F. Köçərli adına



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə10/16
tarix15.08.2018
ölçüsü1,31 Mb.
#62835
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

33 

 

9.  “Əmir  Əhməd  və  Məhsəti”  dastanındakı  Əmir  Əhməd 



kimdir? 

Cavab:  Əmir  Əhməd  tarixi  şəxsiyyət  olub,  Gəncə  xətibinin 

oğludur.  Tarixdə  Əmir  Əhmədin  də  çox  gözəl,  bədahətən 

rübailər deməsi haqqında məlumatlar vardır.  

10. Məhsəti Gəncəvi ömrünün müəyyən hissəsini  hansı Sultanın 

sarayında keçirmişdir? 

Cavab:  Məhsəti  Gəncəvi  ömrünün  müəyyən  hissəsini  Sultan 

Mahmud Səlcuqi və Sultan Səncər sarayında keçirmişdir. 

11.  Məhsəti  Gəncəvinin  rübailəri  hansı  dillərə  tərcümə 

edilmişdir? 

Cavab:  İngilis,  italyan,  alman,  fransız  və  s.  dillərə  tərcümə 

olunmuşdur. 

12.  Məhsətinin  dövrümüzə  gəlib  çatan  əsərləri  haqda  nə 

məlumatınız var? 

Cavab:Məhsətinin  lirik  şeirlər  divanı  olmuş,  lakin  bu  əlyazma 

kitabı  Übeydulla  xan  Özbəyin  Herata  hücumu  zamanı  məhv 

edilmişdir.  Hal-hazırda  Məhsəti  Gəncəvinin  257  rübaisi,  30 

yaxın şeiri dövrümüzə qədər gəlib çıxmışdır. 

     Sual-cavab  gecəsinin  sonunda kitabxanaçı  uşaqlara diqqətli 

olmalarına  görə  öz  təşəkkürünü  bildirir,  sualları  düzgün 

cavablandıran oxucunu mükafatlandırır və Məhsəti Gəncəvinin 

həyat və yaradıcılığı haqqında daha dərindən maraqlanmalarını 

tövsiyə edir. 

    Kitabxanada    Klassik  Azərbaycan  ədəbiyyatının  ən  qüdrətli 

nümayəndələrindən biri olan, bütün Yaxın  və Orta Şərqdə rübai 

ustadı  kimi  tanınan  Məhsəti  Gəncəvidən  bəhs  edən 

ədəbiyyatların  icmalını  keçirmək,  bu  tarixi  şəxsiyyətin  

yaradıcılığından  bəhs  edən  diskussiyalar  da  təşkil  etmək  olar. 

Diskussiyalar 

keçirilərkən,  Məhsəti  haqqında  yazılmış 

dastanlardan,  poemalardan,  pyeslərdən,  dramlarından  söhbət 

açılır  və  bu  haqda  oxucuların  fikirləri  öyrənilir.  Məhsəti 

Gəncəvidən  bəhs  edən  “Məhsəti  və  Əmir  Əhməd”  dastanı 



34 

 

üzərində diskussiya apararkən, əvvəlcə  dastanın qısa məzmunu 



haqda tədbir iştirakçılara  məlumat verilir. 

Diskusiyanı təşkil edən kitabxanaçı “Məhsəti və Əmir Əhməd” 

dastanının qısa məzmunu danışır.  

     Dastanın qısa məzmunu belədir: Bəlx şəhərində yaşayan bir 

ilahiyyat  aliminin  qızı  olur.  O,  uşağın  taleyinə  baxdırmaq          

üçün  münəccimlərə  müraciət  edir.  Ulduzlar  qızın  böyük 

gələcəyindən,  xalqın  rəğbət  və  məhəbbətini  qazanacağından 

xəbər verir. Həmçinin məlum olur ki, qızın taleyi xərabatla  bağlı 

olacaqdır.  Atası  qızı  tərbiyə  olunmaq  üçün  məktəbə  verir.  On 

səkkiz  yaşına  qədər  burada  oxuyan  qız  yaxşı  təhsil  görür. 

Bundan sonra atası qızını mütəxəssislərin yanına apararaq, ona 

12 muğamı və bunların 24 şöbəsini öyrətmələrini xahiş edir. O, 

həmçinin  xahiş  edir  ki,  musiqiçilər  qıza  cəng,  ud  və  bərbəd 

alətlərində  çalmağı  öyrətsinlər.  Atasının  vəfatından  sonra 

Məhsəti  Gəncəyə  köçür  və  Xərabat  məhəlləsində  yaşayır. 

     Dastandan  da  göründüyü  kimi,  artıq  20  yaşında  Məhsəti        

öz  savadı,  gözəlliyi,  məlahətli  səsi  və  poetik  istedadı  ilə 

müsəlman  dünyasının  bir  çox  ölkələrində  nüfuz  və  rəğbət 

qazanmışdı.  Xərabatda  Məhsətinin  səsini  dinləmək  üçün 

uzaqdan-yaxından həm əyanlar, həm də tacirlər Gəncəyə gəlirdi. 

     Uzun illərin intizarından sonra nəhayət, Gəncə xətibinin bir 

oğlu  olur.  Uşaqın  adını  Əmir  Əhməd  qoyurlar.  Onu 

körpəliyindən  tərbiyəçiyə  verir,  dörd  yaşından  isə  məktəbə 

göndərirlər. Əmir Əhməd özünü olduqca bacarıqlı və istedadlı 

bir  uşaq  kimi  göstərir  və  doğma  şəhərindən  bircə  addım 

aralanmasa da, onun kamalının şöhrəti uzaqlara yayılır. Bir dəfə 

Əmir  Əhməd  yuxusunda  görür  ki,  cənnətə  düşüb  və  bir  huri 

şərab dolu piyalə ilə onu qarşılayır. Əmir Əhməd şərabı nuş edir 

və  həmin  andan  o  hurinin  gözəlliyi  ilə  məst  olur.  Səhər  atası 

görür ki, Əmir Əhməd pərişandır. Onun qüssəsini dağıtmaqdan 

ötrü  400  atlı  götürüb,  Gəncəni  gəzməsinə  icazə  verir.  Əmir 

Əhməd məhəllələrin birindən keçəndə musiqi sədaları eşidir və 




35 

 

öyrənir  ki,  bura  Xərabatdır.  Oradakı  meyxanələrdən  birində 



dörd  mütəkkənin  üstündə  oturmuş  bir  qız  görür.  Bu,  Məhsəti 

Gəncəvi idi. Əmir onun yuxuda gördüyü huri olduğunu kəsdirir. 

Gənclər bir-birinə aşiq olur və rübailərlə şeirləşirlər. Həmin gecə 

yatmazdan  əvvəl  oğlunun  Quran  əvəzinə  rübailər  oxuduğunu 

görən  Xətib  bərk  təəccüblənir.  Xərabatdan  qayıtmış  oğlunun 

davranışı onu narahat edir. Xətib hətta onu həkimə də göstərir, 

sonra  isə  evləndirmək  qərarına  gəlir.  Lakin  heç  nəyin  xeyri 

yoxdur.  Əmir  Əhməd  dediyindən  dönmür  və  təkbaşına 

Xərabata,  Məhsətinin  yanına  gedir.  Məhsətinin  anası  onun 

kimin  oğlu  olduqunu  biləndə  xoşagəlməz  hadisə  baş 

verəcəyindən  qorxub,  onu  evlərinə  göndərməyi  xahiş  edir. 

Cavanlarsa onun sözlərinə məhəl qoymurlar. Xətib oğlunu geri 

qaytarmaq  istəyir  və  hətta  Gəncə  şahına  şikayət  də  edir,  lakin 

oğlan  ipə-sapa  yatmır.  Belə  olduqda  atası  Əmir  Əhmədin 

ardınca öz adamlarını göndərir. Onlar onu tutub, zindana atırlar. 

Üç gün - üç gecə atasının əxlaqa dair nəsihətlərini dinlədikdən 

sonra Əmir Əhməd onun dediklərinə razı olduğunu bildirir və 

azadlığa çıxır. Xətib sevindiyindən zəngin bir ziyafət düzəldir. 

Ziyafət başa çatandan və qonaqlar dağılışandan sonra isə Əmir 

Əhməd  baş  götürüb,  yenə  Xərabat  tərəfə  gedir.  Əmir  Əhməd 

Məhsətini burada 40 incəbel qızın əhatəsində görür. Onlar ney, 

çəng,  dəf  çalır,  oxuyur,  rəqs  edirdilər.  Məhsəti  musiqi  dərsi 

keçirdi.  Burada  o,  artıq  qarşımızda  başqa  görkəmdədir-nəinki 

şeir  yazır,  oxuyur,  bir  çox  alətlərdə  çalır,  həmçinin  musiqi  və 

rəqs dərsləri də keçə bilir.  

     O  dövrün  musiqi  sənəti  və  musiqi  mühiti  ilə  tanışlıq  üçün 

dastanda  Gəncə  şahının  Məhsətinin  şərəfinə  verdiyi  ziyafətin 

təsviri də maraqlıdır. Burada  musiqi  bir  qayda olaraq, cənkdə, 

udda,  bərbəddə,  əbrişimdə,  neydə  və  tənburda  böyük 

sənətkarlıqla ifa olunur. 

     Daha  sonra  biz  dastandan  Məhsətinin  Gəncədə  ən  güclü 

şahmat  ustası  olduğunu  öyrənirik.  Həmin  qəbulda  Gəncə  şahı 




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə