F. Köçərli adına



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60280
1   2   3   4   5   6   7

 

                                 Bölmə I 



18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü  

     Biz  Azərbaycan  xalqının  tarix  və  mədəniyyət  abidələrinin 

mühafizəsinə daha çox diqqət və qayğı göstərməli, bərpa işlərini 

təkmilləşdirməliyik.  

  

 



 

 

 



Heydər Əliyev, 

 

 



 

 

 



ümumilli lider 

     Dünya  tərəqqi  etdikcə  ətraf  mühitə,  xüsusilə  də  memarlıq 

abidələrinə  yeni  baxış,  münasibət  yaranır.  Hər  bir  memarlıq 

abidəsi  öz  varlığında  təkcə  doğulduğu  tarixi  deyil,  həm  də 

məxsus  olduğu  dövrün  mədəni  mühitini,  maddi  imkanını, 

yaradıcısının təfəkkür tərzini, düşüncəsini əks etdirir.  Memarlıq 

abidələrinin  mühafizəsi  həm  də  maddi  və  mənəvi  həyatımızın 

güzgüsünü hifz etməklə onu gələcək nəslə çatdırmaq deməkdir.  

     Bu  gün  dünyanın  diqqəti  abidələrin  mühafizəsinə  yönəlib. 

Təbii  ki,  Azərbaycan  dövləti  də  milli  mədəniyyətimizin  

müxtəlif  məqamlarını  özündə  əks  etdirən  abidələrin 

qorunmasında, bərpasında və gələcək nəsillərə çatdırılmasında 

maraqlıdır. Ümumilli liderimiz  Heydər Əliyevin Azərbaycana 

rəhbərlik  etdiyi  dövrdə  bu  sahədə  müxtəlif  tədbirlər  həyata 

keçirilib.  Heydər  Əliyev  siyasi  kursunun  layiqli  davamçısı, 

dövlət başçısı İlham Əliyev Azərbaycan abidələrinin taleyi ilə 

bağlı  dəfələrlə  müxtəlif  sərəncamlar  imzalayıb,  bir  sıra 

tədbirlərin həyata keçirilməsinin təşəbbüskarı olub.  

     Azərbaycanda memarlıq sənətinin ilk elementləri, bildiyimiz 

kimi,  Qobustan  qaya  təsvirlərində  və  Gəmiqayada  öz  əksini 

tapmışdır.  Bu,  həm  də  onu  sübuta  yetirmişdir  ki,  Azərbaycan 

qədim  mədəniyyət  beşiklərindən  biridir.  XII  əsrdə  yaşamış 

Memar  Əcəminin  bu  günümüzə  qədər  gəlib  çıxmış  abidələri, 




 

müxtəlif bölgələrimizdə ucaldılmış saraylar maddi-mədəniyyət 



sərvətlərimizin ən gözəl nümunələridir.  

     Var-dövləti, əmlakı talan edilib uzaqlara aparılan, bizə ancaq 

boş  divarları  qalmış  Şəki  Xan  sarayı,  Şirvanşahlar  sarayı  və 

başqa  tarixi  binaların  özləri  elə  bir  abidədir.  Onlar  yalnız 

Azərbaycanın  deyil,  dünya  mədəniyyətinin  inciləri  sayılırlar. 

Hal-hazırda “İçərişəhər” YUNESKO-nun Dünya İrs Siyahısına 

salınmış bir abidədir. Məlumdur ki, ümumilli liderimiz Heydər 

Əliyev  İçərişəhərin  mühafizəsi  ilə  bağlı  vaxtilə  bir  neçə  dəfə 

sərəncam imzalamışdır.  

     Hər bir abidə tarixin əks-sədasıdır. Amma onlar illəri, əsrləri, 

müəyyən  təbii  prosesləri,  quruluş  dəyişmələrini  adladıqca 

müəyyən  deformasiyaya  məruz  qalır,  sökülür,  dağılır,  sıradan 

çıxır.  Bu  səbəbdən  də  hər  bir  abidənin  insan  əlinin  sığalına 

ehtiyacı  var.  Prezident  İlham  Əliyev  2  aprel  2017-ci  ildə 

“Azərbaycan  Respublikasında  monumental  və  memarlıq 

kompleksləri  haqqında”  sərəncam  imzalamışdır.  Həmin 

sərəncamda deyilir: “Ölkəmizin müxtəlif guşələrində ucaldılan 

monumental  heykəltəraşlıq  abidələri,  xatirə-memorial  və 

memarlıq  kompleksləri  bu  gün  artıq  şəhər  və  kəndlərimizin 

görkəminin  ayrılmaz  hissəsinə  çevrilmişdir.  Yüksək  estetik 

dəyərə  malik  olan,  milli-mənəvi  irsə  və  tarixi  keçmişə  dərin 

ehtiram  duyğusu oyadan bu  əsərlər Azərbaycan heykəltəraşlıq  

və memarlıq sənətinin gözəl nümunələridir”. 

     Məlumdur  ki,  monumental  heykəltəraşlıq  xəzinəmizin  qızıl 

fonduna daxil olmuş bütün abidələrin mühafizəsi və bərpası ilə 

bağlı  ölkə  başçısı  aidiyyəti  təşkilatların  qarşısında  konkret 

vəzifələr  qoymuşdur.  Həmin  sərəncamda  önəmli  cəhətlərdən 

biri də budur ki, cənab İlham Əliyev  XX əsrdə ucaldılmış, lakin 

görünüşü  bugünkü  dövrdə  bizi  qane  etməyən,  yəni  dünya 

satandartlarına  uyğun  olmayan  bəzi  xatirə  komplekslərinin  də 

Azərbaycançılıq  fəlsəfəsinin  meyarlarına  uyğunlaşdırılmasının 



 

zəruri  olduğunu  qeyd  etmişdir.  Həmin  sərəncamda  yeni       



tarixi-etnoqrafik abidələrin də yaradılması nəzərdə tutulmuşdur.  

     Ermənilərin  1988-ci  ildən  başlayan  torpaq  iddiaları 

Zəngəzur, Dərələyəz, İrəvan, Göyçə, Vedibasar...bölgələrindəki 

tarixi  abidələrin  zəbtinə,  sıradan  çıxmasına,  adlarının 

dəyişdirilməsinə  səbəb  oldu.  20  faiz  Azərbaycan  torpaqlarının 

işğalı  nəticəsində  oradakı  abidələrin,  maddi  mədəniyyət 

abidələrinin  dəyəri  və  mövcud  vəziyyəti  haqqında  tamamilə 

dəqiq  məlumat  yoxdur.  Bu  gün  dünya  abidələrin  beynəlxalq 

mühafizəsi  barəsində  düşünür.  Çox  təzadlı  məqamdır. 

Ermənistan  adlanan  ərazidə  azərbaycanlılara  məxsus  yüzlərlə 

mədəniyyət  abidələri  var  idi  ki,  ermənilər  onların  bir  hissəsini 

dağıdıb.  Bəzilərinin  də  adlarını  dəyişdirərək  tarixini 

saxtalaşdırıblar.  Bu,  adi  hərəkət  deyil,  qəsdən  törədilmiş 

cinayətdir.  

     İşğal olunmuş ərazilərdə qalan abidələr dünya, respublika və 

yerli  əhəmiyyətlidir.  Araşdırmalar  göstərir  ki,  ermənilərin 

caynaqlarına keçirdiyi rayonlarımızda 7 dünya əhəmiyyətli, 206 

respublika  əhəmiyyətli,  333  yerli  əhəmiyyətli  tarixi  və 

mədəniyyət  abidəsi  vardır.  Bir  qədər  bu  abidələr  haqqında 

məlumat verək.  

     Füzuli  şəhərinin  14  kilometr  qərbində  yerləşmiş  Azıx 

mağarası bizim eradan əvvəl yaradılmışdır. Bu qeyri-adi mağara 

dünyanın  ən  qədim  yaşayış  məskəni  sayılırdı.  Aparılan 

araşdırmalar  nəticəsində    də  məlumdur  ki,  Azıx  mağarasının 

sakinləri  əcdadlarımız  olub.  Təəssüf  ki,  dünya  əhəmiyyətli  bu 

tarixi  yerdən  indi  ermənilər  silah  anbarı  kimi  istifadə  edirlər. 

Şuşa  özü  tarix-memarlıq  qoruğu  kimi  hifz  edilirdi  və  dünya 

əhəmiyyətli  şəhər-abidə  sayılırdı.  İndi  orada  ermənilər  bütün 

tarixi  abidələri  yerlə-yeksan  edərək  yeni  Şuşa  qurmağa  cəhd 

göstərirlər. Eləcə də Ağdam rayonundakı Xaçın türbəsi (1314), 

Cəbrayıldakı  iki  Tağlı  Xudafərin  körpüsü  (XIII  əsr),  Kəlbəcər 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə