F. Köçərli adına Respublika



Yüklə 446,38 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix20.09.2017
ölçüsü446,38 Kb.
#934
1   2   3   4   5   6   7   8   9   ...   16

 

Yaxşı kitab çox qiymətli xəzinədir. 



 

 

 



 

 

          Həsən bəy Zərdabi, 



 

 

 

 

                 maarifçi ziyalı 

 

Sonda  münsiflər  əl  yazıları  içərisində  seçim  edərək  qalibləri 



müəyyənləşdirir. Qaliblərə mükafatlar təqdim olunur. 

 

 



Ümumdünya Qar Günü və ya Beynəlxalq Qış İdman 

Növləri Günü 

 

2012-ci ildə dünyada daha bir yaxşı ənənə yaranmışdır. 

2012-ci  ilin  qışından  başlayaraq  yanvar  ayının  bazar 

günlərindən  birində  Beynəlxalq  Xizək  İdmanı  Federasiyasının 

təşəbbüsü ilə Ümumdünya Qar Günü (World Snow Day) qeyd 

olunur. Bu  günün digər  bir adı  Beynəlxalq  Qış İdman Növləri 

Günüdür.  

Bayramın məqsədi qış idman növlərinə marağı artırmaq 

və  gəncləri  fəal  həyat  tərzinə  cəlb  etməkdir.  Federasiyanın 

fikrincə,  həmin  gün  qar  festivalları  təşkil  olunmalı  və  bu 

festivallar  zamanı  həm  uşaqlar,  həm  də  böyüklər  konkilər, 

xizəklər, snoubordlarla yarışlarda iştirak etməlidirlər.   




 

Bu  əlamətdar  gün  çox  zaman  məktəblilərin  qış  tətili 



günlərinə  təsadüf  etdiyi  üçün  kitabxanada  onlar  üçün  Yeni  il 

şənliyi  təşkil  etmək  olar.  Tədbir  “Biz  Yeni  ili  qarşılayırıq” 

adlana  bilər.  Tədbirdə  Şaxta  Baba,  Qar  Qız,  nağıl  və  uşaq 

əsərlərinin qəhrəmanları Buratino, Malvina, Alisa, Qar kraliçası, 

Küllücə, Ağca, Karlson, Qırmızı Papaq, Uzuncorab Peppi və s. 

iştirak  edirlər.  Tədbiri  aparıcı  kimi  kitabxanaçı  və  10-12 

yaşlarında bir qız və oğlan aparırlar. 

Tədbiri giriş sözü ilə açan aparıcı şənlik iştirakçılarını 

salamlayır:  Salam,  hörmətli  bayram  iştirakçıları.  Biz  bu  gün 

köhnə  ili  yola  salırıq.  Lakin  kədərlənmirik,  çünki  eyni  vaxtda 

yeni  ili  qarşılayırıq. Qarşıladığımız Yeni  ildə hər bir kəsə can 

sağlığı və xoşbəxtlik arzu edirik.  

Oğlan: Salam, uşaqlar! Biz gəlmişik ki... 

Bu zaman  əlində  teleqram olan  qız  qaçıb  gələrək onun 

sözünü kəsir: Dayan. Yox, hələ gəlməyiblər. 

Oğlan: Niyə? Necə yəni hələ gəlməyiblər? Mən demək 

istəyirdim ki, biz köhnə ilin sonuna gəldik. Yeni ili qarşılayırıq 

və bir neçə gündən sonra qış tətilinə çıxacağıq. 

Qız: Elədir, amma biz indicə teleqram almışıq. 

Oğlan:  Nə  teleqram,  kimdən?  Qızın  əlindəki  teleqramı 



alır və bərkdən oxuyur: “Yeni ilinizi təbrik edirik! Xoşbəxtlik 

arzu edirik. Bayram  şənliyinə tələsirik.  Bizi  gözləyin.  Sizi  tez 

tapacağımıza ümid edirik. İmza: Nağıl qəhrəmanları”.  

Qız:  Görürsən, 

deyirlər 

 

gözləyin. 



 

Oğlan: Nağl qəhrəmanaları bizə qonaq gəlir, çox gözəl. 

Amma nə qədər gözləməliyik?  

Qız: Məncə çox gözləməli olmayacağıq.  

Oğlan: Bilirsən nə edək? Gedək onlara cavab teleqramı 

vurub, ünvanımızı dəqiq bildirək. 




 

Qız: Düzdür, poçta qaçaq. 



Onlar qaçaraq otaqdan çıxırlar. İşıqlar sönür. Bu dəmdə 

nağıl  qəhrəmanları  görünürlər.  Onlar  çaşqınlıqla  ətrafa 

boylanırlar.  

Buratino: Gəlin ora gedək! 

Yatmış gözəl: Deyəsən düz gəlməmişik. 

Doktor  Aybolit:  Kədərlənməyin.  Mən  indi  kəşfiyyata 

çıxaram (gedir). 

Qar adam gəlir.  

Malvina:  Dostlar,  baxın,  Qar  adam.  Qar-adam,  bizi 

buradan çıxar. 

Qar-adam:  Axı  siz  belə  havada  bura  necə  gəlib 

çıxmısınız? 

Buratino:  Uşaqların  yeni  il  şənliyinə  gəlmişik.  Amma 

azmışıq. 

Qar-adam: Onda hər şey düzdür. Ardımca gəlin! 

Ağca: Nədir düz olan? Sizin ardınızca hara gedək? 

Qar-adam:  Düz  olan  odur  ki,  mən  axtardıqlarımı 

tapmışam. Mənim ardımca gəlin – bayram keçirilən zala! Sizi 

çoxdan gözləyirlər (Rişxəndlə gülümsəyir). 

Musiqi  səslənir.  Qəhrəmanlar  gedir.  İşıq  sönür. 

Səyahətçilər Qar Kraliçasının sarayında peyda olurlar. Taxtda 

Qar  Kraliçası  əyləşib.  Onun  yanında  Qar  qız  və  qar  dənələri 

dövrə vurub oturublar. Qar-adam zala daxil olub baş əyir. Nağıl 

qəhrəmanları özlərini itiriblər.  

Qar-adam: Əmriniz yerinə yetirilmişdir. (Ayağa durur və 



yaxınlaşaraq kraliçanın qulağına nəsə deyir). 

Qırmızıpapaq: Bu kimdir? (Kraliçanı göstərir).  




 

Uzuncorab  Peppi:  Bura  çox  soyuqdur.  Uşaqları  necə 



soyuqdan  dondurmaq  olar?  Bəs  hanı  uşaqlar?  (Ətrafına 

boylanır). Axı biz onların yanına gəlmişik. 

Malvina:  Bizi  aldadıblar.  Biz  Qar  Kraliçasının 

sarayındayıq. (Nağıl qəhrəmanları bir-birlərinə qısılırlar). 

Qar Kraliçası təkəbbürlə və aramla deyir: Malvina, sən 

haqlısan, amma məndən qorxmaq lazım deyil.  

Buratino Qar-adamın üzərinə yeriyir, o taxtın arxasında 

gizlənir. Buratino qəzəblə: Axı mən niyə səni bu uzun burnumla 

dəlik-dəlik etmədim? 

Qar  kraliçası:  Qar-adam  sadəcə  mənim  əmrimi  yerinə 

yetirib. 

Alisa: Uşaqlar bizi bayramda gözləyirlər. 

Qar Kraliçası gülümsəyərək: Siz orada olacaqsınız. Mən 

öz sehrimin gücü ilə sizi bir anın içində bayrama çatdıracağam. 

Amma  əvvəlcə  bir  az  söhbət  edək.  (Qonaqların  ətrafında 



dolaşır  və  sehrli  sözləri  deməyə  başlayır).  Hər  tərəf  donsun, 

zülmət  işığı  udsun,  nə  işıq,  nə  dostluq  olsun!  Kədərli  musiqi 



səslənir.  Qar  qız  və  Qar  dənələri  vals  oynayır.  Nağıl 

qəhrəmanları səhnədə dağılışıb hərə bir tərəfdə donub qalır.  

Qar-adam: İndi nə etməliyik? 

Qar Kraliçası: İndi də söz verdiyim kimi onları bayram 

şənliyinə göndərəcəm. Ha-ha-ha! Bax bu əsl Yeni il hədiyyəsi 

olacaq. Şənlənmək arzusunda idilər. Sən də onlarla gedəcəksən. 

Qar-adam: Niyə? 

Qar  Kraliçası:  Onların  özlərinə  gələ  bilməmələrinə 

nəzarət elə. Heç bir bayram olmasın! 

Qar-adam: Məgər onlar özlərinə gələ bilərlər ki? 

Qar  Kraliçası  incimiş  tərzdə:  Gələ  bilərlər.  Lakin  üç 

şərtlə...  (Ehtiyatla  ətrafa  boylanaraq)  sən  bu  tapşırdıqlarımı 



Yüklə 446,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə