F. Köçərli adına Respublika



Yüklə 446,38 Kb.
Pdf görüntüsü
səhifə16/16
tarix20.09.2017
ölçüsü446,38 Kb.
#934
1   ...   8   9   10   11   12   13   14   15   16

62 

 

Bu  əlamətdar  günün  kitabxanada  keçirilməsi  çox 



vacibdir.  Kitab  sərgisinin  qurulması  görüləcək  işlərin  ən 

vacibidir.  Sərgini  aşağıdakı  başlıqlar  altında  qurmaq  olar: 

“Savadlı  olmaq  vacibdir”;  “Elm  ağılın  çırağıdır”,  “Savadın 

sahibi olmaq üçün, çalışmanın qulu olmalısan” və s.  

Görkəmli  şəxsiyyətlərin,  elm,  bilik,  savad  haqqında 

söylədikləri müdrik kəlamlardan da istifadə etmək olar: 

 

Bütün elmlərin açarı sual işarəsidir. 



 

 

 



 

 

    O. Balzak, 



 

 

 



 

 

fransız yazıçısı 

 

Nadanlar  elmə  həqarətlə  baxır,  savadsızlar  ona  heyran 



olur, müdriklər isə ondan bəhrələnirlər.  

 

 



 

 

 



     F.Bekon, 

 

 



 

 

 



    ingilis alimi 

 

Elm öyrənmək heç vaxt gec deyil. 

 

 

 



 

 

      İbn Sina 



 

 

 



 

       Şərq filosofu və həkimi 



 

 

Zövqlərin ən gözəli, elmdən alınan zövqdür. 

 

 

 



 

 

Samuel Smayls, 

 

 

 



 

 

   ingilis yazıçısı 



 

Könlüm elmlərdən qalmadı məhrum, 

Sonda bildim heç nə deyilmiş məlum. 

 

 



 

 

 



Nəsirəddin Tusi, 

 

 



 

Azərbaycan alimi və mütəfəkkiri 


63 

 

 

İnsana heç nəyi öyrədə bilməzsən. Ona ancaq öyrənməyi 

öz içində tapa biləcəyindən başqa. 

 

 

 



 

 

Qalileo Qaliley, 

 

 

 



 

 

     italyan alimi 



 

Bu əlamətdar günlə bağlı kitabxanalarda, məktəblərdə ən 

çox Azərbaycan dili üzrə viktorinaların keçirilməsi məqbuldur. 

Çünki  savadlılıq  öz  ana  dilini  mükəmməl  bilməkdən  başlayır. 

Belə bir viktorina üçün sual-cavabları təqdim edirik.  

Sual: Azərbaycan dili hansı dil qrupuna daxildir? 

Cavab:  Azərbaycan  dili  türk  dillərinin  cənub-qərb 

qrupuna  daxildir.  Azərbaycan  dili  türk  dilləri  ailəsinin  oğuz 

dilləri qrupunun Oğuz-Səlcuq yarımqrupuna daxildir.  

Sual: Azərbaycan dilinin fonem tərkibi necədir? 

Cavab:  Azərbaycan dilinin  fonem  tərkibində  15 sait  və 

25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə 

işarə edilir.  

Sual:  Azərbaycan  dilinin  morfoloji  xüsusiyyətləri 

haqqında nə deyə bilərsiniz? 

Cavab: Azərbaycan dilinin morfoloji quruluşuna əsas və 

köməkçi nitq hissələri daxildir. Əsas nitq hissələri – isim, sifət, 

say, əvəzlik, zərf, fel, köməkçi nitq hissələri – qoşma, bağlayıcı, 

ədat, modal sözlər, nida.  

Sual: Azərbaycan dilində ismin neçə halı var? 

Cavab: Azərbaycan dilində ismin 6 halı var.  

Sual: Azərbaycan dilinin söz ehtiyatı nə qədərdir? 

Cavab: 2004-cü ildə çap olunmuş orfoqrafiya lüğətində 

70 min, son çap olunmuş orfoqrafiya lüğətində isə 105 min söz 

vardır. 



64 

 

 Ümumdünya  Savadlılıq  Günü  ilə  bağlı  kitabxanada 



oxucularla 

söhbət 


keçirmək 

olar. 


Öncə 

təcrübəli 

kitabxanaçılardan  biri  oxumaq,  savad,  bilik  haqqında  ümumi 

söhbət edir: 

Əziz oxucular! Bu gün dünyada Ümumdünya Savadlılıq 

Günü  qeyd  olunur.  Biz  bu  günlə  əlaqədar  sizlərlə  fikir 

mübadiləsi  aparmaq  istəyirik.  Gəlin  əvvəlcə  bir  suala  cavab 

tapmağa çalışaq. İnsan nə üçün oxuyur? Oxumaq nəyə lazımdır? 

Mütəxəssislərə  görə  insanlar  oxuma  səbəblərinə  görə  fərqli 

qruplara ayrılır:  

-

 

Adət və ya vərdiş olaraq oxuyanlar



-

 

Vəzifə borcu kimi oxuyanlar; 



-

 

Vaxt keçirmək üçün oxuyanlar; 



-

 

Daim yeniləşən hadisələri anlamaq üçün  



-

 

 oxuyanlar; 



-

 

Hobbi olaraq oxuyanlar; 



-

 

Özünü inkişaf etdirmək üçün oxuyanlar;  



-

 

İntellektual zərurətdən oxuyanlar. 



Oxumağın bu qədər müxtəlif səbəbləri olsa da, oxumaq 

və öyrənmək bacarığımızı  formalaşdırmaq və  inkişaf etdirmək 

istəyimiz  ciddi  surətdə  ailə  tərbiyəsindən,  ən  başlıcası  isə 

iradəmizdən asılıdır. Bununla bərabər bu prosesdə heç şübhəsiz 

müəllimləri,  məktəb  mühitini  və  kitabxanaları  da  unutmaq 

olmaz. Əziz uşaqlar, indi də sizlər oxumaqla bağlı fikirlərinizi 

bölüşə bilərsiniz.  

Kitabxananın oxucuları mövzu ətrafında fikir mübadiləsi 

aparırlar.  

 



65 

 

               Ümumdünya Fəlsəfə Günü 



 

Ümumdünya  Fəlsəfə  Günü  YUNESKO-nun  qərarına 

əsasən 2002-ci ildən başlayaraq noyabr ayının 3-cü cümə axşamı 

günü qeyd olunur. Ümumdünya Fəlsəfə Gününün yaranmasının 

əsas  ideyası  dünyada  baş  verən  qlobal  ictimai-mədəni 

dəyişiklikləri müzakirə etmək üçün platforma tapmaq, insanları 

fəlsəfi  irsə  yaxınlaşdırmaq,  məişət  təfəkkürünün  aləmini  yeni 

ideyalar  üçün  açmaq  və  bu  gün  cəmiyyət  qarşısında  duran 

çağırışlarla bağlı olan ictimai müzakirələri stimullaşdırmaqdan 

ibarətdir.  Mütəfəkkirlərin  çoxu  qeyd  edirdilər  ki,  fəlsəfənin 

məğzi  təəcüblənməkdədir.  Doğurdan  da,  fəlsəfə  insan 

varlıqlarının özləri və yaşadıqları dünya ilə maraqlanmağa olan 

təbii  istəkdən  doğulur.  Müdrikliyə  olan  sevgi  qismində  çixiş 

edərək,  fəlsəfə  bizi  düşüncələr  haqqında  düşünmək,  müxtəlif 

fundmental  həqiqətləri  dərindən  öyrənmək  və  şəxsi  nəticələr 

çıxarmağı öyrədir. Əsrlər ərzində fəlsəfə müxtəlif konsepsiyalar 

və  ideyalar  əmələ  gətirmiş  və  kritik,  müstəqil  və  yaradıcı 

düşünməyin  təməlini  qoymuşdur.  Fəlsəfə  Günü  YUNESKO-

nun 70-dən çox ölkəsində qeyd olunur. Hər il fərqli mövzulara 

həsr olunan bu gündə mütəfəkkirlərin, alimlərin, müəllimlərin, 

tələbə  və  şagirdlərin,  mədəniyyət  və  təhsil  nümayəndələrinin 

iştiraki  ilə  müxtəlif  tədbirlər  keçirilir:  fəlsəfi  diskussiyalar, 

“dəyirmi masalar”, konfranslar, seminarlar, sərgilər, təqdimatlar 

və s. 

Əslində  fəlsəfə  böyüklərin  maraq  dairəsində  olan  elm 

sahəsi  olsa  da,  onu  məktəblilərə  də  anlayacaqları  dildə  başa 

salaraq  sevdirmək  lazımdır.  Onlarda  bu  elmə  maraq  oyatmaq 

üçün kitabxanada bir sıra tədbirlər təşkil etmək olar.  




66 

 

Öncə  kitabxanada  kitab  sərgisi  təşkil  etmək  lazımdır. 



Sərgini aşağıdakı başlıqlar altında qurmaq olar: “Fəlsəfə - bütün 

elmlərin  anasıdır”;  “Fəlsəfə  -  həyat  tərzidir”;  “Fəlsəfə  -  daxili 

aləmimiz və xarici mühit arasında harmoniya yaradır”; “Fəlsəfə 

- idrakın xüsusi formasıdır” və s. 

Görkəmli şəxsiyyətlərin fəlsəfə ilə bağlı fikirlərindən də 

istifadə etmək olar: 

Müdrikliyə məhəbbət fəlsəfə adlanır.  

 

 



 

 

 



 

Siseron,  

 

 



 

 

         filosof, dövlət xadimi 



 

Fəlsəfəyə istehza ilə yanaşmaq, əslində filosofluq etmək 

deməkdir. 

 

 



 

 

 



 

B. Paskal, 

 

 



 

 

 



riyaziyyatçı, filosof 

 

Filosofun  fikirləri  –  ulduzlar  kimidir,  onlar  işıq 

vermirlər, çünki həddən artıq yüksəkdədirlər. 

 

 



 

 

 



 

F. Bekon, 

 

 



 

 

 



    ingilis filosofu 

Fəlsəfi diskussiya zamanı məğlub olmuş daha çox udur, 

çünki o biliyini daha da artırır. 

 

 



 

 

                          Epikür, 



 

 

 



 

      Qədim Yunan filosofu 

Tibb – fəlsəfənin bacısıdır. 

 

 



 

 

 



          Demokrit, 

 

 



 

 

      Qədim Yunan filosofu 



 

 

 



67 

 

Fəlsəfə - bütün elmlərin anasıdır. 



 

 

 



 

 

 



 Siseron, 

 

 



 

 

     filosof, dövlət xadimi 



 

 

 



 

 

 



Fəlsəfəyə ilk ad verən Pifaqordur. 

 

 



 

 

 



 

  Apuley, 

 

 

 



Qədim Roma yazıçısı və filosofu 

 

Fəlsəfə - müdrikliyin tədqiqidir. 



 

 

 



 

 

 



F. Patrisi, 

 

 



 

 

 



      italyan filosofu 

 

Kitabxanada  oxucular  arasında  sual-cavab  gecəsi 

keçirmək  olar.  Bu  tədbir  yuxarı  sinif  şagirdləri  üçün  nəzərdə 

tutulmalıdır.  

Sual: Fəlsəfə nəyi öyrənir? Onun predmeti nədir? 

Cavab: Fəsəfənin predmetini insanı əhatə edən gerçəklik 

və onun inkişaf qanunauyğunluqlarının öyrənilməsi təşkil edir.  

Sual: Fəlsəfənin hansı kateqoriyalarını tanıyırsınız? 

Cavab:  Məkan,  Zaman,  Səbəb,  Hərəkət,  Kəmiyyət  və 

Keyfiyyət, Oxşarlıq və Əkslik, Ziddiyyət, Təkcə, Xüsusi və Ən 

Ümumi,  Mahiyyət  və  Hadisə,  Zərurət,  Təsadüf,  İmkan  və 

Gerçəklik, Məzmun və Forma, Həqiqət. 

Sual: Fəlsəfə elminin inkişafı hansı dövrlərə bölünür? 

Cavab:  Qədim  dünya  fəlsəfəsi:  Qədim  Şərq  fəlsəfəsi, 

Yunan-Roma  fəlsəfəsi  (Antik  fəlsəfə);  Orta  əsrlər  fəlsəfəsi: 

Avropa fəlsəfəsi, Şərq fəlsəfəsi; Yeni dövr fəlsəfəsi: Şərq fəlsəfi 

düşüncə tərzi, Qərb fəlsəfi düşüncə tərzi, Yeni dünya (Amerika) 

fəlsəfi düşüncə tərzi; Müasir fəlsəfə. 

 



68 

 

Sual: Fəlsəfənin əsas istiqamətləri hansılardır? 



Cavab: 

Mifologiya, 

antologiya, 

qneseologiya, 

epistimologiya,  məntiq,  etika,  estetika,  siyasət  fəlsəfəsi,  din 

fəlsəfəsi,  dil  fəlsəfəsi,  hüquq  fəlsəfəsi,  tarix  fəlsəfəsi,  insan 

fəlsəfəsi, elm fəlsəfəsi. 

Sual: Fəlsəfənin neçə metodu var və onlar hansılardır? 

Cavab:  Fəlsəfənin  iki  metodu  var:  Dialektika  və 

Metafizika. 

Sual: Hansı Azərbaycan filosoflarını tanıyırsınız? 

Cavab:  Bəhmənyar,  Nəsirəddin  Tusi,  Eynəlqüzat 

Miyanəci,  Qulamrza  Təbrizi,  Seyid  Yəhya  Bakuvi,  Siracəddin 

Urməvi, Fəzlullah Nəimi, Əhməd Ağaoğlu, Əlibəy Hüseynzadə, 

Firidun Köçərli, Heydər Hüseynov, Asif Əfəndiyev (Asif Ata) 

və s. 


 

                            Ümumdünya Futbol Günü 

 

10  dekabr  -  Ümumdünya  Futbol  Günü  Birləşmiş 



Millətlər  Təşkilatının  qərarı  ilə  qeyd  olunur.  Beynəlxalq 

ictimaiyyət  bu  idman  növünə  qiymət  verərkən  bildirir  ki,  bu, 

milyonlarla insan üçün sadəcə oyun deyil, həm də həyat tərzidir. 

Futbol – “ayaqla top oyunu” haqqında ilk xatırlatmalara bizim 

eradan əvvəl ikinci minillikdə Çin mənbələrində rast gəlinib. O, 

çsu-çyu  adlandırılıb,  mənası  “ayaqla  itələmək”  deməkdir.  Bu 

oyunun  ilk  dəfə  nə  vaxt  başlanması  haqqında  dəqiq  məlumat 

yoxdur.  Bəziləri  iddia  edir  ki,  futbolun  ilk  sələfləri  VIII  əsrdə 

İngiltərədə  yaşayan  saksonlar  olub.  Onlar  döyüş  meydanında 

vuruşmadan  sonra  düşmənlərin  kəsilmiş  başlarını  tə- 

pikləyirdilər.  Futbolu  Qədim  Yunanıstanda  və  Romada 

təxminən  2500  il  bundan  əvvəl  oynayıblar.  Yunanıstanda  bu 




69 

 

oyun “top uğrunda mübarizə”adlandırılıb. Qeyd edək ki, futbol 



bütün  dünyada  ən  populyar  idman  növü  sayılır.  Futbol  Günü 

idmançıları  və  idmanın  bu  növünün  sadiq  azarkeşlərini 

birləşdirən bayramdır. Azərbaycanda futbolun əsası 1911-ci ildə 

qoyulub, ilk çempion isə Bakının “Cənub inşaatçısı” komandası 

olub. 

Bu  əlamətdar  günlə  bağlı  kitabxanada  əyləncəli  bilik 



yarışı  keçirmək  olar.  Bu  yarışda  bilənlər  suallara  cavab 

verəcəklər, bilməyənlər isə futbolla bağlı çoxlu  yeni bilgi  əldə 

edəcəklər. Sual-cavabın nümunəsini təqdim edirik: 

Sual: Futbol oyunu nə zamandan populyarlıq qazanmağa 

başlamışdır? 

Cavab:  Futbol  XIX  əsrdə  İngiltərədə  əsas  etibarilə 

kolleclərdə  populyarlıq  qazanmağa  başlamışdır.  İlk  ümumi 

futbol qaydalarının  yaradılması cəhdi  1846-cı  ilə təsadüf  edir. 

Həmin vaxt bir neçə kollecin görüşü keçirilirdi. 

Sual: Dünyada ən qədim futbol turniri nə vaxt və harada 

keçirilmişdir? 

Cavab:  Dünyada  ən  qədim  futbol  turniri  –  İngiltərə 

Kuboku 1871-ci ildə keçirilmişdir.  

Sual: Futbol komandasında neçə oyunçu olur? 

Cavab: Futbol komandalarında qapıçı da daxil omaqla 11 

oyunçu olur. 

Sual:  Futbolla  bağlı  əsas  beynəlxalq  təşkilatlar 

hansılardır?  

Cavab: Futbolla bağlı əsas beynəlxalq təşkilat FİFA-dır. 

Onun  baş  ofisi  İsveçrənin  Sürix  şəhərində  yerləşir.  Futbolun 

qitələr 

miqyasında 

populyarlaşmasını 

KONKAKAF, 

KONMEBOL, UEFA, KAF, AFK, OFK təmin edir. 

  



70 

 

Sual: Futbolda hakimlərin əsas vəzifəsi nədən ibarətdir? 



Cavab:  Futbol  hakimləri  qaydalara  əməl  olunmasına 

nəzarət edirlər. 

Sual: Futbol oyunları neçə dəqiqə davam edir? 

Cavab? Futbol oyunları 45 dəqiqəlik iki taymdan ibarət 

olur.  

Sual: Futbol komandasında neçə cür oyunçu olur? 



Cavab:  Qapıçılar,  hücumçular,  müdafiəçilər  və 

yarımmüdafiəçilər. 

Sual:  Qırmızı  vərəqə  və  sarı  vərəqə  göstərilən  zaman 

oyunçular nə edirlər?  

Cavab:  Qırmızı  vərəqə  göstərilən  zaman  oyunçu 

oyundan  kənarlaşdırılır,  sarı  vərəqə  göstərilən  zaman  isə 

xəbərdarlıq almış olur.  

Sual:  Azərbaycanda  ilk  futbol  komandaları  nə  vaxt 

yaranmağa başlayıb? Azərbaycanda ilk futbol komandasının adı 

necə olmuşdur? 

Cavab:  Azərbaycanda  ilk  futbol  komandaları  1911-ci 

ildə yaranmağa başlayıb. Bakıda yaranan ilk futbol klubunun adı 

“Britaniya klubu” adlanmışdır.  

Sual:  Azərbaycan  futbol  komandalarından  hansılarının 

adını çəkə bilərsiniz? 

Cavab: “Neftçi”, “Qarabağ”, “Şahdağ”, “Turan” və s. 

Sual:  Məşhur  Azərbaycan  futbolçularından  kimləri 

tanıyırsınız? 

Cavab: Anatoli Banişevski, Sergey Kramarenko, Kazbek 

Tuayev, Ruslan Abdullayev, Qurban Qurbanov və s. 

 

 



71 

 

 



 

Ədəbiyyat siyahısı 

 

Əlamətdar  və  tarixi  günlər  təqvimi  -  2017  /  Azərbaycan 

Respublikası Mədəniyyət və Turizm Nazirliyi, F.Köçərli adına 

Respublika Uşaq Kitabxanası ; bur. məs. Ş. Qəmbərova ; red. S. 

Məlikzadə ; tərt. ed. R. Məmmədli. - Bakı, 2017. - 455 s. 

 

İnternet səhifələrində: www. google.com 



 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 




72 

 

Uşaqların maraq dünyasında əlamətdar 



tarixi günlər (II hissə) 

                                 

(metodik vəsait) 

 

 

 

   

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 19 

Çapa imzalanmışdır:08.05.2017 

 Tirajı:100 

Pulsuz 


 

 

 

 



 

 

 



 

 

 



Yüklə 446,38 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə