F. Köçərli adına Respublika



Yüklə 446,38 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix20.09.2017
ölçüsü446,38 Kb.
#934
1   ...   8   9   10   11   12   13   14   15   16

50 

 

Tədbirin  gedişində  yol  nişanları  uşaqlara  nümayiş 



etdirilir,  onların  cavabları  öyrənilir.  Bu  sual-cavab  canlı 

diskussiya şəklində aparılır. Sonda düzgün cavab verilir. Asan 

suallardan başlayaraq getdikcə sualları çətinləşdirmək olar.  

Kitabxanada  “Ad  günün  mübarək,  işıqfor”  adlı  tədbir 

keçirmək olar. Tədbirin keçiriləcəyi zalda böyük və rəngbərəng 

hərflərlə  “Ad  günün  mübarək,  işıqfor!”  yazılmış  plakat  asmaq 

olar.  Kitabxanaçı  tədbiri  açaraq  deyir:  Uşaqlar,  bu  gün  səhər 

poçtalyon  bizə  məktub  gətirib.  Məktubun  kimdən  gəldiyini 

bilmək üçün tapmacanı tapmaq lazımdır:  

Gecə-gündüz demədən, 

Göz qırpır, göz vururam. 

Maşınlara kömək edir, 

Sizlərə yol göstərirəm. 

Bu tapmaca nə haqqındadır? 



Uşaqlar cavab verir. 

Kitabxanaçı: Doğrudur, bu tapmaca işıqfor haqqındadır. 

Deməli, məktubu işıqfor göndərib. Görək, o bizə nə yazır? 

Zərfi açaraq məktubu çıxarır və oxumağa başlayır: 

“Salam,  uşaqlar!  Bu  gün,  avqustun  5-i  mənim  ad 

günümdür.  Bu  münasibətlə  mən  sizi  “İşıqfor”  ölkəsinə  qonaq 

çağırmaq  istəyirəm.  İstəyirəm  ki,  mənimlə  birgə  ad  günümü 

qeyd edəsiniz. Sizləri səbirsizliklə gözləyirəm. İmza: Sizin sadiq 

dostunuz İşıqfor.” 

Uşaqlar, hər il avqustun 5-də dünyada Beynəlxalq İşıqfor 

Günü  qeyd  olunur.  102  il  əvvəl  məhz  həmin  gün  Amerika 

şəhərində  ilk  ikirəngli  işıqfor  quraşdırılmışdır.  Ona  görə  də 

həmin  gün  dünyanın  bütün  işıqforları  öz  ad  günlərini  qeyd 

edirlər. Dostumuz işıqfor da bizi öz ad gününə “İşıqfor” ölkəsinə 

dəvət edir. Lakin ora  gedən  yol heç də asan deyil. Biz şəhərin 




51 

 

küçələrindən  keçməli  və  bütün  yol  hərəkəti  qaydalarına  əməl 



etməliyik.  

İ uşaq: 

Hər yerdə qaydalar var 

Onları bilməliyik. 

Onlar olmasa əgər

Üzə bilməz gəmilər. 

 

II uşaq: 

Pilot da, kapitan da, 

Reysə onlarla çıxır. 

Tabedir qaydalara

Sürücü və piyada. 

 

III uşaq: 

Hər zaman diqqətli ol

Daim yadında saxla, 

Qaydaları fərqlidir 

Sürücünün, piyadanın. 

 

V uşaq: 

Şəhərboyu gəzirəm, 

Tam da təhlükəsizəm. 

Qaydaları bilirəm, 

Onlara əməl edirəm. 

Bunlar nə qaydalardır? 

Əslində çox asandır. 

Onlarla həyat şəndir, 

Gözəl və firavandır! 

 



52 

 

Bu  zaman  zala  deyinə-deyinə  Karlson  daxil  olur: 

Qaydalar,  qaydalar.  Elə  hamı  hansısa  qaydalardan  danışır. 

Özümçün  damda  yaşayırdım,  heç  bir  qayda  da  mənə  lazım 

deyildi. 

Kitabxanaçı:  Dayan  bir,  Karlson.  Öncə  uşaqlarla  bir 

salamlaş, sonra de görək, nədən belə narazısan? 

Karlson:  Salam,  uşaqlar!  Başıma  bədbəxlik  gəlib. 

Özümçün  damda  yaşayırdım,  istəyəndə  uçub  Balacaya  qonaq 

gedirdim. Heç bir yol hərəkəti qaydasına da ehtiyacım yox idi. 

Amma propellerim sındı. İndi yerdə gəzməyə məcburam. Yerdə 

piyada  gəzmək  elə  çətindir  ki,  maşınlar,  adamlar,  hansısa 

qaydalar.  Lap  başımı  itirmişəm.  Mən  heç  şəhəri  də  yaxşı 

tanımıram. Mənimki o damdan bu dama uçmaqdır.  

Kitabxanaçı:  Uşaqlar,  nə  edək?  Karlsona  kömək 

etməliyik.  (Karlsona  müraciət  edərək)  Əhvalını  pozma.  Sənin 

propellerini  təmirə  vermək  lazımdır.  (Karlsonun  propellerini 

çıxarır).  Onu  düzəldənə  qədər  isə,  səni  özümüzlə  İşıqfor 

ölkəsinə  ad  gününə  aparacağıq.  İndi  isə  gəlin  Karlsona  öz 

şəhərimiz  haqqında  danışaq.  Bizim  şəhərimizin  adı  Bakıdır. 

Bakı – çox gözəl şəhərdir. Onun geniş meydanları, prospektləri, 

parkları  var.  Şəhərimizdə  müasir  avtomobil  yolları  və  piyada 

zolaqları,  keçidləri  var.  Şəhərimizdə  avtomobillərin  sayı  çox 

olduğu üçün hərəkət də çox intensivdir. Şəhərdə bütün hərəkət – 

həm  maşınların,  həm  də  piyadaların  hərəkəti  xüsusi  qaydalara 

tabedir.  Bu  qaydalar  Yol  hərəkəti  qaydaları  adlanır.  Uşaqlar, 

necə düşünürsünüz, yol hərəkəti qaydaları nəyə lazımdır?  



(Uşaqlar müxtəlif cavablar verirlər). 

Kitabxanaçı: Bu qaydalar olmasaydı, insanlar daha asan 

yaşayardılar, yoxsa çətinlik çəkərdilər? Nə üçün? 

(Uşaqlar yenə də müxtəlif cavablar verirlər). 



53 

 

Kitabxanaçı:  Afərin,  uşaqlar!  Karlson,  görürsənmi, 



bizim necə gözəl şəhərimiz var.  

Karlson: Necə də gözəl, necə də maraqlıdır. Siz çox şey 

bilirsiniz. Mən qaydaları bilmirəm, ona görə də dünən şəhərdə 

gəzəndə az qala maşının altına düşəcəkdim. 

Kitabxanaçı: Uşaqlar, sizcə Karlson niyə maşının altında 

qalmaq təhlükəsi yaşayıb?  

Uşaqlar:  Qaydaları  bilmir,  maşın  yoluna  çıxıb,  qırmızı 

işıqda yolu keçmək istəyib və s.  

Kitabxanaçı:  Kədərlənmə,  Karlson.  Əgər  qaydaları 

bilirsənsə,  şəhərdə  gəzmək  çox  asandır.  İndi  biz  uşaqlarla  bu 

qaydaları sənə izah edərik. Sən isə diqqətlə qulaq as. Uşaqlar, 

biz küçədə gedərkən necə adlanırıq? 

Uşaqlar: Piyada. 

Kitabxanaçı:  Küçədə  piyadaların  hərəkət  etdiyi  hissə 

necə adlanır? 

Uşaqlar: Səki. 

Kitabxanaçı: Yolun avtomobillər hərəkət edən hissəsi ilə 

getmək olarmı? 

Uşaqlar: Xeyr. 

Kitabxanaçı: Getdiyimiz istiqamətin üzərində yol olarsa, 

biz onu haradan keçməliyik? 

Karlson: Ürəyimiz haradan istəyirsə. 

Kitabxanaçı:  Yox,  Karlson,  düz  demirsən.  Uşaqlar,  siz 

deyin. 


Uşaqlar:  Piyada  keçidi,  piyada  zolağı,  işıqforun  yaşıl 

işığında,  üzərində  “Piyada  keçidi”  yazılmış  yeraltı  və  yerüstü 

keçidlərdə. 

Karlson:  Bəs  mən  sizin  bu  piyada  keçidinizin  harada 

olduğunu nə bilim?  



Yüklə 446,38 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə