F. Köçərli adına


F. Köçərli  adına Respublika Uşaq  Kitabxanasında



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60280
1   2   3   4   5   6   7

20 

 

     F. Köçərli  adına Respublika Uşaq  Kitabxanasında  18 aprel 



Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı təşkil olunan 

ekskursiyanın məqsədi orta yaş məktəb şagirdlərini tarixi yerlər 

və tarixi abidələrimizlə tanış etməkdir.    

     Qobustan 

dövlət 

tarixi-bədii 



qoruğunun 

bələdçisi 



“Qobustan tarixin daş səhifələri” adlı söhbətə  başlayır. 

Bələdçi: Qobustan Milli Tarixi-Bədii Qoruğu zəngin  qayaüstü 

təsvirlərə  malik  olmaqla  dünyanın  çox  az  bu  tipli  abidələri 

sırasında xüsusi yer tutur. Qeyd edək ki, Qobustan qoruğu beş 

dağdan-Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şanqardağ, Şıxqayadan 

ibarətdir. Dağlarda mövcud olan daş dövrünə və sonrakı vaxtlara 

aid 20 mağara-yaşayış yeri, 40 kurqan, 6000-dən artıq qayaüstü 

təsvirlər keçmişimizin şahidləridir.  

     Ərazidə tapılan insanın ilk əmək alətləri-çaxmaq daşı, vulkan 

şüşəsi,  müxtəlif  daş  alətlər  qoruğun  qədim  insan  məskəni 

olduğunu  sübut  etməklə  həm  də  onun  arxeoloji  landşaftıdır. 

Elmi  məlumatlara  görə,  Qobustan  qayalarında  4000-dən  çox 

petroqlif, yəni daş üzərində rəsm var. Bu rəsmlərdə heyvan və 

balıq  ovu,  məişət  səhnələri,  kollektiv  rəqslər,  müxtəlif,  o 

cümlədən  Günəşi  əks  etdirən  rəmzlər,  bürclər,  digər  fəza 

cisimləri diqqəti cəlb edir. Qayaüstü rəsmlərdəki  kişi və qadın 

təsvirləri  də  elmi  cəhətdən  maraq  doğurur.  Qobustandakı  bəzi 

qaya parçaları öz keyfiyyətinə görə adi daşlardan çox fərqlənir. 

Məsələn, burada elə daşlar var ki, üzərinə zərblə vurduqda, əsl 

qaval səsi çıxarır. “Qavaldaş” adlı qaya parçasına bu adı elə ona 

görə veriblər. 

     Abidənin tarixinə gəlincə, bu alimlərin qarşısında dayanan ən 

mürəkkəb məsələlərdən biri olub. Amma son illər sübut olunub 

ki, bu tarixi məkanın qayaüstü rəsmləri, ən qədim abidələri üst 

paleolit  dövrünün  sonuna,  yəni  35  min  il  əvvələ  aiddir. 

Bəşəriyyətin  ilkin  dövrlərini  öyrənmək  baxımından  qlobal 

mahiyyət kəsb edən Qobustan qayaüstü rəsmləri yalnız XX əsrin 




21 

 

əvvəllərində aşkarlanıb. Bu unikal abidə barəsində dünyaya ilk 



dəfə  məlumat  verən  şəxs  tarixçi  alim,  arxeoloq,  Azərbaycanın 

qədim  dövrlərinin  tədqiqatçısı  İshaq  Cəfərzadə  olub.  İkinci 

Dünya müharibəsi ərəfəsində  1930-cu ildə Qobustanda tədqiqat 

aparan alim, o vaxta kimi elm aləminə məlum olmayan qayaüstü 

rəsmləri-petroqlifləri aşkar edib. Qobustanın tədqiq olunması da 

elə  həmin  vaxtdan  başlanır.  İshaq  Cəfərzadə  ilə  yanaşı  digər 

tarixçi  alimlər-arxeoloq  Cəfərqulu  Rüstəmov  və  onun  həyat 

yoldaşı  Firuzə  Muradova  da  həyatlarının  35  ilini  Qobustanın 

öyrənilməsinə həsr ediblər.  

     Qobustanın  unikal,  özünəməxsus  landşaftını  nəzərə  alaraq, 

Azərbaycan Respublikası Nazirlər Sovetinin 503 saylı qərarına 

görə, 1966-cı ildə Qobustanın Böyükdaş, Kiçikdaş, Cingirdağ və 

Yazılıtəpə əraziləri Qobustan Dövlət Tarixi Bədii Qoruğu elan 

edilib.  Qoruq  2007-ci  ildə  YUNESKO  və  İSESKO-nun 

xoşməramlı  səfiri,  Heydər  Əliyev  Fondunun  prezidenti,  Milli 

Məclisin  deputatı  Mehriban  xanım  Əliyevanın  təşəbbüsü  və 

müraciəti  əsasında  YUNESKO-nun  Mədəni  İrs  Siyahısına 

salınıb.  Bu,  mədəni  irsimizin  dünyaya  tanıdılmasında  mühüm 

addım  olub.  Təsadüfi  deyil  ki,  elə  həmin  il  iyunun  11-də 

Azərbaycan 

Respublikasının  Prezidenti  İlham  Əliyev 

“Qobustan Milli Tarixi-Bədii Qoruğu ərazisində yerləşən tarixi 

və  mədəni  sərvətlərin  qorunması  haqqında”  sərəncam 

imzalayıb.  

     Qobustan açıq səma altında təbii muzeydi. Nəhəng qayaların 

halayında qədimlərdən dövrümüzə axıb gələn bir əhvalın ritmi 

duyulmaqdadı.  Ulu  babaların  daşlara  köçmüş  bu  qəribə 

“həyatı”nın qızmar günəşə, lacivərd səmaya, sinəsi  cadar-cadar 

torpağa  da  bir  az  oxşayışı  var.  İlk  insan  burada  sərbəst  sənət 

duyğularını daşlara köçürərkən həyatının qəribə səhifələrindən 

söhbət açıb. Qobustanda hər daş, hər qaya özlüyündə bədii sənət 

əsəridi.   




22 

 

     Qədim  qayaüstü  təsvirlər  tarixi-arxeoloji  abidələrin  ən 



maraqlı  və  sirlilərindəndir.  O,  bəşər  tarixini  öyrənmək  üçün 

obrazlı  “dilə”  malik  qiymətli  maddi-mədəniyyət  qalıqları, 

keçmişin  səhifələrini  işqlandıran,  ibtidai  cəmiyyətdə  insan 

əməyi  və  fəaliyyətini,  onun  həyatını  və  dünyagörüşünü 

rəngarəng  və  əyani  şəkildə  əks  etdirən  tarixi  sənəd  “canlı” 

arxivdir. 

     Qayaüstü  təsvirlər  qədim  insanların  həyat  tərzi  haqda 

biliklərimizin  qiymətli  mənbələrindən  ibtidai  yaradıcılıq 

yollarının  inkişafını  təsəvvür  etməyə  imkan  verən  qədim 

incəsənət  əsərləridir,  qədim  nəsillərin  özləri  haqda  canlı 

hekayələridir.  

     F.  Köçərli  adına  Respublika  Uşaq  Kitabxanasında  təşkil 

olunan  tədbirlərdən  biri  də  oxucular  arasında  keçirilən 

viktorinalardır.  Viktorinanın  orta  məktəbin  yuxarı  sinif 

şagirdləri arasında keçirilməsi nəzərdə tutulmuşdur.  



Kitabxanaçı viktorinanı açıq elan edir. 

Kitabxanaçı:  Dünyada  hər  bir  ölkə  öz  əzəmətli  abidələri  ilə 

tanınır.  Məsələn,  Fransa  Eyfel  qülləsi  ilə,  Rusiya  Kremllə, 

Azərbaycan  Qız  qalası,  Hindistan  Tac-Mahal  ilə  və  s.  Belə 

abidələr  dünyada  sonsuz  saydadır. 

Bunların  içərisində  Amerikada  ucalan 

azadlıq abidəsinin öz yeri var. Dünyada 

məşhur  olan  Azadlıq  abidəsi  fransızlar 

tərəfindən amerikalılara hədiyyə olunub. 

Bu  abidənin  layihəsi  elzaslı  Fredrix 

Avqust  Bertold  tərəfindən  hazırlanıb. 

Abidə Fransa ilə Amerika arasında olan 

dostluq  münasibətlərini  əbədiləşdirməli 

idi.  Hündürlüyü  152  fut,  225  ton 

poladdan  hazırlanmış  abidənin  tikilişinə  fransızlar  250  min 

dollar pul sərf ediblər. Abidənin dayaq hissəsini isə amerikalılar 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə