F. Köçərli adına Respublika



Yüklə 253,03 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix06.05.2018
ölçüsü253,03 Kb.
#42087
1   2   3   4   5   6   7   8   9

25 

 

fikirli  cəmiyyətin  formalaşmasında  mühüm  rol  oynayar. 



Gəncləri mütəmadi olaraq kitabxanaya yeni daxil olan kitablar 

barədə  məlumatlandırmaq  lazımdır.  Bu  məqsədlə  müasir 

yazıçılarımızın  kitablarından  ibarət  sərgilər  təşkil  etmək  olar. 

Sərgidə N. Məmmədlinin “Bu bir oyundur”, “Zəngulə”, “Vicdan 

dustağı”,  Elxan  Elatlının  “Pəncərədə  görünən  kölgə”, 

“Cəhənnəmdən gələn səs”, “Xəyanət”, “Bakıdan gələn xəfiyyə”, 

“Qan ləkəsi”, “İtmiş qızın axtarışı”, “ Yeddinci mərtəbədə qətl”, 

Pərvizin  “Yad  dildə”,  Varisin  “Sonuncu  ölən  ümidlər”,  “Bir 

ovuc torpaq” “Görünməyən izlər”, Çingiz Abdullayevin “Onun 

qəlbinin  üçdə  bir  hissəsi”,  “Veneranın  ikinci  dəfə  həyata 

gəlməsi”,  “Kandaqordan  agent”,  “Paralel  həyat”  kitablarını 

nümayiş etdirmək olar. Kitabxanalarda gənclərimizi fəaliyyətdə 

olan  gənclər  təşkilatları  haqqında  məlumatlandırmaq  lazımdır. 

Belə  ki,  hazırda  ölkəmizdə  170-dən  çox  gənclər  təşkilatı 

fəaliyyət  göstərməkdədir.  Bu  təşkilatların  fəaliyyətindən, 

gördükləri işlərdən gənc oxucuları xəbərdar etmək üçün həmin 

təşkilatların 

nümayəndələri  ilə  gəncləri  görüşdürmək 

mümükündür.  Beləcə  gənclər  onları  maraqlandıran  suallara 

cavab tapa bilərlər. 

   Son dövrlərin yazıçılarını oxucularımıza sevdirmək məqsədilə 

onların  əsərlərinin  icmallarının  keçirilməsi  məqsədəuyğundur. 

İcmalını keçirə biləcəyiniz əsərlərdən biri son dövrlərin sevilən 

yazıçısı  Elxan  Elatlının  “Görünməyən  izlər”  kitabıdır.  Yazıçı 

əsərlərini  detektiv  üslubda  yazır.  Əsərin  əsas  qəhrəmanı 

Qambay  Qasımlıdır.  Romanda  Humayla  onun  tanışlığından 

bəhs  edilir.  Əsərdə  bu  günümüzün  gəncliyi  üçün  olduqca 

əhəmiyyətlidir. Belə ki, yazıçı əsərdə narkotikin insan həyatını 

necə  məhv  etdiyini  olduqca  aydın  şəkildə  əks  etdirir.  Elə  bu 

səbəbdən də əsər gənclərimiz üçün əhəmiyyətə malikdir. Kitab 

2010-cu ildə Bakıda “İdeal-print” nəşriyyatında çap olunmuş və 

oxucuların  ixtiyarına  verilmişdir.  Müasir  dövr  Azərbaycan 




26 

 

ədəbiyyatının  görkəmli  nümayəndələrindən  biri  də  Nüşabə 



Məmmədlidir.  Yazıçının  son  nəşr  olunan  kitablarından  biri 

“Vicdan  dustağı”  adlanır.  Kitab  2010-cu  ildə  “Çinar-Çap” 

nəşriyyatı tərəfindən çap olunmuşdur. Kitabın icmalının təşkili 

gənc  oxucularda  ona  qarşı  maraq  yaradır.  Roman  onu  oxuyan 

hər bir gənci öz həyatını, atacağı addımları bir daha düşünməyə 

vadar  edir.  Belə  ki,  tərbiyəvi  mövzuda  yazılan  əsər  müasir 

gəncliyimiz üçün olduqca əhəmiyyətlidir. Əsər gənclərə bir sıra 

insani keyfiyyətləri aşılamaq cəhətdən olduqca əhəmiyyətlidir. 

Romanın əsas qəhrəmanı Səltənətdir. Onun həyatında baş verən 

çətinliklər  gənclər  üçün  təhsilin  nə  qədər  vacib  olduğunu  bir 

daha  sübut  edir.  Yazıçı  romanda  erməni  millətinə  xas  murdar 

xüsusiyyətləri  böyük  məharətlə  təsvir  etmişdir.  Roman 

gənclərimizi  mübariz  olmağa,  vətəni,  ailəni  sevməyə,  təhsil 

almağa  səsləyir.  Əsər  gənclərimiz  üçün  böyük  tərbiyəvi 

əhəmiyyətə malikdir.  

    Gənclərin  fikir  və  düşüncələrini  öyrənmək  üçün  onlar 

arasında  müsahibənin  keçirilməsi  məqsədəuyğundur.  Onu             

da  deyək  ki,  müsahibə  oxucuları  öyrənməyin  ən  yaxşı 

üsullarındandır.  Müsahibənin  ali  təhsil  və  orta  ixtisas  məktəb 

kitabxanalarına müraciət edən tələbələr arasında keçirmək daha 

yaxşı  olar.  Müsahibə  zamanı  təqdim  olunacaq  sualları  sizə 

təqdim edirik:  

1. Özünüzü təqdim edin. Harada təhsil alırsınız? 

2. Tez-tezmi kitabxanalara müraciət edirsiniz?  

3. Hansı janrda olan ədəbiyyata daha çox üstünlük verirsiniz? 

4. Ən son hansı kitabı oxumusunuz?  

5. Sizcə Azərbaycanda gənclər azmı mütaliə edir? 

6. Özünüzü hazırki cəmiyyətdə hansı mövqedə görürsünüz?  




27 

 

7. Bəs gələcəkdə hansı mövqedə olmaq istərdiniz?  



8.  Sizcə  gələcəkdə  öz  ixtisasınız  üzrə  mütəxəssis  ola 

biləcəksinizmi?  

9. Siz gənc olmağın üstünlüyünü nədə görürsünüz? 

10. Sizcə təhsil gənclərimiz üçün nə dərəcədə önəmlidir? 

11. Sizcə Azərbaycan gəncliyi nəyə qadirdir? 

12. Azərbaycan gənclərinə nə tövsiyə edərdiniz? 

13. Azərbaycanımızı necə görmək istərdiniz?  

14. Asudə vaxtlarınızı necə keçirirsiniz?  

15. Ən çox sevdiyiniz məşğuliyyət nədir? 

16. Sizcə bizim gənclərin əsas problemləri nədən ibarətdir?  

    Maraqlı tədbirlərdən biri ədəbi-bədii gecədir. Əvvəlcə tədbir 

iştirakçılarına “Gənclər gələcəyimizin qurucularıdır” adlı slayd 

təqdim olunur.  

Səhnədəki  plakatda  ümummilli  liderimiz  Heydər  Əliyevin 

respublika  gənclərinin  II  forumundakı  nitqindən  olan  sözləri 

əksini  tapır.  Tədbir  ekranda  ulu  öndərimiz  Heydər  Əliyevin 

çıxışının nümayişi ilə başlanır. 

Heydər  Əliyev:  “Əziz  gənclər!  Bu  gün  ölkəmizdə  bayram 

günüdür,  Gənclər  Günüdür.  Bu  bayram  münasibətilə  sizi, 

Azərbaycanın  bütün  gənclərini  səmimi  qəlbdən  təbrik  edirəm. 

Sizə can sağlığı, xoşbəxt həyat, təhsilinizdə, gələcək işlərinizdə, 

bütün  həyatınızda  uğurlar  arzulayıram.  Bu  dövrü,  bu  günləri 

yaşamaq  bizlərə,  sizlərə  nəsib  olubdur.  Həm  XX  əsrdə     

yaşayıb-yaradaraq  onu  başa  vurmaq,  həm  də  XXI  əsrə  keçib 

bunu  davam  etdirmək  nəsib  olubdur.  Azərbaycan    gəncləri  



Yüklə 253,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə