F.Köçərli adına Respublika
Uşaq Kitabxanası
Uşaq dünyasının xeyirxah sehrbazı –
Korney Çukovski
Rus uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Korney
Çukovskinin anadan olmasının 135 illik yubileyi münasibətilə
mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə,
kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait
Bakı - 2017
2
Tərtibçi: Təranə Hacıyeva
Redaktor: Səməd Məlikzadə
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi
“Uşaq dünyasının xeyirxah sehrbazı – Korney Çukovski”
metodik vəsait / tərt.ed.: T.Hacıyeva; red. S.Məlikzadə; ix. red.
və burax. məsul Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq
Kitabxanası. - Bakı, 2017. - 23 s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017
3
Tərtibçidən
Rus şairi, publisisti, ədəbi tənqidçisi və uşaq yazıçısı
Korney İvanoviç Çukovski (əsl adı Nikolay Vasilyeviç
Korneyçukov) 19 (31) mart 1882-ci ildə Sankt-Peterburqda
anadan olmuşdur. Ədəbi fəaliyyəti çoxcəhətli olan görkəmli
yazıçı hər şeydən öncə şeir və nəsrlə yazdığı uşaq nağılları ilə
şöhrət qazanmışdır.
Yoxsul ailədə dünyaya göz açan gələcək yazıçı “aşağı”
təbəqədən olduğu üçün gimnaziyadan xaric olunmuşdu. Belə ki,
onun anası paltaryuyan idi, atası isə onları tərk etmişdi. Lakin
gənc Korney ruhdan düşmür və özü müstəqil şəkildə
hazırlaşaraq kamillik attestatı alır.
Gənc yaşlarından poeziya ilə maraqlanan Korney
Çukovski şeirlər, hətta poemalar yazmağa başlamışdır. O, həm
də ədədi tənqidlə məşğul olurdu və qısa müddətdə bu sahədə
böyük nüfuz qazanmışdı.
Korney Çukovskinin uşaqlar üçün yazmağa başlaması
onun uşaq ədəbiyyatı nümunələrindən ibarət almanax tərtib
etdiyi vaxta təsadüf edir. Maksim Qorki tərəfindən onun özünün
də uşaqlar üçün yazması təklifini öncə çox tərəddüdlə qarşılasa
da, Korney Çukovski tezliklə uşaq yazıçısı kimi şöhrət tapır.
Uşaqları çox sevən, öz evində onlar üçün kitabxana açan böyük
yazıçı, xeyirxah insan Korney Çukovskinin uşaqlar üçün yazdığı
əsərlərinin əsas qayəsi əsl insanın tərbiyə olunmasıdır.
Yaşadığı müddətdə ümumxalq sevgisi qazanan, bir çox
mükafatlara layiq görülən Korney Çukovski 2015-ci ilin
məlumatına görə Rusiyada ən çox nəşr olunan müəllif olmuşdur.
Onun uşaqlar üçün yazdığı “Doktor Aybolit”, “Əlüzyuyan”,
“Barmaley”, “Milçək-vizilçək” və s. əsərləri bütün dövrlərdə
4
uşaq ədəbiyyatının ən gözəl nümunələri olaraq qalacaqdır.
Sözün əsl mənasında böyük insan və yazıçı olan Korney
Çukovski özü belə deyirdi: “Nağılçının məqsədi hər nəyin
bahasına olursa olsun, uşaqda insaniliyi – insanın başqalarının
bədbəxtliyinə görə narahat olmaq və başqasının sevincinə şərik
olmaq, onların taleyinə öz taleyi tək həssas yanaşmaq kimi gözəl
xüsusiyyətləri tərbiyə etməkdir”.
Görkəmli uşaq yazıçısının anadan olmasının 135 illiyi
bir çox yerlərdə olduğu kimi F.Köçərli adına Respublika Uşaq
Kitabxanasında da qeyd olunacaqdır. Bu məqsədlə hazırlanan
metodik vəsait məktəblərdə, kitabxanalarda keçiriləcək tədbirlər
üçün faydalı olacaqdır.
Həyat və yaradıcılığı
Korney İvanoviç Çukovski 19 (31) mart 1882-ci ildə
Sankt-Peterburqda anadan olmuşdur. Gələcək yazıçının uşaqlığı
Odessada keçmişdir. Onunla gimnaziyada bir sinifdə oxuyanlar
arasında Nikolay Jitkov, gələcək yazıçı və səyyah da var idi.
Onu ədəbiyyata yaxın dostu, gimnaziyada birgə təhsil aldığı
jurnalist Vladimir Jabotinski həvəsləndirmişdi. 1901-ci ildə o,
“Odessa yenilikləri” qəzeti üçün məqalələr yazmağa başlayır.
Onun məqalələri fəlsəfədən felyetonlara qədər ən müxtəlif
mövzularda idi.
Korney İvanoviç 1903-cü ildə yazıçı olmaq qərarı ilə
Peterburqa yola düşür. O, bir çox jurnalların redaksiyalarına öz
yazılarını təqdim etsə də, hamısından rədd cavabı alır. Lakin bu
onu ruhdan salmır, Peterburqda çoxlu ədəbiyyatçılarla tanış olur
və “Odessa yenilikləri” qəzetinin müxbiri işləməyə başlayır. O,
öz yazılarını Peterburqdan qəzetin redaksiyasına göndərirdi.
Korney Çukovski bu qəzetin müxbiri kimi Londona ezam olunur
və 1904-cü ildə Rusiyaya qayıdaraq ədəbi tənqidçi kimi öz
5
məqalələrini mətbuatda çap etdirir. 1917-ci ildə Maksim Qorki
tərəfindən ona “Parus” nəşriyyatının uşaq şöbəsinə rəhbərlik
etmək təklif olunur. Bir dəfə o, “Jar ptisa” almanaxını tərtib
etməli olur. Bu adi redaktor işi Çukovskidə uşaq yazıçısının üzə
çıxmasına səbəb olur. Almanax üçün özünün ilk uşaq nağılları
olan “Cücə”, “Doktor”, “İtlər səltənəti”ni yazan Çukovskinin
işləri diqqətdən kənarda qalmır. Maksim Qorki uşaq əsərlərinin
toplusunu dərc etməyə qərar verir və Korney Çukovskidən
poema yazmasını xahiş edir. Yazıçı öncə çox həyəcan keçirir,
çünki əvvəllər belə fəaliyyətlə məşğul olmamışdı. Lakin təsadüf
hər şeyi həll edir. Belə ki, xəstələnmiş oğlu ilə qatarla Peterburqa
qayıdan Çukovski, ona qatar tıqqıltılarının səsi altında timsah
haqqında nağıl danışır. Bir neçə gün keçir, yazıçı artıq bu
epizodu unudur. Lakin oğlu bu nağılı yadında əzbər saxlayır.
1917-ci ildə dərc olunan “Timsah” nağılı belə yaranır. Həmin
vaxtdan Korney Çukovski sevimli uşaq yazıçısına çevrilir.
Parlaq, qeyri-adi obrazlar, ciddi qafiyə onun şeirlərini
yaddaqalan edir. “Timsah”dan sonra yazıçının yeni-yeni şeirləri
işıq üzü görür: “Əlüzyuyan” (1923), “Qorxunc tarakan” (1923),
“Milçək-vizilçək” (1924-cü ildə “Milçəyin toyu” adı ilə),
“Barmaley” (1925), “Telefon” (1926), “Aybolit” (1929-cu ildə
“Aybolitin macəraları” adı ilə), “Fedoranın dərdi”, “Toptıgin və
Lisa” (1934), “Bibiqonun macəraları” (1945-1946) və s.
K.Çukovski yalnız öz əsərləri ilə kifayətlənmir, o uşaqlar
üçün dünya uşaq ədəbiyyatının ən yaxşı nümunələrini də
tərcümə edir: Kiplinq, Defo, Raspe, Uitmen və s., həmçinin
Bibliya süjetləri və yunan miflərini. Çukovskinin kitablarına
həmin dövrün ən yaxşı rəssamları illüstrasiyalar çəkirdilər. Bu
isə onun kitablarını daha cəlbedici edirdi.
Qeyd etdiyimiz kimi, yazıçılıqla yanaşı həm də
ədəbiyyatşünas olan Korney Çukovski 1952-ci ildə
“Nekrasovun ustalığı” adlı monumental tədqiqat işini dərc
6
etdirir. Bu işinə görə o, Lenin mükafatına layiq görülür. Korney
Çukovski 1962-ci ildə Oksford universitetinin fəxri ədəbiyyat
doktoru adını alır.
Korney Çukovski 1969-cu ildə 87 yaşında vəfat etmişdir.
Yazıçının əsərləri əsasında cizgi filmləri çəkilmişdir.
II Bölmə. Yubiley tədbirlərinin keçirilməsi
Bu il görkəmli rus uşaq yazıçısı, ədəbiyyatşünas,
tərcüməçi Korney İvanoviç Çukovskinin 135 illik yubileyidir.
Bu yazıçının adı çəkilərkən dərhal onun məşhur uşaq şeirlərinin
və nağıllarının qəhrəmanları göz önündə canlanır: Aybolit,
Milçək-vizilçək, Əlüzyuyan, Bibiqon, Fedora və başqaları.
Yazıçının yubileyi ilə bağlı Firidun bəy Köçərli adına
kitabxanada da tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu
məqsədlə hazırlanan vəsaitdə, keçiriləcək tədbirlərlə bağlı
məlumat verilir. İlk öncə kitab sərgisinin qurulması vacibdir.
Kitab sərgisi üçün başlıq kimi aşağıdakılardan birini seçmək
olar: “Korney Çukovski – 135”, “Tanış, eyni zamanda naməlum
Korney Çukovski”, “Uşaqlara sevinc bəxş edən yazıçı”, “Uşaq
ürəkli nəhəng”, “Milyonların sevimlisi” və s.
“Korney Çukovski - 135” adlı sərginin nümunəsini
təqdim edirik:
1.
Başlıq;
2.
Korney Çukovskinin portreti;
3.
Kitablarının nümayişi;
4.
Görkəmli şəxsiyyətlərin Korney Çukovski haqqında
fikirləri.
7
Görkəmli şəxsiyyətlərin Korney Çukovski haqqında
fikirləri
Korney Çukovski hər şeydən əvvəl XX əsrin şeir ustaları
arasında ön cərgələrdə yer tutan novator-şairdir.
V.Novikov
filologiya elmləri doktoru
Çukovskinin nağılları yalnız uşaq mütaliəsi üçün deyil.
Onların demək olar ki, hamısı ciddi filoloji təhlil obyekti
olmuşdur.
A.Latınina
ədəbiyyatşünas
9
Kitabxanada yazıçının yubileyi ilə bağlı ədəbi-bədii gecənin
keçirilməsi çox əhəmiyyətlidir. Belə tədbir zamanı yazıçının
portretindən istifadə olunması, kitablarından ibarət sərginin
qurulması vacibdir. Ədəbi-bədii gecənin keçirildiyi zalda
Çukovskinin qəhrəmanlarının obrazında olan oyuncaqların
sərgisini də qurmaq olar.
I Aparıcı: Hörmətli tədbir iştirakçıları! Bu gün sizlərlə,
məşhur uşaq yazıçısı Korney Çukovskinin 135 illik yubileyini
qeyd etmək üçün bura toplaşmışıq. Balacalara, eyni zamanda
böyüklərə nağıllar dünyasının qapılarını açan bu xeyirxah
nağılçının əsərləri hər zaman sevə-sevə oxunur və oxunacaqdır.
II Aparıcı: Korney Çukovskinin əsərlərini mütaliə
etmək hər zaman əsl bayramdır. Onlar uşaqların ilk dostları,
böyüdükdən sonra da unutmayacaqları sevimli qəhrəmanlarıdır.
Korney Çukovskinin adı onun balaca oxucularının qəlbində hər
zaman işıqlı, xeyirxah xatirələr oyadacaqdır.
I Aparıcı: Korney Çukovski 1882-ci il martın 31-də
Peterburqda anadan olmuşdur. Uşaqlığı Odessa şəhərində çox
çətin, məhrumiyyətlər içində keçən gələcək yazıçı normal təhsil
ala bilməmiş, lakin öz əməksevərliyi və öyrənməyə böyük
10
həvəsi nəticəsində müstəqil şəkildə savad almış və ingilis dilini
də öyrənmişdir. Kitablara dərin məhəbbətlə bağlı olan Korney
Çukovski özü də gənc yaşlarından yazmağa həvəs göstərmişdir.
Yerli “Odessa xəbərləri” qəzeti üçün məqalələr yazan Çukovski
yazıçı olmağı qəti şəkildə qarşısına məqsəd qoyaraq Peterburqa
gəlir və burada ədəbi ictimaiyyətlə sıx əlaqələr qurur. Tezliklə
nəşriyyatda uşaq şöbəsinə rəhbərlik etməyə başlayan Korney
Çukovski sırf təsadüf nəticəsində özü də uşaqlar üçün yazmağa
başlayır.
II Aparıcı: Ömrünün 67 ilini ədəbiyyata həsr edən
Korney Çukovskinin bəzi nağıllarının artıq bir əsrə qədər yaşı
var. Bu əsərləri nə zamansa uşaq vaxtı oxuyanlar indi onları öz
nəvələrinə oxuyurlar.
Korney Çukovski “Timsah” nağılı ilə uşaq ədəbiyyatına
qədəm qoyur. Bu nağılın yaranması da sırf təsadüf nəticəsində
baş verir. Lakin 1917-ci il inqilabından sonra Çukovski artıq
ədəbi tənqid sahəsində istədiyi kimi sözünü deyə bilmirdi. Belə
ki, onun azad qələmi yeni reallıqların diqtəsinə uyğunlaşmaq
istəmirdi. Qeyri-səmimi tərzdə yazmaq isə yazıçıya yad idi.
Odur ki, Çukovski müəyyən qədər də məcburiyyətdən uşaq
yazarı olur.
I Aparıcı: Lakin Korney Çukovskinin uşaqlar üçün
yazdığı şeir və nağılları da inqilabi əhval-ruhiyyəni əks
etdirmədiyi, sovet pedaqogikasının prinsiplərinə uyğun
gəlmədiyi üçün hər tərəfdən tənqid atəşinə tutulurdu. Bu əsərləri
ziyanlı hesab edirdilər. Yazıçı qısa müddət ərzində bir-birininn
ardınca özünün ən məşhur uşaq əsərlərini -“Əlüzyuyan”,
“Qorxunc tarakan”, “Telefon”, “Fedoranın dərdi”,“Möcüzə-
ağac”,
“Barmaley”,
“Aybolit”,
“Oğurlanmış
günəş”,
“Bibiqonun macəraları” və s. – qələmə alır.
11
Korney Çukovski eyni zamanda bir neçə povestin də
müəllifidir. Bu povestlərdən ən məşhurları “Günəşli” və
“Gümüş herb”dir.
II Aparıcı: Korney Çukovskinin uşaqlarla dostluğu
yarım əsrdən çox davam etmişdir. Özü də dörd uşaq atası olan
yazıçını uşaqlarla daimi canlı ünsiyyət olmadan təsəvvür etmək
mümkün deyil. Uşaq psixikası ilə də yaxından maraqlanan
Çukovski uşaqları, onların sözlərdən necə istifadə etməsini
müşahidə etmiş və bu müşahidələri “İkidən beşə kimi” adlı
kitabında toplamışdır. Bu kitabın meydana gəlməsi də təsadüf
üzündən baş vermişdir. Belə ki, həmin vaxt yazıçı dənizin
sahilində şəhərkənarı evində yaşayırdı. Onun pəncərəsinin
altında çoxlu sayda uşaqlar analarının, nənələrinin, dayələrinin
nəzarəti altında oynayırdılar. Sahildə gəzintilər zamanı uşaqların
öz qohumları ilə söhbətlərinə şahid olan yazıçı bu maraqlı,
qeyri-adi uşaq məntiqi ilə deyilmiş ifadələri toplayaraq kitab
halına salır. Kitab, hər dəfə əlavələrlə birgə 21 dəfə təkrar nəşr
olunmuşdur.
I Aparıcı: Uzun illər həm də bədii tərcümə ilə məşğul
olan Korney Çukovski Mark Tven, Redyard Kiplinq, Oskar
Uayld, O.Henri və s. kimi məşhur yazarların əsərlərini rus dilinə
tərcümə etmişdir.
Nikolay Alekseyeviç Nekrasovla yanaşı, Aleksandr
Blok, Anna Axmatova, Anton Çexov və digər şair və yazıçılar
haqqında da elmi əsərlərin müəllifi olan Korney Çukovski
Oksford Universitetinin fəxri ədəbiyyat doktoru, Lenin
mükafatının və bir çox digər mükafatların laureatıdır.
Onun əsərlərinin qəhrəmanlarına elə yazıçının öz
sağlığında abidələr qoyulmuşdur. Bu əsərlər dəfələrlə cizgi filmi
kimi ekranlaşdırılmışdır.
II Aparıcı: İstedadlı yazıçı, ədədi tənqidçi, tərcüməçi,
milyonlarla uşağın sevimli Korney babası Korney Çukovski
12
özünün Peredelkinodakı evində uşaqlar üçün “Salam, yay!” və
“Əlvida, yay!” adlı görüşlər təşkil edirdi, bura məşhur insanlar
dəvət olunurdu və sonda tonqal kənarında nəğmələr oxunurdu.
Uşaqları çox sevən yazıçı özü də uşaqlar tərəfindən çox sevilirdi.
I Aparıcı: Korney Çukovski 1969-cu il oktyabrın 28-də
hepatit xəstəliyindən dünyasını dəyişir. Yazıçıya heç də xoş
münasibət bəsləməyən sovet məmurları bu haqda qəzetlərdə
məlumat verilməsinə imkan vermir və dəfnin mümkün qədər
sakit, insanların xəbəri olmadan, səs-küysüz keçirilməsinə
çalışırlar. Belə də olur, çıxışlara, zalda oturulmasına imkan
verilmədən yazıçını tez-tələsik elə Peredelkinoda dəfn edirlər.
Lakin bununla Çukovskini onu sevən milyonların qəlbindən
çıxarmaq mümkün olmur. Onun əsərləri və işıqlı xatirəsi əbədi
olaraq insanların qəlbində özünə yer etmişdir.
Kitabxanada Korney Çukovskinin nağılları ilə bağlı sual-
cavab gecəsinin keçirilməsi məqsədəuyğundur. Sual-cavab
gecəsinin nümunəsini təqdim edirik.
Kitabxanaçı: Moskva yaxınlığında, Peredelkino
qəsəbəsində, çox da böyük olmayan evdə uzun illər
hündürboylu, çal saçlı və ölkənin bütün uşaqlarının tanıdığı bir
insan yaşayırdı. O, bir çox məşhur nağıl qəhrəmanlarının
yaradıcısı idi. Bu gözəl insanın adı Korney Çukovski idi. Bəs siz
onun əsl adının nə olduğunu bilirsinizmi?
I Oxucu: Nikolay Vasilyeviç Korneyçukov.
Kitabxanaçı: O, hər səhər tezdən, günəş doğarkən
yuxudan durar və işə başlayardı. Yazda və yayda bostanda və
evin qarşısındakı çiçək bağçasında işləyər, qışda yoldakı qarı
təmizləyərdi. Bir neçə saat işləyəndən sonra gəzintiyə çıxardı.
O, çox yüngül və iti yerişə malik idi. Bəzən də uşaqlarla
yarışardı. O, məhz belə uşaqlar üçün də nağıllar yazırdı. İndi siz
deyin, Korney Çukovski neçənci ildə və harada anadan
olmuşdur?
13
II Oxucu: Korney Çukovski 1882-ci il martın 29-da
Peterburqda anadan olmuşdur.
Kitabxanaçı: Korney Çukovskinin hansı nağıllarını
tanıyırsınız?
I Oxucu: “Əlüzyuyan”, “Qorxunc tarakan”, “Milçək-
vizilçək”, “Barmaley”, “Fedoranın dərdi”, “Aybolit”, “Telefon”,
“Oğurlanmış günəş”.
Kitabxanaçı: Korney Çukovskinin əsərlərində çox
zaman heyvanlar əsas obrazlar kimi çıxış edirlər. Ən çox Timsah
əsas qəhrəman olur. Yadınıza sala bilərsinizmi, hansı nağıllarda
bu personaj iştirak edir?
I iştirakçı: “Timsah”, “Əlüzyuyan” (Tavriya bağında
uşaqları ilə gəzərkən), “Barmaley” (Timsah qulduru udur),
“Qorxunc tarakan” (Timsah qorxduğundan qurbağanı udur) və
s.
Kitabxanaçı: Siz necə hesab edirsiniz, Əlüzyuyan pinti
oğlanın düşmənidir, yoxsa yox?
II iştirakçı: Əlüzyuyan düşmən deyil, əksinə, o oğlana
pis vərdişlərindən qurtulmaqda kömək edir.
Kitabxanaçı:
Əlüzyuyan
harada
çimməyə,
təmizlənməyə çağırırdı?
I iştirakçı: “Çəlləkdə, təknədə, ləyəndə, çayda,
okeanda”.
Kitabxanaçı: Çukovskinin hansı nağılında əsas personaj
kimi səsin göndərilməsi və qəbul olunması üçün olan cihaz çıxış
edir?
II iştirakçı: “Telefon”.
Kitabxanaçı: “Qorxunc tarakan” nağılındakı tarakan
hansı mənfi xüsusiyyətlərə malikdir?
I iştirakçı: Tarakan şəri, zorakılığı təcəssüm etdirir.
14
Kitabxanaçı: Milçək-vizilçək eyni adlı poemada hansı
bayramı qeyd edir? Aşağıdakı variantlardan doğru olanı seçin:
a) yeni il; b) ad günü; c) 8 mart.
II iştirakçı: Ad günü.
Kitabxanaçı:
Uşaqlar,
necə
hesab
edirsiniz,
Çukovskinin hər bir nağılının əsasında hansı ortaq ideya
dayanır?
I iştirakçı: Xeyir və şərin mübarizəsi, xeyirin şər
üzərində qələbəsi.
Kitabxanaçı: “Oğurlanmış günəş” nağılında Timsah
hansı nəhəng əşyanı oğurlayır?
II iştirakçı: Timsah “səmadakı günəşi udur”.
Kitabxanaçı: Doktor Aybolit xəstələri müalicə etmək
üçün hansı qitəyə gedir? Cavab variantlarından doğru olanını
seçin: a) Amerika; b) Asiya; c) Afrika.
I iştirakçı: Afrika.
Kitabxanaçı:
“Qorxunc
tarakan”
nağılında
ağcaqanadlar hansı kürəcik üzərində uçurlar?
I iştirakçı: Hava kürəciyi.
Kitabxanaçı: Hansı qəhrəman qorxunc cani olur, lakin
sonradan islah olunaraq tərbiyə olunur?
II iştirakçı: Barmaley.
Kitabxanaçı: Doktor Aybolit xəstə heyvanları Afrikada
nəyə qonaq edirdi?
I iştirakçı: Qoqol-moqola.
Kiabxanaçı: Doktor Aybolitin Afrikaya gedib
çıxmasına kimlər kömək edirlər?
II iştirakçı: Canavarlar, balina və qartallar.
Kitabxanaçı: İndi isə mən sizə bu nağıl qəhrəmanları
adlarının hansı personajlara aid olduğunu soruşacağam, siz də
onları tapmağa çalışın. Aybolit?
I iştirakçı: Doktor.
15
Kitabxanaçı: Barmaley?
II iştirakçı: Quldur.
Kitabxanaçı: Fedora?
I iştirakçı: Nənə.
Kitabxanaçı: Karakula?
II iştirakçı: Akula.
Kitabxanaçı: Totoşka, Kokoşka.
II iştirakçı: Balaca timsahlar.
Kitabxanaçı: Milçək-vizilçək?
I iştirakçı: Milçək.
Kitabxanaçı: Barabek?
II iştirakçı: Qarınqulu.
Kitabxanaçı: Kürən, bığlı nəhəng?
I iştirakçı: Tarakan.
Kitabxanaçı: Korney Çukovskinin hansı əsərində qab-
qacaq öz sahibəsini tərbiyə edir?
II İştirakçı: “Fedoranın dərdi”.
Kitabxanaçı: Korney Çukovskinin hansı nağılının əsas
devizi belədir: “Təmizlik – sağlamlığın rəhnidir”?
I iştirakçı: “Əlüzyuyan”.
Kitabxanaçı: “Telefon” nağılında qaloşlar Timsaha
nəyə görə lazım idi? Variantlardan doğru olanını seçin: a)
çəməndə gəzmək; b) şam yeməyində yemək; c) ad günündə
begemota hədiyyə etmək üçün.
II iştirakçı: Şam yeməyində yemək üçün.
Kitabxanada aşağı sinif şagirdlərinin iştirakı ilə Korney
Çukovskinin “Əlüzyuyan” şeirini səhnələşdirmək olar. Bunun
üçün iştirakçı uşaqları şeirdəki obrazların qiyafəsində
geyindirmək çox məqsədəuyğun olardı. Daha sonra şeir
uşaqların ifasında təqdim olunur.
16
Çarpayım yırğalandı,
yorğanım yorğalandı,
döşəyim havalandı,
balıncım da atıldı.
uçanlara, qaçanlara qatıldı...
Əl atdım mən lampaya,
üz qoydu o qapıya,
dürtdü özün sobaya..
Kitabı yada saldım,
yenə məəttəl qaldım.
Mindi o cin atına,
düşdü kətil altına
Hirsimdən yandı içim,
istədim bir çay içim,
samovara yanaşdım,
o qaçdıqca mən qaçdım.
Bu nə işdir ay aman,
hərlənir hər şey, inan.
nə baş verib nagəhan,
halım yamandı, yaman.
Ütü çəkmə dalınca,
qoşuldular balınca.
Balınc səs-küy salınca,
maşa döndü qılınca,
məni saldı girincə.
Qab-qacaq oynaqlaşır,
kəllə-mayallaq aşır...
Elə bu vaxt o yandan,
göründü əlüzyuyan.
O, axsaya-axsaya
gəlib məni haqladı.
başını yırğaladı:
17
“Ay tənbəl, pinti uşaq,
gör nə kökə düşmüsən!
Bir üst-başına bax,
hansı cəngə düşmüsən?
Sir-sifətin bulanmış,
cin-şəyatin yalanmış.
Boynunda çəkmə yağı,
burnunda da mürəkkəb.
Əlin kömürsayağı,
yanağın ləkə-ləkə!
İş o yerə çatıb ki,
corabların, şalvarın
tamam kirə batıb ki...
Axı, sübh açılanda,
yuyunur lap siçan da,
pişik də, pıspısa da.,
çəməndə gül-çiçək də,
cücü-mücü, böcək də.
Bir sən kirli qalmısan,
utanıb qızarmırsan?
Mənə də əlahəzrət
Əlüzyuyan deyərlər!
Bütün əlüzyuyanlar,
Baş komandan deyərlər!
Bilirsənmi, mən kiməm?
Pintilərə qəniməm!
Bir ayaq tappıldatsam,
əlimi şappıldatsam,
əsgərlərim axışar,
ətrafıma yığışar.
Sabunlayar, kisələr,
sürtər, yonar, rəndələr.
18
Sənin o tərs başına,
isti suyu əndərər!”
Mis teşti döyəclədi,
“ərənlər”in səslədi;
Başıma su töküldü,
“moçalka”lar cumuşdu,
mənim ətim töküldü.
Əlüzyuyan demişdi:
“Yuyundurun bir bunu,
kisələyin tənbəli!
Çağır gəlsin sabunu,
Çimməlidir, çimməli!”
Sabun gəldi, nə gəldi,
başımda köpükləndi,
saçlarımla tutaşdı,
çirkab ilə qapışdı.
“Moçalka” dəli kimi,
sürtür, didir dərimi.
Yaxa qurtarıb ondan,
küçəyə qaçdım, bir an.
əkildim bağa sarı,
aşıb keçdim hasarı.
O da lərzəyə gəldi,
hədələyib, dikəldi.
Bir də gördüm qarşıma,
yeriyir Timsah baba!
Yanında bir ikicə
dıqqılı timsah bala.
“Moçalka”nı nə tutdu,
“Hop” eləyib də uddu!
Sonra bir nərə çəkdi,
məni məşhərə çəkdi:
19
Düşmüsən gör nə hala!
Di tez qayıt, qaç evə!
Əl-üzünü yu, bala,
Başına əlac elə!
Yoxsa bir toy tutaram,
tapdayaram, udaram”.
Qorxudan
götürüldüm,
evimizə birbaşa.
Əlüzyuyana dedim:
“Ay baba, gəl barışaq!
Hanı sabun?
Gəl görək,
təmiz olsun
əl gərək.
Ləkələri sil, canım,
kirdən qurtarsın canım.
Ağart mənim üzümü,
yerə salma sözümü!”
Bir də gördüm, şalvarım,
ayağıma sarıldı.
Ləzzətli qoğal, kökə,
məni görcək saraldı.
Dürmək, başıma xeyir,
“məni nuş elə!”, deyir.
Kitablarım, dəftərim,
mənə təzim etdilər.
“Hesab”, “Əlifba”, filan
Durub yallı getdilər.
Bu zaman Əlüzyuyan,
Yəni ki, Baş komandan;
kisənin, şotkaların,
sabunların rəisi
20
(yəqin soyumuş hirsi)
maç elədi üzümdən
“Bax, bu başqa məsələ!
Çıxma daha sözümdən!
Ay mənim pinti balam!
Razıyam indi, balam!
Əl-üzü yumaq gərək.
Olaq üzüağ gərək.
Təmizkarlar var olsun!
pintilərə ar olsun!”
Yaşasın əlüzyuyan!
Mərhəba sənə, baba!
Mərhəba, ay məhrəba,
Kisə, sabun, diş tozu!
Ləyən olsun, tas olsun,
Yuyunmasaq, uşaqlar,
Hamam küsər, duş ağlar.
Vanna, ya hamam olsun,
Hər saat tamam olsun,
Hər yerdə, hər məkanda,
Sulara salam olsun!”
Kitabxanada Korney Çukovskinin əsərləri əsasında rəsm
müsabiqəsinin keçirilməsi də məqsədə müvafiqdir. Müsabiqə
iştirakçıları müəyyən olunmuş vaxtda çəkdikləri rəsmləri
kitabxanaya təqdim edirlər. Qalib gəlmiş iştirakçılara
həvəsləndirici mükafatlar təqdim olunur. Rəsm müsabiqəsi ilə
yanaşı bacarıqlı, əl qabiliyyəti olan uşaqlar arasında Korney
Çukovskinin əsərlərinin qəhrəmanlarının oyuncaq, fiqur və s.
şəklində hazırlanması sahəsində də müsabiqə təşkil etmək olar.
21
Ədəbiyyat siyahısı
Azərbaycan dilində
Çukovski, K.İ. Seçilmiş əsərləri / rus dil. tərc. ed. T.Elçin,
Ə.Şükürlü. - Bakı : Şərq-Qərb, 2007. - 160 s. - (Dünya Uşaq
Ədəbiyyatı).
Rus dilində
Чуковский, К.И. Айболит ; Мойдодыр и другие сказки. -
М. : Оникс 21 век, 2004. - 176 с.
Чуковский, К.И. Федорино горе. - Ростов н/Д : Проф-
Пресс, 2003. - 8 с.
Чуковский, К.И. Стихотворения. - СПб : Академический
проект, 2002. - 500 с.
Чуковский, К.И. Телефон. - М. : Оникс, 2007. - 47 с.
Чуковский, К.И. Муха-цокотуха : Сказки и стихи. - М. :
АСТ ; М. : Астрель. - 2002. - 62 с.
Чуковский, К.И. Детям : Сказки, стихи, песенки. - М. АСТ
; М. : Астрель. - Минск : Харвест, 2007. - 247 с.
Чуковский, К.И. Мойдодыр и другие сказки : Избранное.
- Тула : Родничок ; М. : АСТ ; М. : Астрель, 2007. - 125 с.
Чуковский, К.И. Сказки Корнея Чуковского. - М. : АСТ ;
М. : Астрель, 2006. - 110 с.
Чуковский, К.И. Стихи : стихи и загадки. - М. : АСТ ; М. :
Астрель, 2006. - 29 с.
Чуковский, К.И. Мойдодыр. Федорино горе. Чудо-дерево :
Сказки в стихах. - М. : Оникс, 2006. - 63 с.
Чуковский, К.И. Любимые сказки и стихи. - М. : АСТ ; М.
: Астрель, 2006. - 159 с.
22
Чуковский, К.И. Сказки. - М. Астрель ; М. : Астрель. -
2007. - 174 с.
Чуковский, К.И. Приключения Бибигона : Сказки, стихи,
загадки. - М. : Махаон, 2008. - 109 с.
Чуковский, К.И. Доктор Айболит. Джек-победитель
великанов. - М. : Махаон, 2007. -125 с.
Чуковский, К.И. Елка : стихи. - Ростов н/Д : Проф-Пресс,
2003. - 10 с.
Чуковский, К.И. Лучший подарок : Стихи и загадки. - М. :
Астрель, 2007. - 25 с.
Чуковский, К.И. Мойдодыр и другие любимые мультики :
Сказки. - М. : Астрель. - 2008. - 72 с.
Чуковский, К.И. Тараканище : Сказки, стихи, песенки и
загадки. - М. : АСТ ; М. : Астрель. - 2002. - 224 с.
Чуковский, К.И. Бармалей : Сказки. - М. : Астрель, 2000. -
61 с.
Чуковский, К.И. Краденое солнце : сказки в стихах. - М. :
Оникс, 2007. - 64 с.
Чуковский, К.И. У меня зазвонил телефон… : стихи для
детей. - М. : Самовар, 2009. - 113 с.
Чуковский, К.И. Все самые лучшие сказки. - Тула :
Родничок ; М. : Астрель, 2011. - 125 с.
Чуковский, К.И. Ежики смеются : Для чтения родителями
детям. - Ростов н/Д : Проф-Пресс, 2013. - 8 с. - (Читаем
детям : читаем малышам).
Чуковский, К.И. Закаляка и другие стихи. - М. : Эгмонт-
Россия ЛТД, 2010. - 48 с.
Чуковский, К.И. Мойдодыр : Открой книжку - и странички
заговорят! : Книжка-игрушка со звуком для чтения
взрослыми детям. - bb М. : Азбукварик Групп, 2007. -
16 с.- (Говорящие сказки).
23
Uşaq dünyasının xeyirxah sehrbazı –
Korney Çukovski
(metodik vəsait)
Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88;
E-mail: childlibbaku@yahoo.com
URL:www.clb.az
F.Köçərli adına Respublika
Uşaq Kitabxanasında
çap olunmuşdur.
Sifariş: 26
Çapa imzalanmışdır:08.04.2017
Tirajı:100
Pulsuz
Dostları ilə paylaş: |