F. Köçərli adına Respublika



Yüklə 253,03 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix06.05.2018
ölçüsü253,03 Kb.
#42087
1   2   3   4   5   6   7   8   9

22 

 

povest”,  “Ən  yaxşı  şeir”,  “Ən  yaxşı  hekayə”  adları  altında 



müsabiqələr təşkil etmək olar. Gənc istedadları həvəsləndirmək 

məqsədilə qalibin hekayə və ya povestini elə gənclərin öz iştirakı 

ilə  səhnələşdirmək  onların  həvəsini  daha  da  artırar.  Gənc 

oxucularımızın  ideya  və  maraqlarını  öyrənmək  məqsədilə 

dəyirmi  masanın  keçirilməsi  məqsədəuyğundur.  Gənclərin 

həyatının  yaxşılaşdırılmasında  mühüm  rolu  olan  gənclər 

təşkilatlarının  nümayəndələri  tədbirə  dəvət  olunur.  Tədbir 

zamanı  gənclər  və  təşkilat  nümayəndələri  məruzə  edirlər. 

Gənclərimizin  öz  ideyaları,  gələcək  planları  barədə  çıxışları 

dinlənilir. Hər bir gənci narahat edən problemlər dinlənildikdən 

sonra  əlaqədar  təşkilat  üzvləri  tərəfindən  onların  suallarına 

açıqlıq gətirilir.  

     İnsanlar  dost  qazanmağa  hələ  gənc  yaşlarından  vərdiş 

etməlidirlər.  Çünki  bu  yaşda  olan  gənclərin  həyatda  düzgün 

istiqamət  seçmələri  üçün  seçdikləri  dostların  rolu  böyükdür. 

Yanlış  dost  seçimi  gəncləri  pis  vərdişlərə  sövq  edə  bilər. 

Kitabxana  işçilərinin  digər  bir  borcu  da  gəncləri  ziyanlı 

vərdişlərdən  uzaqlaşdırmaq,  papiros,  alkoqol,  narkotikin 

ziyanlarından  onları  xəbərdar  etməkdir.  Demək  olar  ki,  hamı 

narkotikin necə ziyanlı olduğunu bilir. Buna baxmayaraq onun 

toruna  düşənlərin  sayı  çox  sürətlə  artır.  Niyə?  Çünki  insanlar 

arasında  maarifləndirmə  aşağı  səviyyədədir.  Buna  görə  də 

narkotikin  insanı  və  onun  həyatını  necə  məhv  etməsi  barədə 

məlumat  çox  az  insanda  var.  Bizim  məqsədimiz  bu  təhlükəni 

gənclərimizə  çatdırmaqdır.  Bu  məqsədlə  kitabxana  işçilərinin 

məktəblərdə  gəncləri  bu  haqda  maarifləndirmələri  vacib 

şərtlərdəndir.  Bu  səbəbdən  məktəblərdə  gənclərlə  bu  barədə 

maarifləndirici söhbətlərin aparılması  istənilən  nəticələri  verər.  

Gənclər,  onu  da  bilməlidir  ki,  Respublikamızda  QİÇS-lə 

mübarizə  mərkəzi  fəaliyyət  göstərir.  Mərkəzin    qaynar    xətti 

(494 99 24) hər zaman insanların müraciəti üçün açıqdır. Eyni 



23 

 

zamanda mərkəzin  saytı  (www.AIDS.az) da fəaliyyət  göstərir. 



Hətta  həmin  mərkəzin  əməkdaşları  ilə  gənclərin  görüşünün 

təşkili  də  mümkündür.  Söhbət  zamanı  kitabxanaçı  “Tibb 

qəzeti”,  “Ailə  həkimi”  jurnalındakı  məlumatlardan  da  istifadə 

edə  bilər.  Hər  bir  gənc  gün  ərzində  öz  öhdəsinə  düşən  işləri 

görməklə yanaşı düzgün istirahət etməyi də bacarmalıdır. Lakin 

gənclərimiz  istirahət  rejimlərini  düzgünmü  qururlar?  Əyləncə 

anlayışını hər kəs eyni mənada qəbul etmir. Gənclərimizin çoxu 

istirahəti  kitab  oxuyub,  mütailə  etməkdə,  musiqi  dinləməkdə 

televizora  baxmaqda  görürsə,  böyük  bir  qismi  isə  əyləncəni 

dostlar  ətrafında  hansısa  istirahət  mərkəzində  dincəlməkdə 

görür.  Bir  sözlə,  hər  bir  gəncin  öz  maraq  dairəsinə  uyğun 

əyləncə  tərzi  var.  İnsan  vaxtını  həm  iş  üçün,  həm  də  istirahət 

üçün  düzgün  bölüşdürməyi  bacarmalıdır.  Düzgün  işləyə 

bilməyən  adam  düzgün  istirahət  etməyi  də  bacarmaz.  Beləcə          

də  immuniteti  zəifləyə  bilər.  Bununla  əlaqədar  kiabxana                     

işçiləri  tərəfindən  gənclərimizin  asudə  vaxtının  düzgün 

istiqamətləndirilməsi vacibdir. Ancaq onu da qeyd edək ki, kitab 

oxumaq  istirahət  etməyin  ən  yaxşı  üsuludur.  Britaniyalı 

psixoloqlar  bəyan  etmişlər  ki,  kitab  oxumaq  başqa  üsullarla 

müqayisədə sakitləşməyə tez bir zamanda kömək edir. Cəmi 6 

dəqiqə kitab oxumaq stressin səviyyəsini ikidə üç dəfə endirir. 

Kitab  oxumaq  fikri  cəmləşdirməyə,  ədəbiyyat  aləminə  daxil 

olmağa  və  problemlərdən  yayınmağa  kömək  edir.  Biz 

kitabxanaçıların  üzərinə  düşən  əsas  vəzifə  gənclərdə  kitab 

oxumağa  marağı  artırmaq,  oxuduqları  və  ya  oxumaq 

istəmədikləri  kitabları  başqaları  ilə  paylaşa  bilmələri  üçün 

imkan  yaratmaq,  kitab  almağa  maddi  imkanı  olmayan  və  ya 

kitabxanalara  getməyən  insanların  kitab  oxumaq  üçün  fürsət 

əldə  etmələridir.  Kitabxanaçıların  bu  mühüm  vərdişi  gənclərə 

sevdirməsi  olduqca  vacib  amillərdən  biridir.  Mütaliə  insan 

xarakterini  formalaşdırıb,  gənclərimizə  bir  sıra  müsbət 



24 

 

keyfiyyətlər  aşılayır.  Bu  səbəbdən  kitabxanaçılar  gənclərdə 



mütaliəyə  həvəs  oyatmaq  məqsədilə  öz  işlərini  planlı  şəkildə 

qurmalıdırlar. Nəzərə alsaq ki,  XXI  əsr kompüter-informasiya 

əsridir.  Mütaliəni  gənclərə  sevdirməyin,  gənclərlə  daim 

ünsiyyətdə olmağın ən yeni üsullarından biri də internetin geniş 

imkanlarından  istifadə  etməkdir.  Çünki  son  dövrlərdə 

internetdən  istifadə  etməyən  gənc  az  tapılar.  Bunun  üçün 

kitabxanaların internet səhifələrinin fəaliyyət göstərməsi, əlbəttə 

ki,  yaxşıdır.  Ancaq  onu  da  nəzərə  almaq  lazımdır  ki,  iqtisadi 

çətinliklər  hər  kitabxanaya  bu  imkanı  vermir.  Ancaq  sadə 

üsullarla da gənclərlə əlaqə saxlamaq olar. Bilirik ki, internetdə 

Twitter,  Facebook  kimi  məşhur  sosial  şəbəkələr  fəaliyyət 

göstərir. Bu şəbəkələrdə kitabxanaların səhifələrini yaratmaq və 

səhifələri  şəbəkə  istifadəçilərinə  təklif  etmək  olar.  Həmin 

səhifədə  kitabxananın  şəkilləri,  kitabxanaya  yeni  daxil  olan 

kitabların üz qabıqları yerləşdirilə bilər. Bununla  yanaşı gənclər 

səhifəni  yaradan  kitabxanaçı  ilə  söhbət  edə  bilər,  onları 

maraqlandıran  kitablarla  əlaqədar  suallarını  kitabxanaçıya 

ünvanlaya  bilərlər.  Bu  həm  də  kitabxanaçıya  gənc  oxucuları 

kitabxanaya  yeni  daxil  olan  kitablarla  yaxından  tanış  etmək 

imkanı verir. İnternetdə bu kimi səhifələrin yaradılması həm də 

oxuculara virtual olaraq müəyyən əsər haqqında fikir mübadiləsi 

etməyə  və  müzakirələr  aparmağa  imkan  verir.  Gördüyümüz 

kimi  internetin  imkanlarından  istifadə  edərək  kitabxana 

sahəsində  mühüm  naliyyətlər  əldə  etməyə  imkan  verir. 

Gənclərdə  maarifləndirməni  gücləndirmək  məqsədilə  onların 

yazıçı  və  şairlərlə  kitabxanalarda  görüşünün  təşkili  yaxşı 

nəticələr verər. F. Köçərli adına kitabxana öz iş təcrübəsində bu 

metoddan  geniş  istifadə  etməkdədir.  Belə  ki,  bu  cür  görüşlər 

gənclərdə savadı, dünyagörüşünü daha da artırır. Bundan əlavə 

fikir mübadiləsinin aparılması gənclərə öz fikir və düşüncələrini 

daha  yaxşı  ifadə  etməyə  imkan  verir.  Bu  da  gələcəkdə  azad 



Yüklə 253,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə