F. Köçərli adına Respublika



Yüklə 94,65 Kb.
Pdf görüntüsü
tarix14.06.2018
ölçüsü94,65 Kb.
#49087


                                F. 

Köçərli adına 

 

                   

Respublika 

Uşaq Kitabxanası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Detektiv əsərlərin banisi Cəmşid Əmirov 

 

   


Cəmşid 

Əmirovun  100  illik  yubileyi  münasibətilə  mərkəzi 

kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə,  kənd kitabxana 

filialları üçün hazırlanmış  metodik vəsait 

 

 



 

                                  

 

                                     

 

 

                                      Bakı – 2018 


 

Tərtibçilər:                                      Aynurə Əliyeva



 

                                           

           

Şəhla Əliyeva  

 

Redaktor:                                         Könül Ağazadə 

 

İxtisas  redaktoru və                       Şəhla Qəmbərova 

buraxılışa məsul:                             Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

 

    Detektiv  əsərlərin  banisi  Cəmşid  Əmirov:  Cəmşid 

Əmirovun  100  illik  yubileyi  münasibətilə  mərkəzi 

kitabxanaların  uşaq  şöbələri,  MKS-nin  şəhər,  qəsəbə,  kənd 

kitabxana filialları üçün hazırlanmış metodik vəsait /Azərbaycan 

Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyi,  F.  Köçərli 

ad.Respublika  Uşaq Kitabxanası;  tərt.ed. A. Əliyeva;   ixt.red. 

və    burax.məsul  Ş.  Qəmbərova;  red.  K.  Ağazadə.  –  Bakı:              

F. Köçərli ad.Respublika Uşaq Kitabxanası, 2018.-15 s.



  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018 


 

Tərtibçidən 

Yer  üzünə  milyardlarla  insan  gəlib-gedib  və  dünyanın    bu 

insan  karvanı  yenə  öz  gedişindədir.  Hər  kəsə  bir  ömür  bəxş 

edilib, uzun, qısa və s. fərq həmin ömrü necə başa vurmaqdadır. 

Ömür  var  ki,    günü  əsrə  bərabər.  Belə  ömür  cild-cild  kitaba 

sığmaz. Mənalı ömür sürən insanlardan biri də istedadlı qələm 

sahibi


 

Cəmşid  Əmirovdur.  O,  özünün  dəst-xətti,  yaradıcılıq 

üslubu,  elmi  istiqaməti,  şəxsi  mövqeyi,  nüfuzu  ilə  seçilən 

alimdir. O, bütöv bir şəxsiyyətdir. Onun cildlərə sığmayan  ömür 

kitabının hər səhifəsi ləyaqətlə, şərəflə yazılıb.

 

Cəmşid Əmirov



 

bütün  əsrlərdə  fəxr  ediləsi,  qədim  və  şərəfli  tarixi  olan 

Azərbaycan  xalqının  ləyaqətli  və  qeyrətli  oğullarındandır. 

Qeyrətli  və  əvəzsiz  Azərbaycan  müdriki    həmişə  qürur 

duyduğumuz,  iftixarımız,  xalqımızın  görkəmli  yazıçısı, 

jurnalisti

   

Cəmşid   Əmirovun   ədəbiyyatımızda   öz   yeri,   öz 



dəst-xətti  var.  Həyatın  mənası  yaşanan  illərin  sayında  deyil, 

onun  necə  yaşanmasındadır.  Gözəl,  mənalı  olduğu  qədər         

dolu-dolu  yaradıcılıq  uğurları  ilə  zəngin  həyat  sürən  görkəmli  

yazıçı Cəmşid Əmirovun bu il 100  illik yubileyi qeyd olunur. 

Bu  münasibətlə bu vəsaiti işləməyi özümüzə borc bildik. Vəsait 

iki  hissədən  ibarətdir.  I  hissə  şairin    həyat  və  yaradıcılığından 

bəhs edilir. II hissədə isə yaradıcılığından bəhs edən tədbirlərdən 

söhbət açılır.



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

                                         Yaradıcılığı 

Cəmşid  Əmirov  1918-ci  il  fevralın  10-da  Azərbaycanın 

Naxçıvan  şəhərində  anadan  olmuşdur.  Orta  məktəbi  bitirib 

Əzizbəyov  adına  Azərbaycan  Sənaye  İnstitutuna  daxil  olmuş, 

eyni zamanda respublika qəzetləri ilə əməkdaşlıq etmişdir. Son 

kursda  institutu  tərk  etdiyinə  görə  öz  ixtisası  üzrə  (mühəndis-

geoloq) işləməyə həvəs göstərməmişdir. “Azərbaycan gəncləri” 

qəzetində məsul katib (1937-1940), “Gənc işçi” qəzetində şöbə 

müdiri (1940-1941), “Bolşevik” qəzetində məsul katib (1941), 

“Əzizbəyovneft” şirkətində mühəndis-geoloq (1941) işləmişdir. 

İkinci  Dünya  müharibəsi  zamanı  ön  cəbhədə  Sovet  Ordusu 

tərkibində zabit kimi Almaniya, Polşa, Çexoslovakiya, Avstriya 

və Çində olmuşdur. 

Ordudan tərxis ediləndən sonra “Amustral”ın tikintisində fəal 

iştirak  etmişdir.  Sonra  “Azərbaycan  gəncləri”  qəzetində  şöbə 

müdiri,  “Sovet  ticarəti”  (Moskva)  qəzetində  xüsusi  müxbir, 

“Neftnəşrdə”  baş  redaktor,  “Azərbaycan  neft  təsərrüfatı” 

jurnalında  redaktor  müavini,  “Bakı”  qəzetində  şöbə  müdiri 

işləmişdir.  Bir  müddət  Bakı  Maliyyə-kredit  texnikumunda 

direktor (1969-1972) olmuşdur. Sonra fərdi təqaüdə çıxmışdır. 

“Vətən  müharibəsı”    (I  dərəcəli),  “Qırmızı  ulduz”  ordenləri, 

“Döyüşdə fərqlənməyə görə”, “Köniqsberqin alınmasına görə”, 

“Berlinin alınmasına görə”, “Almaniya üzərində qələbəyə görə”, 

“Yaponiya  üzərində  qələbəyə  görə”  medallarına  layiq 

görülmüşdür. Ədəbi yaradıcılığa 1940-cı illərdən oçerk, felyeton 

və  hekayələrlə  başlamışdır.  Onun  ilk  mətbu  əsəri  olan 

“Dəqiqələr, saniyələr...” oçerki “Azərbaycan gəncləri” qəzetinin 

28  avqust  1946-cı  il  tarixli  sayında  dərc  edilmişdir.  1982-ci  il 

dekabrın 29-da vəfat etmişdir. 

Böyük insan  Cəmşid Əmirovun anadan olmasının 100 illik 

yubileyi ilə əlaqədar olaraq, kitabxanada bir sıra  tədbirlər: kitab 

müzakirəsi,  oxucu  konfransı,  rəsm  və  şeir  müsabiqəsi,  icmal, 

ədəbi-bədii gecə keçirilə bilər.

 

C.Əmirovun yaradıcılığını gənc 



nəslə və oxuculara tanıtmaq məqsədilə kitabxanada kitab sərgisi 


 

də    təşkil  oluna  bilər.  Sərgidə  onun    müxtəlif  illərdə  çəkilmiş 



fotostendi, kitabları ilə yanaşı, digər müəlliflərin onun haqqında  

yazdığı kitablar, araşdırmalar, ona ithaf edilən  şeirlər, kəlamlar 

və  dövri  mətbuatda  yer  alan  məqalələr  öz  yerini  almaqdadır. 

Sərgiyə  müxtəlif başlıqlarlar verilə bilər:  “Xatirələrdə  yaşayan 

yazıçı”,  “Həyata  bağlı  sənətkar  Cəmşid  Əmirov”,  “Novator 

yazıçı


 

Cəmşid  Əmirov”,  “Yenilikçi  yazıçı”,  “Naxçıvandan 

doğan günəş Cəmşid Əmirov”, “Cəmşid Əmirov 100”  və s. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

Kitab sərgisi 

 

 

 



             

 

  



 

 



 

Cəmşid  Əmirovun  100  illik  yubileyi  ilə  əlaqədar  olaraq, 



keçirilən maraqlı tədbirlərdən biri də sərgi ətrafında oxucularla 

söhbət  adlanır.  Tədbir  zamanı  kitabxanaçı  yazıçı,  jurnalist  

Cəmşid  Əmirovun  kitabları  əsasında  sərgi  təşkil  edir. 

Kitabxanaçı növbə ilə yazıçının kitablarını, xüsusən də “Brilyant 

məsələsi”  kitabını  oxucularla  tanış  edərək  geniş  və  maraqlı 

məlumatlar verir.  



Kitabxanaçı: Azərbaycan  ədəbiyyatı tarixində ilk dəfə macəra 

janrına  müraciət edən yazıçı məhz görkəmli şəxsiyyət Cəmşid 

Əmirovdur. Altmışıncı illərin Azərbaycan mətbuatından bu ad 

hər kəsə  yaxşı tanışdır. 

     Onun  bir  çox  əsərləri  kimi  “Brilyant  məsələsi”  kitabı  

oxucunun yaddaşında silinməz izlər qoydu. “Brilyant məsələsi” 

kitabına maraq  o qədər güclü idi ki, artıq əl-əl gəzən bu əsər öz 

məcrasından çıxmışdı. Artıq həmin dövrdə bu kitabı əldə etmək 

bir  müşkülə  düşmüşdü.  Əsər  sözün  əsl  mənasında  o  dövrdə       

bir  hadisəyə  çevrilmişdi.  Əsərin  sevilməsinin  səbəblərindən           

biri  Azərbaycan  ədəbiyyatında  detektiv  janrına  ilk  dəfə  

müraciət  olunması,  həm  də  əsərin  yazıçı  tərəfindən  yüksək 

professionallıqla yazılmasıdır.   

Qeyd etmək lazımdır ki, C.Əmirov “Brilyant məsələsi”ndən 

öncə artıq oxucuların qəlbinə yol tapan, Azərbaycan polislərinin 

həyatından,  onların  ağır,  çətin  işindən  bəhs  edən  “Sahil 

əməliyyatı”   povesti   ilə  nəinki  respublikamızda,  hətta  ondan 

çox-çox  uzaqlarda  tanınmağa  başlamış  və  əsər  bir  neçə  dilə 

tərcümə olunmuşdur. Təsadüfi deyil ki, respublikadan kənarda 

da  oxucu  marağına  səbəb  olan  bu  əsər  kinematoqrafçıların 

diqqətini  cəlb  etməyə  bilməzdi.  Məhz  buna  görə  də  əsərin 

ssenarisinin  yazılması  üçün  yazıya  müraciət  olunmuş  və 

nəticədə  həmin  povest  əsasında  “İstintaq  davam  edir”  filmi 

çəkilmişdir. 

        Cəmşid Əmirovun “Brilyant məsələsi” povesti 1962-ci ildə 

yazılıb.


 

Əsərin  yazılmasında  yazıçının  məqsədi  Azərbaycan 

polis  kollektivinin  gücünü  Azərbaycan  xalqına  göstərə 



 

bilməkdir.



 

Əsər detektiv janrındadır. İki yüz əlli  səhifə olsa da, 

roman  deyil,  povestdir.  Dünya  ədəbiyyatının  detektiv 

nümunələrindən  fərqli  olaraq,  bu  əsərdə  konkret  cinayət  və  o 

cinayətin  üstünü  açan  konkret  xəfiyyə  yoxdur.  Burda  polisin 

komanda  şəklində  fəaliyyətindən  və  drujinaçıların  onlara  

köməyindən bəhs olunur.

 

Yazıçı “Brilyant məsələsi” povestinin 



baş  qəhrəmanlarını  –  Yədullanı  və  Zerkola  Klaranı  əsərə  real 

həyatdan  gətirib.  Povest  boyunca  oxucu  bu  mənfi  obrazlarla, 

kapitan İsayevin timsalında onlara qarşı mübarizə aparan, aman 

vermədən  onları  təqib  edən  personajların  başına  gələnlərə 

şahidlik  edirlər  və  bu  müddətdə  nə  zaman  baş  verdiyini  hiss 

etmədən gözlərini açarkən özlərini qarışıq cinayət hadisələrinin 

düz ortasında tapırlar.

 

Povestin məzmununa görə Yədulla polis 



tərəfindən ifşa olunur, amma o, polisdən yaxasını qurtarıb qaça 

bilir  və  bir  müddət  Ukraynada  gizlənir.  Yədulla  bir  də  əsərin 

sonlarında peyda olur. Bu müddət ərzində isə mənzil oğurluğu 

baş  verir.  İttiham  olunan  şəxs  günahsızlığını  etiraf  edə bilmir. 

Ev sahibəsi  isə  polis  şöbəsinin  əməliyyatçısı  kapitan  İsayev 

tərəfindən  nəzarətdə  saxlanılır.  Ev  sahibəsinin  telefon 

danışıqları dinlənəndən sonra o həbs olunur. 

Yazıçı əsərdə möhtəşəm drujinaçı obrazları  yaratmışdı. Bu 

drujinaçılar  təhlükəli  cinayətlərin  üstünün  açılmasında  polisə 

əvəzsiz  xidmət  göstərirdilər,  əksər  hallarda  isə  polisi  əvəz 

edirdilər.  Epiloqda  Yədullanın  həbsini  də  drujinaçı  meşəbəyi 

təşkil  etmişdi.  

“Brilyant məsələsi” oxucular tərəfindən sevilərək oxunduğu 

Cəmşid  Əmirova  gələn  məktublarda,  öz  əksini  tapmışdır. 

Salman  Mümtaz  adına  Azərbaycan  Dövlət  Ədəbiyyat  və 

İncəsənət    Arxivində  yazıçıya    müxtəlif    bölgələrdən  gələn 

məktublar saxlanmaqdadır. Məhz həmin məktublarda oxucular 

əsərdə  olan    Yədullanın,    Klaranın  şəxsiyyəti  ilə,  həmçinin 

həmin  obrazların  həyatdan  götürülüb-götürülmədiyi  ilə  də 

maraqlanırdılar.  Oxucular  bu  cinayətkar  dəstə  ilə  mübarizədə 




 

fədakarlıq  göstərən  kapitan  Əli  Rüstəmov  haqqında  da 



məlumatlandırılmalarını xahiş edirdilər.  

     Bu suallara cavab verməzdən əvvəl qeyd etmək mümkündür 

ki,  yazıçı  görüşlərində  qələmə  aldığı  insanları  həyatdan 

götürdüyünü  etiraf  etmiş,  lakin    həmin  şəxslərin    bəzilərinin 

adlarında  müəyyən dəyişikliklər etdiyini də bildirmişdi.   

     C.Əmirov böyük ürək sahibi olan yazıçılardan idi. Təsadüfi 

deyil  ki,  əsərlərinin  qəhrəmanı  olan  kapitan  Əli  Rüstəmov  da 

onun    qayğıkeşliyi    nəticəsində    hüquq  mühafizə  orqanlarına 

yenidən  qaytarılmışdır.  Onun  əsl  adı  Səfərli  Rüstəm  oğlu 

Rüstəmovdur.  O,  vaxtilə  polis  sıralarından  kənarlaşdırılarkən 

C.Əmirov  ona  dayaq  durmuş,  haqqın  zəfər  çalmasına  nail 

olmuşdur. Sonra  isə əsərlərində onu bacarıqlı, qayğıkeş, işinin 

öhdəsindən gələn, cinayətkarlarla mübarizə aparan bir zabit kimi 

göstərmişdir.  Onu  da  qeyd  etmək  istərdim  ki,  povest  o  vaxt 

Azərbaycan Yazıçılar İttifaqının və Respublika İctimai Asayişi 

Mühafizə Nazirliyinin mükafatına layiq görülmüşdür.   



Kitabxanaçının dəyərli məlumatından sonra iştirakçılar əsərdən 

parçalar nümayiş etdirirlər.  

     Kitabxanada  oxucular tərəfindən sevilən tədbirlərdən biri də 

rəsm  müsabiqəsidir.  Bildiyimiz  kimi  C.Əmirov  bir-birindən 

gözəl  əsərlər  müəllifidir.  Müsabiqəyə  xeyli  sayda  məktəblilər 

cəlb olunur və bu haqda məlumatlandırılırlar. Oxucular əsərləri 

oxuyaraq tanış olur və həmin hekayələrə uyğun rəsmlər çəkirlər. 

Şəkillərin hazırlanması üçün uşaqlara iki həftə vaxt verilir. Bu 

vaxt ərzində oxucular həm Cəmşid Əmirovun  əsərlərini oxuyur,  

həm də oxuduqları  və çox bəyəndikləri  əsərlərə uyğun şəkillər 

çəkirlər. Ən gözəl məna kəsb edən rəsm işləri mükafatlandırılır. 

     Cəmşid  Əmirovun  100  illik  yubileyi  ilə  bağlı  keçirilən 

maraqlı  tədbirlərdən  biri  də  kitab  müzakirəsidir.  Bu  məqsədlə 

kitabxanaçı bir neçə məktəblə sıx əməkdaşlıq edir. O, şagirdləri, 

xüsusən  də  yuxarı  sinif  şagirdlərini  kitabxanaya  cəlb  etməklə 

yazıçının  gördüyü  işlər  və  yazdığı  kitablarla  tanış  edir. 

Kitabxanaya  abunə  olan  şagirdlər  Cəmşid  Əmirovun  gördüyü 




10 

 

işlərlə  yaxından  tanış  olurlar.  Daha  sonra  kitabxanaçı  sözü 



gedən  tədbir  üçün  müəyyən  olunmuş  tarixdə  oxucuları 

kitabxanaya  dəvət edir.  



Kitabxanaçı    iştirakçıları  və  qonaqları  salamladıqdan  sonra 

C.Əmirov haqqında dəyərli məlumatlar verir.   

Kitabxanaçı: Qədim Naxçıvan diyarında Əcəmi Naxçıvanidən 

tutmuş  Hüseyn  Cavidə qədər sayı  məlum olmayan  neçə-neçə 

dühalar  bu  torpaqda  doğulmuşdur.  Bu  dühalardan  biri  olan 

Naxçıvan şəhərinin “Sarvanlar  məhəlləsi”nin  aşağı hissəsində, 

“Böyük bağ” deyilən səfalı yerdə, “Kərbəla Musa” çeşməsinin 

yaxınlığında  Azərbaycan  ədəbiyyatı  tarixində  ilk  dəfə  olaraq, 

detektiv janrının banisi olan Cəmşid Əmirov dünyaya göz açıb. 

1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin “azadlıq 

günəşi yaydığı”  günlərdə  Cabbar  kişinin ailəsində bir sevinc 

var idi. Dünyaya yenicə göz açan  körpəyə həyat bəxş edən  gənc 

ana bilmirdi ki,  bu uşaq  Əmirovlar ailəsini, hətta Azərbaycanı 

istedadı  ilə  neçə-neçə  ölkələrdə  tanıtdıracaq.  Cəmşid  Əmirov 

dövrünün  yeganə  yazıçısı  idi  ki,  onun  kitabları  oxucuların 

davamlı  təkidi  ilə  nəşr  edilirdi.  Onu  qeyd  etmək  lazımdır  ki, 

Cəmşid Əmirovun  yalnız “Qara Volqa”sı  qısa müddət ərzində 

iki dəfə və hər dəfə də 50 min tirajla çap olunmuşdu.  Maraqlıdır 

ki, C.Əmirovun nəşriyyatlara verdiyi gəlirləri o zaman heç bir 

qələm sahibi  verə bilməmişdi. Yazıçının əsərləri dəfələrlə çap 

olunsa da, lakin hər dəfə bu əsərləri tapmaq müşkilə çevrilirdi. 

Oxucuların  yazıçıya  hədsiz  sevgisi  olduqca  çox  idi.  Cəmşid 

Əmirovun bir yazıçı kimi səciyyələndirən, ona şöhrət gətirən ən 

başlıca  məziyyət  əsərlərinin  əsas  etibarilə  vahid  bir  mövzuya 

bağlı olmasıdır. Bu mövzu ilk növbədə onun tərəfindən ictimai 

asayiş sahəsində çalışan adamların çətin və ağır həyatını təsvir 

etməkdir.  Müəllif  məhz  bu  mövzu  vasitəsilə  insanda 

məğrurluğu, təmizliyi, paklığı, düzlüyü, əxlaqi,  mənəvi saflığı 

göstərmək  istəyi  idi.  “Sahil  əməliyyatı”,

 

“Brilyant  məsələsi”,



 

“Qara  Volqa”  və  başqa  əsərləri  bu  baxımdan  yazıçının  bədii 

uğuru sayıla bilər. Asayişimizin keşiyində duranların gündəlik 



11 

 

həyatından  bəhs  edən  bu  əsərlərdə  polis  işçilərinin  qatı 



cinayətkarlarla  ölüm-dirim  mübarizəsindən  və  canilərin  

havadarlarının açıqlığı  ilə əsərdə öz əksini tapmışdır. 

     Dəyərli  iştirakçılar,

 

budəfəki  seçimimiz  Cəmşid  Əmirovun 



“Qara Volqa” romanıdır. “Qara Volqa” romanı 1966-cı ildə işıq 

üzü  görüb.  “Qara  Volqa”  romanı  Azərbaycan  detektiv 

ədəbiyyatının ilk və ən parlaq nümunələrindən biridir. Əslində 

bu  əsər  yazıçı  Cəmşid  Əmirovun  bir  müddət  əvvəl  yazdığı 

“Brilyant məsələsi” romanının davamıdır. Doğrudur, kitablarda 

baş  verən  hadisələr  müxtəlifdir.  Əgər  birinci  romanda  söhbət 

Yədullanın yaratdığı kriminal qruplaşma ilə mübarizə aparılırsa, 

ikincidə obrazlar dəyişir: burda qəhrəman Pəncəli Aslan və onun 

cinayətkar dəstəsidir. Ancaq cinayətkar qruplara qarşı mübarizə 

aparan  hüquq-mühafizə  orqanlarının  nümayəndələri,  təxminən 

eyni  adamlardır.  Xüsusən  hər  iki  kitabın  baş  qəhrəmanı  Əli 

Rəsulov!  Üstəlik  romanlarda  bəhs  olunan  hadisələrin  zaman 

ardıcıllığı var. Söhbət müharibədən sonranın Bakısında cərəyan 

edən  hadisələrdən  gedir.  Hansı  ki,  Həsən  Seyidbəylinin 

təxminən eyni illərdə məşhur olan “Cəbhədən cəbhəyə” əsərində 

olduğu kimi...  

Pəncəli  Aslan  qadındır.  Atası  qız  övladı  istəmir,  ancaq 

taleyin  əksinə  gedə  bilməyincə  onun  adını  Aslan  qoyur. 

“Aslanın  erkəyi,  dişisi  olmaz”  məntiqi  bu  qızın  taleyinə  hələ 

uşaq yaşlarından təsir edir. O, tezliklə qəddar, əzazil, rəhmsiz, 

eyni  zamanda  qoçaq,  ağıllı,  tədbirli  və  hiyləgər  bir  insana 

çevrilir.  Kriminal  dünyaya  meyil  Aslanın  təbiətindədir.  Fiziki 

gücü ilə də oğlan tay-tuşlarından seçilən Aslan tezliklə “Pəncəli” 

ləqəbini qazanır. Sonrası isə məlumdur... O, özünün sağ əli olan 

“Paxan”la  böyük  cinayətkar  dəstə  yaradır.  Bu  dəstə  yüksək 

ustalıqla  idarə  olunur. Hətta  dəstənin  ən  fəal  üzvləri  belə  

kimə  qulluq  etdiklərini,  başçılarının  kim  olduğunu  bilmir.  

Onlarla günahsız  insanı  öz  qurbanına  çevirən  bu  cinayətkar  

şəbəkəni  ilmə-ilmə  araşdırmaq  heç  də  asan  deyil.  Oxucu 

bacarıqlı  hüquq-mühafizə  orqanları  işçiləri  ilə  birlikdə  bu 




12 

 

düyünlərin  açılmasında  iştirak  edir.  Bütün  qurbanlara  rəğmən 



əsər nikbin sonluqla bitir, günahkarlar cəzasını alır. 

Cəmşid  Əmirovun  bu  romanına  çəkilən  “Qara  Volqa”  

filmini indiki detektivlərlə müqayisə etmək çətindi. Ona görə ki, 

o  filmdə  Muxtar  Maniyev,  Zərnigar  Ağakişiyeva,  Nəsir 

Sadıqzadə, Fuad Poladov, Rasim Balayev, Laləzar Mustafayeva, 

Nəsibə Eldarova... kimi peşəkarlar oynayıblar.     

      Detektiv  əsərlər müəllifi  Bəhram  Çələbinin sözlərinə  görə, 

“Qara  Volqa”  kifayət  qədər  maraqlı  əsərdir  və  həyat 

həqiqətlərinə uyğun qələmə alınıb.   

Sonda  onu  deyə  bilərik  ki,  Cəmşid  Əmirovun  “Qara 

Volqa”sı heç vaxt öz cazibədarlığını itirmir. 

Tədbirin  sonunda  oxucular  əsərdən  müəyyən  parçalar 

səhnələşdirirlər.  

     Yazıçının  100  illik  yubileyi  münasibətilə  və  eyni  zamanda 

onu  oxuculara  tanıtmaq  məqsədilə  kitabxanada  “Həyata  bağlı 

sənətkar  Cəmşid  Əmirov”  adlı  xatirə  gecəsi  keçirilə  bilər. 

Tədbirə  Azərbaycanın  görkəmli  ədib  və  yazarları;  sənət-söz 

adamları,  oxucular,  məktəblilər  toplaşır.  Qonaqlar  yazıçının  

şəkilləri və şeir misraları yazılmış çərçivələrlə bəzədilmiş zalda 

öz yerlərini alırlar. Gecəyə keçid almaq üçün aparıcılar səhnəyə 

yaxınlaşır. 

I  aparıcı:

 

Dəyərli  qonaqlar,  bu  il  böyük  insan  bənzərsiz, 



yenilikçi  və  eyni  zamanda  novator  yazıçı  Cəmşid  Əmirovun 

anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə buraya 

yığışmışıq.Bilindiyi kimi yazıçı Cəmşid Əmirov ədəbiyyatımıza 

gətirdiyi  yeniliklə  Azərbaycan  detektiv  ədəbiyyatının  banisi 

kimi tanınmışdır.

 

Sağlığında  yazıçının dörd kitabı çap olunub 



və  bu  əsərləri  ilə  o,  milli  ədəbiyyatımızda  detektiv  üslubun 

yaradıcısı haqqını qazanıb və kitabları kütləvi şəkildə oxucuların 

ixtiyarına  verilib.  Yazıçı  1966-cı  ildə  “Azərbaycanfilm”də 

çəkilmiş  “İstintaq  davam  edir”  (rejissor  Əlisəttar  Atakişiyev) 

adlı  bədii  filmin  ssenarisini  də  yazıb.  1994-cü  ildə  onun  əsəri 

əsasında “Qara Volqa” da ekranlaşdırılıb. Elşən Məmmədovun 




13 

 

ərsəyə  gətirdiyi  bu  ekran  əsərinin  ssenarisini  Nəriman 



Əbdülrəhmanlı  yazıb.  Filmin  məsləhətçisi  Cəmşid  Əmirovun 

oğlu Çingiz Əmirov olub. 



II aparıcı: Hələ gənc yaşlarından ədəbi bədii yaradıcılığa xüsusi 

maraq  göstərən  Cəmşid  cəbhə  illərində  bir  sıra  mətbuat 

orqanlarında  məqalə  və  xəbərlərlə  çıxış  etmiş,  jurnalistlik 

peşəsinə  meyli  artmışdı.  Görünür,  cəbhədən  qayıdanda  özünü 

jurnalistliyə  həsr  etməsi  də  bu  meyildən  irəli  gəlib.  Sonralar 

Cəmşid  Əmirov  ciddi  felyetonlar,  tənqidi  yazılarla  peşəkar 

jurnalist  kimi  çıxış  edir.  1950-ci  illər  Cəmşid  Əmirovun  bir 

yazıçı kimi yetişdiyi illər olmuşdur. 1955-1957-ci illərdə o, ilk 

böyük macəra əsərini – “Sahil əməliyyatı” povestini yazmışdır. 

Bu  əsər  təkcə  respublikamızda  deyil,  bir  sıra  başqa  xalqların 

dövri  mətbuatında  da  dərc  olunmuşdur.  Təkcə  bunu  demək 

kifayətdir ki,  “Sahil əməliyyatı” povesti bütünlüklə “Molodyoj 

Estonii” qəzetində oxuculara çatdırılmışdır. Povest Azərbaycan 

Yazıçılar  İttifaqı  və  Respublika  İctimai  Asayişi  Mühafizə 

Nazirliyinin  təşkil  etdiyi 

müsabiqədə  mükafata  layiq 

görülmüşdü.  Əsər  həm  də  ekranlaşdırılmışdır  və  onu  da  qeyd 

edək ki,  əsər bu gün də ekranlardan düşmür və maraqla izlənilir.  

     Bundan sonra Cəmşid Əmirov bir-birinin dalınca neçə-neçə 

povest və roman yazmışdır. Ömrünün son çağlarında “Çətin iş” 

romanı, “İki mənalı teleqram” hekayəsi üzərində işləmişdir.  

 I  aparıcı:  Təəssüf  ki,  amansız  ölüm  istedadlı  yazıçı  və 

jurnalisti,  zəhmətkeş,  qayğıkeş  və  mərd  xasiyyət,  fədakar 

şəxsiyyəti vaxtından tez dünyasını dəyişmişdir. Yazıçı 1982-ci 

il dekabrın 29-da vəfat etmişdir. Onun hələ işıq üzü görməmiş 

ədəbi  irsinin  də  oxuculara  çatdırılmasının  qayğısına  qalmaq 

lazımdır.  O,  Azərbaycan  xalqının  yetirdiyi  böyük  yazıçı,  söz, 

fikir  və  əməl  adamı,  tanınmış  ədib  idi.  Onun  haqq  dünyasına 

qovuşmağından uzun illər keçsə də, o, əsərlərində, əməllərində 

və parlaq ideyalarında bu gün də yaşayır.  

 

 



14 

 

Ədəbiyyat siyahısı 



 

Əsərləri kitablarda 

 

Qara "Volqa" : roman. - Bakı : Qanun, 2013. - 412 s. - KQB-nin 

arxiv sənədləri əsasında yazılmış ilk Azərbaycan detektivi.  

 

Sahil əməliyyatı. - Bakı : Azərnəşr, 2007. - 308 s.  



 

Brilyant məsələsi : Roman. - Bakı : Azərnəşr, 2008. - 360 s.  



 

Şəhər yatarkən : Povestlər. - Bakı : Yazıçı, 1982. - 200 s. - kiril 

əlifbası ilə. 

 

 



Haqqında mətbuatda 

 

Abdullayev, Ş. Yazıçı, jurnalist// Ədəbiyyat qəzeti. - 1993. - 19 



mart. - № 11. - S. 7. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


15 

 

Detektiv əsərlərin banisi Cəmşid Əmirov 



(metodik vəsait) 

 

 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail:info@clb.az 

URL:www.clb.az 

 

 



 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 9 

Çapa imzalanmışdır:12.01.2018 

Tirajı:100 

Pulsuz 



Yüklə 94,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə