F. Köçərli adına Respublika



Yüklə 253,03 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix06.05.2018
ölçüsü253,03 Kb.
#42087
1   2   3   4   5   6   7   8   9
    Bu səhifədəki naviqasiya:
  • Cavab

19 

 

maraqlı  təşkil  olunması  məqsədilə  verilən  cavablar  damalar 



daxilində  bir-birindən  asılı  formada  lövhədə  əks  olunur.  Hər 

cavab  tapıldıqca  aparıcı  düzgün  cavabı  həmin  xanalara  yazır. 

Gənclər  arasında  iş  aparan  zaman  kitabxanaçılar  onları 

aşağıdakı müəyyən qruplara ayıraraq öz işlərini istiqamətləndirə 

bilərlər.  Bu  məqsədlə  yüksək  intellektli  və  yaradıcılıq 

qabiliyyətli gəncləri aşkarlayıb onlarla iş aparmaq olar. Xüsusi 

qabiliyyətli gənclərin əsas fərqləndirici xüsusiyyəti ondadır ki, 

onların  düşünmə tərzi  heç kimə oxşar olmayan, qeyri-standart 

və  orijinal  olur.  Xüsusi  qabiliyyətli  gənclər,  bir  qayda  olaraq, 

güclü  yumor  hissi  ilə  də  fərqlənir  və  geniş  müşahidə 

qabiliyyətinə malik  olurlar. Bunu nəzərə  alaraq kitabxanaların 

nəzdində  gənclər  üçün  “Şən  və  hazırcavablar”  klubu  təşkil 

etmək olar. Viktorinanın suallarını təqdim edirik:  

1. Olimpiya oyunları ilk dəfə harada keçirilib? 



Cavab: İlk dəfə Yunanıstanda keçirilib. Keçmiş MDB-də ancaq 

Moskvada olub. Birinci dəfə Yunanıstanda olub. Sonuncu dəfə 

Çində olub.   

2. Səmada Günəşdən sonra ən parlaq ulduz hansıdır? 



Cavab:  Sirius  ulduzu  –  Səmada  Günəşdən  sonra  ən  parlaq 

ulduzdur. 

3. Sovet dövründə belə hesab olunurdu ki, o ən yaxşı hədiyyədir. 

O hədiyyənin ən bahasını Bill Gates 24 milyon dollara alıb. 



Cavab: . Sovet dövründə kitab ən yaxşı hədiyyə hesab olunurdu. 

4.  E.ə.  490-ci  ildə  yunan  sərkərdəsi  Miltiad  hansı  düzdə  kiçik 

itkilərlə 6400 düşməni öldürməyə və qələbə çalmağa nail olur? 

Cavab: Marafon. 

 5. İngilis dilindən sonra dünyada ən çox danışılan Avropa dili 

hansıdır?  

Cavab: İspan dili. 

6.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağının  üzərindəki 

rənglər nəyin simvoludur?  



20 

 

Cavab:  Dövlət  bayrağının  üzərindəki  mavi  rəng  türkçülüyün, 

qırmızı  rəng  müasirlik  və  demokratiyanın,  yaşıl  rəng  isə 

islamlığın simvoludur. 

7.  Azərbaycan  Respublikasının  Dövlət  gerbinin    üzərindəki 

simvollar nəyi bildirir? 



Cavab: 

Azərbaycan 

Respublikasının  Dövlət  gerbinin  

üzərindəki  qalxan  –  birlik,  müdafiə,  müqavimət;  ulduz  – 

Vətənimizin cənnət məskəni olmasının; alov – odlar yurdunun; 

palıd yarpaqları – uzun ömürlüyün və möhkəmliyin; sünbül isə 

bərəkətin,  bolluğun  rəmzidir.  Simvollar  "müharibə  istəmirik, 

lakin hər cür hücumdan da müdafiə olunmağa hazırıq" – fikrini 

ifadə edir.  

8. Azərbaycanı 2 hissəyə bölən müqavilə hansıdır?  



Cavab: Türkmənçay müqaviləsi. 

9.  Azərbaycan  xalqının  ana  kitabı  –  “Kitabi-Dədə  Qorqud”un 

neçə əlyazması məlumdur?  

Cavab:

 

Elmə XIX əsrdən məlum olan "Kitabi-Dədə Qorqud"un 



hələlik iki əlyazma nüsxəsi (Drezden və Vatikan) məlumdur. 

10.  Azərbaycan  Milli  Qəhrəmanlarından  kimləri  tanıyırsınız?  



Cavab: Çingiz Mustafayev, Allahverdi Bağırov, Əlif Hacıyev, 

Vüqar  Hüseynov,  Məhərrəm  Seyidov,  Əsəd  Əhmədov,  Şirin 

Mirzəyev, Fərid Əhmədov, Mübariz İbrahimov və başqaları. 

11. Bu qəhrəmanlar haqqında yazılmış hansı kitablar var?   



Cavab:  İ.  İbadoğlu  “Sərkərdə”,  A.  Kərimli.  “Zəngilan 

şəhidləri”,  S.  Müslümqızı  “Qar  üstünə  qan  yağırdı”,  “Xocalı 

uşaqları  –  qan  içində  qar  çiçəyi”,  B.  Səmədov.,  S.  Aslanov  

“Təki  Vətən  yaşasın”,  M.  Süleymanov  “Milli  Qəhrəmanlar”,    

E.  Elatlı  “Qisas  gecəsi”,  “Cəhənnəmdən  gələn  səs”,  G.  Pənah 

“Qarabağ dərdi”,  M. Çəmənli “Mübariz”  və s. 

12.  Azərbaycan  torpağının  işğal  olunmuş  şəhər  və  rayonları 

hansılardır?  



Cavab:  Xankəndi,  Xocalı,  Şuşa,  Laçın,  Xocavənd,  Kəlbəcər, 

Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan. 

13. Qarabağ müharibəsi nə vaxt başlamışdır?  



21 

 

Cavab: 1988-ci ilin fevralında. 

14.  Böyük  Vətən  müharibəsi  illərində  neçə  nəfər  azərbaycanlı 

Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür? 



Cavab: 23 nəfər. 

15.  Sovet  İttifaqı  Qəhrəmanı  Mehdi  Hüseyzadədən  bəhs  edən 

filmin adı nədir?  

Cavab: “Uzaq sahillərdə”. 

16.“Sizi dünyalar qədər sevirəm” bədii filmi kimə həsr olunub? 



Cavab: Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova. 

17.  Heydər  Əliyev  ikinci  dəfə  siyasi  hakimiyyətə  neçənci  ildə 

qayıtmışdır?   

Cavab:1993-cü il 3 oktyabr. 

18. “Əsgər marşı”nın musiqisi kimindir?  



Cavab: Cavanşir Quliyevin. 

19. “Vətən mənə oğul desə nə dərdim

        Mamır  olub  qayasında  bitərdim”  –  misralarının  müəllifi 

kimdir?  



Cavab: Xalq şairi Məmməd Araz 

20.  Azərbaycanda  neçə  şəxs  Milli  Qəhrəman  adına  layiq 

görülmüşdür? 

Cavab:  Azərbaycanın  müstəqilliyi,  torpaqlarımızın  müdafiəsi 

uğrunda  gedən  döyüşlərdə  minlərlə  insanımız  iştirak  etmiş         

və  şəhidlik  zirvəsinə  qalxmışdır.  Onlardan  214  nəfəri 

Azərbaycanın  Milli  Qəhrəmanı  kimi  şərəfli  bir  ada  layiq 

görülmüşdür. 

    Gənclərin  iştirakı  ilə  bir-birindən  maraqlı  səhnələrin  təşkil 

edilməsi  olduqca  maraqlı  olar.  Bunun  üçün  dünya  şöhrətli 

yazıçıların  və  şairlərin  əsərlərindən  istifadə  edilməsi 

məqsədəuyğundur. Belə əsərlərin seçilməsi gənclərdə mütaliəyə 

marağı daha da artırar. Əsərin səhnələşdirilməsi üçün bacarıqlı 

gənclərin istedadından istifadə edilməsi yaxşı olar. Bu gənclərdə 

mütaliəyə  həvəsi  daha  da  artırar,  onların  aktyorluq  bacarığını 

meydana  çıxarar.  Yuxarı  sinif  şagirdləri  arasında  “Ən  yaxşı 



Yüklə 253,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə