F. Köçərli adına



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60280
1   2   3   4   5   6   7

 

rayonundakı Gəncəsər monastrı (1238-ci il),  dünya əhəmiyyətli 



tarix  və  mədəniyyət  abidələridir.  Biz  indi  bu  abidələrin 

tarixindən xəbərsizik.  

     Bütövlükdə  Ağdamda  44,  Qubadlıda  31,  Zəngilanda  12, 

Kəlbəcərdə  39,  Laçında  54,  Füzulidə  52,  Xocalıda  16,  Şuşada 

228  (1  dünya,  110  respublika,  117  yerli  əhəmiyyətli), 

Xankəndində  1  tarix  və  mədəniyyət  abidəsi  işğal  edilmişdir. 

Zəbt olunmuş rayonların ərazilərində 10 mədəniyyət və istirahət 

parkı, 48 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbi, 3 teatr və 

3 rəsm qalereyası qalıb.  

     Azərbaycan  dövləti  milli  nədəniyyətimizin  müxtəlif 

məqamlarını  özündə  əks  etdirən  abidələrin  qorunmasında, 

bərpasında  və  gələcək  nəsillərə  çatdırılmasında  həmişə 

maraqlıdır. 

     Keçmişi  bu  gün  üçün  aydınlaşdırmadan,  tarixi  yaddaşı 

oyatmadan, 

uluların 

daşlaşmış-abidələşmiş 

pıçıltılarını 

eşitmədən  hər  hansı  bir  xalqın  ictimai  və  milli  şüurunun 

formalaşması qeyri-mümkündür. Tarixi tikililər əcdadlarımızın 

vətən torpağında daş hərflərlə yazdığı salnamələridir.  

     Şərqin  ən  qocaman  yaşayış  yerlərindən  biri  olan 

Azərbaycanın  elə  bir  guşəsi  yoxdur  ki,  orada  keçmişimizi 

özündə  yaşadan bir  abidə olmasın.  Yəqin elə buna görədir ki, 

Azərbaycanı açıq səma altında nəhəng muzey adlandırırlar.  

     İstər  qədim,  istər  orta  əsr,  istərsə  də  sonuncu  yüz  illikdə 

Azərbaycan  sənətkarlarının  əl  işləri  şərqin  ən  möhtəşəm,  ən 

qədim şəhərlərini bəzəyirdi.  

     Arxeoloji  qazıntılar  zamanı  aşkara  çıxarılmış  və  ya  hələ 

dağılmayıb  duruş  gətirən  qədim  memarlıq  abidələri,  daş 

kitabələr ulularımızın qərinələr arxasından gələn səsi, sədasıdır.  

     Repressiya  illəri  də  minlərlə  işıqlı  şəxsiyyətlərimiz  kimi 

tarixi  abidələrimizə  də  özünün  dəmir  “sığalı”nı  çəkdi. 

Məscidlər,  pirlər,  türbələr  və  s.  belə  tarixi  abidələr  dinlə 




 

əlaqələndirilib  insafsızcasına  dağıdıldı.  Məhv  olmuş  hər  bir 



tarixi  tikili  keçmişimizi  bizim  üçün  anlaşılmaz  etmiş, 

dünənimizə  uzanan  cığırlara  sədd  çəkmişdir.  Bu  sədlərin  hələ 

bizə 

məlum 


olan  ünvanları  ilə  addımladıqca  milli 

mədəniyyətimizə  edilən  sui-qəsdin  açıq-aşkarlığı  olduqca 

heyrətamizdir.   

 

          Bölmə II 



                    Tədbirlərin keçirilməsi 

     Biz  tarixi  keçmişimizə  nəzər  salarkən,  ulu  babalarımızın 

yaratdığı  və  indiyə  qədər  yaşayan  abidələrlə,  qalalarla, 

şəhərlərlə,  heykəllərlə,  yollarla  –  yaradılan  hər  bir  şeylə  fəxr 

edir  və  bunları  yaradanları  daim  xatırlayır,  onlara  öz 

minnətdarlığımızı bildiririk.   

Heydər Əliyev, 

ümumilli lider 

 

     Mədəniyyət  abidələrimizin  öyrənilməsi,  qorunması  və 

bərpası  istiaqamətində  ölkəmizdə  dünya  səviyyəsində  ciddi  iş 

aparılır.  Heç  təsadüfi  deyil  ki,  dünyəvi  əhəmiyyət  daşıyan 

abidələrimiz beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir. 

Belə  abidələrimizdən  bir  neçəsi  “YUNESKO-nun    “Dünya  irs 

siyahısı”na daxil edilmişdir.  

     Tarix  və  mədəniyyətimizin  inciləri  olan  abidələri  qorumaq 

hər  kəsin  borcu  və  vətəndaşlıq  vəzifəsidir.  Hər  bir  vətəndaşın 

ümdə  vəzifəsi  bu  abidələri  xalqa  tanıtmaq,  onlar  haqqında 

düzgün və elmi məlumat verməkdir. 

     18  aprel  Beynəlxalq  Abidələr  və  Tarixi  Yerlər  Günü.  Bu 

münasibətlə F. Köçərli adına Respublika Uşaq Kitabxanasında 

geniş və maraqlı tədbirlər planı hazırlanmışdır. Abidələrə təşkil 

edilən  ekskursiyalar,  vaxtaşırı  keçirilən  kitab  icmalları,  oxucu 

konfransları,  mühazirə,  söhbətlər  və  ən  əsası  sərgilər  də 




10 

 

abidələrimizin təbliğində çox təsirli tədbirlərdir. Belə tədbirlərin 



ən öndəsi sərgidir. Sərgilər müxtəlif cür keçirilə bilər. Məsələn, 

Beynəlxalq  abidələrin  foto  sərgisi,  Azərbaycan  ərazilərində 

yerləşən milli abidələrimizin foto sərgisi, kitab sərgisi və s. İlk 

əvvəl kitabxanada milli mədəniyyətimizin müxtəlif məqamlarını 

özündə əks etdirən abidələrin foto sərgisi nümayiş olunur. Daha 

sonra  kitabxananın  fondunda  yer  alan  kitabların,  dövri 

mətbuatda  nəşr  olunan  jurnal,  qəzet,  bukletlərin  nümayişi 

nəzərdə tutulur.

 

 

Sərgi qarşısında kitabxanaçı söhbətə başlayır. 



Kitabxanaçı:  Hər  bir  xalqın  özünəməxsus  tarixi,  mədəni  irsi 

olduğu kimi, Azərbaycanın da çox qədim tarixi, şanlı keçmişi və 

mədəni irsi vardır.  

     Bu  irsin  böyük  bir  qismini  tarix  və  mədəniyyət  abidələri 

təşkil edir ki, onlar da bəzən ya təbii təxribatlara uğrayır, ya da 

baxımsızlıq, nadanlıq üzündən qəsdən dağıdılıb sıradan çıxır.  

     Halbuki,  bunların  hamısı  bizdən  öncəki  nəslin  bu  torpaqda 

qoyub getdiyi tarixi izlərdir. Biz bu abidələrə laqeyd münasibət 

bəsləməklə  əsil-nəcəbimizi,  simamızı,  varlığımızı,  zəngin 

mədəniyyətimizi hissə-hissə itirmiş oluruq. 

     Gəlin  sizlərlə  birlikdə  kitabxanamızın  fondunda  yer  alan 

kitabların sərgisi və foto sərgi ilə tanış olaq.  

 

 

 



 

 

 



 

 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə