F. Köçərli adına



Yüklə 138,17 Kb.
Pdf görüntüsü
tarix18.06.2018
ölçüsü138,17 Kb.
#49459


                                F. 

Köçərli adına 

 

                   

Respublika Uşaq Kitabxanası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Elm və zəka tərənnümçüsü Jül Vern 

 

 

 

Jül Vernin 190 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq 

şöbələri,  MKS-nin  şəhər,  qəsəbə,  kənd  kitabxana  filialları  üçün 

hazırlanmış metodik vəsait 

 

 

 

 

                                      

Bakı – 2018 


 

Tərtibçilər:                                       Lalə Qəmbərova 



                                                           Şəhla Əliyeva 

 

Redaktor:                                          Könül Ağazadə 

 

İxtisas  redaktoru və                        Şəhla Qəmbərova 

buraxılışa məsul:                                Əməkdar Mədəniyyət işçisi 

                                                          

    Elm və zəka tərənnümçüsü Jül Vern: Jül Vernin 190 illik 

yubileyi  münasibətilə  mərkəzi    kitabxanaların    uşaq    şöbələri,  

MKS-nin  şəhər,  qəsəbə,  kənd  kitabxana  filialları  üçün 

hazırlanmış  metodik  vəsait  /  Azərbaycan  Respublikası 

Mədəniyyət və Turizm Nazirliyi, F. Köçərli ad.Respublika Uşaq 

Kitabxanası ;  tərt.ed. L.Qəmbərova;  ixt.red.  və  burax.məsul  

Ş.  Qəmbərova  ;  red.  K.  Ağazadə.  -  Bakı:  F.  Köçərli 

ad.Respublika Uşaq Kitabxanası, 2018. - 22 s. 



 

 

 



   

 

 

         

 

 

 

 

 

 

  ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018 


 

Tərtibçidən 

    Böyük  roman  ustası  Jül  Vernin  dünya  ədəbiyyatı  tarixində 

müstəsna  yeri  var.  Fransız  ədəbiyyatının  ən  görkəmli 

nümayəndələrindən biri olan yazıçı XIX  əsrin ikinci yarısında 

yaşamış  dünya  ədəbiyyatı  xəzinəsinə  bir-birindən  qiymətli 

romanlar  bəxş  etmişdir.  Öz  dövründə  onun  qədər  böyük  təsir 

gücünə  malik  ikinci  bir  yazıçı  tapmaq  çətindir.  Yüzə  qədər 

roman  müəllifi  olan  Jül  Vernin  əsərlərində  dünyanın  bütün 

qitələrindən bəhs edilmişdir. 

    Dünyada heç bir yazıçı, yeniyetmə və gənclik yaşlarında olan 

insana, fransız yazıçısı Jül Vern qədər əziz ola bilməz. Uşaqlar 

onun “80 min kilometr su altı ilə”, “Kapitan Qrantın uşaqları” 

romanlarını  çox  böyük  maraqla  oxuyurlar.  Çox  nəhəng  bir 

yaradıcılıq  irsi  qoyub  gedən  Jül  Vern  dünya  ədəbiyyatında 

fantastika  və  macəra  janrlarının  banisidir.  Doğrudur,  ondan 

əvvəl də bu janrlarda əsərlər mövcud idi. Lakin onların heç biri 

təsir gücü və populyarlığı ilə Jül Vernlə müqayisə oluna bilməz. 

Bu qeyri-adi insan öz əsərlərində o qədər elmi-texniki yeniliklər 

kəşf  etmişdi  ki,  onların  çoxu  yalnız  bir  çox  illərdən  sonra 

həqiqətən  də 

kəşf 


olundu.  Simsiz  teleqraf,  elektrik 

hərəkətediciləri,  hətta  metropoliten  də  əslində  bu  böyük 

yazıçının təxəyyülünün məhsuludur. 

    Onun romanlarında uşaq qəlbini titrədən qorxulu məqamlar, 

həyəcanlı  hadisələr  bol-boldur.  Ancaq  son  nəticədə  həmişə 

ədalət, xeyirxahlıq və alicənablıq qalib gəlmişdir. Doğrudur, bu 

gün televiziya, videofilmlər və kompüter dünyası Jül Vern kimi 

böyük dühaların oxucularını xeyli azaldıb. Ancaq hələ də soyuq 

otaqlarda  “yorğanı  boğazına  kimi”  çəkib  Jül  Vernin  “Yerdən 

Aya”,  “Dünya  hökmranları”,  “Dünya  ətrafında  80  gün”  və  

başqa  saysız  romanlarını  nəfəs  dərmədən  vərəqləyə-vərəqləyə 

oxuyan yeniyetmələr var və həmişə də olacaq. 




 

Həyat və yaradıcılığı 

    Böyük  fransız  yazıçısı  Jül  Vern  1828-ci  il  fevralın  8-də 

Fransanın  qərbində,  Nant  şəhərində  anadan  olmuşdur.            

Elmi-fantastik roman janrının yaradıcılarından biri olan Jül Vern 

ədəbi  fəaliyyətə  1849-cu  ildən  fantastik  roman  və  hekayələrlə 

deyil, şeirlə başlamışdır. Onun 1863-cü ildə 35 yaşında yazdığı 

“Beş həftə hava şarında” adlı romanı öz müəllifinə böyük şöhrət 

qazandırmaqla  yanaşı,  yazıçının  adını  Fransa  sərhədlərindən 

çox-çox  uzaqlarda  məşhur  etmişdir.  Çapdan  çıxandan  dərhal 

sonra bu əsər bir çox dünya dillərinə tərcümə edilmişdir. 

    Jül  Vern  çoxsaylı  elmi-fantastik,  ictimai-satirik,  macəra, 

roman  və  povestin,  “Kapitan  Qrantın  uşaqları”  (1867-1868), 

“80000  kilometr  su  altı  ilə”  (1869-70),  “80  günlük  dünya 

səyahəti”  (1872),  “Gizli  ada”  (1875),  “On  beş  yaşlı  kapitan” 

(1878),  “Üzən  ada”  (1895)  və  başqa  əsərlərin  müəllifidir.  Jül 

Vernin  romanlarında  dünyanın  bütün  qitələrindən,  oradakı 

müxtəlif  ölkə  və  xalqlardan,  böyüklü-kiçikli  şəhərlərdən  bəhs 

edilmişdir. 

    Fransız  yazıçısının  ən çox maraqlandığı  və  ən çox oxuduğu 

əsərlər – dünya səyyahlarının əsərləri (səyahətnamələri) idi. Bax 

elə buna görə də Jül Vern heç vaxt görmədiyi, səyahət etmədiyi 

ölkələri, xalqları, şəhər və dənizləri elə dəqiq, elə inandırıcı və 

elə  təfsilatlı  təsvir  etmişdir  ki,  oxucu  inana  bilməmişdir  ki,  o, 

təsvir  etdiyi  yerlərdə  olmayıb,  o  yerləri  görməyib.  Məsələn,     

Jül  Vern  özünün  “Klodius  Bombarnak”  (1892)  əsərində 

Azərbaycanı,  Gəncə,  Bakı,  Xəzər  dənizini  və  respublikamızın 

başqa  yerlərinin  elə  gözəl  və  dəqiq  təsvirini  vermiş  ki,  adam 

həmin təsvirlərin qiyabi olmasına, Fransadan kənara çıxmadan 

təsvir  edilməsinə  heç  cür  inana  bilməmişdir.  Jül  Vern 

yaradıcılığının ən önəmli cəhəti Yer və Kainatın sirlərini açmağa 

səy  göstərən  elmi  romantikanın  son  dərəcə  güclü  olması 




 

amilidir. Onun qəhrəmanları təmənnasız alimlər, milli zülm və 



müstəmləkəçiliyə  qarşı  etiraz  edən  humanistlərdir.  Jül  Vern 

cəmiyyətin  aşağı  təbəqəsinin  maraqlarına,  arzu  və  istəklərinə 

üstünlük vermiş, yeri gələndə zəhmətkeş insanların müdafiəsinə 

də qalxmışdı. O, elmi nailiyyətlərdən varlıların xeyrinə istifadə 

olunmasının  əleyhinə  çıxmış  və  əsərlərində  bu  ideyanı  təlqin 

etməyə çalışmışdı. 

    Onun yaradıcılığı bir çox görkəmli alim, ixtiraçı və səyyahın 

(D.Mendeleyev,  K.Siolkovski,  F.Nansen)  elmi  axtarışlarına 

güclü təsir göstərmişdir. Yazıçının əsərləri zaman-zaman dünya 

dillərinə, o cümlədən Azərbaycan dilinə tərcümə edilmiş və indi 

də edilməkdədir. O, yüzə qədər romanın müəllifidir. 

    Müəllifin “80 günlük dünya səyahəti” adlı macəra romanı ən 

çox tanınan və oxunan əsərlərindəndir. Romanda cərəyan edən 

hadisələr  və  əsərin  əsas  qayəsi  haqda  Jül  Vern  romanın  çap 

olunmasından  xeyli  əvvəl  “Magasin  pittoresque”də  (Mənzərə 

jurnalı) hələ 1870-ci ildə məqalə dərc etmişdir. Məqalədə fransız 

yazıçısı  sübut  etmiş  ki,  80  gün  ərzində  dünyanı  səyahət  edib 

qurtarmaq olar. Məqalədəki hesablamalar ingilis mətbuatında da 

(“Morning Chronicli”) dərc edilmişdir. Jurnalın əməkdaşı cavan 

və  güclü  ingilis  centlmeni  80  gündə  dünyanı  səyahət  etməyin 

mümkünlüyü haqda yoldaşları ilə mübahisə etmiş, mərc gəlmiş 

və səyahəti vaxtında başa vurmaqla mərci udmuşdur. Səyahətdə 

gənc ingilis bütün növ nəqliyyat vasitələrindən, qayıq, yelkənli 

qayıq,  xizək,  gəmi,  fil,  at,  araba  və  başqalarından  istifadə 

etməklə səyahəti vaxtında başa vurmuşdur.  

    Jül Vernin qeyri-adi səyahətlər seriyasından olan “Yerdən aya 

qədər”  romanı  isə  1865-ci  ildə  yazılmışdır.  Əsərdə  yazıçı            

isə  yumorla  bəşəriyyətin  ən  qədim  arzu  və  istəklərindən                

olan  elmi-texniki  inkişaf  və  onun  tətbiqi,  qısa  müddətdə             

böyük-böyük  məsafələrin  qət  edilməsi,  Yer  planetindən  başqa 

planetlərə  –  Aya,  Marsa,  Yupiterə  və  Veneraya  səyahətin 



 

mümkünlüyünün 



təmin 

edilməsi 

kimi 

problemlərə 



toxunmuşdur. Maraqlıdır ki, Jül Vernin o dövrdə özünün sevimli 

fantastik  janrında  peyğəmbərcəsinə  irəli  sürdüyü,  təsvir  etdiyi 

bəzi  ideyalar  sonralar  gerçəkləşmiş  və  həyata  keçmişdir:  aya 

səyahət baş tutmuş, səsdən iti gedən təyyarələr ixtira olunmuş, 

şar  balonlarla  uzun  məsafələri  qət  etmək  mümkün  olmuş, 

qitələrarası ballistik raketlər hazırlanmışdır və s. 

    Jül  Vern  “Kapitan  Qrantın  uşaqları”  romanını  1867-68-ci 

illərdə  yazmışdı. Bu romanda, bütövlükdə mütərəqqi  yazıçının 

yaradıcılığında 

fransızların 

fədakarlığı, 

qəhrəmanlığı, 

humanistliyi  mövzusu  aparıcı  yer  tutmuşdur.  Bir  fransız 

ailəsinin  başçısı  kapitan  Qrantı  tapıb  onun  həyatını  xilas           

etmək,  onu  ailəsinə  qaytarmaq  üçün  “Dunkan”  gəmi  ilə            

heyəti  haralara  getməmiş,  Yer  kürəsinin  hansı  regionunda 

axtarışlar  aparmamışdır!  Maraqlıdır  ki,  gəmidəki  fədakar 

insanlar –  Eduard Qlenarvan, Mak-Nabs, kapitan Con-Manqls, 

Paqanel,  kapitan  Qrantın  dözümlü  və  cəsarətli  uşaqları  və 

başqaları  böyük  ruh  yüksəkliyi  və  inamla  kapitan  Qrantı 

axtarmış və onun tapılacağına ümid bəsləmişdilər. 

    “Kapitan Qrantın uşaqları” romanında paralel olaraq Cənubi 

Amerika  ölkələrinin,  Yeni  Zelandiya  və  dünyanın  başqa 

regionlarının  gözəl  və  təkrarsız  təbiətindən,  insanlarından, 

müxtəlif sosial təbəqələrdən , taleləri üzlərinə gülməyən yoxsul, 

bədbəxt  və  nakam  insanlardan  söhbət  açılmışdır.  Bu,  paralel, 

gərgin  atmosfer  yaratmaqdan  ötrü  yazıçı  tərəfindən  tapılmış 

uğurlu  bir  üsuldur.  “Kapitan  Qrantın  uşaqları”  romanını 

Azərbaycan dilinə Cabbar Məcnunbəyov tərcümə etmişdir. 

    Jül  Vern  dünya  gənclərinin  sevimli  yazıçısı  olub  və  indi  də 

sevimli olaraq qalmaqdadır. Fransız, eləcə də dünya  yazıçıları 

arasında  Jül  Vern  ən  çox  tərcümə  olunan  sənətkardır.  Öz 

dövründə onun qədər böyük təsir gücünə malik olan ikinci bir 

yazıçı tapmaq qeyri-mümkündür. 




 

    XIX  əsrin  axırları-XX  əsrin  əvvəllərində  yazıb-yaratmış 



fransız  yazıçısı  Reyman  Rusel,  Jül  Vern  yaradıcılığına, 

yazıçının şəxsiyyətinə pərəstiş edən, onun əsərlərindən gen-bol 

bəhrələnən  yazıçılardan  biridir.  Jül  Vernin  özü  də  ədəbi 

fəaliyyətində  başqa  yazıçılardan  bəhrələnməmiş  deyildir.  Belə 

ki, o lap gənc yaşlarından Aleksandr Düma (ata) ilə dostlaşmış, 

onun fantastik və macəra ruhlu əsərlərinin təsir dairəsindən axıra 

qədər çıxa bilməmişdir. 

    Bu il görkəmli yazıçının anadan olmasının 190 ili tamam olur. 

Bu  münasibətlə  respublikanın  mədəniyyət  müəssisələrində, 

həmçinin  kitabxanalarda  yubiley  tədbirlərinin  keçirilməsi 

nəzərdə  tutulmuşdur.  F.Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanasında  da  yazıçının  yubileyi  ilə  bağlı  tədbirlərin 

keçirilməsi  nəzərdə  tutulmuşdur.  Yazıçının  yaradıcılığını 

oxuculara daha yaxından tanıtmaq məqsədilə onun kitablarından 

ibarət  sərgi  təşkil  olunur.  Sərgi  aşağıdakı  başlıqlardan  biri  ilə 

qurula bilər: “Jül Vern – 190”, “Hər dövrdə sevilərək oxunan 



yazıçı”,  “XIX  əsrin  görkəmli  fransız  yazıçısı”,  “Dünya 

ədəbiyyatında  fantastika  və  macəra  janrının  banilərindən 

biri”, “Əsərləri ən çox xarici dillərə tərcümə olunan fransız 

yazıçısı”,  “Reallıq  və  fantastikanın  vəhdətini  yaradan 

yazar”, “Elmi-fantastika janrının atası”, “Yeni tipli roman 

müəllifinin  yaradıcısı”  və  s.  Bundan  başqa  sərgidə  yazıçının 

müxtəlif  adda  olan  kitabları,  dövri  mətbuatda  çap  olunan 

məqalələri  verilir.  

 

 



 

 

 

 

 


 

Kitab sərgisi 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Jül Vern haqqında bilmədiyimiz 11 fakt 

 

1.  Jül  Vern  19  yaşında  ailəsinin  istəyi  ilə  hüquq  fakültəsini 

oxumuş, atası kimi vəkil olmaq üçün Parisə getmişdir. Lakin Jül 

Vern vaxtının çoxunu öz istəklərinə xərcləmişdir. Atası oğlunun 

bohem həyat tərzini yaşadığını, hekayə yazdığını öyrənəndə bir 

də ona pul göndərməmişdir. Jül Vern vəziyyətin belə olduğunu 

görüb  dolanışıq  pulunu  çıxarmaq  üçün  birja  işinə  girməyə 

məcbur olmuşdur. 

 

2.  Jül  Vern  Parisdə  Viktor  Hüqo  və  Aleksandr  Düma  ilə  vaxt 

keçirməyə fürsət tapmışdır. İki usta yazıçıdan yazarlıq haqqında 

tövsiyələr almışdır. Görkəmli fransız yazıçısının Pier Hitzel ilə 

tanışlığı isə həyatının ən önəmli anlarından biri olmuşdur. 

 

3. Jül Vern 28 yaşında iki qız övladı olan Honorine de Viane ilə 

evlənmişdir. Dörd il sonra Maykl adında uşaqları olmuşdur. 

 

4.  Jül  Vernin  uşaqlar  üçün  kitablar  yazdığını  deyirlər.  Ancaq 

yazıçının  60-dan  çox  kitabın  yalnız  ikisi  sırf  uşaqlar  üçün 

yazılmışdır. 

 

5.  Jül  Vern  haqqında  daha  bir  yanlış  düşüncə:  evdə  oturub 

macəra  romanlarını  yazmışdır.  Halbuki  Jül  Vern  Avropa, 

Skandinaviya,  ingilis  adaları  və  Aralıq  dənizi  bölgəsini 

gəzməklə  qalmamış,  eyni  zamanda  “Su  altında  20  min  lyö” 

romanını öz gəmisində yazmışdır.  

 

6.  Jül  Vern  elmi-fantastik  yazıçı  hesab  olunur.  Ancaq  54 

romanın içində bir neçəsi bu janra aid ola bilər. Həm də yazdığı 

romanlarda  insanları  heyrətə  gətirən  bir  elm  sahəsi  vardı: 




10 

 

Coğrafiya.  Jül  Vern  romanlarının  hər  birində  oxucularını 



dünyanın başqa bir guşəsinə aparmağı bacaran böyük yazıçı idi. 

 

7.  Jül  Vernin  böyük  dənizlər  və  kosmik  gəmilər  haqqında 

yazmaqda  məqsədi  oxucuları  heç  bir  makina  olmadan  gedə 

bilməyəcəkləri yerlərə səyahət etdirmək idi. O, dənizin altındakı 

həyatı  onlara  göstərmək  istəyirdi.  Onun  “Aya  səyahət”  əsəri, 

oxucuları  peyklərə,  “Dünyanın  mərkəzinə  səyahət”  isə 

Skandinaviyaya, İslandiyaya aparmışdır.  

 

8.  Jül  Vernin  “Səksən  gün  Yer  ətrafında”  romanı  olmuş  bir 

əhvalata söykənmişdir. 1870-ci ildə nüfuzlu bir iş adamı Corc 

Fransis  Train  ABŞ  prezidentliyinə  namizəd  olduqdan  sonra 

dünyanı  80  gündə  dolaşa  biləcəyini  açıqlamışdır.  Lakin  20  il 

sonra dünyanı 67 gündə dolaşmağı bacarmışdır. 

 

9.  YUNESKO-ya  görə  Jül  Vern  dünyada  ən  çox  dilə  tərcümə 

olunan yazıçıdır. Onun əsərləri 148 dilə tərcümə olunmuşdur. 

 

10.  Jül  Vernin  romanları  film  dünyasına  da  ilham  vermişdir. 

“Aya Səyahət” romanının əsasında eyniadlı film çəkilmişdir. 

 

11.  Jül  Vern  1886-cı  ildə  əmisi  oğlu  tərəfindən  güllə  ilə 

vurulmuşdur.  Qaston  adlı  bu  adamın  atdığı  iki  güllədən  biri 

ayağına dəymişdir. Bu yaradan sonra yeriməyə çətinlik çəkmiş, 

ömrünün sonuna qədər axsamışdır. Qastonu isə ruhi xəstəxanaya 

yerləşdirmişlər. 

 

    Kitabxanada Jül Vernin yaradıcılığını məktəblilərə tanıtmaq, 



qələmə  aldığı  əsərlərlə  yaxından  tanış  etmək  üçün  böyük  oxu 

zalında  yazıçının  məşhur  əsəri  olan  “Kapitan  Qrantın 




11 

 

uşaqları”  adlı  səhnəcik  təşkil  olunur,  sonra  məktəblilər 

“Kapitan Qrantın uşaqları” filminə tamaşa edirlər. 

    Jül  Vernin  anadan  olmasının  190  illiyi  münasibətilə 

kitabxanalarda “Jül Vern və onun qəhrəmanları” mövzusunda 

dəyirmi  masa  da  keçirtmək  olar.  Belə  tədbirlərə  filologiya 

fakültəsində  oxuyan  tələbələri,  ədəbiyyat  müəllimlərini  dəvət 

etmək çox faydalı olardı.  Tədbirin  keçiriləcəyi  zalda  yazıçının 

böyük portretinin asılması, kitabların sərgisinin təşkili vacibdir. 

Dəyirmi  masanı  kitabxanın  müdiriyyəti  və  ya  təcrübəli 

kitabxanaçılardan  biri  açaraq  Jül  Vernin  həyat  və  yaradıcılığı 

haqqında  qısa  məlumat  verir.  Daha  sonra  tələbələr  Jül  Vernin 

yaradıcılığı ətrafında diskussiya, fikir mübadiləsi aparırlar. 



I  oxucu:  Dünya  ədəbiyyatı  tarixində  elmi-fantastik  romanın 

yaradıcısı  və  ədəbi  ictimaiyyət  arasında  “yeni  tipli  roman” 

müəllifi sayılan J.Vern bu janrın ən böyük ustası hesab olunur. 

Elmi-fantastik  ədəbi  janrı  XIX  əsrin  ikinci  yarısında 

yaranmasına baxmayaraq, onun ilkin rüşeymləri hələ lap qədim 

dövrlərdə  fantastika  şəklində  dünya  ədəbiyyatında  mövcud 

olmuşdur.  Qədim  Şərq,  Antik  yunan  və  Roma,  Orta  Əsrlər  və 

İntibah dövrü, eləcə də yeni dövr Qərb ədəbiyyatında fantastika 

janrında  xeyli  qiymətli  əsər  yazılmışdır  ki,  bu  da  gələcəkdə      

bədii  ədəbiyyatda  elmi-fantastik  janrın  yaranması  üçün  əsaslı            

zəmin  yaratmışdır.  Fantastika  formasında  yazılmış  əsərlər  bir         

qayda  olaraq,  bədii  təxəyyül,  fantaziya,  nağıl-dastan-əfsanə 

ənənələrinə söykənmiş və bədii ifadə tərzinin bir formasını təşkil 

etmişdir.  Bununla  belə,  bu  tipli  əsərlər  dünya  ədəbiyyatının 

formalaşmasında və bədii təfəkkürün inkişafında əhəmiyyətli rol 

oynamışdır. 

   Elmi-fantastik  ədəbi  janrının  yaranması,  ilk  növbədə 

professional  elm  sahələrinin  inkişafı  ilə  əlaqədar  olmuşdur. 

Avropada  elmi-texniki  tərəqqinin  səviyyəsi  yüksəldikcə,  elmi 

kəşflərin  də  sayı  artmağa  başlamışdır.  Məşhur  Haus  və 




12 

 

Faradeyin  müasiri  olan  Jül  Vern  məhz  elə  bu  dövrdə  ilk              



elmi-fantastik romanlarını yazmağa başlamışdır. 

II oxucu: Jül Vern Avropada sənaye çevrilişinin hökm sürdüyü 

keçid  dövründə  yaşamışdır.  O,  ahıl  yaşlarında  olanda 

avtomobildə  gəzmiş,  kinoya  baxmış,  mətbuatda  aeroplanların 

(ilk  təyyarələrin)  uçuşları  haqqında  məlumatlar  oxumuşdur. 

Artıq bəşəriyyətin, elmin möcüzələrinə və böyük nailiyyətlərinə 

inanmağa başlamışdır. Əmək fəaliyyətinə hələ gənc yaşlarından 

başlayan  J.Vern  bir  müddət  (1851-1856)  teatr  direktorunun 

katibi,  sonra  isə  maliyyə  agenti  (1856-1864)  vəzifələrində 

çalışmışdır. 

    Görkəmli  yazıçı  60-dan  artıq  elmi-fantastik  və  sosial-satirik 

romanlar, povest və hekayələr, eləcə də coğrafiyaya və coğrafi 

tədqiqatlar  tarixinə  həsr  edilmiş  elmi  əsərlər  yazmışdır.  Onun 

roman və povestləri elmi məlumatlarla zəngin olsa da, bu əsərlər 

macəra  üslubunda  yazılmış,  daha  çox  o  dövrün  romantik 

üslubuna  uyğun  gərgin  dramatik  süjetə,  yaddaqalan  obrazlar 

sisteminə  malik  olmuş  və  qeyri-adi  şəraitlərdə  baş  verən 

hadisələrin  təsvirinə  həsr  edilmişdir  ki,  bu  da  həmin  əsərlərin 

maraqla oxumasına səbəb olmuşdur. J.Vern bir-birinin ardınca 

“Yerin  mərkəzinə  səyahət”  “Yerdən  Aya  qədər”,  “Ayın 

ətrafında”,  “Kapitan  Hatterasın  səyahətləri  və  macəraları”, 

“Kapitan  Qrantın  uşaqları”,  “İyirmi  min  lyö  su  altında”,  

“Səksən  gün  ərzində  dünya  ətrafında”,  “Sehrli  ada”,  “On  beş 

yaşlı kapitan”, “Fateh-Robur”, “Üzən ada”, “Dünyanın hakimi”, 

“Barsak  ekspedisiyasının  qeyri-adi  macəraları”  və  s.  kimi 

romanlarını yazıb çap etdirmişdir. 

   Yazıçının  bütün  bu  əsərləri  bizim  yaşadığımız  planetin  və 

kainatın  sirlərindən  xəbər  verən  müxtəlif  elmlərin  cazibədar 

romantikasına həsr edilmişdir. Buraya həm böyük elmi kəşflər 

etməyə  can  atan  görkəmli  alimlər,  həm  cəmiyyətdən  təcrid 

olunmuş rəhmsiz quldurlar, həm iddiasız sadə adamlar, safqəlbli 




13 

 

gənclər, 



dövrünün  ədalətsizliklərindən  küsən  insanlar, 

haqsızlıqlara,  istismara  qarşı  vuruşan  vətənpərvərlər  daxil  idi. 

Jül  Vern  özü  demokrat  və  respublikaçı  olmuş,  utopik 

sosialistlərə  rəğbət  bəsləmiş,  1871-ci  il  Paris  Kommunasında 

fəal iştirak etmişdir. Sonralar o, elmin müəyyən adamların, varlı 

təbəqələrin mənafeyinə xidmət etməsinin əleyhinə çıxmış, bütün 

yaradıcılığında səfillərin, əzilənlərin, imkansız kütlənin tərəfini 

saxlamışdır. 



III oxucu: Jül Vernin məşhur əsərlərindən biri də “İyirmi min 

lyö su altında” romanıdır. Bu əsərin qəhrəmanı kapitan Nemo 

(latın  dilində  “Heç  kəs”  deməkdir)  da  digər  romanların 

qəhrəmanları  kimi,  dərin  biliklərə  malik,  möhkəm  iradəli, 

azadlıqsevər,  insanpərvər  bir  adamdır.  Bütün  roman  boyu  bu 

sirli 


qəhrəmanın 

kimliyini  müəyyən  etmək  mümkün 

olmamışdır.  Ancaq  yazıçının  başqa  bir  əsərində  –  yuxarıda 

haqqında bəhs edilən “Sirli ada” romanının son fəsillərində onun 

şəxsiyyətinə  aydınlıq  gətirilmişdir.  Məlum  olmuş  ki,  bu 

mənşəcə hindistanlı olan şahzadə Dakkar (onun əsil adı belədir) 

–  Avropada  hərtərəfli  təhsil  almış  çox  istedadlı,  hətta  dahi 

adamdır.  Təhsilini  başa  vurub  vətənə  qayıdan  şahzadə  burada 

ingilis ağalığına qarşı üsyan qaldırmış və həmin üsyana başçılıq 

etmişdir.  Üsyançılar  məğlubiyyətə  uğramış,  şahzadə  Dakkarın 

silahdaşları və bütün ailə üzvləri həlak olmuşdur. Dünyada baş 

verən  şərdən  yaxa  qurtarmaq  məqsədilə,  azadlığın  və 

müstəqilliyin mənasını dərk edə bilməyən insanlara dərin nifrət 

hissi  bəsləyən  Dakkar  nəhəng  gəmi  hazırlamış  və  okeanda,  su 

altında  özünə  sığınacaq  tapmışdır.  Dünya  okeanının  və  sualtı 

aləmin sirlərinin, fauna və florasının tədqiqi ilə məşğul olan bu 

dahi  alim  elm  sahəsində  böyük  nailiyyətlər  əldə  etmiş,  hətta 

dövrünün  elmi  nailiyyətlərini  xeyli  qabaqlamışdır.  İşıqlı 

dünyanın  qayda-qanunlarına  etiraz  edən,  ümumiyyətlə, 

bəşəriyyətdən  üz  çevirən  bu  böyük  alim  insanlar  arasına 




14 

 

qayıtmaqdan  boyun  qaçırmışdır.  Azadlıq  aşiqi  olan  bu  insan 



dara düşən, müstəqillik uğrunda mübarizə aparan adamları darda 

qoymamış, imkan düşən kimi onlara yardım əlini uzatmışdır. 



IV  oxucu:  “İyirmi  min  lyö  su  altında”  romanında  kapitan 

Nemonun ən yaxşı insani keyfiyyətləri göstərilmişdir. Romanın 

əvvəlində aydın olur ki, dünya okeanlarında indiyə qədər elmə 

naməlum nəhəng bir varlıq üzmüş, bu məxluq ona hücum edən 

balina  ovçularını,  hətta  nəhəng  gəmiləri  belə  məhv  etmiş,   

yavaş-yavaş onun adı  ətrafında əfsanələr  yaranmağa başlamış, 

ən cəsarətli dənizçiləri belə vahiməyə salmışdır. Onu görənlər 

“müəmmalı canlını” çox nəhəg yırtıcı balinaya, kitə və bunlara 

bənzər  hansısa  varlığa  oxşatmışlar.  Nəhayət,  cəsarətli  adamlar 

tapılmış  və  onlar  “Avraam  Linkoln”  gəmisi  ilə  həmin  sirli 

məxluqun  axtarışına  çıxmışlar.  Təcrübəli  dənizçilərin  daxil 

olduğu gəmi heyətinə görkəmli təbiətşünas alim Pyer Aronaks, 

onun nökəri Konsel və balina ovçusu Ned Lend də qoşulmuşdur. 

“Nautilus” la qarşılaşan “Avraam Linkoln” gəmisi məğlubiyyətə 

uğramış, adları çəkilən qəhrəmanlardan başqa bütün gəmi heyəti 

həlak olmuşdur. Təsadüf nəticəsində sağ qalan bu qəhrəmanları 

“Nautilus”  un  kapitanı  Nemo  xilas  etmiş  və  onlar  qeyri-adi 

gəmidə əsir kimi yaşamaq məcburiyətində qalmışlar. Dəniz və 

okeanlarda  yaşayan  canlılar  haqqında  ciddi  tədqiqatlar  aparan 

Aronaks  heç  də  özünü  burada  əsir  kimi  hesab  etməmişdir. 

“Naitilus”  da  səyahət  edən  alimə  öz  tədqiqatlarını  davam 

etdirmək  üçün  göydəndüşmə  imkanlar  yaranmış  və  eyni 

zamanda, təsadüfən düşdüyü gəminin kapitanının da böyük elmi 

tədqiqatlar aparması onun ürəyindən olmuşdur. 



V  oxucu:  Romandakı  hadisələr  Pyer  Aronaksın  dilindən 

danışılmışdır. Kapitan Nemonun müəmmalı həyatı onu narahat 

etsə  də,  elmi  qabiliyyəti  və  yüksək  insani  keyfiyyətləri 

Aronaksda  ona  qarşı  rəğbət  hissi  yaratmışdır.  İnsanlardan 

küsməsinə,  bəşəriyyətə  qarşı  barışmaz  mövqedə  dayanmasına 



15 

 

baxmayaraq,  kapitan  Nemo  alicənab  adamdır,  böyük  elmi 



kəşflər edib, ən görkəmli alimlərin belə, nail ola bilmədiyi elmi 

zirvələri fəth etmişdir. Onun yaratdığı  gəmi qeyri-adi qüvvəyə 

və imkanlara malikdir. Həmin gəmi ilə dünya ətrafında səyahət 

etmək, onun köməyi ilə dəniz və okeanlarda yaşayan bütün canlı 

aləmin sirli həyatını öyrənmək mümkün olmuşdur. Bu aləm isə 

həddən  artıq  əsrarəngiz  və  zəngindir.  Kapitan  Nemo  gəminin 

sayəsində su altında qalan, ancaq müəyyən kitablarda haqqında 

məlumat  verilən  əfsanəvi  Atlantidanı  aşkar  etmişdir.  Geniş 

müşahidə  qabiliyyətinə  və  obyektivlik  hissinə  malik  olan 

Aronaks  kapitan  Nemonun  bütün  xidmətlərini  görmüş  və 

düzgün qiymətləndirmişdir. 

   Kapitan Nemo həm də böyük var-dövlət sahibidir. O, müxtəlif 

dövrlərdə qəzaya uğramış gəmilərdəki xəzinələri ələ keçirsə də, 

onları  öz  elmi  ixtiraları  üçün  və  ehtiyacı  olan  insanlara 

xərcləmişdir. 

   Jül Vernin yaşadığı dövrdən xeyli zaman ötsə də, onun “İyirmi 

min lyö su altında” romanında təsvir etdiyi bizim yaşadığımız 

planetin  sualtı  dünyası,  bir  elə  də  dəyişməmişdir.  Yerüstü 

dünyadan fərqli olaraq, sualtı aləm daha gec dəyişir. Bu gün elm 

və texnika kifayət qədər inkişaf etmiş, Jül Vernin elmi-fantastik 

formada,  fərziyyələr  əsasında  Aya  səyahət  etmək  fikri  artıq 

çoxdan reallaşıb və mövcud elmi-texniki tərəqqi bir çox mənada 

Jül Vernin fantastikasını üstələmişdir. 

   Onu  da  qeyd  etmək  lazımdır  ki,  Jül  Vernin  elmi-fantastik 

romanları  çox  gözəl  bədii  əsərlər  olmaqla  yanaşı,  özlərində 

hədsiz  qiymətli  elmi  fikirlər,  fərziyyələr,  hətta  elmi  kəşf 

səciyyəli  məlumatlarla  zəngindir.  Dünyanın  bir  çox  görkəmli 

alimləri gənclik və yeniyetmə yaşlarında həmin romanları bədii 

əsər  kimi  ləzzətlə  oxumasalar  da,  sonralar  o  əsərlərdə  ifadə 

olunan  çoxsaylı  ideyalar  onların  böyük  elmi  kəşflər  etməsinə 

səbəb olmuşdur. 



16 

 

    Kitabxanada keçirilən maraqlı tədbirlərdən biri də “yazıçının 



əsərinin təhlili”dir. Jül Vernin “Arxipelaq alovlanır” romanını 

təhlil etmək üçün iştirakçılar səhnəyə dəvət olunur. 



I iştirakçı: Elmi-fantastik romanları ilə bütün dünyada məşhur 

olan fransız yazıçısı Jül Vernin “Arxipelaq alovlanır” romanı – 

XIX  əsrin  20-ci  illərində  yunan  vətənpərvərlərinin  azadlıq 

uğrundakı  mübarizələrinə,  onların  Yunanıstanın  istiqlaliyyəti 

naminə göstərdikləri qəhrəmanlığa həsr olunmuşdur. Bu əsər Jül 

Vernin  ən  yaxşı  tarixi  romanlarından  biri  kimi  1884-cü  ildə 

Parisdə çap olunmuşdur. 

    Məlumdur  ki,  Jül  Vern  həmişə  öz  elmi-fantastik  və  tarixi 

romanlarında  təsvir  etdiyi  ölkələrin,  xalqların  həyatı  haqqında 

maraqlı məlumat verməyi də unutmur. Asılı və ya müstəmləkə 

vəziyyətində olan ölkələr, öz azadlığı və istiqlaliyyəti uğrunda 

işğalçılara qarşı mübarizə aparan xalqlar haqqında danışanda Jül 

Vern  milli-azadlıq  hərəkatına  rəğbətini,  zülmkarlara  qarşı 

nifrətini gizlətməmiş, bütün varlığı ilə azadlıq carçısı olan, xalq 

işi uğrunda mətanətlə vuruşub qəhrəmanlıqlar göstərən surətləri 

xüsusi məharətlə təsvir etmişdir. “Arxipelaq alovlanır” əsərində 

də  müəllifin  yunan  xalqının  tarixi  qəhrəmanlıq  mübarizəsinə 

demokratik  mövqedən  yanaşdığı  və  Osmanlı  imperiyasının 

Balkanlardakı siyasəti əleyhinə olduğu aydın hiss olunur. 

II  iştirakçı:  Romanda  təsvir  olunan  hadisələr  Yunanıstandakı 

azadlıq  müharibələrinin,  demək  olar  ki,  son  mərhələsi  ilə 

bağlıdır və təxminən birillik dövrü əhatə etmişdir (1827-ci ilin 

oktyabrından 1828-ci ilin sentyabrına qədər). Jül Vern bu dövrü 

məhz  ona  görə  seçmişdir  ki,  Yunanıstanın  istiqlaliyyəti 

uğrundakı  vuruşmaların  ən  maraqlı,  ən  dramatik  lövhələrini 

qələmə alsın və hadisələrin inkişafının yüksək zirvəsini göstərə 

bilsin. Müəllif bu məqsədinə nail olmuşdur. Onun yaratdığı əsas 

və  ikinci  dərəcəli  (həm  tarixi  şəxsiyyətlər,  həm  də  müəllifin 

uydurduğu)  surətlər  arasındakı  mürəkkəb  və  gərgin  konflikt 




17 

 

tarixi  hadisələrin  əsas  istiqamətinə  uyğun  olmaqla  bərabər, 



obrazların xarakterinin açılmasına imkan vermişdir. 

    Kitabxanalarda  Jül  Vernin  190  illik  yubileyi  ilə  əlaqədar 

olaraq,  keçirilməli  maraqlı  tədbirlərdən  biri  də  “ədəbi-bədii 

gecə”dir.  “Hər  dövrdə  sevilərək  oxunan  yazıçı”  adlı         

ədəbi-bədii  gecəyə  fransız  yazıçısının  tədqiqatçılarını, 

ədəbiyyatşünasları,  maarifçiləri,  jurnalistləri,  oxucuları, 

məktəbliləri  dəvət  etmək  olar.  Qonaqlar  ədibin  şəkilləri, 

müxtəlif  adda  əsər  başlıqları  yazılmış,  çərçivələrlə  bəzədilmiş 

zalda öz  yerlərini tutduqdan sonra  gecənin  aparıcıları səhnəyə 

daxil olur. 

I  aparıcı:  Salam  hörmətli  qonaqlar,  əziz  dostlar.  Bu  il  dahi 

fransız yazıçısı Jül Vernin 190 illiyidir. Bu münasibətlə sizləri 

xoş gördük. 

   Jül  Vern  varlı  bir  vəkil  ailəsində  anadan  olmuşdur.  O,  12 

yaşında ikən bir gəmiyə minib evdən qaçmağa cəhd etmiş, lakin 

atası  buna  mane  olmuşdur.  Bundan  sonra  o,  yalnız  xəyal 

dünyasına  səyahət  edəcəyinə  ailəsinə  söz  vermişdir.  Jül  Vern 

dəniz və macəraya olan sevgisini  qardaşı Paulla da paylaşmışdı 

və Paul sonunda bir dəniz mühəndisi olmuşdur. Yazıçı internat 

məktəbi dövründə qısa hekayələr və şeirlər yazmağa başlamış, 

sonra isə o, 1846-cı ildə atasının işini davam etdirə bilmək üçün 

hüquq  ixtisasını  oxumağa  Parisə  getmişdi.  Jül  Vern  hüquqda 

oxuduğu  illər  ərzində  ədəbiyyata  olan  həvəsinin  daha  böyük 

olduğunun fərqinə varmışdır. O, yazıçılığa musiqiçi Jean Louis 

Aristide Hiqnard ilə birlikdə teatr oyunları yazaraq başlamışdı.   

İlk teatr əsəri 12 iyun, 1850-ci ildə səhnəyə qoyulmuşdu. Daha 

sonralar  komediyalar,  operettalar  yazmış,  yazıçının  qısa 

hekayələri  o  vaxt  Parisdə  çıxan  “Musee  des  familles”  adlı 

jurnalda nəşr olunmuşdur. Amerikalı yazıçı Edqar Allan Poenin 

əsərlərini  oxuduqdan  sonra  onun  böyük  bir  pərəstişkarına 

çevrilmişdir.  Bundan  başqa  dünyanı  gəzmiş  olan  Fransız 



18 

 

səyyahı Jak Araqo ilə dost olmuşdur. Bu dostluq ona Parisdən 



daha  geniş  və  dünya  haqqında  yazılar  yazması  üçün  ilham 

vermişdir. 



II  aparıcı:  Jül  Vern  ədəbiyyatda  elmi-fantastika  janrının  ən 

görkəmli nümayəndələrindən biridir. Ona dünya şöhrəti gətirmiş 

əsərlərindən  “Yerin  mərkəzinə  səyahət”,  (1864),  “Kapitan 

Qrantın uşaqları” (1867), “20000 lyö su altında” (1870), “80 gün 

dünya ətrafında” (1873) misal göstərmək olar. Kosmik və sualtı 

gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda 

olaraq kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpkili 

macəraları  qələmə  almışdır.  Elə  buna  görə  də  Ayın  yerdən 

görünməyən  hissəsindəki  kraterlərdən  birinə  onun  adı 

verilmişdir. Bu krater Arzular dənizinin yanında yerləşir. 



I aparıcı: Jül Vern ümumilikdə 66 romanın ( bunlardan üçü – 

“Keşiş” (1991), “Robinzon dayı” (1991) və əfsanəvi “Paris XX 

əsrdə”  (1994)  ölümündən  sonra  nəşr  edilmişdir),  20-dən  artıq 

povest və hekayənin, 30-dan artıq pyes bir neçə elmi və sənədli 

işin müəllifidir.  

   Jül Vern özünün “Sen-Mişel I”, “Sen Mişel II” və “Sen-Mişel 

III”  gəmilərində  səyahətlərə  çıxmış,  1859-cu  ildə  İngiltərə  və 

Şotlandiyaya,  1861-ci  ildə  Skandinaviyaya  səfər  etmişdir.  

1878-ci  ildə  “Sen-Mişel  III”  gəmisi  ilə  Aralıq  dənizi  boyunca 

böyük  səyahətə  çıxmış,  Lissabon,  Cəbəllütariq  və  Əlcəzairdə 

olmuşdur.  1879-cu  ildə  həmin  gəmi  ilə  yenidən  İngiltərə  və  

Şotlandiyada  olmuşdur.  1881-ci  ildə  Niderland,  Almaniya  və 

Danimarkaya səfər etmişdir. 1884-cü ildə son böyük səyahətinə 

çıxmış, “Sen-Mişel III” gəmisi ilə Əlcəzairdə, Malta, İtaliya və 

digər Aralıq dənizi ölkələrində olmuşdur. Bu səfərlərin bir çoxu 

sonradan  onun  bir  sıra  məşhur  əsərlərinin  süjet  xəttini  təşkil 

etmişdir: “Üzən şəhər” (1870), “Qara Hindistan” (1877), “Yaşıl 

şüa” (1882), “Lotereya bileti” (1886) və s. 




19 

 

II aparıcı: Jül Vern YUNESKO-nun Index Translationum adlı 

bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında 

ikinci  yerdə  qərarlaşmışdır.  Bir  çox  əsərlərinin  motivləri 

əsasında filmlər çəkilmişdir. Jül Vern, Hüqo Vernbak və Herbert 

Uellslə birgə elmi-fantastika janrının atası sayılır.  

    1892-ci ildə yazıçı Fəxri legion ordeninə layiq görülmüşdür. 

Ömrünün  sonlarına  yaxın  kor  olsa  da,  yaradıcılığını  davam 

etdirmişdi. 

    O,  1905-ci  il  martın  24-də  Amiens  şəhərində  şəkər 

xəstəliyindən vəfat etmiş və evinin yaxınlığında dəfn edilmişdir. 

Özündən sonra müxtəlif bilik sahələrini əhatə edən 20 mindən 

çox  dəftərdən  ibarət  kartoteka  qoymuşdur.  Jül  Vernin  məzarı 

üzərində  “Ölümsüzlüyə  və  əbədi  gəncliyə  doğru”  sözləri 

yazılmış abidə ucaldılmışdır.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



20 

 

Ədəbiyyat siyahısı 



Əsərləri kitablarda 

Latın əlifbası ilə 

 

Arxipelaq alovlanır. Klodius Bombarnak. - Təkrar nəşr, 1989-cu 



il nəşri əsasında.  -  Bakı  :  Şərq-Qərb, 2006.  - 416 s.  ;  22 sm.  - 

(Dünya Ədəbiyyatı) 

 

İyirmi min lyö su altı ilə : roman. - Bakı : Altun Kitab, 2013. - 



128  s.  -  (Məktəblinin  kitabxanası.  Dünya  ədəbiyyatından 

seçmələr) 

 

Kapitan Nemonun macəraları. - Bakı : OKA Ofset, 2011. - 100 



s. 

 

Kapitan Qrantın uşaqları. - Bakı : Altun Kitab, 2013. - 350 s. 



 

On beş yaşlı kapitan : roman. - Bakı : Altun Kitab, 2013. - 128 

s. - (Məktəblinin kitabxanası. Dünya ədəbiyatından seçmələr) 

 

Seçilmiş  əsərləri  :  Roman.  -  Təkrar  nəşr,  2006-cı  il    nəşrləri 



əsasında. - Bakı : Şərq-Qərb, 2009. - 592 s. - (Dünya Ədəbiyyatı 

Klassikləri) 

 

Sirli  ada.  -  Bakı  :  Altun  Kitab,  2013.  -  128  s.  -  (Məktəblinin 



kitabxanası. Dünya ədəbiyyatından seçmələr) 

 

Kiril əlifbası ilə 

80000  kilometr  su  altı  ilə.  -  V  nəşrinə  əsasən.  -  Bakı  : 

Uşaqgəncnəşr, 1948. - 483 s. 




21 

 

Elektron resurslar 



 

 

İyirmi  min  lye  su  altında  [Elektron  resurs];  Azərbaycan 



Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyi.  -  Electronik 

mətn. - Bakı : İnnovativ Tədris Mənbələri (İTM) QSC, 2012. - 1 

el. opt. disk (CD-ROM)  

 

Haqqında kitablarda 

 

Əsgərli F. F. Dünya uşaq ədəbiyyatı : Dərs vəsaiti. - [et al.]. - 



Bakı : ADPU, 2012. - 358 s. 

 

Əsərləri mətbuatda 

 

Lileyeva  İ.  Elm  və  zəka  tərənnümçüsü:  Jül  Vernin  anadan 



olmasının 150 illiyi münasibətilə // Azərbaycan gəncləri. - 1978. 

- 7 fevral. 

 

Jül Vern (1828-1905) // Savalan. - 2013. - 16-22 iyul. - № 50/51. 



- S. 2. 

 

Jül Vern : frasız yazıçısı // Savalan. - 2009. - 17 aprel. - S. 2.  



 

Qismət  A.  Gələcəyi  göstərən  25  kitab  //  Ədəbiyyat  qəzeti.  - 

2017. - 11 noyabr. - № 40. - S. 26. 

 

 

 

 

 

 



22 

 

Elm və zəka tərənnümçüsü Jül Vern  



(metodik vəsait) 

 

 



 

 

 



Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail:info@clb.az 

URL:www.clb.az 

 

 



 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 11 

Çapa imzalanmışdır:15.01.2018 

Tirajı:100 

Pulsuz 


 

Yüklə 138,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə