F. Köçərli adına Respublika



Yüklə 446,38 Kb.

səhifə7/16
tarix20.09.2017
ölçüsü446,38 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   16

26 

 

Biz xoşbəxt olduğumuz zaman həmişə xeyirxahıq, amma 



xeyirxah olduğumuz zaman həmişə xoşbəxt deyilik. 

 

 



 

 

 



 

             O.Uayld, 

 

 

 



 

 

                    ingilis yazıçısı 



 

Kitabxanada xoşbəxtlik günü ilə bağlı ədəbi-bədii gecə 

keçirmək  olar.  Bu  tədbirdə,  insanların  can  atdıqları  ən  ali 

məqsədi – xoşbəxt olmağı tərənnüm edən, onun mənasını ifadə 

edən  əsərlərdən  söz  açmaq  olar.  Tədbir  zamanı  xoşbəxtlik 

haqqında  slayd  hazırlamaq  olar.  Slayd  nümayiş  olunduqdan 

sonra kitabxanaçı tədbiri açıq elan edir. 

Kitabxanaçı:  Hörmətli  tədbir  iştirakçıları!  Bu  gün  biz 

sizlərlə  hamımızın  ortaq  amalımız,  həyatımızın  məqsədi  olan 

xoşbəxtliyə  həsr  olunmuş  Ümumdünya  Xoşbəxtlik  Gününü 

qeyd  etmək  üçün  bura  toplaşmışıq.  Xoşbəxtlik  –  fəlsəfi 

kateqoriya  olub,  həyatdan  yüksək  məmnunluğun  ideal 

vəziyyətini nəzərdə tutur. Bütün filosofların ortaq fikri budur ki, 

xoşbəxtlik  maddi  yox,  daxili  anlayışdır.  Yəni  insan,  daxilən 

buna  qabildirsə,  xoşbəxtdir.  Bu  nöqteyi-nəzərdən,  xoşbəxtlik 

məfhumu  əsasən  fiziologiya,  psixologiya,  fəlsəfə  və  s. 

tərəfindən  araşdırılır.  Xoşbəxtliyin  fiziologiyası  “xoşbəxtlik 

hormonları”  adlandırılan  endorfin,  serotonin,  dofamin 

hormonları ilə sıx bağlıdır. Onların orqanizmdə sintezi və dövr 

etməsi endokrin, infeksion və virus xəstəlikləri zamanı pozulur.  

Bunlar xoşbəxtlik məfhumuna elmi yanaşmalardır. Bəs 

xoşbəxtlik  nədir?  Bu  haqda  yəqin  ki,  hər  kəsin  öz  fikri  var. 

Çünki bütün insanlar həyatda heç olmasa bir dəfə bu sualı özünə 

vermişdir.  Xoşbəxtlik  sanki  bir  xəyaldır,  hər  kəs  onu  tutub 




27 

 

saxlamaq və ona sahib olmaq istəyir, lakin eyni zamanda başa 



düşür  ki,  o  əbədi  deyil.  Çox  zaman  insanlar  onlar  üçün 

xoşbəxtliyin  nə  olduğunu  bilmədən  onun  dalınca  qaçırlar. 

Sadəcə  sözlər,  sadəcə  hisslər,  sadəcə  anlar,  saatlar,  günlər, 

əbədiyyət...  

İndi isə mən sizlərin fikirlərini öyrənmək istəyirəm. Mən 

sizə vərəqələr paylayacam. Orada yazılmışdır: Xoşbəxtlik – bu... 

Hər  biriniz  buraya  öz  fikrinizi  yaza  bilərsiniz.  Cavablar  hazır 

olduqdan sonra mən onları toplayıb, cavabları oxuyacağam. Biz 

bu cavablar ətrafında müzakirələr aparacağıq. 

Cavablar  hazır  olduqdan  sonra  kitabxanaçı  onları 

toplayır və bu cavablar ətrafında fikir mübadiləsi aparılır.  

Tədbirin  ikinci  hissəsində  xoşbəxtlik  anlayışı  ilə  bağlı 

aforizmlər,  ibrətamiz  hekayələr  səsləndirilir.  Nümunə  üçün  üç 

hekayəni təqdim edirik. 

 

Xoşbəxtliklə bağlı ibrətamiz hekayələr 

 

 

Bir vaxtlar bir Müəllim yaşayırdı. Bu qəribə insan bütün 

ömrü boyu xoşbəxt idi, təbəssüm bircə an da onun üzündən əskik 

olmurdu. Onun bütün ömrü sanki bayram ətri ilə çulğalanmışdı.  

O, hətta ölüm yatağında belə şən halda gülümsəyirdi. Elə 

bil  o,  ölümün  gəlməsinə  sevinirdi.  Onun  tələbələri  qayğılı  və 

özlərini itirmiş halda ətrafında oturmuşdular. Nəhayət, onlardan 

biri dözməyərək soruşdu: “Müəllim, siz niyə gülümsəyirsiniz? 

Siz bütün ömrünüz boyu gülmüsünüz. Amma biz cəsarət  edib 

heç vaxt soruşa bilməmişik ki, siz bunu necə bacarırsınız? İndi 

isə  biz  tamamilə  çaşmışıq.  Siz  ölərkən  də  gülməyə  davam 

edirsiniz. Axı, burada gülməli nə var? 




28 

 

Qoca cavab verdi: “Çox illər əvvəl mən öz Müəllimimin 



yanına gəldim. O zaman mən sizin indi olduğunuz kimi gənc və 

təcrübəsiz idim. Mənim cəmi on yeddi yaşım var idi, amma mən 

artıq  əzabkeş  idim,  haldan  düşmüş  və  həyata  qəzəblə  dolu.  O 

zaman  mənim  Müəllimimin  yetmiş  yaşı  var  idi  və  o,  heç  bir 

xüsusi səbəb olmadan daim gülürdü. Mən ondan soruşdum ki, 

buna  necə nail olur. O mənə cavab verdi ki, mən öz seçimimdə 

azadam.  Bu  da  mənim  seçimimdir.  Hər  səhər  mən  gözlərimi 

açanda,  özümdən  soruşuram:  sən  nəyi  seçirsən  –  xoşbəxtlik, 

məmnunluq yoxsa,  əzab çəkmək? Elə alınır ki, həmin vaxtdan 

mən hər səhər xoşbəxtliyi seçirəm. Axı bu, çox təbiidir! 

 

*** 

Gözəl karyera qurmuş uğurlu məzunlar vaxtilə özlərinə 

dərs  demiş  qoca  professorun  görüşünə  gəlirlər.  Qısa  vaxtda 

söhbət  işin  üzərinə  gəlir.  Tələbələr  çoxsaylı  çətinliklərdən  və 

həyat  problemlərindən  şikayətlənirlər.  Öz  qonaqlarına  qəhvə 

təklif  edən  professor,  mətbəxə  gedir  və  oradan  qəhvədan  və 

çoxlu müxtəlif – farfor, şüşə, plastik, büllür, həm bahalı, həm də 

ucuz  fincanların olduğu məcməyi ilə qayıdır. Keçmiş tələbələr 

qəhvə  dolu  fincanlarını  aldıqdan  sonra  professor  dedi:  “Əgər 

fikir verdinizsə, bütün bahalı fincalar götürüldü,  ucuzlar qaldı. 

Heç kim ucuz və sadə fincanları götürmədi. Özünüz üçün yalnız 

ən yaxşısını istəmək arzusu sizin problemlərinizin mənbəyidir. 

Başa düşün ki, fincan özü özlüyündə qəhvəni yaxşı etmir. Bəzən 

o, sadəcə bahalıdır, bəzən isə bizim nə içdiyimizi  gizlədir. Sizin 

həqiqətən  istədiyiniz  fincan  yox,  qəhvə  idi.  Lakin  siz  şüurlu 

şəkildə  ən  yaxşı  fincanları  seçdiniz.  Sonra  isə  kimə  hansı 

fincanın düşməsinə nəzər yetirdiniz. İndi isə düşünün: həyat – 

qəhvədir, iş, pul, mövqe, cəmiyyət – fincanlardır. Bunlar yalnız 






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə