F. Köçərli adına Respublika



Yüklə 446,38 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix20.09.2017
ölçüsü446,38 Kb.
#934
1   ...   8   9   10   11   12   13   14   15   16

45 

 

I iştirakçı:  



Mən göyün qonağıyam 

Bəli, göy qurşağıyam, 

Şimşək çaxandan sonra

Göy üzünə gəlirəm. 

Gəlib par-par yanıram 

Qövs kimi dayanıram. 

Olsa da yeddi rəngim 

Min rəngə boyanıram. 

Elə əlvanam, əlvan... 

Təzətər, gümrah, cavan... 

Rənglərə bürünürəm 

Çox gözəl görünürəm. 

Yağışın uşağıyam 

Mən ki göy qurşağıyam.  

 

 

 



(Tofiq Mahmud) 

 

 



II iştirakçı:  

Gecə göyə baxdı Elmir 

Ay göydədir niyə, bilmir... 

Söylədi ki, ay nənə, sən 

Niyə göylərə demirsən 

Ayı versin qucağıma,  

Aparım mən otağıma. 

Göydə ona bəs kim baxar

Qaranlıqda, axı, qorxar. 

Nənə dedi: Şirin balam, 

Səni gərək başa salam. 

Ay göylərin balasıdır, 

Layla çalır gecə ona. 



46 

 

Bağışlamaz körpəsini 



Başqasına heç bir ana. 

 

 



 

(Aygün Bal)        

 

 

III iştirakçı: 



 

 

Göydə bulud oynayanda, 



Həm bu yanda, həm o yanda, 

Dalğaların qaynayanda, 

Mən sənə heyranam, dəniz! 

 

Mən çoxdan vurğunam sənə 



Böyük arzum budur yenə:  

Dönüm bir göy göyərçinə 

Sahilinə qonam, dəniz! 

 

 



 

(Rəsul Rza) 

 

IV iştirakçı: 



Qışda, şaxtada, buzda 

Günəş çimir hovuzda. 

Bərk istisində yayın, 

Çimir suyunda çayın. 

Odur ki, par-par yanır, 

Hər tərəf işıqlanır. 

Qoy gətirim ləyəni, 

Su tök yuyundur məni. 

Ay ana, böyüyəndə, 

Günəş olaram mən də. 

 

 

 



(Xanımana Əlibəyli) 

 



47 

 

 



 

V iştirakçı: 

 

Hələ səhər açılmamış, 



Şırıltıyla yağır yağış. 

Göylər buludları sağır, 

Yağış yağır, yağış yağır. 

O çəp yağış yağa-yağa, 

Bir sərinlik düşər bağa. 

Sərv ağacı, söyüd və şam 

Hey yuyunar səhər-axşam. 

Yorulmadan təbil çalar, 

Uzun-uzun navalçalar. 

 (Xanımana Əlibəyli). 

 

Beynəlxalq İqlim Günü ilə bağlı kitabxanada sual-cavab 



gecəsi  keçirmək  məqsədəuyğun  olar.  Belə  tədbir  yetişməkdə 

olan  nəslin  ətraf  mühit  və  onun  qorunması  ilə  bağlı  biliklərini 

artırmağa xidmət edir.  

Kitabxanaçı: İqlim nə deməkdir? 

Cavab:  İqlim  deyərkən  çoxillik  hava  rejimi  nəzərdə 

tutulur. 

Kitabxanaçı: Neçə iqlim tipləri vardır? 

Cavab:  Beş  əsas  iqlim  tipi  vardır  ki,  onlar  çox  sayda 

yarımtiplərə 

bölünür. 

Tropik, 

subtropik, 

ortaenlikli, 

yüksəkenlikli, yüksək dağlıq.  

Kitabxanaçı: Duman nə deməkdir? 



48 

 

Cavab: Duman  - Yer səthi üzərində buluddur. Duman və 



göydəki bulud arasında heç bir fərq yoxdur. Duman, isti, quru 

və su səthinə enən isti hava axını ilə bağlıdır. 

Kitabxanaçı:  Öz  yolunu  Atlantik  okeanında  ekvatora 

yaxın yerdən başlayan ən məşhur okean axını necə adlanır?  

Cavab: Qolfstrim  - ən məşhur okean axınıdır.  

Kitabxanaçı: Yağış necə əmələ gəlir?  

Cavab:  Tez-tez  qızmış  havada  böyük  miqdarda  su 

buxarları toplanır. Hava, məsələn dağ sislsilələrindən keçərkən, 

buxarlar suya çevrilir. Öncə onlar duman və buludlar şəklində 

kiçik  damlalardır,  amma  soyuma  davam  edərsə,  damlalar 

böyüyür və yağış şəklində yağır. 

Kitabxanaçı: İqlimi öyrənən elm sahəsi necə adlanır?  

Cavab: İqlimşünaslıq. 

Kitabxanaçı: İqlimi hansı sahələrə bölürlər? 

Cavab: Makroiqlim və mikroiqlimə. 

 

 



Beynəlxalq İşıqfor Günü 

 

Beynəlxalq  İşıqfor  Günü  1914-cü  il  avqustun  5-də  baş 



vermiş bir hadisə ilə əlaqədar qeyd olunur. Belə ki, həmin gün 

ABŞ-in  Klivlend  şəhərində  müasir  işıqfor  qurğularının  ilk 

əcdadı meydana gəlmişdir. O, qırmızı və yaşıl fənərlərə malik 

idi və işıqlar dəyişən zaman səs siqnalı işə düşürdü. Əslində, ilk 

işıqforu hələ XIX əsrdə britaniyalı Cey Nayt icad etmişdir. Bu 

qurğu  1868-ci  ildə  Londonda  parlament  binası  qarşısında 

quraşdırılmışdır. Üç ildən sonra onun fənəri partlamış və polis 

işçisini yaralamışdır. Bu hadisədən sonra işıqfor, demək olar ki, 

50  il  unudulmuşdur.  1910-cu  ildə  ilk  ikirəngli  fənərə  malik 



49 

 

avtomat  işıqfor  qurğusu  hazırlanmış  və  patentləşdirilmişdir. 



Müasir işqforlara bənzər üçrəngli qurğuları ilk dəfə 1920-ci ildə 

Detroyt  və  Nyu-York  sakinləri  görmüşlər.  Zaman  keçdikcə 

işıqforlar  Amerikanın  və  Avropanın  bir  çox  şəhərlərində 

populyarlıq qazanmışdır. İşıqfor – mexaniki nəqliyyat vasitələ- 

rinin,  həmçinin  piyada  keçidlərindəki  insanların  və  yol 

hərəkətinin  digər  iştirakçılarının  hərəkətini  tənzimləmək  üçün 

nəzərdə tutulan optik siqnalizasiya qurğusudur. İşıqfor həmçinin 

dəmir yollarında və gəmiçilikdə də istifadə olunur. 2010-cu ildə 

Rusiyanın Perm şəhərində işıqfora abidə qoyulmuşdur. 

Beynəlxalq  İşıqfor  Günü  məktəblilərin  yay  tətili 

günlərinə təsadüf edir. Bu, onlara şəhərin küçələrində davranış 

qaydalarını xatırlatmaq üçün çox yaxşı fürsətdir. Bu məqsədlə 

kitabxanada  uşaqların  yol  hərəkəti  qaydaları  ilə  tanışlığı  üçün 

tədbir  keçirmək  olar.  Belə  maarifləndirici  bir  tədbir  qismində  

“Yol  hərəkəti  əlifbası”  kitabı  vasitəsilə  uşaqların  yol  hərəkəti 

qaydaları ilə tanışlığını təşkil etmək olar. 



 

 

 



Yüklə 446,38 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə