F. Köçərli adına Respublika



Yüklə 446,38 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix20.09.2017
ölçüsü446,38 Kb.
#934
1   2   3   4   5   6   7   8   9   ...   16

18 

 

interneti  təbliğ  etmək,  xüsusən  də  gələcək  nəsilləri  qlobal 



şəbəkədəki  mövcud  təhdidlərlə  bağlı  məlumatlandırmaq, 

maarifləndirmə  işləri  aparmaqdır.  Ənənəvi  olaraq  hər  il  fevral 

ayının ikinci həftəsinin çərşənbə axşamı günündə təşkil edilən 

və bu il “Təhlükəsiz rəqəmsal texnologiyalar dünyasını birlikdə 

kəşf  edin”  şüarı  ilə  keçirilən  müxtəlif  səpkili  tədbirlərdə  - 

“Təhlükəsiz  internet-mədəniyyət:  uşaq  və  yeniyetmələr  üçün 

pozitiv  və  təhlükəsiz  İnternet”,  “Təhsil  və  informasiya 

təhlükəsizliyi”,  “Təhlükəsiz  internetin  yaradılmasında  peşəkar 

cəmiyyətlərin  rolu”,  “İnternetdə  neqativ  kontentdən  texniki 

müdafiə  metodları”,  “İnternet  məhdud  fiziki  imkanlı  insanlar 

üçün”, “İnternet nəsilləri birləşdirir və insanları maarifləndirir” 

və  s.  mövzularda  məruzələr  dinlənilir,  müzakirələr  aparılır, 

müxtəlif fikirlər səsləndirilərək təklif və tövsiyələr verilir. 

Müasir  dövrdə  internetin  təhlükəsizliyi  son  dərəcə 

vacibdir.  Uşaqlarla  işləyən  müəssisələr  bu  sahədə  təbliğatın, 

maarifləndirmənin  aparılmasında  daha  fəal  olmalıdırlar.  Bu 

baxımdan  məktəblərdə,  uşaq  kitabxanalarında  bu  əlamətdar 

günlə  bağlı  tədbirlərin  keçirilməsi  çox  vacibdir.  Belə 

tədbirlərdən biri kimi uşaqlara internet, ondan düzgün və faydalı 

şəkildə istifadə etməyin yolları haqqında məlumat verməsi üçün 

İnformasiya Texnologiyaları mütəxəssisinin kitabxanaya dəvət 

olunması çox məqsədəuyğun olar. Dünyada təhlükəsiz internet 

trendi uşaqlar üçün sayt və mövzu zonalarının “ağ siyahısı”nın 

hazırlanmasıdır. Bunun üçün uşaq kitabxanalarının əməkdaşları 

mobil  rabitə  operatorları  ilə  birgə  onlayn-bələdçi  hazırlayırlar. 

Kitabxanada  “İnternetdə  uşaqların  təhlükəsizliyi”  adlı  aksiya 

keçirmək olar. Aksiyada “Kompüter, təhlükəsizlik və uşaqlar” 

adlı  kiber-sərgi  qurula,  “Uşaqlar  üçün  təhlükəsiz  internet 

qaydaları”  adlı  informasiya  vərəqi  hazırlana  bilər.  Bilavasitə 



19 

 

aksiyanın gedişində uşaqlara təhlükəsiz internet dərsləri keçirilə 



bilər. Dərslərdə uşaqlara kompüter və İnternet haqqında bilgilər 

verilə,  blits-sorğular  keçirilə  bilər.  Sorğuda  uşaqlara  aşağıdakı 

sualları  ünvanlamaq  olar:  kimin  evdə  kompüteri  var?  ;  kimin 

interneti  var?  ;  kim  valideynlərsiz  internetdən  istifadə  edir?  ; 

hansı saytlardan istifadə edirsiniz? ; sosial şəbəkələrdən istifadə 

edirsinizmi və s.  

 

 

 



 

Təmənnasız Xeyirxahlıq İfadəsi Günü 

 

 

 

 

 

 

 

Hər  il  fevralın  17-də  bütün  dünyada  qeyd  olunan 



Təmənnasız  Xeyirxahlıq  İfadəsi  Günü  (Random  Acts  of 

Kindness Day) beynəlxalq xeyriyyə təşkilatlarının təşəbbüsü ilə 

təsis olunmuşdur. Bu bayram ABŞ-da yaransa da, bu gün artıq 

ümumdünya 

əhəmiyyətli 

bayrama 


çevrilmişdir 

və 


vətəndaşlıqdan, milliyyətdən və dini inanclardan asılı olmayaraq 

qeyd  olunur.  Bu  bayram  daha  çox  Qərbi  Avropa  və  ABŞ-da 

məşhurdur. Həmin gün bir çox şəhərlərdə ənənəvi olaraq məşhur 

aktyorların,  ictimai  və  siyasi  xadimlərin  iştirakı  ilə  xeyriyyə 

tədbirləri  və  marafonları  keçirilir.  Əgər  insan  öz  yaxşılığı 

müqabilində təşəkkür gözləyirsə, bu həqiqi yaxşılıq, xeyirxahlıq 

hesab  olunmur.  Siz  xeyirxahlıq  etdiyiniz  insanların  sevincini 



20 

 

görməyi  və  tərifini  eşitməyi  gözləməməlisiniz.  Xeyirxah 



əməllər  özlüyündə  sizə  zövq  verməlidir,  bunu  tərifə  görə 

etməməlisiniz. Əsl xeyirxahlıq budur! 

 

Xeyirxahlıq haqqında aforizmlər 

 

 

 Xeyirxahlıq - korun görüb, karın eşidəcəyi şeydir. 

 

 

 

 

 

 

         Mark Tven,   

 

 

 

 

 

        ingilis yazıçısı 

 

Xeyirxah insanlara andla deyil, söz və ağılla inanmaq lazımdır. 

 

 

 



 

 

          Sokrat, 



 

 

 



 

                      filosof 



 

Böyük insanlar böyük xeyirxahlıqlara qadirdirlər. 

 

 

 



 

 

 



 

 

                                                       M. Servantes, 



 

 

 



 

                     ispan yazıçısı 



 

Xeyirxahlıq, artığının ziyan olmadığı keyfiyyətdir. 

 

 

 



 

 

 



      C. Qolsuorsi,  

 

 



 

 

 



      ingilis yazıçısı 

 

Uşaqlarda  kiçik  yaşlarından  xeyirxahlıq  hisslərinin 

tərbiyə  olunması  çox  vacibdir.  Bu  onlara  həm  ailədə,  həm 

məktəbdə  aşılanmalıdır.  Bu  işdə  kitabxanaçılar  da  iştirak  edə 

bilərlər. Bunun üçün təqvimdəki bu yeni əlamətdar günün qeyd 

olunması çox yerinə düşər.  




21 

 

Kitabxanada  bu  günlə  bağlı  “Xeyirxahlıq  ağacı”  adlı 



stend hazırlamaq olar. Bu stend ağac formasında olur. Yarpaqlar 

şəklində  kəsilmiş  kiçik  vərəqlərdə  “böyüklərə  hörmət”, 

“uşaqlara  qayğı”,  “heyvanlara  mərhəmət”,  “köməyə  möhtac 

insanlara  yardım”,  “ətraf  mühiti  qorumaq”,  “özündən  zəifləri 

müdafiə  etmək”  və  s.  kimi  təmənnasız  xeyirxahlıq  ifadəsini 

bildirən davranışları qeyd etmək və bu “Xeyirxahlıq ağacı”ndan 

asmaq lazımdır. Yazılmamış vərəqləri və qələmi ağacın yanında 

qoymaq  və  kitabxanaya  gələn  oxuculardan  təmənnasız 

xeyirxahlıq  ifadəsi  hesab  etdikləri  davranışları  yazaraq 

“Xeyirxahlıq ağacı”ndan asmalarını xahiş etmək olar.  

Uşaq  ədəbiyyatımızda  xeyirxahlıq  motivlərinin  olduğu 

nümunələr az deyil. Bu nümunələrdən istifadə edərək oxucular 

üçün icmal keçirmək olar. Bunun üçün belə ədəbi nümunələrin 

sərgisini  təşkil  etmək  lazımdır.  Daha  sonra  kitabxanaçı 

Süleyman Sani Axundovun “Əhməd və Məleykə” hekayəsinin 

icmalını təqdim edir. 

Kitabxanaçı:  Uşaqlar,  sizlərə  görkəmli  yazıçımız 

Süleyman Sani Axundovun “Əhməd və Məleykə” hekayəsinin 

icmalını  təqdim  edirəm.  Görkəmli  yazıçımız  bu  əsəri  1912-

1914-cü  illərdə  “Qorxulu  nağıllar”  başlığı  altında  qələmə 

almışdır. Bu əsərin əsas qayəsi bu gün qeyd etdiyimiz əlamətdar 

gün olan “Təmənnasız Xeyirxahlıq İfadəsi Günü”nə uyğundur. 

Əsər təmənnasız xeyirxahlıq etməyin nə qədər alicənab davranış 

olduğunu çox təsirli bir şəkildə oxuculara çatdırır.  

Hacı Səməd təhsilli və çox xeyirxah bir insandır. O, öz 

oğlunun və qızının yaxşı təhsil alması üçün çalışır. Hər axşam 

şam  yeməyindən  sonra  ailə  üzvləri  üçün  kitab  və  ya  qəzet 

oxuyur.  Belə  axşamlardan  birində  qızı  Fatma  nənəsindən 

qorxulu  nağıl danışmasını xahiş edir. Bunu eşidən Hacı Səməd 



Yüklə 446,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə