F. Köçərli adına



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60280
1   2   3   4   5   6   7

11 

 

                                         Foto sərgi 

 

     



12 

 

                                       Kitab sərgisi 



 

 

 



 

 

 



 


13 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 


14 

 

     F. Köçərli adına Respublika Uşaq Kitabxanasında keçirilən 



tədbirlərdən  biri  də  kitab  icmalıdır.  Kitabxanaçı  “Qarabağ 

abidələri” adlı kitabın icmalını  keçirmək üçün tədbirə bir çox 

qonaqları  dəvət  edir.  Tədbir  “Qarabağ  abidələri”  adlı 

videoçarxla  başlayır.  Daha  sonra  kitabxanaçı  kitab  haqqında 

geniş məlumat verir.  



     Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-

Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi  Şurasının  maliyyə 

dəstəyi  ilə  “Qarabağ  abidələri  dünən,  bu  gün”  layihəsi 

çərçivəsində çap olunmuşdur.  Kitabda  yer alan  məlumatlar üç 

dildə (azərbaycan, ingilis,  rus) verilmişdir.  

     Tədbirimizə  Ulu  öndər  Heydər  Əliyevin  kəlamı  ilə 

başlayırıq.  

     ...Azərbaycan xalqının gücü bir yerə toplanmalıdır, hamı bir 

hədəfə vurmalıdır...gərək hər kəs Vətən, torpaq, namus yolunda 

öz  payını  versin,  öz  borcunu  versin...  Xalqın  övladları  bu 

torpaqda 

doğulub, 

dünyaya 

gəliblərsə, 

atalarımızın, 

babalarımızın  ruhu  bizim  üçün  müqəddəs  və  əzizdirsə,  öz 

borcumuzu  verməliyik...  Torpaqlarımızı  erməni  terrorundan 

azad etməliyik. 

 

 

 

Heydər Əliyev, 

ümumilli lider 

Kitabxanaçı:  Azərbaycanın  Qarabağ  bölgəsi  dünyanın  ən 

qədim  insan  məskənlərindən  biri  2  min  il  yaşı  olan  Azıx 

düşərgəsi insanlarının yaşadığı ərazidir. Qarabağ ərazisi paleolit 

dövrünün  Quruçay  mədəniyyəti  yaradıcılarının  tunc  və  dəmir 

dövründə  mövcud  olan  və  bir-birini  əvəz  edən  Kür-Araz  və 

Xocalı-Gədəbəy  mədəniyyətlərinin  davamçılarının  yaşayış 

məskənidir.  

     Qarabağın  dağlıq  və  düzən  hissəsində  aşkar  edilmiş  qədim 

daş  abidələr  –  Xocalıdakı  dolmenlər,  Xankəndindəki 



15 

 

kromlexlər,  eləcə  də  Qarabağın  müxtəlif  yerlərindən  aşkar 



edilmiş  antik  dövrə  aid  daş  qutu  qəbirlər  həmin  dövrün 

ideologiyasını  –  mənəvi  düşüncə  tərzini  əks  etdirən  maddi 

mədəniyyət nişanələridir.  

     Qarabağ ərazisində 2000-dən artıq müxtəlif növ mədəniyyət 

abidəsi qeydə alınmışdır ki, bunların da əksəriyyətini epiqrafik 

abidələr təşkil edir. Azərbaycanın Şuşa, Ağdam, Bərdə, Füzuli, 

Zəngilan,  Cəbrayıl,  Laçın,  Kəlbəcər  rayonları  ərazisindən 

vaxtilə xeyli miqdarda tikili, qəbir və s. epiqrafik abidələri qeydə 

alınmış və tədqiq edilmişdir.  

     XVIII  əsrin  II  yarısında  Qarabağda  Bayat,  Şahbulaq, 

(Tərnəküt),  Pənahabad  (Şuşa)  qalaları  salınmış  və  həmin 

qalalarda  bazar,  karvansaray,  məscid,  hamam  və  s.  inşa 

edilmişdir.  Ağdamda  imarətlər,  Pənah  xana  və  nəslinə  aid 

günbəzlər tikilmişdir.  

     Qarabağ xanlığı dövründə bir çox qalalar (Bayat, Şahbulaq, 

Pənahabad  (Şuşa)  tikilmiş,  şəhər  və  qəsəbə  tipli  yaşayış 

məntəqələri  yaranmışdır.  Qarabağ  xanlığının  mərkəzi  Şuşada 

yaşayış  evlərinin,  ictimai  tikililərin  interyerində  divar 

naxışlarının gözəl və tipik nümunələri yaradılmışdır.  

     Bu  abidələrin  çoxu  Azərbaycanda  memorial  tikililərin  əsas 

növünü  təşkil  edir.  Hal-hazırda  işğal  altında  olduğuna  görə 

həmin abidələrin taleyi məlum deyil.  

     Torpağımızın  çox  qədim  tarixini,  keçmişimizi  və  bu 

günümüzü işıqlandıran tarix və mədəniyyət abidələrimiz mənəvi 

aləmin  misilsiz  yadigarı,  onun  bədii,  estetik  düşüncələrinin 

təcəssümü, maddi və mənəvi inciləridir.  

     Tarixi  və  mədəni  irsimizin  ən  qədim  nümunələri,  əlbəttə, 

arxeoloji  abidələrdir.  Azərbaycan  –  orta  əsrlər  dövrünün 

abidələri,  şəhər  və  şəhərgahları,  qalaları,  körpüləri,  məbədləri, 

karvansaraları və s. ilə də çox zəngindir.   




16 

 

     Kitab  “Xalq  sənətkarlığı”,  “Daş  fiqurlar”  adlı  bölmələri  ilə 



diqqəti  daha  çox  çəkir.  Kitabda  həmçinin  işğal  altında  olan 

rayonlarımız  haqqında  və  orada  yerləşən  abidələrin  siyahısı 

geniş şəkildə verilmişdir.  

     F. Köçərli adına Respublika Uşaq Kitabxanasında  18 aprel 

Beynəlxalq  Abidələr və  Tarixi  Yerlər  Günü ilə  əlaqədar təşkil 

olunan tədbirlərdən biri də kitabxananın nağıl otağında keçirilən 

“Nağıl  saatı”dır.  Bu  tədbir  oxucuların  ən  çox  sevdiyi  və 

maraqla  qarşıladığı  tədbirlərdən  biridir.  Kitabxanaçı  yazıçı 

Dilsuzun “Qız qalası” adlı nağılını oxucular üçün oxuyur.  

Kitabxanaçı: Biri vardı, biri yoxdu, qədim Oğuz elində Elxan 

adında bir igid  var idi.. Günlərin bir günü, o, say-seçmə oğuz 

ərlərini yanına çağırıb dedi: 

– Bəylər, yata-yata yanımız ağrıdı! Qılıncımız qınında paslandı! 

Oxumuzun yayı boşaldı! Bədöy atlarımızı minib, Xızı dağlarına 

çıxaq, əlik, turac, qırqovul, kəklik ovlayaq, yeyək-içək, eynimiz 

açılsın! 

     Oğuz  ərləri,  elə  bil,  himə  bənd  idilər,  bir  göz  qırpımında 

atlarını  yəhərlədilər,  qılınclarını,  ox-yaylarını  götürüb  yola 

düzəldilər. 

     Əliklərin, turacların, qırqovulların, kəkliklərin həm ətə-qana 

dolan, həm də bol vaxtı idi. Odur ki, günortaya qədər xeyli ov 

ovladılar.  Axırda  gəlib  bir  bulağın  üstündə  məclis  qurdular. 

Yedilər, içdilər, eynləri açıldı. Axşamüstü obalarına dönürdülər 

ki, talada bir marala rast gəldilər.  

Elxan dedi: 

–  Bəylər  ox  atmayın,  mən  bu  maralı  kəməndlə  diri  tutmaq 

istəyirəm! 

     Oğuz  ərləri  ona  keçi  qəzilindən  hörülmüş  bir  kəmənd 

verdilər.  Elxan  atını  dəhmərləyib,  maralın  arxasınca  düşdü. 

Qovhaqov,  qovhaqov,  axırda  gəlib  meşənin  qurtaracağında         

allı-güllü  bir  çəmənliyə  çıxdı.  Gördü  maral  gözəl-göyçək  bir 




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə