F. Köçərli adına Respublika



Yüklə 253,03 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix06.05.2018
ölçüsü253,03 Kb.
#42087
1   2   3   4   5   6   7   8   9

11 

 

5.  Gənclərin  mütaliəsinin  düzgün  istiqamətləndirilməsi 



məqsədilə  kitabxanalarda  xüsusi  proqramların  təşkil  edilməsi, 

informasiya və məsləhət xidmətinin həyata keçirilməsi.  

 

Keçiriləcək tədbirlər 

    Gənclər  Günü  ilə  bağlı  bir  sıra  tədbirlər;  kitab  müzakirəsi, 

oxucularla söhbət,  konfrans, icmal, dəyirmi masa, bu mövzu ilə 

bağlı  rəsm müsabiqəsi, səhnəcik də təşkil edilə bilər. 2 fevral 

Gənclər Günü münasibətilə kitabxanalarda  “Gənclərin Vətən 

məsuliyyəti”  adlı  oxucular  konfransı  da  təşkil  etmək 

mümkündür. Konfransdan öncə onun proqramı tərtib edilməli, 

konfransın  keçiriləcəyi  dəqiq  vaxt  müəyyən  olunmalıdır. 

Proqramda  konfransda  çıxış  edəcək  qonaqların,  tələbələrin  və 

şagirdlərin  adları,  onların  çıxış  edəcəkləri  mövzular,  tədbirin 

keçiriləcəyi məkan və zaman qeyd olunur.  



Oxucu konfransının planını sizə təqdim edirik: 

1.  Giriş hissə: “Gənc nəslin milli mənlik şüurunun inkişafı”; 

2.  Bu  mövzuda  kitabxana  rəhbərliyinin,  jurnalist,  gənclər 

təşkilatlarının aparıcı şəxslərinin çıxışları; 

3.  Yuxarı  sinif    şagirdlərindən  ibarət  olan  oxucuların  bu 

mövzuda hazırladığı slaydların təqdimatı; 

4.   Konfransın yekunu.  

    Gənclər  Günü  mövzusunda  kitabxanada  kitab  sərgisinin 

təşkili  məqsədəuyğundur.  Sərgidə  Azərbaycan  gənclərinin 

nailiyyətləri  ilə 

bağlı  fotostendlər,  kitablar,  görkəmli 

şəxsiyyətlərin gənclik haqqında söylədikləri kəlamlardan, dövri 

mətbuat  materiallarından  istifadə  olunur.  Sərgiyə  müxtəlif 

başlıqlar verilə bilər:

 

“Gənclik bir  millətin yaşaması,  inkişafı 

üçün  təməl  daşıdır”,  “Gənclər  mədəni  mübadilənin  aparıcı 

qüvvəsidir”, “Gənclər bizim gələcəyimizdir”, “Gənclər böyük 



12 

 

qüvvədir”, “Gənclər gələcəyimizin qurucularıdır”, “Gələcəyin 



etibarlı təminatı bilikli və bacarıqlı gənclərdən asılıdır”, “Elə 

bir  sahə  tapılmaz  ki,  orada  gəncliyin  izi  görünməsin”, 

“Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir” və s. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


13 

 

Kitab sərgisi 



 


14 

 

Görkəmli şəxsiyyətlərin gənclər haqqında söylədikləri 



fikirlər: 

    Azərbaycan 

gəncləri 

sağlam 


düşüncəli 

gənclərdir, 

vətənpərvər  gənclərdir,  xalqını,  millətini  sevən  gənclərdir. 

Azərbaycanın  gələcəyini  möhkəm  əllərdə  saxlaya  bilən, 

Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın 

dövlət  müstəqilliyini,  demokratik  dövlətini  qoruya  bilən 

gəncliyi var.                                                      

Heydər Əliyev 

ümummilli lider 

 

    Bugünkü  gənclər  –  müstəqillik  dövründə  böyümüş,  tərbiyə 

almış  gənclər  bizim  üçün  qürur  mənbəyidir...  Doğrudan  da 

bizim  gələcəyimiz  etibarlı  əllərdədir.   Azərbaycanın  gələcək 

inkişafı  gənclərin  əlində  olmalıdır.  Gənclər  bilikli,  savadlı, 

peşəkar və vətənpərvər olmalıdırlar. 



İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti

 

 

İstəyə gənclikdə mümkündür çatmaq, 



Qocalıq gəldimi, axtar bir bucaq.. 

Gənclikdir insana gözəllik verən, 

Gözəllik sönərsə, qəlb olurmu şən? 

Nizami Gəncəvi  

                                                   



Dünya şöhrətli Azərbaycan şairi 

 

Gənclik, əlbəttə, başqa nemətdir

Unutulmaz böyük səadətdir. 

Hüseyn Cavid 

Şair, yazıçı və dramaturq 



15 

 

Gənclik bir qızıldır, ömrün əlindən 



Düşərək torpağa yox oldu birdən. 

Tapmaq həvəsilə həmin qızılı  

Torpağı yuyuram göz yaşıyla mən.            

Əfzələddin Xaqani  

                                                                         Şair-filosof, nasir 

 

    Gənclik  zamanı  günlər  qısa,  illər  uzun,  qocalıq  zamanı  isə 

günlər uzun, illər qısa. 

İmmanuil Kant 

Alman filosofu 

 

    Gəncliyin ruhunu istifadə  edilməyən bir tarla  kimi  özbaşına 



qoysanız, orada  gicitkən  və  tikandan  başqa  bir  şey  tapa 

bilməzsiniz. 



İohan Vilhelm Snelman 

                                                Fin yazıçısı, diplomatı və filosofu 

 

    Gəncliyin və sağlamlığın dəyəri itiriləndən sonra bilinər. 

 

    Yetişmək üçün meyvənin günəşə, cavanın öyüdə ehtiyacı var. 



 

    Cavanlıqda odun yığsan, qocalıqda üşüməzsən. 

 

    Cavanlıq müdrikliyi mənimsəmək, qocalıq isə bu müdrikliyi 



tətbiq etmək dövrüdür. 

Atalar sözləri 

 

    Gənclik yeni nəsil deməkdir. Kökünə bağlı, əcdadının yolu ilə 

gedən, milli, mənəvi dəyərlərinə, sadiq, əyilməz, alnıaçıq, həm 

də tükənməz gücdür. 



“Füyuzat” jurnalından 

 


Yüklə 253,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə