 

Dövri mətbuatda 

 

Bir payız tənhalığı ; Dua ; Pətəkdən qalmış arılar və b. : şeirlər 



// Azərbaycan. - 2012. - № 5. - S. 3-10.  

Böyük itkinin təsəllisi : [filologiya elmləri doktoru, professor, 

yazıçı İmamverdi Əbilov haqqında] // Ədəbiyyat qəzeti. - 2016. 

- 16 aprel. - № 14. - S. 7.  

Burda yoxam ; Nə olacaq, olacaq ; Hələ gözləmə və b. şeirlər // 

Azərbaycan. - 2011. - № 1. - S. 75-81.  

Dağdağan daş içində ; Alnımda ömrün yazısı ; Səhra yanğısı : 

şeirlər // Ədəbiyyat qəzeti. - 2012. - 26 may. - № 19. - S. 3.  

Dağlara ziyarət ; O nə baxış idi ; Nə deyim : [və b. şeirlər] // 

Azərbaycan. - 2014. - № 2. - S. 3-9.  

Dərdimin yanında durma ; Yaxşı ki... ; Cüt misra və b. : şeirlər 

// Azərbaycan. - 2011. - № 12. - S. 3-7.  

Göyərməz : şeir // Mədəni həyat. - 2012. - № 10. - S. 92.  

Gözlə məni : şeir // Savalan. - 2009. - 23-26 oktyabr. - № 46. - 

S. 1.  

 



29 

 

Həsrət adası ; Hicranımsan,əzabımsan ; Mən könlü gileyli və b. 



: şeirlər // Mədəni Maarif. - 2011. - № 11. - S. 73-75.  

Xatirə dağlar ; Mənim qan yaddaşım ; Çıxım  gedim və b. 

şeirlər // Ədəbiyyat qəzeti. - 2016. - 29 oktyabr. - № 40. - S. 2-

3.  


İkinci nəfəs ; Zoğal ağacı ; Payız üşüyür və b. şeirlər // 

Azərbaycan : jurnal. - 2016. - № 1. - S. 15-27.  

İnanmadığım : şeir // Ədəbiyyat qəzeti. - 2017. - 4 fevral. - № 

4. - S. 6.  

İnsanlara məktub ; Bənövşə sualı ; Ağlayan şehli əkin : şeirlər 

// Mədəniyyət. - 2006. - 21 yanvar. - S.10.   

Kömür ömrü ; Ərəfə ; Nə deyim yallah... : şeirlər // 

Azərbaycan. - 2010. - № 1. - S. 7-11.  

Qalmayacaq : 20  Yanvar şəhidlərinə aid şeir // Mədəniyyət. - 

2006. - 21 yanvar. - S.2.   

Qış lövhəsi : şeir // Göy qurşağı. - 2013. - № 1. - S. 3.  

Mənim dərdlərimin ayaqları var... : [Şair Musa Yaqubla ömür-

gün söhbəti / yazdı Z.Şahsevənli] // Yada düşdü. - 2012. - № 2. 

- S. 30-37.  

Milli poeziyamızın göy qurşağına çevrilən şair : [şair Musa 

Yaqub ilə müsahibə / söhbətləşdi Ə. Bayramov] // Xalq qəzeti. 

- 2016. - 10 yanvar. - № 5. - S. 7.  

Nida; Bir yaz cecəsində; Mahnı : şeirlər // Ulduz. - 2007. - № 

5. - S.52-53.   

O görüşlər // Ədəbiyyat qəzeti. - 2016. - 16 yanvar. - № 2. - S. 

3.  

O tay, bu taylar ; Ağ gül, qırmızı gül, bir də sarı gəlin ; Tamaşa 



və b. : şeirlər // Azərbaycan. - 2009. - № 2. - S. 3-9.  


30 

 

Ömür şeiri ; 27 sentyabr ; Zəriflik : [və b. şeirlər] // 



Azərbaycan. - 2013. - № 4. - S. 3-9.  

Öyrətmə özünə, öyrətmə məni : şeir // Yada düşdü. - 2015. - № 

2. - S. 15.  

Özümə oxşatma ; İkinci nəfəs ; Bir vida nəğməsi, bir payız səsi 

və b. şeirlər // Ədəbiyyat qəzeti. - 2015. - 14 noyabr. - № 58. - 

S. 8.  


Payızdan yaza nə qaldı : [şair Musa Yaqubla söhbət] // 

Təzadlar. - 2007. - 27 mart-3 aprel. - S.6.   

Ruh söhbəti ; Ömür şeri ; Hanı bu dünyanın dağ tərəfləri və b. 

şeirlər // Ədəbiyyat qəzeti. - 2015. - 30 may. - № 34/35. - S. 

16-17.  

Ruhumla söhbət ; Qızıl dan kimi ; İnanmadığım və b. şeirlər // 

Azərbaycan. - 2017. - № 1. - S. 7-19.  

Şair zəifləyəndə oxucu şairləşir : [şair Musa Yaqub ilə 

müsahibə / söhbətləşdi S. Hüseynoğlu] // Ədəbiyyat qəzeti. - 

2014. - 23 may. - № 19. - S. 1. ; 8-9.  

Sual  : Akademik İbrahim Quliyev üçün // Azərbaycan. - 2009. 

- № 10. - S. 107-111.  

Şuşa // Savalan. - 2008. - 15-18 fevral. - S. 3.  

Şuşa : şeir // Savalan. - 2011. - 21-24 oktyabr. - № 52. - S. 2.  

Ulduztək üstümə səpələn, ey qar ; Bu qar : şeirlər // Ədəbiyyat 

qəzeti. - 2016. - 17 dekabr. - № 50. - S. 3.  

Uzun gecələr gəlir ; Ağlayan şehli əkin ; Qalmayacaq : şeirlər 

// Azərbaycan. - 2006. - №1. - S.5-9.   

 

 

 




31 

 

Haqqında 



 

Kitablarda 

 

Dəmirçi Z. 

Mənim şair qardaşlarım : Nigar Rəfibəylinin 

əziz xatirəsinə // Qayalı. - 2008. - S. 227-237. – Şeirdə müəllif 

bütün müasirlərinə, o cümlədən, Musa Yaquba müraciət edir. 



 

Hacızadə N. Musa Yaqub - öz poeziyasının heykəli // Yada 

düşdü. - Bakı : Araz, 2008. - S. 474-488.  



 

Ləman F. Meşə ətri // Seçilmiş əsərləri : Dəyər. - Bakı : MBM, 

2011. - C.IV. - S.24-31. 

 

Dövri mətbuatda 

 

Anar. Ruhun zərifliyi : Musa Yaqub - 70 // Ədəbiyyat qəzeti. - 

2007. - 11 may. - S.3.   

Bayramov Q. Dünyamızın qara daşlarını göyərdən şair // 

Ədəbiyyat qəzeti. - 2007. - 18 may. - S. 3.  



Əlibəyli B. Qızıləhmədi ətirli şeirlər : Musa Yaquba sevgi və 

uzun ömür diləkləriylə // Ədəbiyyat qəzeti. - 2016. - 3 dekabr. - 

№ 46-47. - S. 25.  

Fuad E. Vətənləşən Musa Yaqub... // Yada düşdü. - 2015. - № 

1. - S. 11-19.  



İsmayıloğlu A. Təbiətlə vəhdətdə : şair Musa Yaqub haqqında 

// Ədəbiyyat qəzeti. - 2007. - 1 iyun. - S. 3.  



Qarayeva G. Bəxtin qürub çağı : şair Musa Yaqubun 

"İnanmadığım" şerinin təhlili : 1 şeir/2 rakurs  // Ədəbiyyat 

qəzeti. - 2017. - 4 fevral. - № 4. - S. 6.  

 



32 

 

Loğman. Məmləkətin Xan Çinar adamı : poeziyamızda Musa 

Yaqub yaradıcılığı haqqında // Zaman. - 2012. - 22-24 

sentyabr. - № 114. - S. 4.  



Mehdiyeva F. "Heçimi, Köçümü indi bilmişəm" : Musa 

Yaqubla nostalji söhbət  // Ulduz. - 2012. - № 2. - S. 46-49.  



Mirzəliyeva R. Şair Musa Yaquba açıq məktub // Təhsil 

problemləri. - 2014. - 24-31 avqust. - № 61/62. - S. 14-15.  



Nəcəfzadə Q. Əyləşdiyim stul : "Azərbaycan" jurnalı poeziya 

şöbəsinin redaktoru olmuş və dünyasını dəyişmiş unudulmaz 

sənətkarlarımızın xatirəsinə // Azərbaycan. - 2010. - № 3. - S. 

171-176.  



Novruz V.  

Çoxdan gəlməmişdim bu tərəflərə : şeir // 

Azərbaycan. - 2015. - № 7. - S. 24-25.  

Orucova Ş. Poeziyada təbiət və mədəniyyət mövzusu : Qabil 

və Musa Yaqubun yaradıcılıqları əsasında // Təhsil 

problemləri. - 2013. - 24 -30 iyun. - № 47/48. - S. 14.  

Osmanoğlu M. Daş : Musa Yaqubun "İlahi, mən bu daşı 

götürüm, götürməyim?" şeiri haqqında // Ədəbiyyat qəzeti. - 

2015. - 18 aprel. - № 22/23. - S. 3.  

Osmanoğlu M. Zirvədən aşağı baxanda : şair Musa Yaqubun 

"İnanmadığım" şerinin təhlili : 1 şeir/2 rakurs // Ədəbiyyat 

qəzeti. - 2017. - № 4. – S.6. 

Sərvi S. Musa Yaqub "İndi bilməyim də gec imiş demə" // El. - 

2011. - № 12. - S. 36-44.  



Şirinov M.   Məni tutan misralar : müxtəlif şairlərin 

əsərlərindən nümüunələr // Kaspi. - 2015. - 13 iyun. - № 235. - 

S. 19.  

Yusifli V. Poeziya - 2011-2012 : fraqmentlər // Azərbaycan. - 

2013. - № 2. - S. 158-172.  




33 

 

       



Milli poeziyamızın göy qurşağına çevrilən şair

 

 

 (metodik vəsait) 

 

 

 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 30 

Çapa imzalanmışdır:05.05.2017 

 Tirajı:100 

Pulsuz 



 

 

 

  

                                                                                 

 

 

 



Yüklə 192,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə