F. Köçərli adına



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60280
1   2   3   4   5   6   7

23 

 

özləri hazırlayıb. Dayağın tikilişində minlərlə amerikalı iştirak 



edib. Yalnız dayaq üçün onlar 270 min dollar pul sərf ediblər. 

1886-cı  il,  oktyabrın  28-də  Amerika  prezidenti  Klevlend  bu 

məşhur  abidəni  Fransa  hökumətindən  qəbul  edib.  Abidə  Nyu-

Yorkda, Azadlıq adasında üzü okeana tərəf yerləşdirilib. Bu, sağ 

əlində məşəl, sol əlində kitab olan əzəmətli bir azadlıq ilahəsidir. 

Sonralar  ABŞ-da  abidənin  şərəfinə  bir  sıra  tədbirlər  keçirilib. 

Hətta 1972-ci il sentyabrın 26-da prezident Nikson abidənin özül 

hissəsində  mühacirlər  muzeyinin  təşkil  edilməsi  haqqında 

sərəncam verib. Azadlıq abidəsi yalnız Amerikanın deyil, bütün 

dünya ölkələrinin azadlıq rəmzidir. Milyonlarla insan dünyanın 

hər tərəfindən bu əzəmətli abidəyə baxmaq üçün gəlir.  

     Əziz  viktorina  iştirakçıları!  Hər  bir  insan  ölkəsinin  tarixini 

nəinki  dərsliklərdən,  nağıllardan,  əfsanələrdən,  eləcə  də 

ölkəsinin  zəngin  olduğu  tarixi  abidələrdən  və  tarixi  yerlərdən 

öyrənir. İndi isə viktorinanın suallarını sizlər üçün təqdim edirik.  

 

1.



 

  Beynəlxalq  Abidələr  və  Tarixi  Yerlər  Günü  nə 



vaxt qeyd olunur? 

      


Cavab:   YUNESKO-nun   qərarı   ilə   1983-ildən 

        


 etibarən  hər  il  aprelin  18  dünyada  “Beynəlxalq   

         Abidələr bə Tarixi Yerlər Günü” kimi qeyd olunur. 

2.

 



 Düşünürsünüz ki, bu günü təqvimdə qeyd etmək 

lazımdır? 

3.

 

 



Cavab: Bəli. 

4.

 



 Bilirsinizmi ki, bizim şəhərin hansı abidələri tarixi 

abidə kimi qiymətləndirilir? 

5.

 



Cavab:  Qız  qalası,  Qobustan  Tarixi  qoruğu, 

Şirvanşahlar sarayı, Qoşa qala qapısı və s. 

6.

 



 Bizim ölkədə siz hansı tarixi yerləri ziyarət etmək 

istərdiniz? 

7.

 



Cavab: Qız qalasını, Şirvanşahlar sarayını... 




24 

 

8.



 

 

Dünyanın  hansı  tarixi  yerlərinə  ziyarət  etmək 



istərdiniz? 

9.

 



Cavab: Tac Mahal, Eyfel qülləsi, Azadlıq heykəli 

və s... 

10.


 

 Hansı dünya möcüzələrini siz tanıyırsınız? 



      

Cavab: Misir piramidaları – Misir 

         

Semiramidanın asma bağları – Əl Hilləh, İraq 

        Artemida məbədi – İzmir, Türkiyə 

        Rodoslu Koloss – Rodos, Yunanıstan 

        İsgəndəriyyə mayakı – İsgəndəriyyə, Misir 

        Halikarnas mavzoleyi – Bodrum, Türkiyə. 

11.

 

  Hansı  tarixi  yerlərin  dünya  möcüzəsi  kimi    



sayılmasını istərdiniz? 

Qobustan, Əshabi-kəhf. 

12.

 



 Sizcə insanlara abidələr və tarixi yerlər haqqında 

bilmək lazımdırmı?  

13.

 



Cavab: Bəli. 

     Əziz  viktorina  iştirakçıları,  indi  isə  sizə  ən  yaxşı  dünya 

abidələri siyahısını təqdim edirik.  

Tac Mahal – Hindistan 

Eyfel qülləsi – Paris 

Azadlıq heykəli – Nyu York 

Pyotrun qədim şəhəri – İordaniya 

Qızıl meydan kreml sarayı – Moskva 

Kolizey – Roma 

Böyük Çin səddi – Çin 

Akropol – Afina 

Əhhambra sarayı – İspaniya 

Stounxeyd – İngiltərə 

Anqkoq-Vat kilsəsi – Kambogya 

Muai fiqurları – Pasxa adası 

İsa Peyğəmbərin heykəli – Rio-de-Janeyqo 




25 

 

İnk tayfalarının arxeoloji kompleksi – Maçu-Pukç – Peru 



Çuçen-içe piramidaları – Meksika 

Kiomuça kilsəsi – Kioto 

Noyşvanştayn qəsri – Almaniya 

Timbuktu orta əsrlər şəhəri – Mali 

Operanın binası – Avstraliya, Sidney 

Aya Sofya məbədi – Türkiyə  

Qize piramidaları 

     İbtidai  icma  dövrü  adlandırılan  çox  qədim  zamanlardan 

başlayaraq  bəşər  övladının  bu  dünyada  yaşayışı  nəinki  izsiz 

ötməmiş,  əksinə,  o,  özündən  sonrakı  nəsillərə  çox  şeylər 

söyləyəcək  maddi  və  mənəvi  mədəniyyət  qoyub.  Dünya 

xalqlarının  keçmişi,  həyat  tərzi  onun  tarixi  abidələrində  və 

yerlərində təcəssüm olunur. Nələrsə bu günümüzə bütöv gəlib 

çatıb,  nələrdənsə  xarabalıqlar  qalıb,  nələrsə  öz  izini  yalnız 

nağıllarda,  əfsanələrdə  saxlayıb.  Bunun  da  təbii  fəlakətlər, 

müharibələr, “bərpa” adı altında məqsədli dəyişmələr, dağıdılma 

və nəhayət, zaman kimi səbəbləri var. 

     İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa 

da,  mövcud  durumu  ilə  bizlərə  çox  şey  söyləyir.  Zəngin 

müşahidə  qabiliyyəti  və  mütəxəssisin  gözü  isə  bu  abidələrdən 

çox  sirləri  oxuyur.  Abidələr  və  tarixi  yerlər  öz  görkəmləri  ilə 

xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, vətən 

sevgisi  və  ona  sadiqlik  hisslərini  aşılayır.  Xalqın  mənəvi 

xəzinəsinin, “mən”inin cəmləşdiyi bu maddiyyat  insanlara ulu 

əcdadlarından  danışır,  milli  özünüdərkin  formalaşmasında 

mühüm  rol  oynayır.  Abidələrin  və  tarixi  yerlərin  dağıdılması 

xalqın, millətin varlığının məhvi deməkdir. 

     Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində 

nə qədər dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv 

olmaq  təhlükəsindədir.  Bu  baxımdan  Beynəlxalq  Abidələr  və 

Tarixi  Yerlər  Gününün  təsis  olunması  böyük  əhəmiyyətə 

malikdir. 




26 

 

     Erməni  qəddarlığı,  amansızlığı  barədə  fikir  söyləmək 



istəmirik.  Çünki  onların  qeyri-adi  insani  cəhətləri,  mənfur 

xislətləri bəllidir. Ancaq rəsmi məlumata istinadən bəzi faktları 

xatırladırıq:  indi  Ermənistan  adlanan  ərazidə  azərbaycanlılara 

məxsus  1200  abidəni  ya  darmadağın  ediblər,  ya  da 

“özəlləşdiriblər”.  Onların  yırtıcılığı,  dağıdıcılığı  o  həddə 

çatmışdı ki, hətta ötən əsrin 70-ci illərində Kəlbəcərin, Laçının, 

Şuşanın,  ümumiyyətlə,  Qarabağ  ərazilərindəki  daş  fiqurlara, 

tarixi  yadigarlara  öz  əqidələrinə,  məsləklərinə  uyğun  işarələr 

vururdular.  

     26 ildir ki, özü tarixi abidə  kimi  qəbul  edilən Şuşa düşmən 

tapdağı  altında  inildəyir.  Sakinləri  ata-baba  yurd  yerlərindən 

məcburiyyət  qarşısında  didərgin  düşüblər.  Özü  yandırılıb, 

dağıdılıb, uçurulub. Qəsbkar ermənilərin alçaqlığı o həddə çatıb 

ki,  dünyada  tanınan  dahi  Üzeyir  bəy  Hacıbəyovun,  Bülbülün, 

Natəvanın “Bazar başı” deyilən ünvanda ucaldılmış büstlərini də 

güllələyiblər.  

     İşğal altındakı ərazilərdə Dirili Qurbaninin, Sarı Aşığın, Aşıq 

Ələsgərin  məzarları  da  dağıdılıb,  təhqirə  məruz  qalıb.  Füzuli 

rayonundakı  Azıx  mağarası  uçurdulub.  Zəngilan    ərazisindəki 

106 hektarlıq “Rəzdərə  çınarlığı” yerlə yeksan olunub.  

     Qədim    azərbaycan  torpağı  memarlıq  abidələrilə  zəngindir. 

Bu  xəzinəyə  saysız-hesabsız  saray,  türbə,  məscid,  xanəgah, 

karvansara,  hamam,  körpü,  ovdan,  qala,  bürc,  yaşayış  binaları 

daxildir. El arasında deyirlər ki, xalqın keçmişini, tarixini onun 

abidələrindən  soruş.  Hər  il  arxeoloqlarımız  Azərbaycan 

memarlarının yaratdığı yeni-yeni abidələri aşkar edirlər.  

     Bu  abidələrin  xeyli  hissəsi  Azərbaycanın  qədim  torpağı  və 

gözəl guşəsi olan Naxçıvan Muxtar Respublikasının ərazisində 

yerləşir. Dünya şöhrəti qazanmış Yusif  ibn Küseyir və Möminə 

xatun  türbələri,  Culfa  yaxınlığında  “Gülüstan”  və  Qarbağlar  

kəndindəki  qoşa  türbələr,  Oğlanqala  və  Əlincəqala  kimi 



27 

 

möhtəşəm müdafiə istehkamları bu diyarın hüsnünü bəzəyir. Bu 



abidələr  klassik  kompozisiyası,  rəngarəng  kaşıları,  həndəsi 

xətlərlə  qurulmuş  zəngin  naxışları,  böyük  ustalıqla  yaradılmış 

tağ-taçaları ilə insanı valeh edir. Möminə xatun türbəsinin girişi 

üstündəki  ibrətamiz  yazı  ilk  baxışda  diqqəti  cəlb  edir.  “Biz 

gedəcəyik,  dünya  duracaq.  Biz  öləcəyik,  bu  yadigar  qalacaq”. 

Kimdir  bu  yadigarın  müəllifi?  Əcəmi  Naxçıvan  memarlıq 

məktəbinin  banisi,  həmin  məktəbin  yüksək  nailiyyətlərinin 

yaradıcısıdır.  O,  təkcə  orta  əsr  Azərbaycanının  deyil,  habelə 

Şərqin dahi memarlarından olmuşdur.  

     Naxçıvan  şəhərinin  mərkəzində  Yusif  Kuseyir  oğlu  türbəsi 

ucalır.  Yusif  Kuseyir  oğlu  türbəsi  səkkizbucaqlı  gövdədən  və 

piramidaya bənzər günbəzdən ibarətdir. Türbənin səthini örtən 

və ona yaraşıq verən həndəsi ornametlərin yuxarı tərəfində onun 

1162-ci ildə Naxçıvan memarı Əcəmi Əbubəkr oğlu tərəfindən 

tikildiyi haqda məlumat həkk olunub.  

     Əcəmi Əbubəkr oğlu 1126-cı ildə Naxçıvanda anadan olmuş, 

öz məşhur əsərlərini burada  yaratmışdır. Əcəmi  Azərbaycanın 

memarlıq  tarixində  dərin  iz  qoymuş,  xalqımızın  orta  əsr 

abidələrinin müəllifləri sırasında fəxri yer tutmuşdur. Dövrünün 

baş  mühəndisi  öz  şah  əsərləri  ilə  Yaxın  Şərqin  memarlıq 

aləmində  də  xüsusi  yer  tutmuşdur.  Qeyd  edək  ki,  X  əsrdə 

Naxçıvan  memarlıq  məktəbin  yaranması  və  XII  əsrdə 

Naxçıvanın  Eldəgizlərin  paytaxtına  çevrilməsi  şəhərin 

inkişafında,  quruluşunda  və  mədəniyyətində  böyük  rol 

oynamışdır.  Məhz  keçmişin  nadir  orijinal  abidələri  bu  dövrdə 

yaranıb.  Sonrakı  əsrlərdə  isə  döyüşlər  nəticəsində  xalqımızın 

tarixini  özündə  yaşadan  yüzlərlə  tikili  mühafizə  olunmayıb, 

uçulub-dağılıb, xarabalığa çevrilib.  

     Yusif  Kuseyir  oğlu  türbəsinin  divarlarının  qalınlığı  80 

santimetrdir. 

Abidə 

bərpa 


edilmiş,  dağılan  hissələri 

düzəldilmişdir.  




28 

 

     1186-cı ildə inşa edilmiş Məhəmməd Cahan Pəhləvanın anası 



Möminə  xatunın  xatirəsini  əbədiləşdirən  bu  türbə  yerli  əhali 

arasında “Atabəy günbəzi” adı ilə də məşhurdur. Abidə yeraltı 

(sərdaba) və yerüstü hissələrdən ibarətdir. Möminə xatun türbəsi 

memarın şah əsəri, memarlıq tarixinin yüksək zirvələrindən biri, 

tarixçilərin daim tədqiqat obyektidir.  

     Əcəmi Möminə xatun türbəsində memarlıqda ilk dəfə olaraq 

bir  sıra  yeniliklər  işlədib.  Tağlar  vasitəsilə  günbəzin 

saxlanmasına, türbənin içərisini bəzəyən kitabəli medalyonlara, 

kərpiclərin  firuzəyi  kaşı  ilə  örtülməsinə  sonrakı  əsrlərdə 

müxtəlif  ölkələrin  memarlıq  abidələrinə  də  rast  gəlmək 

mümkündür.  

     Əlbəttə,  orta  əsrin  şəhərlərinin  abidələrini  düşməndən 

qorumağa  Naxçıvan  torpağında  istehkamlar  və  qalalar  da 

tikilibmiş.  Orta  əsr  əzəmətli  tikintilərindən  “Əlincəqala” 

ornament  bəzəkləri  ilə  tanış  olduğumuz  qalalardan  fərqlənir. 

Qalanın  divarları  dağın  ətəyindən  qalxıb,  dağın  təpəsini  əhatə 

edir.  Əlincəqalanın  həm  möhkəmliyi,  həm  də  su  ilə  təmin 

olunması  bizim diqqətimizi  cəlb  edir,  çünki  bilirik ki,  qalanın 

suyu olmasa, müdafiə olunanların vəziyyəti çətin olar.  

     Qalanın  su  quyusu  da,  bulağı  da  yoxdur.  Arx  ilə  kənardan 

bulaq  suyu  gətirmək  olmaz,  düşmən  yolunu  kəsə  bilər. 

Memarlar  çıxış  yolu  tapıblarmış.  Qalanın  ərazisində  qayalarda 

xəndəklər  qazıb,  onları  böyük  hovuzdara  birləşdiriblər.  Yağış 

suyu xəndəklərdən hovuzlara dolub, qalanı müdafiə edənləri su 

ilə təmin olmağa imkan verirdi.  

     Naxçıvan  zümzüməli  çaylar,  əfsanəvi  meşələr,  əlçatmaz 

qayalar, həm də abidələr ölkəsidir. Müasir Naxçıvanın yaraşığı 

olan  qədim  abidələr  keçmişin  yadigarıdır.  Elə  onların  bir  çox 

nümunələri  xalqımızın  memarlıq  sənətinin  çox  yüksək 

səviyyədə olduğunu sübut edir.  




29 

 

     Tarixi  abidələr  və  tarixi  yerlər  günündən  danışarkən  heç 



şübhəsiz Əshabi-kəhf ziyarətgahının adını çəkməmək mümkün 

deyil.  Nənə  babalarımızdan  “Ya  Əshabi-Kəhf,  Ya  Mirismayıl 

ağanın  günbəzi...” adlı dualar eşidərdik. Demək olar ki, bütün 

çətin işlərdə Allaha üz tutulan dualarda bu sözlər işlədilərdi.  

     Yüz  illərdir  ki,  insanlar  bu  ziyarətgaha  gələr,  niyyət  edər, 

qurbanlar  kəsərlər.  Müqəddəs  kitabımız  Qurani-Kərimdə  bu 

ziyarətgahın adı çəkilmiş, hətta Quranda ayrıca “Kəhf” surəsi də 

nazil edilmişdir. Bir çox deyimlərdə deyilir ki, bu yerlər Allahın 

varlığını,  hökmünü,  qüdrətini,  böyüklüyünü,  ucalığını  təsdiq 

edən dağ möhürüdür. Çox-çox keçmiş zamanlarda Ağrı dağı ilə 

İlanlı dağ arasında, Arazın sahilində, uca dağlar başındakı böyük 

bir şəhərdə Dağ Yunis adlı bir hökmdar yaşayırmış. Qüvvətli və 

tədbirli olmaqla bərabər həm də  çox zalım və qaniçən imiş. O 

hər  gün  qapılarından  ikiyə  parçalanmış  insan  cəsədi  asdırar, 

xalqı itaətdə saxlamaq üçün hər hansı zülmdən çəkinməzdi. O, 

“Mən  bir  Tanrıyam!”  deyərək  insanlara  zülm  etməkdən,  əzab 

verməkdən zövq alardı.  

     Hökmdarın vəziri Təmleyxa çox ağıllı və idarklı bir adam idi. 

O, Dağ Yunisin zülmlərini xeyli götür-qoy edərək şübhə içində 

qaldı. O düşündü ki, Dağ Yunis də elə bizim kimi adamdır. Hər 

gün  nə  qədər  günahsız  insan  öldürür.  Əgər  doğrudan  da 

Tanrıdırsa,  görəsən  illərlə  beynində  ona  əziyyət  verən  bir 

məxluqu  niyə  öldürə  bilməyib.  Hələ  gənc  yaşlarında  Dağ 

Yunisin beyninə bir milçək girib orada özünə yer eləmişdi. Hər 

dəfə milçək hökmdarın başında tərpəndikcə dəhşətli ağrılar onu 

əldən  salırdı.  Beləliklə,  vəzirin  şübhələri  günbəgün  artır.  Bir 

dəfə  o,  öz  şübhələrini  yaxın  dostu  Bəhruzla  bölüşəndə  məlum 

olur ki, o sonra sarayın daha dörd nəfər əyanı həmin şübhələrlə 

onlara qoşulur. Nəhayət, gecələrin birində bu altı nəfər əlbir olub 

“Dağ  Yunis  Tanrı  deyil,  biz  həqiqi  Tanrımızı,  bütün  aləmi 

yoxdan  yaradan  əsl  Allahımızı  tanımalıyıq”,  deyə  sarayı  tərk 



30 

 

edirlər. Xeyli gedəndən sonra bir çobanla rastlaşırlar. Dərdlərini 



onunla bölüşəndə çoban deyir: – Bu şübhə çoxdandır mənim də 

ürəyimə düşüb. 

     O  da  yolçulara  qoşulur.  Bir  azdan  qarşılarına  çıxan  iti  nə 

qədər  qovurlarsa,  it  uzaqlaşmır.  Çoban  köpəyin  hürüb  səs 

salacağından,  beləliklə  də,  yerlərinin  məlum  olacağından 

qorxaraq onun ayağını qırır. İt dilə gəlib deyir: 

– Niyə məni şikəst elədin, ay mənim sahibim? Məni sizi Yaradan 

yaratdı,  mən  də  onu  axtarmağa  gedirəm.  Yolçular  heyrətə 

gəlirlər:  

–  Bizi  heçdən  yaradan  və  heyvanı  insan  kimi  danışdıran 

kimdirsə, odur bizim Tanrımız! Onlar  yenidən  yola düzəlirlər. 

Bir qədər sonra  yaralı it elə  yoldaca ölür. Yolçular iti basdırıb 

acza  dincəlirlər.  Səhər  saray  adamları  yolçuların  izi  ilə  həmin 

yerə  gəlib çıxsalar da, parçalanmış  qayaların qarşısında böyük 

bir  hörümçək  yuvası  görüb  burada  heç  kəsin  olmadığını  zənn 

edirlər.  

     Yuxudan  ayılmış  yolçular  çox  ac  olduqlarından  dostlarının 

birini yaxınlıqdakı Naxçıvan şəhərinə çörək almağa göndərirlər. 

Dükanda kişinin verdiyi pula baxan çörəkçi əsəbləşir: 

– Köhnə pul verib məni aldatmaqmı istəyirən? 

–  Nə  danışırsan,  a  kişi,  bu  pulu  dünən  xəzinədən  maaş  kimi 

almışam.  

– Bu üç yüz il əvvəlin puludur. Üzərində  Dağ Yunisin şəkli də 

var.  Babam  deyərdi  ki,  üç  əsr  əvvəl  yaşamış  Dağ  Yunis  çox 

qəddar və zalım imiş. Allah onun torpağına od tökmüş, sarayını 

yandırıb dağıtmışdır.  

     Yolçu  bu  söhbəti  eşitcək  tez  dostlarına  xəbərə  gedir.  Onlar 

başa  düşürlər  ki,  üç  yüz  il  yatıblar  və  mağara  onları  böyük 

sədaqətlə  düşmənlərdən  gizlədə  bilib.  Yolçular  ələ  keçməmək 

üçün Allaha üz tutub yalvarırlar ki, bizi qeyb elə! Dağ ortadan 

ayrılır  və  yeddi  yoldaş  yoxa  çıxır.  Onları  izləyən  çörəkçinin 



31 

 

adamları bu hadisəni görüb heyrətə gəlirlər. O zamandan bu yer 



Əshabi-Kəhf adlanır və insanlar onu ziyarət etməyə başlayırlar.  

     Bu,  Əshabi-Kəhflə  bağlı  xalqın  illərlə  qəlbində,  beynində 

yaşatdığı rəvayətdir. Bu rəvayət tarixin hansı həqiqəti və nağılı 

ilə  həmahəngdir bilmirik. Bircə onu bilirik, biz bu rəvayətləri, 

nağılları,  həqiqətləri  yaşadıb,  gələcək  nəsillərə  çatdırmalı, 

inanclarımıza  inanmalı,  bu  müqəddəs  ocağın  müqəddəsliyinə 

inanmalıyıq.  

     Azərbaycan rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində 

ölkəmizdə  tarixi  abidələrin  tədqiqi,  mühafizəsi  və  bərpası, 

mədəniyyət 

nümunələrinin  beynəlxalq  aləmdə  təbliği 

istiqamətində  böyük  işlər  görülür.  Bütün  bunlar  isə 

Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti 

ilə birgə inteqrasiyasını təmin edir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

     


 

 



32 

 

Ədəbiyyat siyahısı 



Azərbaycan İslam Mədəniyyəti Abidələri : abidələr, alimlər, 

mütəfəkkirlər, məktəblər. - Bakı : Aspoliqraf, 2008. - 152 s.   



Azərbaycan  tarixi  atlası.  -  Bakı  :  Bakı  Kartoqrafiya  Fabriki, 

2007. - 55 s. : xəritə, rəngli foto. 



Azərbaycanın  tarixi  abidələri  və  toponimləri.  -  Bakı  : 

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2016. - 648 

s. 

Bayramov  R.  XI  -  XVIII  əsrlər  Azərbaycan  memarlıq 

abidələrinin tipoloji təsnifatı. - Bakı : Şərq-Qərb, 2013. - 136 s.  



Əbdülrəhimov R. Erkən kapitalizm dövrünün memarlığı (XIX 

- XX əsrin əvvəli). IV cild = Architecture in the early period of 

capitalism (The XIX - begining of the XX c.c.). - Bakı : Şərq-

Qərb, 2013. - 344 p. (Azərbaycan memarlıq tarixi = History of 

Azerbaijan Architecture). - Azərbaycan və ingilis dillərində.  

Ələkbərli Ə. Qərbi Azərbaycan abidələri = Monuments of the 

western Azerbaijan. - Bakı : Ağrıdağ, 2006. - 328 s. : il., rəngli 

foto. - Azərbaycan və ingilis dillərində.  

Əmənzadə  R.  Azərbaycan  memarlığı  XV  -  XIX  əsrin 

əvvəllərində.  III  cild  =  Архитектура  Азербайджана  XV  - 

начала  XIX  веков.  -  Bakı  :  Şərq-Qərb,  2013.  -  232  s.    - 

(Azərbaycan  memarlıq  tarixi  =  История  Архитектуры 

Азербайджана). - Azərbaycan və rus dillərində. - (supercildli). 

Hacıyev Q. Qarabağın maddi və mənəvi mədəniyyəti. - Bakı : 

Təhsil,  2010.  -  152  s.  :  foto,  rəngli  foto,  xəritə.-  Azərbaycan, 

ingilis və fransız dillərində. 

  

Hüseynov  A.  Tarixdə  baş  vermiş  döyüşlər.  Ölkələr  arasında 

bağlanmış müqavilələr. Vergilər və torpaq mülkiyyəti formaları. 

Tarixi abidələr. - Bakı : Araz, 2007. - 104 s.  




33 

 

İbrahimov K. Bakı. İçərişəhər. - Bakı : Çinar - Çap, 2006. - 256 

s. : foto. 

Qarabağ  abidələri  =  Karabakh  monuments  =  Памятники 

Карабаха. - Bakı : Günəş, 2009. - 183 s. : foto.rəng., rəng.şək. 



Qiyasi C. Erməni mənəvi terroru :  Adlar dəyişsə də, tarix qalır 

=  Armenian  acts  of  cultural  terrorism  :  History  remembers, 

while names changed.  -  Bakı : Kitab klubu, 2007.  - 80 s. : il., 

foto. - Azərbaycan və ingilis dillərində.  



Məmmədov N. İşğal altındakı tarixi - dini abidələrimiz. - Bakı 

: Nurlar NPM, 2015. - 96 s. 



Müharibə və tarixi - mədəniyyət abidələrimiz : İşğal olunmuş 

Azərbaycan ərazilərində xanəgahlar, pirlər, ziyarətgahlar. - Bakı 

: [s. n.], 2006. - 56 s.  

Pirsultanlı  S.  Azərbaycan  əfsanə  və  rəvayətlərinin  ədəbi 

abidələrimizlə müqayisəli tədqiqi. - Bakı : Nurlan, 2007. - 308 

s.  

Rüstəmov  C.  Qobustan  :  Kiçikdaş  abidələri.  -  Bakı  :  E.L. 

Nəşriyyat və Poliqrafiya Şirkəti MMC, 2008. - 316 s. : foto. 



Rüstəmov C. Qobustan-Azərbaycanın qədim mədəniyyət ocağı 

= Gobustan -The Ancient Centre of Azerbaijan Culture. - Bakı : 

Nurlar, 2006. - 96 s.  

 

 

 

 

 

 

 

 

 

 



34 

 

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü 



(metodik vəsait) 

 

 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail:info@clb.az 

URL:www.clb.az 

 

 

 



F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 25 

Çapa imzalanmışdır: 27.03.2018 

Tirajı:100 



Pulsuz 

 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə