F. Köçərli adına Respublika



Yüklə 446,38 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix20.09.2017
ölçüsü446,38 Kb.
#934
1   2   3   4   5   6   7   8   9   ...   16

14 

 

Oğlan: Onda davam  edək. Mahnı müsabiqəsini uşaqlar 



1:0 uddular. İndi gəlin rəqs edək. Bəlkə qaraçı rəqsi? 

Küllücə: Tanqo oynayaq. 

Buratino: Mən breyk-dans istəyirəm. 

Uzuncorab Peppi: Bəlkə vals? 



Qar-adam  kənara  çıxıb  ratsiya  ilə  Qar  Kraliçası  ilə 

danışır:  Buz,  Buz,  mən  Şaxtayam.  Biz  mahnı  müsabiqəsini 

uduzduq. İndi rəqs müsabiqəsidir. Nə oynayaq? 

Qar Kraliçasının səsi: Qoy vals oynasınlar. Onlar valsın 

öhdəsindən gələ bilməzlər, onu çoxdan unudublar. 

Qar-adam: Vals oynayın! 

Uşaqlar qaçıb gələrək vals oynamağa başlayırlar. Nağıl 

qəhrəmanları  da  musiqinin  ritminə  uyğun  tərpənirlər.  Qar-

adam  yenidən  ratsiyanı  götürərək:  Buz,  Buz,  onlar  oynaya 

bilirlər.  

Bu  zaman  uşaqlardan  kimsə:  Biz  dərnəkdə  çox  məşq 

etmişik. 

Qar-adam:  Aha,  bu  oynayan  uşaqlar  dərnəyə  gediblər. 

Bəs yerdə qalanlar oynaya bilirlərmi? 

Qız:  Yox,  amma  istəsələr  başqa  rəqsləri  hamı  oynaya 

bilir. 


Qar-adam: Xeyr, bu hesab olunmur. 

Qız: Yaxşı, rəqs müsabiqəsində biz uduzduq. 

Qar-adam: Hesab 1:1. 

Qız: Müsabiqə davam edir.  

Qar-adam:  Əgər  uşaqlara  çətin  tapşırıqlar  versək,  biz 

udacağıq. Başlayın, nağıl qəhrəmanları. 

Küllücə:  Quyruğu  naxışlı,  çəkmələri  mahmızlı,  səhər 

obaşdan oxuyur, yatmağa qoymur. 

I Casus: Quyruqlu zəngli saat. 



15 

 

Uşaqlar: Xoruz. 



Buratino: İki qarın, dörd qulaq. 

II casus: İki donuz. 

Qar-adam. Ha-ha. Bu tapmacalar bizlikdir. 

Karlson: Yolun arasından getdim, Qırmızı papaq tapdım. 

I casus: Şaxtaçı? 

Uşaqlar: Göbələk. 

Qız: Afərin, uşaqlar! 

Qar-adam: Elə tapmaca deyin ki, heç kim tapa bilməsin. 

Barmaley, sən ki, çox ağıllısan. 

Barmaley özündənrazı halda qabağa çıxır və deyir: Top, 

konfet, sosis, raket, nə öküzdür, nə inək. 

I Casus: Heç kim bilmir. 

II Casus: Uduzduğumuzu qəbul edirik. 

Qar-adam: Afərin, Barmaley. İndi cavabı özün de görək 

Barmaley:  Mən  haradan  bilim?  Dedin  heç  kimin 

bilmədiyi tapmaca de, mən də uydurdum. 

Qar-adam: Onda heç-heçə. 

Oğlan: Niyə heç-heçə?  

Qız: Eybi yox, bu gün bayramdır. İndi Şaxta Baba gələr

biz hamımız şənliyə gedərik. 

Qar-adam:  Xeyr,  heç  kəs  gəlməyəcək.  Biz  hamımız 

evlərimizə gedəcəyik.  

Oğlan: Axı uşaqlar tapşırıqların çoxunu uddular? 

Qar-adam:  Birincisi,  hesab  2:2-dir.  İkincisi,  bu  hələ 

hamısı deyil. Sizin uşaqlar musiqi alətlərində ifa edə bilirlərmi? 

Qoy uşaqlardan kimsə hər hansı alətdə ifa etsin. Axı deyirsiniz, 

onlar hər şeyi bacarırlar. 

Oğlan: Biz dedik ki, bizim uşaqlar mahnı oxumaq, rəqs 

etmək, şəkil çəkmək, musiqi alətlərində ifa etmək üçün müxtəlif 



16 

 

dərnəklərə  gedirlər,  məktəbdə  məşğul  olurlar.  Amma  şən 



rəqsləri  hamı  bacarır.  Uşaqlar,  gəlin  hamımız  rəqs  edək,  nağıl 

qəhrəmanlarını da dəvət edək.  

Şən  musiqi  çalınır,  uşaqlar  hamı  rəqs  edir.  Nağıl 

qəhrəmanlarını  da  çəkib  rəqs  meydançasına  gətirirlər.  Onlar 

öncə  yavaş-yavaş  tərpənirlər,  sonra  isə  uşaqlara  qoşulub  rəqs 

edirlər. 

Qar-adam:  Mən  niyə  onlardan  dala  qalıram?  (O  da 

başlayır rəqs etməyə, atılıb-düşməyə). 

Casuslar  bir-birlərinə:  Biz  daha  burada  niyə  qalaq? 

Uşaqlar bayram şənliyinə başlayıblar. (Onlar çıxışa yönəlirlər). 

Qar-adam:  Eyy,  hara?  Sizə  tapşırılan  vəzifəni 

unutmusunuz? 

Casuslar:  Yox,  amma  biz  bacarmadıq.  Özümüz  də 

şənlənmək istədik. 

Qız: Getməyin, bizimlə şənlənin.  

I  Casus:  Axı  biz  uşaqlara  bayram  keçirməyə  mane 

olmuşuq?  

Qız: Bizim uşaqlar yeni dostlara həmişə şaddırlar. 

II  Casus:  Bağışlayın,  uşaqlar!  (Casuslar  yerlərinə 



qayıdırlar). 

Qar-adam:  Qoy  həmişə  şənlik  olsun,  sevinc  olsun. 

Uşaqların isti qəlbləri, qonaqpərvərliyi və Doktorun ustalığı Qar 

Kraliçasının sehrli soyuğundan daha güclü oldu.  

Buratino: Bəs Kraliça bizim donumuzu nə vaxt açacaq? 

Qar-adam: Sizin donunuz çoxdan açılıb. Bunu uşaqlar və 

Doktor Aybolit etdi. O, ratsiyanı çıxararaq deyir: Buz, Buz, mən 

Şaxtayam. Mən indi uşaqların dostuyam. Əlvida, Qar Kraliçası!  

Aparıcı:  İndi  ki,  artıq  hər  şey  xoşbəxt  sonluqla  bitdi, 

şənliyimizi açıq elan edirəm. Uşaqlar, Yeni iliniz mübarək! Qoy 




17 

 

bu  Yeni  il  sizlərə  möhkəm  can  sağlığı,  dərslərinizdə  uğurlar 



gətirsin! Deyin, gülün, şənlənin! 

Bu vaxt qapıda Şaxta Baba və Qar qız görünür. Uşaqlar 

yüksək  əhvali-ruhiyyə  və  sevinclə  onları  qarşılayır.  Uşaqlarla 

salamlaşan Şaxta Baba və Qar Qız bayram şənliyinə qatılırlar. 

Şən  rəqslər,  mahnılar  bir-birini  əvəz  edir.  Onlar  şeir  deyir, 

tapmaca tapır, deyir, gülür, oynayırlar. Sonda Şaxta Baba onlara 

öz hədiyyələrini təqdim edir. 

 

 

Ümumdünya Təhlükəsiz İnternet Günü 

 

 

 

 

 

 

 

 

 

Beynəlxalq  Təhlükəsiz  İnternet  Günü  (İnternational 

Safer  Internet  Day)  Avropa  Komissiyasının  qərarı  ilə  2004-cü 

ildə  təsis  edilib.  Bu  əlamətdar  hadisə  dünyanın  60-dan  çox 

ölkəsində  müxtəlif  şüarlar  altında  (“İnternet  və  uşaqlar”, 

“Qlobal  şəbəkədə  kibercinayət:  qanunsuz  kontentlərdən 

müdafiə”,  “İnternet  adi  bir  oyun  vasitəsi  deyil,  İnternet  bizim 

həyatımızdır”  və  s.)  qeyd  olunur.  Tədbirlər  qeyri-hökumət 

təşkilatı  olan  INSAFE  (European  Safer  Internet  Network  - 

Avropa  Təhlükəsiz  İnternet  Şəbəkəsi)  tərəfindən  koordinasiya 

edilir.  INSAFE  -  Avropa  Komissiyasının  iştirakı  ilə  yaradılan 

milli təşkilatlar şəbəkəsidir. Təşkilatın əsas missiyası təhlükəsiz 




Yüklə 446,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə