F. Köçərli adına Respublika



Yüklə 109,47 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü109,47 Kb.
#31437


 

 

                          



           

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

                                       



  

  

  



  

  

  



                                           

 

 



 

 

       



Yurdda sülh! Cahanda sülh!   

 

 

21  sentyabr  Beynəlxalq    Sülh  Gününə  həsr  olunmuş  mərkəzi 

kitabxanaların  uşaq  şöbələri,  MKS-nin  şəhər,  qəsəbə,  kənd  kitabxana 

filialları üçün  hazırlanmış  metodik  vəsait                                                                 

 

  

 



 

 

 



                          

Bakı – 2017 


 

Tərtibçilər:                                        Nərgiz  Məcidova 



                                          Sevil Əhmədova   

 

 

İxtisas  redaktoru  və                       Şəhla Qəmbərova     

buraxılışa  məsul:                              Əməkdar Mədəniyyət işçisi                                     

                                

 

                           

 

Yurdda  sülh!  Cahanda  sülh!:  metodik  vəsait  /  tərt.ed.:  N. 

Məcidova    ixt.  red.  və  burax.  məsul  Ş.Qəmbərova;  F.Köçərli 

adına  Respublika  Uşaq Kitabxanası.  - Bakı,  2017.-18s. 

 

 

 

 

 

 

       

 

       

    

 

 

 

 

 

 

©F. Köçərli adına  Respublika Uşaq Kitabxanası,  2017 



 

Tərtibçidən 



 

21  sentyabr  dünyada  Beynəlxalq  sülh  günüdür.  Bu  gün 

BMT  tərəfindən  1981- ci il  21 sentyabr  tarixində  təsis  edilib.   

      Böyük  mövzu  olan  Sülh  mövzusu  bu gün  torpaqlarımızın  20 

faizi  işğal  altında  olan  Azərbaycan  üçün  də  xüsusi  əhəmiyyət 

kəsb  edir.Təəsüf   ki,  ən  sülhsevər  xalq  olan,  dünyanın  tolerant 

ölkəsinin 

vətəndaşları 

Ermənilərin 

ölkəmizə 

təcavüzü 

nəticəsində  öz  vətənlərindən  didərgin  düşüb,  uzun  illər 

qurduqları  ev-eşiklərindən  məcburi  məhrum  olublar.  Bu 

müharibə  onlara   həm  maddi,  həm  də mənəvi  zərbə  vurmuşd ur. 

Minlərcə  azərbaycanlı  amansızcasına  qətlə  yetirilmiş,  gedən 

döyüşlərdə  həlak  olmuşlar.  Bu  illərdə  Azərbaycan  hər  zaman 

münaqişəni  sülh  yolu  ilə  həll  etmək  istəmişdir.  1993-cü  ildə 

görkəmli  dövlət  xadimi  Heydər  Əliyevin  hakimiyyətə  gəlməsi 

ilə  1994-cü  ilin  mayında  atəşkəs  haqqında  müqavilə  imzala nd ı 

və  ölkədə  sabitliyə  nail  olundu.  21  sentyabr  Beynəlxalq  Sülh 

Günü  münasibəti  ilə  Firidun  Köçərli  adına  Respublika  Uşaq 

Kitabxabxanası  tərəfindən 

hazırlanan  vəsait  iki  hissədən 

ibarətdir.   

       I  hissədə    sülh  aylığı  çərçivəsində    keçiriləcək  tədbirlər 

haqqında  məlumat  verilir.  II  hissədə  vəsait  ədəbi-bədii  gecə  ilə 

yekunlaşır.   

  

 



 

 

 



 


 

Giriş 

  

    Bu gün   dünyada  yüz  milyonlarla  insanın  dərin  ürək  çırpınt ıs ı, 



böyük  ümid,  şirin    arzularla    təkrar  etdiyi  müqəddəs  bir  söz 

vardır  – Sülh!   

    Bu  sözün  böyük  mənası  qanlı  müharibələrin  bütün  iztirab  və 

ağırlıqlarını  görmüş  insanlar  üçün  əzizdir,  qiymətlidir.  Bu  söz 

ana  sözü  kimi  sadə,  həyat  sözü  kimi  şirin  azadlıq  sözü  kimi 

əzəmətli  və  yüksəkdir.  Dərisinin  rəngindən,  dini  etiqadlarında n 

asılı  olmayaraq,  yüz  milyonlarla  insan  sülhü  qorumaq,  yeni  qanlı 

müharibələrin  qabağını  almaq  üçün  birləşməlidir.  Bu  birlik  hər 

yerdə  müharibə  qızışdıranları  ifşa  etmək,  xalqların  əmin-

amanlıq  içində  yaşamasını,  dövlətlər  arasındakı  mübahisə li 

məsələlərin  danışıq  yolu  ilə,  sülh  yolu  ilə  həll  olunmasını  təmin 

etmək  əzmində  olan  adamların  birliyidir.   

   Yaşayıb  yaratmaq,  xalqın  maddi  və  mənəvi  sərvətlər ini 

artırmaq,  namuslu  zəhmətinin  bəhrəsini  nəsillərə  yadigar 

qoymaq  –  nəcib  insan  arzusu,  şərəfli  insan  duyğusu,  adi  insan 

borcudur.   

   Yer  üzündə  həyatı  gündən-günə,  ildən-ilə  gözəlləşdirə n, 

böyük  səadət,  böyük  sevinc,  saf  məhəbbət  kimi  həyat 

nemətlərini  yaradan  elə  insanın  özüdür.  Bu  sevinc  ayrı-ayrı 

insanların  sevinc  və  səadəti  ilə  həmahəng  olsa,  bir  o  qədər 

mənalı,  uzunömürlü  və dərin  olur.   

     İnsan  səadətinə  düşmən  olanlar  bəxtiyarlığı  ancaq  hər  cür 

gözəllik  və  nəcabətdən  uzaq  olan  heyvani  nəşələrində  görənlər, 

insan  nəslinin  ən  eybəcərləşmiş,  insan,  sima  və  xasiyyətlə rini 

itirmiş  bir  zümrəsidir.  Böyük  bir  insan  adını  ləkələyən  belə 

insanlar  dünyanı  yeni  müharibələrlə  qanlı  dalğalarda  çalxalamaq 

istəyirlər.  Onlar  milyonların  həyatı  bahasına  mənfəət,  qan 

bahasına  mənfəət,  göz  yaşları,  iniltilər  iztirablar,  fəryad,  səfalət 

sərgərdanlıq  bahasına  mənfəət,  gəlir  qazanc  istəyirlər.O nlar 



 

insan  səadətinə  düşmən,  insan  sevincinə  yad,  gözəl  insan 



arzusunun  amansız  yağısıdırlar.    

   Bu  gün  balalarımızın  səadət,  işıq  və  sevinc  dolu  dünyasını 

vətənimizin  hər yerində  hiss  edən  prezidentimiz  dünyada  sülhün 

qorunması  üçün  dahada  mətanət,  fədakarlıq  və  böyük  qüvvə  ilə 

çalışır.   

     XX  əsrin  sonlarından  müstəqilliyə  qədəm  qoysaq  da 

Azərbaycan  xalqı  azad,  demokratik  yol  ilə  irəliləyərək  bütün 

dövlətlər  və  xalqlar  ilə  sülh  və  dostluq  şəraitində  yaşayır. 

NATO, BMT, ATƏT   və s. kimi  beynəlxalq  təşkilatlar   dünyada 

sülhü  nizama  salmaq,  dünya  müharibələrinin  qarşısını  almaq 

üçün  Beynəlxalq  sülhsevər  təşkilat  olaraq   yaradılmışdır.  Ancaq 

dünyada  tam  sakitliyi  heç  nə  ilə  bərqərar  etmək  mümkün 

olmayıb.Ən  azından  bu  təşkilatlar  sülhsevər  təşkilat  olaraq 

müharibə  ocaqlarında  yardımçı  kimi  öz  missiyalarını  yerinə 

yetirirlər. 

    İllərlə  Azərbaycanda  da  müxtəlif  vaxtlarda  münaqişə lə r 

olmuş,  dinc  əhali  amansızlıqla  qətlə  yetirilmişdir.  Keçən  əsrdə 

qarşılaşdığımız  1918-ci  il  mart  soyqırımı  və  1992-ci  il  Xocalı 

faciəsi  tariximizin  qanlı  səhifələrindən  biridir.  1918-ci  ilin  30 

mart  və  3  aprel  tarixləri  arasında  Bakı  şəhərində  və  Bakı 

quberniyasının  müxtəlif   bölgələrində,  eləcə  də  Şamaxı,  Quba, 

Xaçmaz,  Lənkəran,  Hacıqabul,  Səlyan,  Zəngəzur,  Qarabağ, 

Naxçıvan  və  digər  ərazilərdə  Bakı  Soveti  və  daşnak  erməni 

silahlı  dəstələrinin  azərbaycanlılara  qarşı  törətdikləri  qırğın 

tariximizdə  dəhşətli  iz  buraxdı.  Rəsmi  mənbələrə  əsasən 

soyqırımın  nəticəsində  12  minə  yaxın  azərbaycanlı  qətlə 

yetirilmiş  on  minlərlə  insan  itkin  düşmüşdür.  Azərbaycan 

Prezidenti  Heydər  Əliyevin  26 mart  1998-ci il  tarixli  sərəncamı 




 

ilə  31  mart  Azərbaycanlıların  Soyqırım  Günü  kimi  bu  gün  də 



qeyd olunur. 

       Xocalı  soyqırımı  isə  1992-ci il  fevralın  25-dən 26-na keçən 

gecə  Ermənistan  silahlı  qüvvələri  tərəfindən  Rusiyanın  366-cı 

motoatıcı

 

alayının  iştirakı  ilə  Xocalı  şəhərini  işğal  edərkən, etnik 



azərbaycanlılara  qarşı  baş  vermiş  soyqırımdır.  Bu  faciə  Dağlıq 

Qarabağ münaqişəsi  zamanı  baş vermiş  ən dəhşətli  hadisələrdən 

biridir.  Bu  soyqırım  zamanı  Azərbaycan  xalqı  yüzlərlə  şəhid 

vermişdir.    

        1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  Ermənista n 

silahlı  qüvvələri  SSRİ  dövründən  Xankəndi  (Stepanakert) 

şəhərində  yerləşən  366-cı  motoatıcı  alayın  zirehli  texnikası  və 

hərbi  heyətinin  köməkliyi  ilə  Xocalı  şəhərini  işğal  etdi. 

Hücumdan  əvvəl  fevralın  25-i  axşam  şəhər  toplardan  və  ağır 

artileriyadan  şiddətli  atəşə  tutuldu.  Nəticədə  fevralın  26-ı  səhər 

saat 5 radələrində  Xocalı  tam alova  büründü.  Mühasirəyə  alınan 

şəhərdə  qalmış  təqribən  2500  nəfər  xocalılı  Ağdam  rayonunun 

mərkəzinə  çatmaq  ümidi  ilə  şəhəri  tərk  etdi.  Amma  bir  günün 

içində  yer  üzündən  silinən  şəhəri  tərk  edən  2500  Xocalı 

sakinindən  613-ü düşmən  gülləsinə  tuş  gəlib  qətliamın  qurbanı 

oldu.  Bu soyqırım  nəticəsində  63-ü uşaq, 106-ı qadın,  70-i qoca 

və  qarı  olmaqla  – 613 nəfər  Xocalı  sakini  qətlə  yetirildi,  8 ailə 

tamamilə  məhv  edildi,  25  uşaq  hər  iki  valideynini,  130  uşaq 

valideynlərindən  birini  itirdi.  Düşmən  gülləsinə  tuş  gəlib 

yaralanan  487  nəfərdən  76-sı  uşaq  idi.  1275  xocalılı  əsir,  150 

xocalılı  itkin  düşdü.  Dövlətin  və əhalinin  əmlakına  1 aprel 1992-

ci  il  tarixinə  olan  qiymətlərlə  5  mlrd.  rubl  dəyərində  ziyan 

vurulmuşdur.   

       Tarixi  boyu aqil  adamlar  topla,  silahla  deyil,  elm  və zəka ilə 

silahlanmağı  üstün  tutmuşlar.  Bunun  üçün  insanları  sülh  yoluna 



 

işıqlı  ziyalı  yoluna  cəlb  etmək  üçün  mübarizə  aparmışlar.  1993- 



cü  ildən  hakimiyyətə  gələn  Azərbaycan  Respublikasının 

Prezidenti  Heydər  Əliyev  də  bu  yolda  atəşkəsə  nail  olmuşdur. 

2000-2010-cu  illər  isə  Prezidentin 

fərmanı  ilə  –  Sülh-

Mədəniyyət  ili  kimi  elan  edilmişdir.  Sülh  və   mədəniyyətimizin 

inkişafının  göstəricisi  kimi    qədim  alətimiz  olan  tar  xalçaçılıq 

sənəti,  qədim  musiqi  alətimiz  sayılan  saz   və  s. Fransanın  Paris 

şəhərində  YUNESKO-nun  Bəşəriyyətin  Qeyri-maddi  mədəni  irs 

üzrə  Reprezentativ  siyahısında  müzakirə  olunaraq  bu  siyahıya 

daxil  edilib.  Bu  yolda  kitabxanalarında  qarşısında  böyük 

vəzifələr  durur.  Bu  öhdəlikləri  yerinə  yetirmək  üçün 

kitabxanada  kütləvi  tədbirlərin  müxtəlif  formalarından  istifadə 

etmək olar. Kitab sərgiləri  uşaq kitabxanalarında  əyani  təbliğatın 

geniş  yayılmış  formalarından  biridir.  Sərgi  başlıqlarını    – 

Yurdda sülh,  cahanda  sülh,  Göyərçinim  – sülh  quşum,  Kəssə hər 

kim  tökülən  qan  izini,  Sülh  içində  yaşa  və  s. kimi  verə  bilərik. 

Sərgidə  tariximizdən  bildiyimiz  sülh  müqavilələri  və  onlar 

haqqında  məlumatları  əyani  şəkildə  təqdim  edə bilərik.    



1.Amasya  sülh  müqaviləsi  –  Səfəvi  dövləti  ilə  Osmanlı 

imperatorluğu  arasında  sülh  müqaviləsi.  29  mart  1555-ci  ildə 

bağlanıb.  Müqavilə  iki  dövlət  arasında  Çaldıran  döyüşü  (1514) 

ilə  başlayan  uzunmüddətli  müharibələrin  birinci  hissəsini 

yekunlaşdırıb.  Sülh  razılaşmasına  əsasən  Qərbi  Gürcüstan  – 

İmeretiya,  Meqreliya  və  Quriya  çarlıqları,  indiki  Ermənista nın 

qərb  hissəsi  Osmanlının,  Şərqi  Gürcüstan  –  Mesxiya,  Kartli, 

Kaxeti,  Qərbi  Azərbaycan    (indiki  Ermənistanın  əsas  hissəsi) 

Səfəvilərin  ixtiyarına  keçib.  Osmanlı  sultanı  I  Süleyman  və 

Səfəvi  şahı  I Təhmasib  arasında  əldə  olunan  sülh  uzun  sürmədi 

və  1578-ci  ildə  yeni  müharibə  (1590-cı  il  İstanbul  sülhünədək) 

başlandı.   




 

2.Bağdad  sülh  müqaviləsi  –  Səfəvilər  və  Osmanlı  dövləti 

arasında  bağlanan  sülh  müqaviləsi.  6  yanvar  1733-cü  ildə 

bağlanıb.  1733 – Səfəvi  ordusu  Bağdad  yaxınlığında  baş verən 

döyüşdə  Osmanlı  qoşunlarını  məğlub  edib.  Tərəflər  arasında 

imzalanan  Bağdad  sülh    müqaviləsinə  əsasən  Osmanlı  dövləti 

1723-1724-cü  illərdən  başlayaraq  ələ  keçirdiyi  bütün  Səfəvi 

torpaqlarını  geri  qaytarmağa  razılıq  verib.  Osmanlı  dövləti 

həmin  dövrdə Şimali  Azərbaycanın  böyük  hissəsini  (Xəzəryanı 

ərazilərdən  savayı),  habelə  Təbriz,  Ərdəbil,  Marağa,  Xoy  və 

digər  Cənubi  Azərbaycan  ərazilərini  nəzarətə  götürmüşd ü. 

1732-ci  ildə  bağlanan  Kirmanşah  müqaviləsi  ilə  Səfəvilər 

Cənubi  Azərbaycan  ərazilərini  geri  ala  bilmişdi.   

3.Gülüstan  müqaviləsi  (ingiliscə:  Treaty  of  Gulistan)  – 1813-

cü  ilin  12  oktyabr  tarixində  Rusiya  İmperiyası  ilə  Qacar  İran 

dövləti  arasında  imzalanmış  və  tarixi  Azərbaycanın  ərazisini 

Rusiya  ilə  İran  arasında  bölən  birinci  müqavilə.  Çar  Rusiyas ı 

Osmanlı  İmperiyası  ilə  1812-ci ilin  yayında  imzaladığı  Buxarest 

müqaviləsində  Osmanlı  İmperiyası  rusların  Qafqazı  işğalını 

tanıyır,  bu  torpaqlara  iddiasından  əl  çəkir.  1812-ci  ildə 

Napoleonun  Rusiya  hücumundan  dəyərlənməyə  çalışan  İran 

vəliəhdi  Abbas  Mirzə  Rusiyanın  işğal  etdiyi  Azərbaycan 

xanlıqlarına  hücum  etsə  də,  general  P.Kotlyarevski  bu 

hücumları  dəf  edir  və bölgədə  hərbi-siyasi  üstünlük  qazanır.  Bu 

hallar  İngiltərəni  bərk  narahat  edir  və  onların  təkidi  ilə  İran 

Rusiya  ilə  müqavilə  imzalamaq  qərarına  gəlir.  1813-cü  ilin  12 

oktyabrında 

Gülüstan 

kəndində 

birinci 

Rusiya-İran 

müharibəsinin  qurtarmasını  bildirən  müqavilə  imzalanır.  Bu 

müqavilə  tarixə  imzalandığı  yerin  adıyla  Gülüstan  müqaviləsi 

kimi  daxil  olur.  Müqaviləni  İran  tərəfdən  şahın  vəkili  Mirzə 

Əbdülhəsən  xan,  Rusiya  tərəfdən  isə Ratişev  imzalayır.  Bu  sülh 




 

müqavilənin  şərtlərinə  əsasən Şimali  Azərbaycan  xanlıqlarında n 



İrəvan  və  Naxçıvanı  çıxmaq  şərtilə  yerdə  qalan  bütün  xanlıq lar 

(Talış,  Şirvan,  Quba,  Bakı,  Gəncə,  Qarabağ,  Şəki)  Rusiyaya 

verilir.  2013-cü ilin  12 oktyabrında  Gülüstan  müqaviləsinin  200 

illiyinin  Dərbənddə  qeyd olunmuşdur.   

           

Gülüstan  sülh  müqaviləsi;   Amasiya 

 

 



             

  

  



      Sərgidə  Sülh  mövzusuna  aid  qəzet  materialları  BMT- nin 

fəaliyyəti  ilə  bağlı  məlumatları  və  şəkilləri  onların  müharibə 

bölgələrinə  etdikləri  yardımları  verə  bilərik.   

                                         

  

  

                                



 

 

 




10 

 

Sərgidə veriləcək sitatlar: 

 

    Qələbə, qələbə  mənimdir  deyə  bilənlərindir.   



                                                   

     Heç  bir  zəfər  məqsəd  deyildir.  Zəfər  ancaq  özündən  daha 

böyük bir məqsədə  çatmaq  üçün  lazım  olan  ən mühüm  vasitədir.   

                                                      Mustafa Kamal   Atatürk,    



Türkiyə Respublikasının  1-ci prezidenti 

     

     Xalq  ancaq  sülh  şəraitində  müharibənin  ağır  yükünü  hiss 

edir.   


 

      Müharibənin  qazanc  və  ziyanını  hesablasaq,  görərik  ki, 

qazandığımız  qələbə  verdiyimiz  itkilərlə  müqayisədə  heç nədir. 

                                                                        

                                                                    Corc  Bayron, 

ingilis  şairi 

 

   Kəssə hər  kim  tökülən  qan izini,   

   Qurtaran  dahi  odur  yer üzünü.                                 

                                                                            Hüseyn Cavid, 

yazıçı-dramaturq 

 

    İnsanların  sülh  istəyi  müharibə  qorxusundan  doğur.

                      

                                                              

Uinston

 

Çörçill 



Britaniyanın  Baş Naziri 

 

  Hərbi  elmlərin  çiçəkləməsi  yalnız  sülh  şəraitində  mümkündür.                                                                   



D.Aminado, 

      rus  şairi   




11 

 

     Müharibənin  son məqsədi  sülhdür.   



                                                                                 Aristotel, 

yunan filosofu  

 

Dövrümüzün  uşaq  və  yeniyetmələrini  qan  tökmək,  əzab 

vermək,  zorakılıq  prinsipləri  ilə  deyil,  qayğı  ilə,  sevgi  ilə 

böyüdərək  onlarda  sülhsevərlik  prinsipləri  ilə  tərbiyə  etmək 

lazımdır.  Kitabxanada  bu  məqsədlə  tez-tez  uşaqlarla  söhbətlər 

aparılır,  müxtəlif  kitab  icmalları  keçirilir.  Söhbət  zamanı  xain 

düşmənin  məkrini,  onların  öz  övladlarını  belə  düşünməyərək 

tamahları  ucbatından  etdikləri  torpaq  iddiası,  müharib ə lər 

zamanı  günahsız  uşaqların  öldürüldüklərini,   bu günkü  müharibə 

şəraitində 

yaşamağımızdan, 

minlərlə 

insanın 

öz  yurd-

yuvasından  qaçqın  düşməsindən  danışmaq  olar.  Bu  gün  sülh 

şəraitində  yaşasaq  da nə  vaxtsa  o torpaqlara  qayıda  bilməyimiz 

üçün  onların  üstünə  düşən  vəzifələrdən  danışmaq,  vətənə  necə 

layiqli  övlad  olmalarından  söhbət  açmaq  olar.  Söhbəti  elə 

qurmaq  lazımdır  ki,  onlar  müharibənin  dəhşətlərini,  xain 

düşmənin  iç  üzünü  təsəvvüründə  canlandıra  bilsinlər.  Özlərini 

sabahkı  Vətəni  qorumaq  üçün  hazırlasınlar.   

       Bundan  başqa  uşaqların  sülh  və  müharibə  mövzusunda 

təfəkkürünü  ifadə  edən  rəsm  müsabiqəsi  keçirmək  olar.  Bu 

zaman  müharibə  və  ya  sülhün  uşaqların  təfəkküründə  necə  əks 

olunduğunu  bilmək  üçün  onlara  sərbəst  şərait  yaratmaq 

lazımdır.    

        Kitabxanada  əlfəcin,  və bukletlərin  hazırlanaraq  oxuculara 

paylanması  əyani  təbliğat  vasitələrindən  biridir.  Beləki  sülh 

mövzusunda  bukletlər  üçün  ədəbiyyat  siyahısı  seçib  qeyd 

etməklə  oxuculara  bu mövzuda  kömək  edə bilərik.   




12 

 

        Orta  yaş  qrup  oxucuları  ilə  fərdi  söhbətlər,  sual-cavab 



gecələri  keçirmək  məqsədə  uyğundur.  Sual  cavab  gecəsində 

aşağdakı  sualları  verə  bilərik.   

1. Sülh  deyəndə  nə başa düşürsünüz?   

2. Sülh  istəyirsiniz  ya müharibə?   

3. Sülhü  necə  bərqərar etmək  olar?   

4.Sülh  haqqında  hansı  əsərləri  oxumusunuz? 

5.Sülh  quşu  hansı  quşdur?   

6.Hansı  sülhməramlı  beynəlxalq  təşkilatları  tanıyırsınız?     

 

   Uşaq  və  yeniyetmələrlə  söhbət  apararkən,  xüsusilə  dil 



sadəliyinə,  yaş  xüsusiyyətlərinə  diqqət  yetirmək  lazımd ır.    

Yuxarı  yaşlı  oxucularla  isə  biblioqrafik  icmallar,  kitabın 

müzakirəsini  keçirmək  olar.  Xarici  ədəbiyyatdan  olan  Lev 

Tolstoyun  – Hərb  və  Sülh  romanının  icmal  şəklində  təşkil  edə 

bilərik.  Roman  IV  cilddə  olduğundan  uzun  uzadı  danışmaq 

deyil,  əsas  detalları  əsrdən  götürəməklə  oxuculara  çatdırmaq 

lazımdır.   

        Kitabxanada  təşkil  edilən  ədəbi-bədii  gecələr  də  özünə 

məxsus  yer tutur.   

“Göyərçinim, sülh quşum” adlı  ədəbi-bədii  gecəyə  məktəblilər, 

müəllimlər,  tələbələr,  ziyalılar  dəvət edilir.   

  

                                          Ədəbi-bədii  gecə 



(Səhnə  sülh  mövzusuna  aid  rəsmlərlə,  ağ  göyərçinlərlə                                                      

bəzədilir.  Aparıcılar  səhnəyə gəlir.) 

I  Aparıcı:  Sülh!  Bu  sözün  dəyərini,  bəlkə  də,  hər  birimiz 

anlamırıq,  lakin  düşünməyə  dəyər.  Biz  bu  dünyada  yaşayırıq, 




13 

 

onun  bizə  bəxş  etdikləri  ilə  qidalanır,  gözəllikləri  ilə  həyatımızı 



rəngarəng  edirik,  lakin  təşəkkür  olaraq  əvəzində  ona  nə  bəxş 

edirik?!    



II  Aparıcı:   Ümumiyyətlə,    necə 

ki, 


bir-birimizə 

qarşı 


münasibət  bəsləyiriksə,  eynisini  də  yaşadığımız  planetə  qarşı 

edirik.  Boş eqoizmdən  qurtulmaq  və qlobal  düşünmək  üçün  heç 

olmazsa,  özünüzə  bir  gün  ayırın.  Dəyərmi  bütün  bunlara, 

düşünün?!  Təəssüflər  olsun  ki,  bəzi  insanlara    bir  dünya  azlıq 

edir. Dünya  stabil  həyatın  əsasıdır.  Bu, bütün  ölkələrə   və onların 

vətəndaşlarına  aiddir.  Sülh  olduğu  zamanda  biz  təhsil  ala  və 

işləyə  bilirik,  həm  maddi,  həm  də  ki,  mənəvi  cəhətdən  inkişaf 

edə bilirik.  Narahatlıq  hiss  etmədən  sağlam  ailə  qura  bilirik.   

 Səhnəyə  əlində  göyərçin  və  şarlar  tutmuş  uşaqlar  gəlir. 

Monitorda  sülh  rəmzi  olan  ağ  göyərçinlər,  müxtəlif  

sülhməramlı  təşkilatların fəaliyyətini  əks etdirən slayd nümayiş 

edilir.  Uşaqlar  birlikdə sülh nəğməsi oxuyurlar.  

                                  

Sülh  nəğməsi  

Dünyanın  uşaqları!   

Gəlin  əl-ələ  verək!   

Ən hündür  bir  zirvədə   

Sülh  bayrağı  yüksəldək!   

 

Sülh  bayrağı  dalğalansın   



Hər tərəfə  sülh  yaysın   

Dünyadakı  balalara   

Sevincdən  pay ayırsın!   

                  

Qoy dünyadakı  uşaqlar   

Həmişə  gülsün,  sevinsin,   




14 

 

Nə arzu  etsə balalar   



Yerinə  yetsin  arzular!   

 

Mənim  arzum  budur  Günəş, 



Başımız  üstündə  olsun!   

Gecələr  sübhə  qədər Ay,  

Uşaqlara  desin  laylay!   

 

Bir  sehirli  yağış  yağsın   



Dünyanı  tərtəmiz  etsin   

Uşaqları  sevməyənlər,                  

Çıxsın,  dünyamızdan  getsin! 

  

Silah  düzəldən  əmilər   



Silahları  yandırsınlar,   

Onlar  da bizə  qoşulub   

Sülh  nəğməsi  oxusunlar! 

  

Bütün  qəfəsləri  açıb,   



Quşları  göyə  buraxaq   

Sülhün  azadlıq  himnini,   

Əl-ələ  tutaq,  oxuyaq!   

 

Bütün  dünyaya  yayılsın   



Uşaqların  arzuları, 

Arzularına  çatsınlar   

Dünyanın  gül  balaları! 

  

Sülhün  azadlıq  nəğməsi   



Sevindirsin  hər bir  kəsi   


15 

 

Göyərçinlər  göyə  qalxsın 



Hamını  sülhə  çağırsın!   

  

I Oxucu:  Sülh  – əmin-amanlıq,  qurub  yaratmaq  dinclikdir.                                        



II     Oxucu  : Sülh  – azdlıq,  bərabərlik  və ədalətdir.                                 

III  Oxucu:  Sülh  –  hər  bir  cəmiyyətin, 

ümumiyyə tlə, 

bəşəriyyətin  arzu  etdiyi  ən böyük  dəyərlərdən  biridir.   

IV   Oxucu:  Sülh  poeziyamızın  daimi  mövzusudur. 

V    Oxucu:  Sülh  – balaların  gülüşü,  qəhqəhəsidir.   

VI    Oxucu: Sülh   – dünyanın  taleyi  üçün  nigaran  qalmayan                             

  qocalıqdır.   



Aparıcı:  Sülhün  carçıları  isə  gələcəyimiz  olan  uşaqlardır. Yə ni 

uşaqlar  həmişə  açıq  səma  altında  atalı-analı  yaşamaq 

arzusundadırlar.   

(Uşaqlar əllərindəki şarı və göyərçini havaya buraxırlar. 

Mahnı səslənir.) 

Göyərçinik  biz,   

Sülhdür  adımız.   

Göyə  uçmağa, 

Var qanadımız.   

Sülhdür  nəğməmiz   

Körpə quşuq  biz. 

Sülhü  dünyaya   

Bağışladıq  biz.   

Qəlbimiz  gülşən,    

Günlərimiz  şən. 

Bizi  bəxtəvər   

Yaşadır  Vətən!   



16 

 

 I Aparıcı  : 21 Sentyabr  tarixində  bütün  dünyada  Beynəlxalq 



Sülh  Günü  kimi  qeyd olunur.  Beynəlxalq  Sülh  Günü  BMT-nin 

30 noyabr  1981-ci ildəki  qərarı  ilə  bütün  dünyada  qeyd olunur.    



II  Aparıcı:  21  Sentyabr  nəinki  yalnız  xalqlar  arasında, 

həmçinin,  ailələrdə,  məktəblərdə  köklü  zorakılığa  qarşı 

mübarizənin   əldə  olunmasına  nail  olmaq  üçün  bir  gündür.  Bu 

səbəbdən  də  21  Sentyabr  bütün  planet  insanları  üçün  çox 

vacibdir. 

III Aparıcı:  Bu  səbəbdən  də yaşından,  irqindən,  milliyətində n, 

dinindən  və  cinsindən  asılı  olmayaraq,  sülhə  nail  olmaq  istəyən 

hər    kəsin  yardımına  ehtiyac  var.  Məhz  bu  işdə  onlara  Dünya 

miqyaslı  fəaliyyət  göstərən  Beynəlxalq  Təşkilatlar   yardım  edir. 



I  Aparıcı:  İndidə  uşaqların  ifasında  İnsanları  Sülhə  səsləyən 

şairimiz  Hüseyn  Arifin  – “Mən Sülhə səs verirəm” şeirinə  qulaq 

asaq: 

 ( Səhnəyə oxucular daxil olur.)  

I Oxucu:  Mən sülhə  səs verirəm,   

                Milyonlardan  biritək-   

                Qoy bir daha  ordular 

                Üz-üzə  dayanmasın. 



II Oxucu:  Mən  sülhə  səs verirəm,- 

Bombaları  səsindən                                                           

Beşikdəki  körpələr   

                  Hıçqırıb  oyanmasın. 



I  Oxucu:  Mən sülhə  səs verirəm,- 

                 Böyük  kəndlər,şəhərlər   

                 Viran  olub  qalmasın    

                 Tüstü-duman  içində.   



 


17 

 

                          İstifadə edilmiş  ədəbiyyat  



  

1.

 



WAP.google.az.                          

2.

 



Nərimanoğlu  M.Sülh  inkişafın  əsas təməlidir/  Azərbaycan.  – 21 

sentyabr.  – 2012.  S.5.  

3.

 

Nərimanoğlu   M.Zamanın  arzusu  / Azərbaycan.  – 21 sentyabr.  – 



2009.  –  S.7.  4.  Rza  R.  Mənim  fikrimcə  (məqalələr)  /  Bakı: 

Azərnəşr.  – 1967  

  

  

  



  

  

  

  

                                    

 

 

 

 

 

 

 

 

 


18 

 

Yurdda sülh! Cahanda sülh! 



(metodik  vəsait) 

 

 

 

 

Ünvan:AZ-1022  Bakı şəh.,S.Vurğun  küç.88; 

E-mail:info@clb.az 

URL:www.clb.az 

 

 



 

F.Köçərli  adına  Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş:  33 

Çapa imzalanmışdır:17.08.2017 

Tirajı:100 

Pulsuz 


 

Yüklə 109,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə