F. Köçərli adına Respublika



Yüklə 446,38 Kb.
Pdf görüntüsü
səhifə1/16
tarix20.09.2017
ölçüsü446,38 Kb.
#934
  1   2   3   4   5   6   7   8   9   ...   16


 

 

                  



              

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

 



 

Uşaqların maraq dünyasında əlamətdar 

tarixi günlər (II hissə) 

 

Mərkəzi  kitabxanaların  uşaq  şöbələri,  MKS-nin  şəhər,  qəsəbə, 

kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait 

 

                           



 

                                         

 

 

                                Bakı - 2017 


 

 



Tərtibçi:                                           Təranə Hacıyeva  

 

İxtisas redaktoru və                        Şəhla Qəmbərova 

buraxılışa məsul:                             Əməkdar Mədəniyyət işçisi 

 

 



 

 

 



 

 

 

 

 

 

“Uşaqların  maraq  dünyasında  əlamətdar  tarixi  günlər  (II 

hissə)” metodik vəsait / tərt. ed. T. Hacıyeva ; ix. red. və burax. 

məsul  Ş.Qəmbərova;  F.  Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanası. - Bakı, 2017. - 72 s.  

 

 

 

 

      ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017 

 



 

                          Tərtibçidən 

Müasir dünyada uşaqların maraq dünyasına aid olan bir 

çox  əlamətdar  günlər  qeyd  edilir.  Sırf  uşaqlara,  onların 

maraqlarına aid olan bu günlərin qeyd olunmasının ölkəmizdə 

də ənənəyə çevrilməsi şox yaxşı olardı. Bu məqsədlə Firidun bəy 

Köçərli  adına  Respubika  Uşaq  Kitabxanası  metodik  vəsaitlər 

hazırlayır.  Artıq  belə  vəsaitin  birinci  hissəsi  keçən  il 

hazırlanaraq  istifadəyə  verilmişdir.  Belə  əlamətdar  günlər 

haqqında hazırlanan növbəti vəsaitdə aşağıdakı günlər haqqında 

məlumat  verilir:  Əl  yazısı  (Hüsnxətt)  günü  -  23  yanvar, 

Ümumdünya  Qar  günü,  yaxud  Beynəlxalq  Qış  idman  növləri 

günü,  Beynəlxalq  Təhlükəsiz  İnternet  Günü  -  7  fevral, 

Beynəlxalq  Kitabbağışlama  Günü  -  14  fevral,  Təmənnasız 

Xeyirxahlıq  İfadəsi  Günü  -  17  fevral,  Beynəlxalq  Xoşbəxtlik 

Günü  -  20  mart,  İrqi  Ayrı-seçkiliyin  Ləğv  olunması  Uğrunda 

Beynəlxalq Mübarizə Günü - 21 mart, Ümumdünya İngilis Dili 

Günü  -  23  aprel,  Ümumdünya  Gülüş  Günü  -  1  aprel, 

Ümumdünya  Qardaşlaşmış  Şəhərlər  Günü  -  29  aprel, 

Beynəlxalq İqlim Günü - 15 may, Beynəlxalq İşıqfor Günü - 5 

avqust,  “Allo”  sözünün  ad  günü  -  15  avqust,  Ümumdünya 

Gözəllik Günü  - 9 sentyabr, Beynəlxalq Savadlılıq Günü  - 8 

sentyabr, Ümumdünya Fəlsəfə Günü  - 19 noyabr, Ümumdünya 

Futbol Günü  - 10 dekabr.  

Metodik  vəsaitdə  hər  bir  əlamətdar  günün  yaranması 

haqqında  məlumat  verilir  və  həmin  günlə  bağlı  keçiriləcək 

tədbirlərdən nümunələr verilir.  

 

 



 

 

 




 

 



 Əl yazısı (Hüsnxətt) Günü 

 

Yaşadığımız  əsrdə  kompüterlərin,  elektron  poçtların, 

elektron  bloknotların,  SMS-lərin,  stikerlərin  və  digər  sürətli 

ünsiyyət  vasitələrinin  populyarlığının  gündən  günə  artdığı  bir 

zamanda,  müasir  insanın  öz  fikirlərini  əli  ilə  yazaraq  ifadə 

etməsi artıq tarixə çevrilməkdədir. Ola bilər ki, yaxın gələcəkdə 

əl  ilə  yazılmış  açıqca  və  ya  məktub  almaq  sadəcə  bir  arzuya 

çevriləcəkdir.  

Hər il yanvarın 23-də dünyada Əl yazısı (Hüsnxətt) günü 

(National  Handwriting  Day)  qeyd  olunur.  Bu  günün  qeyd 

olunmasının təşəbbüskarı kimi Yazı Ləvazimatları İstehsalçıları 

Assosiasiyası  (Writing  Instrument  Manufacturers  Association, 

WIMA)  çıxış  etmişdir.  Bu  əlamətdar  gün  1977-ci  ildən  qeyd 

olunmağa başlamışdır. 23 yanvar görkəmli Amerika siyasətçisi

ABŞ Müstəqillik Bəyannanməsinə ilk imza atan şəxs olmuş Con 

Xenkokun doğum günüdür.  

Əl yazısının inkişafı tarixi min illərlə ölçülür, elə insanın 

xarakterinin  onun  əl  yazısı  ilə  müəyyən  olunması  cəhdlərinin 

tarixi də bu qədər hesab olunur. İnsanın əl yazısının onun mənəvi 

dünyası  ilə  bağlı  olması  fikrini  Aristotel  və  İntibah  dövrünün 

görkəmli simaları da söyləmişlər.  

1875-ci  ildə  fransız  abbat  Jan  İppolit  Mişoner  ilk  dəfə 

“qrafologiya” terminini istifadə etmişdir. Bu gün bu terminlə əl 

yazısı və onun sahibinin şəxsiyyətinin psixi vəziyyəti haqqında 

biliklər  və  tədqiqat  metodları  əhatə  olunur.  Əl  yazısı 

kriminalistika elmində də çox vacib tədqiqat vasitəsidir. Bu və 

ya  digər  sənədin  həqiqiliyinin  aşkar  olunması  üçün  əl  yazısı 

tədqiqinin çox böyük əhəmiyyəti var. Yazı öz sahibi haqqında 

çox  geniş  məlumat  verə  bilər.  Belə  ki,  vərəq  üzərində  hər  bir 

hərfin yazılması beyinin mürəkkəb işinin nəticəsidir.  




 

Texnologiyalar nə qədər inkişaf etsə də, xoşbəxtlikdən əl 



yazısı  ilə  yazılmış  mətnə  ehtiyac  duyulan  situasiyalar  bizim 

həyatımızda hər zaman mövcuddur. 

Kitabxanada  bu  günlə  bağlı  “Ən  yaxşı  əl  yazısı”  müsabiqəsi 

təşkil etmək olar. Bunun üçün müsabiqə iştirakçılarına, dahi söz 

ustalarımızın kəlamlarından birini əl yazısı ilə xüsusi vərəqlərə 

yazmaları  tapşırılır.  Müsabiqədə  seçilərək  istifadə  olunması 

üçün bir neçə kəlam təqdim edirik:  

 

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer,  



mənəviyyat, bilik, zəka mənbəyidir.  

 

 



 

 

 



 

 

 



 

 

   Heydər Əliyev, 



   Ümummilli lider 

 

 

 

Dünyada nə qədər kitab var belə, 



 

Çalışıb, əlləşib gətirdim ələ. 

 

Oxudum, oxudum, sonra da vardım, 



 

Hər gizli xəznədən bir dürr çıxardım. 

 

 

 



 

 

 



  Nizami Gəncəvi, 

 

 

 

 

        dahi Azərbaycan şairi 

 

 

Elm ilə, ədəblə tapılır şərəf, 

 

Mirvari olmasa, nə lazım sədəf? 



 

 

 

 

 

          Məhəmməd Füzuli

 

                                           dahi Azərbaycan şairi 



 

 

 




Yüklə 446,38 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə