F. Köçərli adına Respublika



Yüklə 446,38 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix20.09.2017
ölçüsü446,38 Kb.
#934
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

33 

 

İngiltərə və Amerika ümumi dillə bölünmüş iki millətdir. 



 

 

 



 

 

 



Oskar Uayld, 

 

 



 

 

 



ingilis yazıçısı 

 

İngilis dili sadə, lakin çox çətin dildir. 

 

 

 



 

 

 



Kurt Tuxolski

 

 



 

 

 



alman yazıçısı 

 

İngilis  dilini  bilmədən  səyahət  edirsənsə,  lal-kar  və 

ağıldankəm doğulmağın nə olduğunu başa düşürsən. 

 

 



 

 

 



 

Filipp Buvar, 

 

 



 

 

 



aktyor, ssenarist 

 

Keçiriləcək  tədbirlərin  sırasında  tematik  konsertlər, 

konfranslar, seminarlar və s. yer ala bilər.  

Bu günün qeyd olunması böyük ingilis yazıçısı Uilyam 

Şekspirin adı ilə bağlı olduğu üçün çox zaman teatrlarda həmin 

gün məhz Şekspirin əsərləri repertuara daxil olunur. Yuxarı sinif 

şagirdləri  olan  oxucuları  bu  tamaşalara  baxmağa  aparmaq 

məqsədəuyğun  olar.  Bununla  onlarda  həm  teatra  sevgi 

yaratmaq, həm də dünya ədəbiyyatının şedevrləri hesab olunan 

Şekspir əsərlərinin səhnə həlli ilə tanış olmalarına kömək etmək 

olar.  

Kitabxananın  özündə  bir  sıra  tədbirlər,  bayram  təşkil 



etmək  olar.  Belə  tədbirlərdə  zəngin  ingilis  mədəniyyətinin 

müxtəlif  sahələrinə  müraciət  etmək  olar.  Məsələn,  ingilis 

stilində  kostyumlaşdırılmış  gecə  təşkil  etmək  olar.  İştirakçılar 



34 

 

Şahzadə  Diana,  Lord  Bayron,  “dəmir  ledi”  Marqaret  Tetçer, 



Uinston  Çörçill,  “futbol  kralı”  Devid  Bekhem  və  s. 

şəxsiyyətlərin  obrazında  defilədə  iştirak  edə  bilərlər.  Tədbirin 

musiqi  müşayiəti  üçün  Bitlz  qrupunun,  Stinqin,  Adelin  və  s. 

müğənnilərin mahnılarından istifadə etmək olar.  

Kitabxanada ingilis klassikasının ən yaxşı nümunələrinin 

ekranlaşdırılmış  variantlarının  nümayişini  təşkil  etmək  olar. 

Aşağıdakı filmlərin nümayişi məqsədəuyğundur: 

“Qürur  və  qərəz”.  Ceyn  Ostinin  əsərinin  1995-ci  il 

ekranlaşdırılması. Baş rolda Kolin Fört. 

“Şöhrətpərəstlik  yarmarkası”.  Uilyam  Tekkereyin 

romanı əsasında 2004-cü ildə ekranlaşdırılmışdlır. Baş rolda Riz 

Uizerspun.  

“Cen Eyr”. Şarlotta Brontenin əsəri əsasında 1996-cı ildə 

ekranlaşdırılmışdır. Baş rolda Şarlotta Qansburq. 

“Teatr”. Sommerset Moemin əsəri əsasında 1974-cü ildə 

ekranlaşdırılmışdır. Baş rolda Viya Artmane.  

Bu  əlamətdar  günlə  bağlı  kitabxanada  yuxarı  sinif 

şagirdlərinin  iştirakı  ilə  “The  World  of  English”  adlı  inşa 

müsabiqəsinin  keçirilməsi  məqsədəuyğun  olar.  Bu  inşa 

müsabiqəsində  əhatə  olunacaq  mövzular  ingilis  ədəbiyyatı, 

mədəniyyəti  və  incəsənətidir.  İnşalar  bir  səhifə  həcmində  və 

ingilis  dilində  yazılmalıdır.  Qiymətləndirmə  ingilis  dili 

müəllimlərindən  ibarət  komissiya  tərəfindən  aparılır.  Həm 

qrammatik baxımdan düzgün yazılan, həm də məzmunca zəngin 

olan inşalar yüksək balla qiymətləndiriləcəkdir. Qaliblər ingilis 

ədəbiyyatının 

məşhur 

əsərlərindən 



bir 

kitabla 


mükafatlandırılacaqlar.  

 

 




35 

 

Ümumdünya Gülüş Günü 

 

Hər  il  aprel  ayının  1-də  Avropada  və  bir  çox  Asiya 



ölkələrində Gülüş Günü keçirilir. Bu gün rəsmi bayram kimi heç 

bir  ölkənin  təqviminə  daxil  edilməsə  də,  dünyanın  bir  çox 

dövlətlərində  qeyd  olunur.  Həmin  günü  Böyük  Britaniyada 

“Səfehlər günü”, Fransada isə “Aprel balığı günü” adlandırırlar. 

Gəlin  əvvəla  bu  günün  tarixçəsinə  bir  nəzər  salaq.  Bəzi 

mənbələrə  görə  1  aprel  zarafatının  yaranması  belə  olub: 

Təqribən  5  əsrlik  tarixi  olan  Gülüş  Günü  ilk  dəfə  Fransada 

təşəkkül  tapıb.  1564-cü  ildə  Fransa  Kralı  IX  Çarles,  il  baş- 

lanğıcının yanvar ayının birinci günü olması barədə qərar verib. 

Amma bundan əvvəl də Fransada yeni ili 1 apreldə qeyd ediblər. 

O zamankı rabitə şərtlərində IX Çarlesin bu qərarı ölkədə çox da 

yayılmayıb.  Məsələdən  xəbərdar  olanlar  isə  protest  məqsədilə 

köhnə  adətlərinə  davam  edərək,  1  apreldə  şənliklər  keçiriblər. 

Digərləri  onları  “aprel  axmaqları”  adlandırıblar.  1  aprelə  isə 

“bütün  axmaqların  günü”  adını  veriblər.  Uzun  illər  sonra 

yanvarın  ilk  ay  olmasına  öyrəşiblər  və  1  aprel  gününü 

mədəniyyətlərinin  bir  parçası  sayaraq  Gülüş  Günü  kimi  qeyd 

ediblər. İndi bütün dünyada 1 Aprel Ümumdünya Gülüş Günü 

kimi  qeyd  olunur.  Başqa  rəvayətə  görə,  qədim  Romada  17 

fevralı  “Avamlar  bayramı  kimi”  keçirirmişlər.  Şərqi 

Hindistanda isə bu bayram martın 31-nə təsadüf edib. Rəvayətə 

görə, belə qeyri-adi ənənəyə təbiətin özü səbəb olub. Havanın 

yaz  şıltaqlıqlarını  əhali  gülüş  və  zarafatlarla  qarşılamaq 

məqsədilə  bu  günü  özlərinə  xoş  ovqat  yaratmaq  üçün  seçib. 

Azərbaycanda  isə  bu  gün  daha  çox  insanların  bir-birlərini 

aldatması  ilə  müşayiət  olunur.  Hətta  həmin  gün  televiziya 

kanallarında  gedən  bəzi  xəbərlər,  dövri  nəşrlərdə  dərc  olunan 



36 

 

informasiyalar da yanlış olur. Özü də bundan heç kəs incimir. 



Amma hamı çalışır ki, aprelin 1-i aldanmasın. 

Gülüş  gününün  kitabxanalarda  qeyd  olunması  çox 

məqsədəuyğundur.  Bu  günlə  əlaqədar  sərgilərin  qurulması 

vacibdir. Sərgi üçün aşağıdakı başlıqlardan istifadə etmək olar: 

“Gülüş  –  ömrü  uzadır”;  “Qoy  həmişə  gülüş  olsun  üzlərdə”; 

“Uşaqlar gülürsə, dünya gülür deməkdir” və s. Sərgini bir neçə 

bölmə  şəklində  qurmaq  olar:  I  bölmədə  dünya  yumorunun 

klassikası  olan  kitabları  düzmək  olar:  Molyerin,  Bomarşenin, 

Şekspirin komediyaları, M.Servantesin “Lamançlı Don Kixot” 

əsəri və s. II bölmədə rus ədəbiyyatı klassiklərinin: İlya İlf və 

Yevgeni Petrovun, İvan Krılovun, Sergey Mixalkovun, Korney 

Çukovskinin  və  s.  III  bölmədə  isə  Azərbaycan  ədəbiyyatının 

görkəmli 

nümayəndələrinin: 

S.Ə.Şirvani, 

Q.B.Zakir, 

M.Ə.Sabir,  C.Məmmədquluzadə,  H.Ziya  və  s.  əsərlərinin 

nümayiş  olunması  yaxşı  olardı.  Bir  bölməni  də  satirik 

mətbuatımıza həsr etmək olar: “Molla Nəsrəddin”, “Kəlniyyət”, 

“Zənbur”,  “Kirpi” və s.  

Gülüş  haqqında  məşhur  insanların  fikirlərindən  də 

istifadə etmək olar: 

Gülüş – günəşdir: o, insanın üzündən qışı qovur. 

 

 



 

 

 



 

   Viktor Hüqo, 

 

 

 



 

 

   fransız yazıçısı 



 

Yumor  hissinizi  itirməyin.  Qızılgül  üçün  ətir  nədirsə, 

insan üçün də yumor odur. 

 

 



 

 

 



    C.Qolsuorsi, 

 

 



 

 

 



    ingilis yazıçısı 

 


Yüklə 446,38 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə