F. Köçərli adına Respublika



Yüklə 446,38 Kb.

səhifə14/16
tarix20.09.2017
ölçüsü446,38 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   16

54 

 

Uşaqlardan  biri  yol  hərəkəti  nişanlarının  düzüldüyü  lövhədən 



lazımi nişanı götürərək nümayiş etdirir. 

Kitabxanaçı:  Uşaqlar,  indi  də  gəlin,  əsas  yol  hərəkəti 

qaydalarını Karlsona izah edək. 

Uşaqlar yolda ən vacib davranış qaydalarını sadalayırlar: 

Hərəkət  hissəsində  oynamaq,  gəzmək  olmaz,  yol  oyun 

yeri deyil. 

Karlson: Bəs harada oynamaq olar? 

Uşaqlar: Oyun parkında, futbol meydançasında, həyətdə, 

uşaq bağçasında. 

-

 



Böyüklərsiz  yola  çıxmaq  olmaz,  yolu 

keçərkən  onların  əlindən  tutmaq  lazımdır,  tullanmaq, 

qaçmaq olmaz.  

-

 



Küçədə gedərkən sakit tərzdə səkinin sağ 

tərəfi ilə hərəkət etmək lazımdır.  

-

 

Yolu  ya  piyada  keçidindən,  ya  piyada 



zolağından,  yaxud  da  işıqforun  yaşıl  işığında  keçmək 

lazımdır. 

-

 

Yolu  keçərkən  əvvəlcə  sola,  sonra  sağa 



baxmaq lazımdır. 

Kitabxanaçı:  Uşaqlar,  biz  əsas  yol  hərəkəti  qaydalarını 

sadaladıq. İndi İşıqforun ad gününə gedə bilərik. 

Bu zaman zala İşıqfor daxil olur: Salam, uşaqlar! Salam, 

hörmətli  kitabxanaçı!  Salam,  Karlson!  Mən  sizi  gözlədim,  siz 

gəlib çıxmadınız. Odur ki, mən özüm gəldim.  

Kitabxanaçı:  Xoş  gəlmisiniz!  Biz  sizin  məktubunuzu 

aldıq. Dəvətinizə görə çox təşəkkür edirik. Gəlişinizə çox şadıq. 

Ad gününüzü ürəkdən təbrik edirik! Arzu edirik ki, işıqlarınız 

hər zaman yansın. 

Uşaqlar da bir ağızdan İşıqforu təbrik edirlər. 



55 

 

İşıqfor: Çox təşəkkür edirəm. 



Kitabxanaçı:  Uşaqlar  sizə  şeirlər,  şən  mahnılar 

hazırlayıblar.  

Uşaqlar şeiri söyləyirlər: 

 

Bütün günü sönən-yanan



Üç sehrli işığım var, 

Gözləri ilə danışan  

Üç sehrli çırağım var. 

*** 


Qırmızı işıq yanar 

O hamıya tapşırar 

“Mən yanarkən heç bir kəs

Maşın yolunu keçməz!” 

*** 

Yanan kimi Sarı işıq, 



Hamı durub gözləyər. 

“Hazırlaşın, piyadalar, 

Yolu keçməyə!” - deyər. 

*** 


Yanan kimi Yaşıl işıq, 

Yollar olar tamam açıq. 

Hamı sevinər, şad olar

Yolu keçər piyadalar. 

*** 

Ay balaca balalar, 



Ay ağıllı uşaqlar! 

Bu sehirli işıqlar, 

Deyin necə adlanır? 

İşıqfor! 




56 

 

          (Gülzar İbrahimova) 



 

Daha sonra uşaqlar İşıqforun ətrafında dövrə vuraraq şən 

rəqslər ifa edirlər. 

İşıqfor: Uşaqlar, afərin sizə! Siz həm çox məlumatlısınız, 

həm  də  gözəl  şeir  deyir,  rəqs  edirsiniz.  Mən  hamıya,  həm  siz 

uşaqlara, həm də böyüklərə müraciət edirəm: Küçədə hər zaman 

intizamlı olun, heç zaman Yol Hərəkəti Qaydalarını pozmayın! 

Tədbir musiq sədaları altında başa çatır. 

 

“Allo” sözünün ad günü 

 

Avqustun 15-i “Allo” telefon müraciətinin ad günü kimi 



maraqlı bayram qeyd olunur. Bu müraciətin təxminən 140 illik 

tarixi var. İlk dəfə 1877-ci il avqustun 15-də Tomas Edison bu 

salamlaşma  formasından  istifadə  etməyi  təklif  etmişdir.  Onun 

fikrincə, “Hello” telefon müraciətinin bütün variantları arasında 

ən  yaxşısıdır.  O,  teleqraf  şirkətinin  prezidentini  də  buna 

inandırmağa çalışmışdır. Telefonu icad edən Aleksandr Bell isə 

“Ahoy” sözündən müraciət forması kimi istifadə etməyi təklif 

etmişdir.  Lakin  Tomas  Edisonun  təklifi  zamanın  sınağından 

çıxmışdır.  “Hello”  sözü  “Allo”ya  çevrilmişdir.  Telefon 

ünsiyyətində “Bəli”, “Eşidirəm” kimi geniş yayılmış formalar da 

var.  Bəzi  ölkələrdə  telefon  söhbətinin  öz  “vizit  kartları”  da 

mövcuddur.  Belə  ki,  yunanlar  telefon  zənginə  “Parakalo”  - 

“Xahiş  edirəm”,  italyanlar  “Pronto”  –  “Eşitməyə  hazıram” 

sözləri  ilə  cavab  verirlər.  Almaniyada  isə  telefona  cavab 

verərkən çox vaxt öz soyadlarını söyləyirlər. 

Kitabxanada bu maraqlı əlamətdar günün qeyd olunması 

həm əyləncəli, həm də  məlumatlandırıcı ola bilər. Kitabxanaçı 



57 

 

bu  günün  tarixçəsini  uşaqlara  nəql  etdikdən  sonra  sözləri 



Mirmehdi  Seyidzadənin,  musiqiqsi  Oqtay  Zülfüqarovun  olan 

“Telefon”  (Alo)  mahnısı  uşaqların  ifasında  səsləndirilir. 

Mahnının linkini sizlərə təqdim edirik: 

https://www.youtube.com/watch?v=qFPJ34RpTsU

 

 

Kitabxanada  uşaqlar  arasında  viktorina  da  keçirmək 



maraqlı 

olar. 


Bu 

viktorinanın 

məqsədi 

uşaqların 

dünyagörüşünün genişləndirilməsidir. 

Kitabxanaçı: Uşaqlar, hər birinizi salamlayıram. Bu gün 

biz bura çox orijinal bir bayramın – hamımızın gündəlik istifadə 

etdiyimiz  “Allo”  sözünün  ad  gününün  qeyd  olunması  üçün 

toplanmışıq. İndi mən sizə suallar verəcəyəm. Siz isə bu sualları 

cavablandırmalısınız.  Telefonu  kim  və  neçənci  ildə  ixtira 

etmişdir? 

Cavab: Aleksandr Bell, 7 mart 1876-cı ildə. 

Sual:  İlk  telefon  stansiyası  neçənci  ildə  və  harada 

yaradılmışdır? 

Cavab: 1878-ci ildə Nyu-Xeyven (ABŞ) şəhərində. 

Sual:  Yerdən  Aya  ilk  telefon  zəngi  nə  vaxt  və  kim 

tərəfindən edilmişdir? 

Cavab:  21  iyul  1969-cu  ildə  ABŞ  prezidenti  Riçard 

Nikson tərəfindən “Apollo 11” kosmik gəmisinin ekipajına. 

Sual: Dünyada ilk mobil telefon satışa harada və neçənci 

ildə çıxarılmışdır? 

Cavab:  1979-cu  ildə  ABŞ-da  “Trevel  Elektroniks” 

şirkəti tərəfindən.  

Sual: Telefonu Aleksandr Bellin ixtira etdiyini öyrəndik. 

Bəs onun inkişafında ən böyük xidməti kim göstərmişdir? 

Cavab: Tomas Edison. 






Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə