F. Köçərli adına Respublika



Yüklə 446,38 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix20.09.2017
ölçüsü446,38 Kb.
#934
1   2   3   4   5   6   7   8   9   ...   16

10 

 

etməlisən. Birincisi, çalış ki, onlara nəvazişli sözlər deməsinlər. 



İkincisi, onların yanında heç kim mahnı oxumamalı, gülməməli, 

rəqs  etməməli,  şən  oyunlar  oynamamalıdır.  Üçüncüsü  və  ən  

əsası, uşaqlar və nağıl qəhrəmanları əl-ələ tutmamalıdırlar. Əks 

halda... 

Qar-adam: Başa düşdüm, hər şeyi başa düşdüm. 

Qar  Kraliçası:  Yeni  il  tamaşasını  pozmaq  üçün  sənə 

mənim  iki  casusum  kömək  edəcək.  Onlar  zalda  olacaq.  Orada 

onları heç kim tanımır.  Mənimlə ratsiya ilə əlaqə saxlayarsan. 

Mən “Buz”am, sən isə “Şaxta”. Musiqi çalınır, bir neçə saniyə 

müddətində  işıq  sönür.  Qar  Kraliçası  yox  olur.  Nağıl 

qəhrəmanları peyda olurlar. Onların arasında gülümsəyən Qar-

adam da var. Ortada aparıcılar dayanıb. İşıq yanır.  

Oğlan sevinclə: Yeni il şənliyimizi başlaya bilərik. Hamı 

burdadır. 

Qız: Çox gözəl! Salam, dostlar, biz sizləri gözləyirdik. 



(Nağıl qəhrəmanları reaksiya vermirlər). 

Qız oğlana baxaraq: Onlara nə olub?  

Oğlan: Bilmirəm, bəlkə yolda yorulublar? 

Qız: Axı tezliklə Yeni ildir.  

Qar-adam (tamaşaçılar tərəfə gedərək): Bütün qızları və 

oğlanları sevindirmək istəyirəm: Yeni il olmayacaq! Buna görə 

də onlar kimi sakit oturun, balalar! Yata bilərsiniz, yuxu ən yaxşı 

istirahətdir.  

Oğlan:  Bu  nə  deməkdir?  Uşaqlar  bura  yatmağa 

gəlməyiblər.  

Qız  Qar-adama  və  nağıl  qəhrəmanlarına  müraciət 

edərək: Kimsə sizin xətrinizə dəyib? 




11 

 

Qar-adam: Heç kim bizim xətrimizə dəyməyib. Sadəcə, 



biz  hamımız  həmişə  yalnız  özümüzü  düşünürük.  Və  bizim 

qonaqlarımız da bizdən heç nə ilə fərqlənmirlər.  

Oğlan: Axı sən bizim uşaqları tanıyırsan. Uşaqlar, kim 

xəbərçilik,  tənbəllik,  kobudluq  etməyi  sevir?  Kim  yalnız  özü 

haqqında  düşünür?  (İki  əl  havaya  qalxır.  Bunlar  Qar 

Kraliçasının casuslarıdır).  

Qar-adam: Buyurun! Razı qaldınız? 

Qız:  Onların  sayı  elə  də  çox  deyil.  Həm  də  əgər  onlar 

özləri bunu etiraf edirlərsə, bu çox doğru və cəsarətli addımdır. 

Mən əminəm ki, onlar düzələcəklər. Düzdür? 

Cəsuslar zaldan: Yox! 

Qar-adam: Bax belə! 

Oğlan:  Eybi  yox,  dostları  onlara  kömək  edər.  Uşaqlar, 

kim  səliqəli,  nəzakətli,  cəsur  olmaq  istəyirsə  əlini  qaldırsın. 

(Çoxlu əl havaya qalxır). 

Qar-adam: Mən hara düşmüşəm? (Səhnədən qaçır). 

Qız:  Mən  deyəsən  hər  şeyi  başa  düşdüm.  Qar-adam 

başda  olmaqla  nağıl  qəhrəmanları  bizim  yeni  il  şənliyimizi 

pozmaq istəyirlər.  

Oğlan:  Ola  biləmz.  Bəs  teleqramdakı  “Təbrik  edirik. 

Sizin yanınıza tələsirik” sözləri? 

Qız: Bilmirəm. Amma bir bax, onlar necə də kefsizdirlər. 

Məgər Şaxta Baba və Qar Qız belə şənliyə gələr? 

Oğlan: Çox qəribədir. Bəlkə onlar xəstələniblər?  



Şən musiqi çalınır. Doktor Aybolit gəlib çıxır. 

Doktor  Aybolit:  Kimdir  xəstələnən?  Doktor  Aybolit 

hamıya kömək etməyə hazırdır.  

Qız: Salam, doktor! 




12 

 

Doktor Aybolit: Oo! Mənim dostlarım artıq buradadırlar. 



Biz birlikdə gəlirdik və.. Onlara nə olub? 

Oğlan: Biz də başa düşmürük.  



Doktor  Aybolit  nağıl  qəhrəmanlarına  yaxınlaşır, 

müayinə  edir  və  onlara  nəvazişli  sözlər  söyləyir.  Nağıl 

qəhrəmanları  tərpənməyə  başlayırlar.  Qar-adam  yenə  peyda 

olur: Siz onlara nə deyirsiniz? Onlara yatmağa mane olursunuz. 

Doktor Aybolit: Qəribədir... Vitaminləri sınayaq (Nağıl 

qəhrəmanlarına  vitaminlər  təklif  edir,  lakin  onlar  imtina 

edirlər).  Doktor  aparıcıları  bir  kənara  çəkərək  deyir:  Diaqnoz 

aydındır.  Ürəklərin  donması,  ətrafda  baş  verən  hər  şeyə  son 

dərəcə laqeyd olmaq. 

Qız: Doktor, bu təhlükəlidir? 

Doktor Aybolit: Təəssüf ki. Xəstəlik həm də tez yayılır 

və  başqalarına  da  keçir.  Əvvəllər  onu  yalnız  sehrli  çubuq 

vasitəsilə sağaltmaq olurdu.  

Oğlan: Amma bizim sehrli çubuğumuz yoxdur. 

Doktor  Aybolit:  Mən  dedim  əvvəllər.  İndi  zaman 

başqadır.  Birincisi,  tibb  çox  inkişaf  edib,  ikincisi  də,  uşaqlar 

artıq başqa uşaqlardır. (Zaldakı uşaqları göstərir). Onlar hər şeyi 

bilirlər. 

Oğlan: Uşaqların bura nə aidiyyatı var? 

Doktor  Aybolit:  Belə  xəstəlikləri  yalnız  buz  tutmuş  və 

laqeyd qəlblərin olmadığı yaxşı kollektivdə sağaltmaq olar.  

Qız əllərini bir birinə vuraraq: Ura! Mən deyəsən hər şeyi 

anladım. Bizim zalda o qədər köməkçimiz var. Dostlar, gedək 

mən  öz  ideyamı  sizlərə  danışım  (Oğlanı  və  Doktor  Ayboliti 



səhnənin arxasına aparır). 


13 

 

Qar-adam: (Ətrafa boylanaraq, ratsiyanı çıxarır) : “Buz, 



“Buz”, mən “Şaxta”yam. Eşidirsinizmi məni? Qar Kraliçasının 

səsi gəlir: Mən “Buz”am. İşlər necədir? 

Qar-adam: Zaldakı casusları tanıdım. Şənlik olmayacaq. 

Aparıcı  qız,  oğlan  və  Doktor  Aybolit  görünür.  Onlar 

böyük termometr, iynə və isidici gətirirlər.  

Qız: Qar-adam, sən deyəsən mahnı oxuyurdun? 

Qar-adam: Mən? Bu dəqiqə kimisə oxumağa məcbur edə 

bilməzsən?  

Oğlan (zaldakı uşaqlara üzünü tutaraq): Uşaqlar, məgər 

bu belədir? 

I casus: Belədir. 

II casus: Bizdə hamı musiqi dərsindən qaçır. 

Qar-adam: Eşitdiniz? 

Bu arada Doktor Aybolit nağıl qəhrəmanalarını müalicə 

edir. Onlar bir az yaxşılaşır. 

Qız:  Bir-iki  uşaq  qaçır.  Qalan  hamı  oxuyur.  Uşaqlar, 

bunu sübut edək? 

Musiqi çalınır. Zaldakı uşaqlar dostluq haqqında mahnı 

oxuyurlar.  Oğlan  və  qız  dirijorluq  edirlər.  Nağıl  qəhrəmanları 

laqeyd halda əl çalırlar. 

Oğlan:  Hə,  uşaqlar,  Qar-adamın  çağırışına  cavab 

verəcəyikmi? 

Qar-adam: Bunlar hamısı  boş  şeylərdir. Oxumağı hamı 

bacarır. Rəqs etmək, tapmaca demək, cavablarını tapmağı isə... 

Oğlan: Hə, uşaqlar, biz bir yerdə bunun da öhdəsindən 

gələrik, elə deyilmi? 

Uşaqlar zaldan: Əlbəttə! 

Casuslar: Yox! 

Qar-adam: Mən də tək deyiləm. 



Yüklə 446,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə