F. Köçərli adına



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə1/16
tarix15.08.2018
ölçüsü1,31 Mb.
#62835
  1   2   3   4   5   6   7   8   9   ...   16


     

                      F. 

Köçərli adına 

 

             

Respublika Uşaq Kitabxanası

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

Humanizmi, nikbinliyi ilə seçilən şairə 

 

Məhsəti 

Gəncəvinin 

905 

illik 

yubileyi 

münasibətilə  mərkəzi 

kitabxanaların  uşaq  şöbələri,  MKS-nin  şəhər,  qəsəbə,  kənd  kitabxana 

filialları üçün hazırlanmış  metodik vəsait 

 

 

 



                                        

 

 



Bakı – 2018 


 

Tərtibçilər:                                      Ruhiyyə Məmmədli                                          



 

                                              Sevil Əhmədova  

 

Redaktor:                                         Könül Ağazadə 

 

İxtisas  redaktoru və                       Şəhla Qəmbərova 

buraxılışa məsul:                             Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

 



 

   Humanizmi, nikbinliyi ilə seçilən şairə: Məhsəti Gəncəvinin 

905  illik  yubileyi  münasibətilə  mərkəzi  kitabxanaların  uşaq 

şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün 

hazırlanmış  metodik  vəsait  /  Azərbaycan  Respublikası 

Mədəniyyət və Turizm Nazirliyi, F. Köçərli ad.Respublika Uşaq 

Kitabxanası ; tərt.ed. R. Məmmədli ;  ixt.red.  və  burax.məsul  

Ş.  Qəmbərova  ;  red.  K.  Ağazadə.  -  Bakı  :  F.  Köçərli 

ad.Respublika Uşaq Kitabxanası, 2018. - 61 s.  

                                                              

   


 

 

 



 

    

    ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018 


 

Tərtibçidən 

     Azərbaycan klassik ədəbiyyatı yüksək bəşəri ideallar, təmiz, 

müqəddəs  və  xeyirxah  hisslər  xəzinəsidir.  Ecazkar  qadın 

qəlbinin ülvi duyğularını əks etdirən, duyan, könüllərdə sönməz, 

silinməz  izlər  buraxan,  qadın  ürəyinə  xas  olan  kövrəklik, 

cəsarət,  səmimilik,  mehribanlıq  kimi  müsbət  keyfiyyətlər 

klassik  Azərbaycan  qadın  şairlərinin  yaradıcılığının  müqəddəs 

idealı  olmuşdur.  Qadın  şairlərimiz  öz  duyğularını,  hisslərini 

şeirin  dili  ilə  əbədiləşdirərək,  ürəklərinin  şeirə  dönmüş 

döyüntülərini  yadigar  qoyub  getmişdir.  Bu  xəzinəni  yaradan 

nümayəndələrdən biri olan Məhsəti Gəncəvi XI əsrin sonları XII 

əsrin  əvvəllərində  yaşamış  Azərbaycan  intibahının  parlaq 

nümayəndəsi  və  həqiqəti  olmuşdur.  Məhsəti  Gəncəvi  doqquz 

yüz il bundan öncə  yanar düşüncəsi  və mübariz qələmi ilə öz 

sözünü deyən sənətkardır. Bəli, şeirimizin Məhsəti adlı bir gözəl 

xanımı, bir şux gəlini var ki, o, ən aydın həqiqət, ən sevimli, ən 

əbədi varlıqdır. Məhsəti şöhrətinin, Məhsəti fəthlərinin fəzaları 

hüdudsuzdur. Məhsəti Gəncəvinin cüng və təzkirələri bəzəyərək 

dillərdə gəzən, titrək bir qəlbin çırpıntılarını əks etdirən şeirləri

rübailəri,  qəzəlləri  xalqın  qəlbinə  yol  tapmış,  dildən-dilə, 

nəsildən-nəslə  keçərək  bu  günə  qədər  gəlib  çatmışdır.  Bu  gün 

Məhsətinin  danışdığı  dillərin  sayı  çoxdur.  İndi  onun  rübailəri 

dünyanın  bütün  tanınmış  dillərində  nəşr  olunur.  Bəli,              

şairənin  poetik  yadigarlarının  sərhədi  getdikcə  böyüyür. 

Araşdırmalardan məlum olur ki, XII  yüzildə dünyanın heç bir 

xalqının  ədəbiyyatında  Məhsəti  qüdrətli,  Məhsəti  səviyyəli  və 

Məhsəti  istedadlı  bir  qadın  şair  görünmür.  Bəli,  Məhsəti 

Gəncəvi  yalnız  Şərqin  deyil,  bütün  dünya  ədəbiyyatının 

bəzəyidir.  Məhsəti  Gəncəvinin  ən  böyük  nailiyyəti,  bir  ömür 

bahasına  qazandığı  ən  başlıca  xoşbəxtliyi  onun  şairə  olaraq 

əbədi dirilik, ölməzlik qazanmasıdır. Onun yaratdığı söz sənəti 

nümunələri insanı ucaldan yüksək bəşəri duyğular, nikbin ruh və 

dərin  lirizmlə  səciyyələnərək  geniş  şöhrət  tapmış,  sonrakı 




 

dövrlərdə  bədii  zövqün  formalaşmasına  mühüm  təsir 



göstərmişdir.  M.  Gəncəvi  ədəbiyyatda  humanizmin  yaranması 

və  inkişafında  mühüm  rolu  olan  sənətkarlardandır. Şairənin 

ədəbi  şəxsiyyəti  yaradıcı  Şərq  qadınının  fikir  və  mənəvi 

azadlığının  parlaq  təcəssümü  kimi  Qərb  şərqşünaslarının 

əsərlərində çox yüksək dəyərləndirilmişdir. Məhsətinin zahirən 

kiçik  görünən  poetik  irsinin  daxili  üfüqləri  hüdudsuzdur. 

Məhsəti  poeziyamızda  azad  fikirliyin  ilk  carçılarındandır.  O, 

Azərbaycan  poeziyasında  şəhraşub  (Şəhrəngiz)  poetik  janrının 

gözəl  mümunələrini  yaratmışdır.  Bəli,  Məhsəti  Gəncəvi  ən 

müqtədir,  ən  sevgili  şairələrimizdəndir.  Şairənin  ədəbi 

şəxsiyyəti  yaradıcı  Şərq  qadınının  fikir  və  mənəvi  azadlığının 

parlaq  təcəssümü  kimi  Qərb  şərqşünaslarının  əsərlərində  çox 

yüksək dəyərləndirilmişdir. 9 əsrdən çoxdur  Məhsətinin hər biri 

çiçək  kimi  sevimli,  həyat  şövqü  ilə  dolu  rübailəri  nəsil-nəsil 

insanlarımızın  zövqünü  oxşayır,  ruhunu  təzələyir.  Məhsəti 

şeirləri,  xüsusilə  fəlsəfi  dərinliyi  ilə  seçilən  rübailəri  ilə 

oxucularda həyata məhəbbət oyadır, onları nikbinliyə, dünyanın 

gözəlliklərindən  ilham  almağa  çağırır.  Bu  vəsaiti  Məhsəti 

Gəncəvinin  yubileyi  münasibətilə  sizə  təqdim  edirik. 

Humanizmi, nikbinliyi ilə seçilən şairə adlanan metodik   vəsait 

“Giriş”  və    “Keçiriləcək  tədbirlər”  hissəsindən  ibarətdir. 

Vəsaitin  “Giriş”  hissəsində  Məhsəti  Gəncəvinin  həyat  və 

yaradıcılığından  söhbət  açılır.  Vəsaitin  ikinci  hissəsində 

kitabxanalarda keçiriləcək tədbirlərdən bəhs olunur.  

 

 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə