F. Köçərli adına



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60280
1   2   3   4   5   6   7

17 

 

qızın  yanında  dayanıb,  özü  də  elə  tövşüyür,  elə  tövşüyür, 



deyirsən, bəs, indicə nəfəsi kəsiləcək. 

Qız Elxanı görən kimi acıqlandı: 

– İgid, sən kimsən, cürət edib, mənim maralımı qovursan? 

Elxan gördü bu bir qızdı ki, vallah, aya deyir sən çıxma, mən 

çıxım,  günə  deyir  sən  çıxma,  mən  çıxım.  Bir  könüldən  min 

könülə aşiq oldu. Atından enib dedi: 

–  Adım  Elxandı.  Oğuz  ellərindənəm.  Ox  atsam,  oxuma  ox 

çatmaz!  Qılınc  çalsam,  qılıncıma  qılınc  çatmaz!  Bilmədim, 

maralını  qovaladım.  Əvəzində,  qaba-qaba  dağlarım  var-sənə 

qurban olsun! Suları gömgöy ırmaqlarım var-sənə qurban olsun! 

Kölgəli ormanlarım var-sənə qurban olsun! Adını de mənə!  

Elxanın sözləri qızın xoşuna gəldi. Dedi: 

– Adım Banudu. 

   Elxanla Banu elə oradaca əhd-peyman bağladılar. Sonra Elxan 

öz atına, Banu da öz atına minib yola düzəldilər. Maral da düşdü 

bunların arxasınca... 

   İndi  sizə  kimdən  deyim,  Qart  Məlikdən.  Oğuz  ərlərinin 

igidliyini,  şan-şöhrətini  gözü  götürmürdü.  Girəvə  axtarırdı  ki, 

aralığa  çaxnaşma  salsın.  Elə  ki,  eşitdi  Elxanla  gözəllər  gözəli 

Banu nişanlanıblar, bu gün-sabah da toylarıdı, paxıllığından az 

qaldı bağrı çatlasın. Qoşunu ilə gəlib durdu Oğuz ellərinin düz 

sərhəddində. Bundan xəbər tutan Elxan dərya kənarında hündür 

bir qala tikdirdi və Banuya dedi: 

– Səfərə çıxıram. Mən gələnə kimi burada qalarsan. 

   Elxan adlı-sanlı oğuz ərlərini də götürüb, Qart Məliyin üstünə 

getdi.  Qanlı  döyüş  oldu.  Oxlar  vıyıldadı,  qılınclar  şaqqıldadı. 

Qart Məlik gördü yenilir, Tösək qarını tez yanına çağırıb: 

– Bu zalım oğlu zalım axırımıza çıxacaq,-dedi. Bir çarə tap.  

Tösək qarı üz-gözünü turşutdu: 

– Bu qədər qoşunla sən öhdəsindən gələ bilməyəndən sonra mən 

nə edə bilərəm? 



18 

 

Qart Məlik yağlı dilini işə saldı: 



– Divin canı şüşədə olan kimi, Elxanın da canı Banudadı. İndi, 

bax, gör nə edirsən? Bu bir kisə qızıl da sənindi.  

Tösək qarı qızılları görən kimi yumşaldı və dedi: 

–  Elxan    dərya  kənarında  bir  qala  tikdirib.  Banunu  da  orada 

saxlayır. Görüm içəri keçə bilərəmmi? 

    Elxan 

qalanın 

girəcəyinə 

keşikçi 

qoymuşdu 

ki,                           

boy-buxununa,  qılıncına-qalxanına  baxanda  adamın  zəhmi 

yarılırdı. Tösək qarı keşikçiyə yaxınlaşmağa əvvəl ürək eləmədi, 

sonra özünü birtəhər ələ alıb, dedi: 

–  Bala,  Banuya  de  ki,  igidlər  igidi  Elxandan  ona  xəbər 

gətirmişəm. 

    Keşikçi  qapını  arxadan  qıfıllayıb  yuxarı  qalxdı.  Bir  azdan 

qayıdıb, Tösək qarıya dedi: – Buyur: 

Tösək  qarı  içəri  keçdi.  Hıqqına-hıqqına  pilləkənləri  yuxarı 

qalxdı. Banunu görən kimi dedi: 

– Kaş, ayaqlarım qırılaydı, kaş, gözlərim kor olaydı, kaş, dilim 

quruyaydı... 

Banu bərk narahat oldu, dedi: 

– Tösək qarı, bu nə sözdü danışırsan? Tez Elxandan mənə bir 

xəbər! Tösək qarı bir dizinə, bir sinəsinə döyə-döyə: 

– Qart Məliyin əli qurusun, atdığı ox Elxanın ürəyinə sancıldı,-

dedi. 

   Banu  əl  atıb  saçını  yoldu,  al  yanağını  yırtdı,  özünü  ora-bura 



çırpdı,  ahıldadı,  ufuldadı,  göz  yaşını  sel  kimi  axıtdı,  amma 

sakitləşmədi. Gəlinlik paltarını geyinib, qalanın başına qalxdı və 

oradan  özünü  dəryaya  atdı.  Bunu  görən  Tösək  qarı  tumanının 

ətəklərini yığıb, pilləkənlərdən üzüaşağı endi, kirimişcə qapıdan 

çıxdı.  

   Elxan,  Qart  Məliyi  məğlub  etmişdi.  Şölən  qurmuşdu.  Oğuz 

ərləri ilə şadlıq-şadyanalıq eləyirdi. Bir də gördü ki, Tösək qarı 

əllərini dizlərinə çırpa-çırpa gəlir, - dedi: 




19 

 

– Tösək qarı, imanı yanıq qarı, başmağı cırıq qarı, yenə nə olub? 



Tösək qarı əllərini dizlərinə çırpa-çırpa dedi: 

–  Ta  nə  olacaq?  Kaş,  ayaqlarım  qırılaydı!  Kaş,  gözlərim  kor 

olaydı!  Kaş,  dilim  quruyaydı!  Banu  qalanın  başından  özünü 

dəryaya atdı! 

    Elxan  bu  bəd  xəbəri  eşidən  kimi  cəld  atın  belinə  qalxdı,  üz 

tutdu qalaya sarı. Gəldi gördü el-oba yas içindədi. 

   Atından  enib,  qalaya  girdi,  düz  qırx  gün,  qırx  gücə  eşiyə 

çıxmadı. 

    Axırda Dədəm  Qorqud gəldi, Elxanı  qaladan çıxartdı, qolça 

qopuzunu çaldı, boy boyladı, soy söylədi, - dedi: 

– Bu qala  bu gündən “Qız qalası” olsun, “İsmət qalası” olsun,    

“Namus  qalası”  olsun!  Adını  mən  verdim,  ömrünü  də  tanrı 

versin! 

    Bu söz Tanrıya xoş getdi. Tanrı “Qız qalası” na dünya qədər 

ömür verdi... 

    Nağıl  bitdikdən  sonra  kitabxanaçı  oxucularla  birlikdə  “Qız 

qalası” na ekskursiya edir.   

    Azərbaycanın zəngin və məhsuldar torpağı hələ qədimlərdən 

ibtidai  insanları  özünə  cəlb  etmişdir.  Fəxrlə  qeyd  etmək  

lazımdır  ki,  Azərbaycan  torpağı  qədim  ibtidai  insanın  ilkin 

“beşiklərindən” 

biri 


olmuşdur. 

Son 


vaxtlara 

qədər 


Azərbaycanda  qədim  insan  izlərinin  tarixini  150-200  min  il 

hesab edirdiksə, görkəmli alimlərin səyi, apardığı tədqiqatların 

nəticəsində elm aləminə bir daha sübut olundu ki, Azərbaycan 

torpağı  1  milyon  500  min  il  bundan  əvvəl  qədim  insanların 

məskəni olmuşdur.  

    Respublikamızın müxtəlif guşələrində  aşkar olunmuş qədim  

qayaüstü  rəsmlər  bir  daha  sübut  edir  ki,  hələ  neçə  min  illər 

bundan  əvvəl  bu  ərazidə  qədim  ibtidai  insanlar  yaşamış  və  öz 

maddi  mədəniyyətini  yaradaraq  gələcək  nəsillərə  nümunə 

qoymuşlar.  




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə