F. Köçərli adına Respublika



Yüklə 446,38 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix20.09.2017
ölçüsü446,38 Kb.
#934
1   2   3   4   5   6   7   8   9   ...   16

22 

 

özü  nağıl  danışmağa  başlayır.  O  nəql  edir  ki,  Tatarcıq  adında 



kənddə Nurəddin adında bir kişi var idi. Nurəddinin Əhməd adlı 

oğlu, Məleykə adlı qızı və Xədicə adlı arvadı var idi. Nurəddin 

əkinçiliklə məşğul olurdu. Nağıl olunan zaman kənddə quraqlıq 

olur və taxıl tələf olur. Nurəddin şəhərə arabaçılığa gedir, orada 

qazandığı  pulu  ailəsinə  göndərir.  Bir müddət  Nurəddindən bir 

xəbər çıxmır. Evdə pul və ərzaq da tükənir. Belə bir vaxtda, qarlı 

gecələrdən  birində  qapı  döyülür.  Gələn  şəxs  Nurəddinlə  birgə 

şəhərə  işləməyə  gedən  qonşu  idi.  O,  Nurəddinin  arabası  ilə 

uçurumdan  düşərək  öldüyünü  bildirir  və  onun  üstündən  çıxan 

pulu  onlara  verir.  Bu  xəbərdən  sarsılan  Xədicə  və  uşaqlar 

ağlayırlar. Onların əlindəki pul qısa vaxtda qurtarır. Xədicə kimə 

ağız  açırsa,  uşaqlarına  çörək  tapa  bilmir.  Xədicə  aclıqdan 

üzülmüş  Məleykəni  sakit  etmək  üçün  ona  belə  deyir:  “Qızım, 

gözlərini  yum,  yat.  Onda  gecə  mələk  bacamızdan  sənə  çörək 

salar”. Məleykə bu sözlərə inanıb yatır. Xədicə və Əhməd oyaq 

qalır. Gecədən xeyli keçmiş bacadan guppultu ilə bir şey içəri 

düşür.  Baxıb  görürlər  ki,  ağzı  bağlı  bir  torbadır.  Torbanı  açıb 

görürlər  ki,  içində  yeməklər  və  qızıl  pul  var.  Heyrət  içində 

qalmış Xədicə və Əhməd pul bükülmüş kağızda yazı görürlər. 

Əhməd  yazını  oxuyur:  “Qızım  Məleykə,  mən  bir  qoca 

səyyaham.  Yolda  evinizin  yanında  faytonumun  çarxı  oxdan 

çıxdı, onu salınca mən istədim ki, sizdə bir az qızınam. Qapıya 

gəldikdə, anan deyən sözləri eşitdim. Geri qayıdıb bu şeyləri və 

pulu sənin üçün hazır etdim və təzədən gəlib bacanızdan atdım. 

Yaşa,  qızım,  yaşa,  bu  qoca  babanı  da  yaddan  çıxarma. 

Xudahafiz. Səyyah Cəmaləddin”.  

Bu halda Məleykə oyanıb dedi: “Ana, Mələk bacamızdan 

çörək saldımı?” 




23 

 

Anası:  “Bəli  qızım,  amma  mələk  yox,  baban 



Cəmaləddin”. Daha sonra ana və  balaları Cəmaləddin  babanın 

torbasındakı  dadlı  yeməklərdən  yedilər,  çox  sevincək  halda 

yuxuya getdilər.  

Bu  hekayədə  sizlər  təmənnasız xeyirxahlıq  nümunəsini 

görürsünüz.  Qoca  səyyah  köməyə  möhtac  ana  və  balalarının 

yanından  laqeyd  keçmir,  onlara  kömək  əlini  uzadır  və  özü  də 

gözlərinə  görünmədən  çıxıb  gedir.  Onun  Məleykədən  istədiyi 

yeganə şey qoca babanı unutmamasıdır. Bu hekayədə Xədicənin 

yardım  gözlədiyi  mələk  rolunda  məhz  o  çıxış  edir.  Təsadüf 

nəticəsində  onların  yardıma  möhtac  olduqlarını  öyrənən  qoca 

səyyah  heç  bir  təmənna  güdmədən  bu  yardımı  edir.  Hər  bir 

vicdanlı,  mərhəmətli  insan  onun  kimi  hərəkət  etməlidir. 

Köməksiz vəziyyətdə olan insanın dərdinə biganə yanaşmamaq, 

onun  qüruruna  toxunmadan  əlindən  gələn  yardımı  etmək  hər 

kəsin insanlıq borcudur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



24 

 

 



 

Beynəlxalq Xoşbəxtlik Günü 

 

 

 

 

 

BMT  2012-ci  ildə  martın  20-ni  Beynəlxalq  Xoşbəxtlik 

Günü  (International  Day  of  Happiness)  elan  etmişdir.  Burada 

məqsəd  xoşbəxtliyə  can  atmağın  planetimizdəki  bütün 

insanların ortaq hissi olması haqqında ideyanı dəstəkləməkdir. 

Beynəlxalq  Xoşbəxtlik  Gününün  təsisçilərinin  fikrincə,  bu 

bayram  xoşbəxtliyin  bəşəriyyətin  əsas  məqsədlərindən  biri 

olduğunu göstərmək və xatırlatmaq üçün təsis olunub. Bununla 

əlaqədar  təsisçilər  bütün  ölkələri  öz  səylərini  hər  bir  insanın 

rifahına  yönəltməyə  çağırırlar.  BMT  hər  bir  üzv  dövlətə, 

beynəlxalq  və  regional  təşkilatlara,  həmçinin  mülki  şəxslər  və 

qeyri-hökumət  təşkilatları  da  daxil  olmaqla,  vətəndaş 

cəmiyyətinə  Beynəlxalq  Xoşbəxtlik  Gününü,  maarifləndirmə 

tədbirləri də daxil olmaqla, lazımi qaydada qeyd etməyə çağırır. 

 

 



25 

 

Həyatda xoşbəxt olmağın üç möhtəşəm qanunu var:  



1) nə isə etmək lazımdır; 2) kimisə sevmək lazımdır; 3) nəyəsə 

ümid etmək lazımdır. 

 

 

 



 

 

     Cozef Eddison, 



 

 

 



 

      ingilis şairi, dramaturq 



 

Xoşbəxt  olmaq  üçün  xoşbəxtliyin  mümkünlüyünə  inanmaq 

lazımdır. 

 

 

 

 

 

      

L. N. Tolstoy, 

 

 

 

 

 

       rus yazıçısı 

 

Xoşbəxtlik üçün sabahkı gün  yoxdur, onun dünəni də yoxdur, 

onun yalnız indiki zamanı var, o da gün yox, sadəcə bir andır... 

 

 

 

 

               

İ. S. Turgenev, 

 

 

 

 

 

        rus yazıçısı 

 

Quş  uçmaq  üçün  yarandığı  kimi,  insan  da  xoşbəxtlik  üçün 

yaranmışdır. 

 

 



 

                                     V. Q. Korolenko, 

 

 

 



 

 

            rus yazıçısı 



 

Xoşbəxtlik  gəldiyi  zaman  ondan  istifadə  edə  bilməyən,  onun 

getdiyi zaman şikayətlənməməlidir. 

 

 



 

                                             



M. Servantes, 

 

 



 

                             ispan yazıçısı 



 

 



Yüklə 446,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə