F. Köçərli adına



Yüklə 466,86 Kb.
Pdf görüntüsü
səhifə18/18
tarix21.06.2018
ölçüsü466,86 Kb.
#50034
1   ...   10   11   12   13   14   15   16   17   18

56 

 

oyuncaqlarını  incitməyəcək.  Məni  də  apar  onun  yanına,  ay 



Humayın topu!... 

Aparıcı:  Humay  yuxudan  oyandı.  Başa  düşdü  ki,  gördükləri 

yuxu imiş. Tez oyuncaqlarının yanına qaçdı. Onları qucaqladı. 

Pəncərədən baxıb, yolda duran Milisioner əmiyə salam verdi.  

Humay:  Mən  daha  oyuncaqlarımı  incitməyəcəyəm.  Onları 

sevəcəyəm. Polis əminin dediyi kimi ağıllı qız olacağam. 



Səhnəcik sona çatır.  

I  aparıcı:  İnanırıq  ki,  istedadlı  yazıçı  bizim  balaca 

oxucularımızı  bundan  sonra  da  gözəl-gözəl  əsərlər  ilə 

sevindirəcək.  Elçin  Əfəndiyevin  əsərlərinin  əksəriyyəti 

ekranlaşdırılıb:  “Mən sizin  dayınızam”, “Ah,  Paris!.. Paris!..”, 

“Mənim sevimli dəlim”, “Mahmud və Məryəm”, “Mənim ərim 

dəlidir”,  “Ölüm  hökmü”,  “Şuşa  dağlarını  duman  bürüyüb”, 

“Poçt şöbəsində xəyal”, “Ağ dəvə”, “Qatil”, “Ulduz, məhəbbət 

və şampan şərabı”, “Arılar arasında” və s. Elçin müəllimin  bədii 

üslubu  –  əslində,  üslublar  sintezidir.  Standart  üslub 

ixtisaslaşması Elçin yaradıcılığına yaddır. Bu yaradıcılıq üslub 

baxımından dinamikdir. Müəllif epik təsvirdə də, lirik təsvirdə 

də,  romantik  təsvirdə  də  özünü  sərbəst,  azad  hiss  edir.  Elçin 

Əfəndiyevin  yaradıcılığına  xas  olan  bu  cəhət  Azərbaycan 

nəsrinin  poetikasına  xüsusi  bir  zənginlik  gətirir.  Elçin 

Əfəndiyevin  yaradıcılığı üçün xas olan bir əhəmiyyətli cəhətdə 

odur  ki,  Elçin  üçün  məhdudluq,  coğrafi  ərazi  məhdudluğu 

yoxdur.  1976-cı  ildə  böyük  ədəbiyyatşünas  alim,  akademik 

Məmməd Cəfər  yazırdı: “Elçində bədii idrak duyğusu güclü və 

cəlbedicidir.  Müxtəlif  əhvali-ruhiyyəli,  müxtəlif  fərdi  həyat 

yolları keçən adamların mənəvi aləminə eyni zamanda dərindən 

nüfuz etmək qabiliyyəti onun yazıçılıq istedadının ən qüvvətli 

cəhətidir.  Onun  müxtəlif  sənət  sahibləri  olan  obrazları  nəinki 

mənəvi-əxlaqi  keyfiyyətləri,  arzuları,  əməlləri,  həm  də 



57 

 

peşələrinə və yaşlarına görə də qocası qoca, cavanı cavan, uşağı 



uşaq kimi inandırıcıdır, realdır.” 

II aparıcı: Görkəmli rus tənqidçisi Lev Anninski yazır: “Elçin... 

kədərli  bir  sehrkardır,  bərq  vuran,  qızılı,  gümüşü  rənglərə 

üstünlük verən impressionistdir...” Doğrudan da, Elçin mücərrəd 

obrazlar  yaratmaq  qabiliyyətinə  malik  bir  yazıçıdır.  Yazıçının  

“Bayraqdar”  povestini  oxuyarkən  insan  düşünür:    nəhayət  ki, 

Azərbaycan nəsrində qaçqınlarımızın böyük faciəsinin miqyası 

müqabilində layiqli əsər meydana çıxdı. Ermənistanın Qarabağ 

iddiası, ölkəmizə təcavüzü, tökülən qanlar, zəhərlənmiş talelər o 

qədər  böyük  milli  yaramızdır  ki,  bu  yara  yalnız  yüksək              

bədii- 


estetik 

səviyyədə 

öz  təcəssümünü  tapmalıdır. 

“Bayraqdar”  povestində  və  “Qarabağ  şikəstəsi”  hekayəsində 

olduğu kimi. Elçin Əfəndiyevin  bunlarla yanaşı, “Bayraqdar” 

əsəri sanki ustalıqla toxunmuş bir əsərdir. Burada heç bir ipin 

ucu  boş  buraxılmır.  Bütün  iplər  öz  funksiyasını  yerinə    

yetirərək sənətkarlıqla düyünlənir. Tam mənzərə yaranır. Estetik 

bütövlük  əldə  olunur.  “Bayraqdar”  povesti  həmin  böyük 

faciənin  yığcam  bədii  panoramını  yaradan,  eyni  zamanda,  ən 

dərin qatlarını üzə çıxaran sənət əsəridir. Bu əsər öz müəllifinə 

müasir dövrdə – XXI əsrin əvvəllərində də ədəbi bayraqdarlıq 

ucalığı gətirmişdir. 

I  aparıcı:  Bəli,  Elçin  hər  əsərində  Elçindir,  hər  əsərində 

sənətkardır,  əsərlərinin  hər  birində  mükəmməl  söz  ustasıdır, 

gözəl,  aydın  və  məhz  özünün  olan  üslub  sahibidir.  Elçin 

Əfəndiyevin belə bir fikri  var: Bədii söz aysberqə oxşamalıdır. 

Görünməyən hissəsi görünən hissəsindən çox olmalıdır. Elçinin 

“Ədəbi  düşüncələr”i  bədii  aysberqlərin  görünməyən  hissəsini 

duymağın  yollarını  öyrədir.  Elçin  Əfəndiyevin  “Ədəbi 

düşüncələr”ini  fərqləndirən  bir  amil  də  odur  ki,  bunlar 

yazılarkən,  heç  bir  sistemə,  zaman,  janr,  məktəb  ardıcıllığına 

riayət  olunmayıb.  Elçin  Əfəndiyevin  Abşeron  mövzuları 




58 

 

ədəbiyyatımızın şedevrlərindən sayılır. Bəli, yazıçı hər mövzuya 



görə  dilini  xüsusi  kökləyə  bilir.  O,  filoloji  biliyi  ilə  öz 

yaradıcılığına da nəzarət edir. Yazıçı  öz əsərləri ilə sübut etdi 

ki,  sənət  həyatın  mahiyyətinə  nüfuz  etməli  və  bu  mahiyyəti       

üzə  çıxarmalıdır.  Onun  komediyalarını  oxucuların  şüurunda 

güclü  partlayış  yaradan  qumbaraya  bənzətmək  olar.  Bu 

komediyalardakı  konfliktlər  gerçəkliyin  mürəkkəb  daxili 

ziddiyyətlərini  yüksək  bədiiliklə  əks  etdirir.  Nasir  Elçinin 

xoşbəxt  taleyi  olduğu  kimi,  dramaturq  Elçin  Əfəndiyevin    də 

xoşbəxt  teatr  taleyi  var.  Onun  pyeslərini  həm  oxucular,  həm 

tamaşaçılar, həm də sənətçilər sevirlər. Onun dramaturgiyasını 

xarici ölkələrdə tanıyırlar, sevirlər, oynayırlar... Bəli, yazıçı  bu 

gün çağdaş Azərbaycan dramaturgiyasının ən fəal təmsilçisidir. 

Elçin  Əfəndiyev  siyasi  quruluşlarda  yazdıqlarının  bircə 

cümləsini, bircə sözünü də dəyişmədən bu gün də könül xoşluğu 

ilə  çap  etdirə  bilən  yazıçılardandır.  Bu,  sənətin  mərdanəliyi, 

sənətkarın xoşbəxtliyidir. 



II  aparıcı:  Elçin  Əfəndiyev  məhsuldar  yazıçıdır.  Yazıçı 

ədəbiyyatşünaslığımızı  bu  gün  də  məşğul  edən,  ayrı-ayrı 

hallarda  sənətşünaslıq  və  estetika  elmləri  ilə  sərhədlənən 

problemləri iki aspektdə – həm bədii nəsrin təcrübəsində, həm 

də  onun  tənqidində  diqqət  və  ehtiyatla  araşdırır,  müqayisələr 

aparır,  bədii  əsərləri  və  tənqidi  fikirləri,  müxtəlif  müəlliflərin 

rəylərini  tutuşdurur,  nəticə  çıxarır,  yüksək  səviyyəli  elmi 

xülasələr  əldə  edir...  Elçin  Əfəndiyev  saxtanı  həqiqətdən,       

elmi-  nəzəri  mülahizəni  doqmatizmdən,  ehkamçı  və  subyektiv 

fikirlərdən seçməyi bacarır. Belə hallarda o cəsarətlə tənqid edir, 

amma  ehtiram  və  təvazökarlıq  cızığından  da  kənara  çıxmır. 

Elçin  Əfəndiyevin  əsərləri  və  ədəbi-ictimai  fəaliyyəti 

Azərbaycanda  və  xarici  ölkələrdə  bir  çox  mükafatlara  layiq 

görülmüşdür.  Bunlardan    “Humay”,  “Füzuli”,  “Qızıl  Dərviş”, 




59 

 

“İlin ən yaxşı hekayəsi”, “Yaddaş”, “Proza N”, “R. Rza” və s. 



mükafatlara layiq görülmüşdür. 

Tədbirin sonunda söz kitabxananın rəhbərliyinə verilir. 

Müdiriyyət:  Bu  gün  Elçin  Əfəndiyevin  75  yaşı  tamam  olur. 

Bizim ölkədə 20-80  yaş arasında elə bir insan təsəvvür etmək 

olmaz  ki,  Elçin  yaradıcılığının  çox  qismini  doyulmaz  zövq       

ala-ala,  ruhi  bir  qüdrət  qazana-qazana  oxumasın,  onun                 

lirik-psixoloji  üslubu,  poeziya  ovqatlı,  duzlu-məzəli  dram 

əsərlərinə  tamaşa  etməsin.  Elçin  Əfəndiyevin  ad  günü          

yalnız  onun  özünün,  ailəsinin,  minlərlə  oxucusunun  bayramı 

deyil,  həm  də  çoxəsrlik  ədəbiyyatımızın,  mədəniyyətimizin 

bayramıdır.  Çox  hörmətli,  görkəmli  ədibimizə  uzun  ömür, 

cansağlığı,  işıqlı  təfəkküründən,  xalqa  nurlu  məhəbbətindən 

rişət  tapan  gumrahlıq,  nikbinlik  diləyirik.  Biz  inanırıq  ki, 

yaradıcılığının ən yetkin dövrünü yaşayan ədib kimi siz müasir 

ədəbi  prosesə  ciddi  təsir  edən  yeni-yeni  əsərlərinizlə  bundan 

sonra da Azərbaycan oxucusunu sevindirəcək, müstəqillik dövrü 

ədəbiyyatımızın zənginləşməsi işinə öz töhfənizi verəcəksiniz. 

Tədbirin sonunda iştirakçılara Elçin Əfəndiyevin qələmə aldığı 

quruluşçu rejissoru Ramiz Fətullayev və Dövlət Fəthullin olan 

“Hökmdarın taleyi” filmi təqdim olunur. 

     


 

 

 



 

 

 



 

 

 




60 

 

Ədəbiyyat siyahısı 



Əsərləri 

                Kitablar 

                   Seçilmiş əsərləri.10 cilddə. – Bakı : Çinar Çap, 2005.  

                C. 1 : hekayələr, yanıltmac və tapmacalar. - 626 s.   

                C. 2. : povestlər və kinopovestlər. – 523 s. 

                C. 3 : pyeslər : Ah Paris, Paris ; Mənim ərim dəlidir. – 590 s. 

C.4  :  pyeslər  və  romanlar  :  Taun  yaşayır;  Qatil;  Mahmud  və 

Məryəm ; Ağ dəvə. – 589 s. 

C.  5.  Ölüm  hökmü;  İlyas  Əfəndiyev  şəxsiyyəti  və  sənəti 

haqqında məlumatlar. – 494 s. 

C.6. : Səyahət notları ; Esselər ; Ədəbi düşüncələr. – 583 s. 

C. 7 : məqalələr. – 570 s. 

C. 8 : məqalələr : monoqrafiyalar. – 551 s.  

C. 9 : elmi məqalələr. – 509 s. 

C. 10 : müsahibələr. – 476 s. 

Seçilmiş əsərləri. - Bakı : Çaşıoğlu, 2005. - 600 s. : (Azərbaycan 

Ədəbiyyatı).  

Seçilmiş əsərləri : romanlar. - Bakı : Avrasiya Press, 2005. - 424 

s. - (Müasir Azərbaycan ədəbiyyatı).  

Ağ dəvə. - Bakı : Çinar-çap, 2003. - 242 s.   

Aqoniya, yoxsa təkamül? : XIX əsr Azərbaycan ədəbiyyatına bir 

nəzər. - Bakı : Təhsil, 2014. - 64 s.  

Baladadaşın ilk məhəbbəti : Son otuz iki ilin hekayələri. - Bakı 

: QAPP-POLİQRAF Korporasiyası, 2000. - 480 s.  

Bayraqdar : povest . - Bakı : QAPP-POLİQRAF Korporasiyası, 

2004. – 170 s. 



61 

 

Kitabi  Dədə  Qorqud  aliliyi  =  The  supremacy  of  "Kitabi-Dede 



Gorqud"  =  La  grandeur  de  "Kitabi-Dede  Gorqoud"  = 

Бессмертие  "Книги  Праотца  Горгуда"  =  Die  majestat  des 

"Kitabi  Dede  Korkut"  =  "ىييل  ىلاع  دوقر  وق  هدد    باثک  "  -  Bakı  : 

Azərnəşr, 1999. - 142 s.  

Qarabağ şikəstəsi : hekayə. - Bakı : Mütərcim, 2009. - 48 s. - 

("525 kitab" seriyası).  

Mahmud və Məryəm . - Bakı : Çinar-çap, 2003. - 208 s.  

Pyeslər. - Bakı : Çaşıoğlu, 2012. - 944 s.  

Romanlar : "Mahmud və Məryəm". "Ağ dəvə". "Ölüm hökmü". 

- Bakı : Aspoliqraf, 2013. - 736 s.  

Sosrealizm  bizə  nə  verdi?  :  sovet  dövrü  ədəbiyyatı  haqqında. 

Məsələnin qoyuluşuna dair. - Bakı : Mütərcim, 2010. - 76 s. 

Şəxsiyyət  və  istedad  :  C.Cabbarlının  həyatı  və  yaradıcılığı 

haqqında düşüncələr. - Bakı :  2000. - Azərbaycan, ingilis və rus 

dillərində.  

Tənqid və nəsr : Azərbaycan bədii nəsri ədəbi tənqiddə (1945-

1965). - Bakı : Günəş, 1999. - 216 s.  

Yeni hekayələr. - Bakı : Təhsil, 2014. - 312 s. 



Elektron resurslar 

Ağ  dəvə  [səs  yazısı].  -  Bakı  :  "Avrasiya"  Fondunun  maliyyə 

dəstəyilə  Azərbaycan  Gözdən  Əlillər  Cəmiyətinin  Bakı  Tədris 

Müəssisəsinin  Səsyazma  studiyası,  2004.  -  7  ak.  -  (Danışan 

kitabxana silsiləsindən). 

Seçilmiş  əsərləri  [Elektron  resurs]    /  Elçin  ;  məsl.  L. 

Məmmədova [et al.] ; Azərbaycan Respublikası Mədəniyyət və 

Turizm  Nazirliyi.  -  Elektron  mətn.  -  Bakı  :  İnnovativ  Tədris 

Mənbələri (İTM) QSC, 2012. - 1 el. opt. disk (CD-ROM) : ağ-

qara : il. ; 12 sm. - (Nizami layihəsi). - (qutuda). 




62 

 

Uşaq hekayələri 

Aysunun,  Humayın,  Günayın,  Yalçının  və  Nigarın  nağılları  // 

Seçilmiş  əsərləri.  10  cilddə.  I  c.  –  Bakı  :  Çinar-çap,  2005.  – 

S.546-581.  

Balaca qırmızı çiçək və Gilas qız. - Bakı : Beşik, 2010. - (Mən 

və mənim dünyam).  

Günay, Humay, bir dənə günəbaxan və qırt toyuğun cücələri. - 

Bakı : Beşik, 2009. - 18 s. - (Mən və mənim dünyam).  

Kukla, yoxsa Aysu. - Bakı : Azərbaycan, 1998. - 48 s.  

Küləyin,  çinarın  və  qaranquş  balasının  nağılı.  -  Bakı  :  Beşik, 

2009. - 19 s. - (Mən və mənim dünyam).  

Qəhrəman  Aysu,  qara  pişik  və  cıqqılı  siçanın  nağılı.  -  Bakı  : 

Beşik, 2009. - 27 s. - (Mən və mənim dünyam).  

Mənə niyə gülürlər? : nağıl - Bakı : Beşik, 2009. - 27 s. (Mən və 

mənim dünyam). 

Səlimin hekayələri // Seçilmiş əsərləri. 10 cilddə. I c. – Bakı : 

Çinar-çap, 2005. – S.537-544.  



Kitablarda 

"Aydın"  və  Aydınların  faciəsi  //  Seçilmiş  əsərləri  10  cilddə.  - 

Bakı : Çinar-Çap, 2005.  – C. 8. - S. 22-33.  

"Kitabi-Dədə  Qorqud"  aliliyi  //  Seçilmiş  əsərləri  10  cilddə.  - 

Bakı : Çinar-Çap, 2005. C. 8. - S. 61-72.  

Baladadaşın  ilk  məhəbbəti  :  hekayə  //  Azərbaycan  nəsri 

antologiyası. 5 cilddə. - Bakı : Şərq-Qərb, 2006. - C.5. - S. 242-

259.  


Bəstəkarın  vətəndaş  sözü  :  Üzeyir  Hacıbəyovun  publisistikası 

haqqında  //  Seçilmiş  əsərləri  10  cilddə.    -  Bakı  :  Çinar-Çap, 

2005. – C. 8. - S. 434-480.  



63 

 

Əbədi müasirimiz : Mirzə Cəlil Məmmədquluzadə haqqında // 



Seçilmiş əsərləri 10 cilddə. - Bakı : Çinar-Çap, 2005. – C. 8. - S. 

140-146. 

Qatil    //  Azərbaycan  dramaturgiyası  antologiyası.  4  cilddə.  - 

Bakı : Şərq-Qərb, 2007. - C. 4. - S. 245-301.   

Məmməd Əmin Rəsulzadə // Seçilmiş əsərləri 10 cilddə. - Bakı 

: Çinar-Çap, 2005. C. 8. - S. 12-28.  

Nəriman  Nərimanov    //  Seçilmiş  əsərləri  10  cilddə.  –  Bakı  : 

Çinar-Çap, 2005. – C. 8. - S. 36-60.  

Talvar  :  hekayə  :  akademik  Məmməd  Arif  Dadaşzadənin 

xatirəsinə  //  Talvar.  -  Bakı  :  Təhsil,  2009.  -  (Məktəb 

Kitabxanası).  

Dövri mətbuatda 

“Aqoniya", yoxsa təkamül? : XIX əsr Azərbaycan ədəbiyyatına 

bir  nəzər  :  dördüncü  məqalə  //  Ədəbiyyat  qəzeti.  -  2014.  -  10 

yanvar. - № 1. - S. 4. ; Azərbaycan. - 2014. - № 2. - S. 145-166. 

- Əvvəli qəzetin 2013-cü il dekabr nömrələrində. 

Azərbaycan Yazıçılar Birliyi  və  "Ədəbiyyat  qəzeti"  - 75 :  Baş 

nazirin müavini, xalq yazıçısı Elçinin nitqi // Ədəbiyyat qəzeti. 

- 2009. - 18 dekabr. - №48-49. - S. 1-2.  

Cəhənnəm sakinləri  : yeddihissəli dram  // Azərbaycan. - 2009. 

- № 2. - S.  10-34.  

Çingiz xanın daşları : hekayə  // Ədəbiyyat qəzeti. - 2017. - 11 

mart. - № 9. - S. 10-11.  

Dəyişməzlik : Abid Tahirlinin 60 yaşı münasibətilə // Ədəbiyyat 

qəzeti. - 2015. -  14 noyabr. – № 58.  

Elçin : "Hər şeyi təkcə mühitlə bağlamaq olmaz..." // Pəncərə. - 

2007. - № 4. - S.8-17.  

 



64 

 

İntihar  :  gözəl  kor  qız  haqqında  hekayə  //  Ədəbiyyat  qəzeti.  - 



2017. - 29 aprel. - № 15. - S. 16-18.  

Kərpickəsən kişinin kədərli dastanı : Şərif Ağayarın yaradıcılığı 

haqqında // Ədəbiyyat qəzeti. - 2011. - 11 fevral. - № 5. - S. 3.  

Qanlı mart hadisələrindən 91 il keçir // Mədəniyyət. - 2009. - 1 

aprel. - S. 4.  

Qəbiristanlıqda məhəbbət əhvalatı : hekayə  // Ədəbiyyat qəzeti. 

- 2016. - 26 noyabr. - № 44/45. - S. 4-6.  

Qoca  Fikrət :  Fikrət  Qocanın  80 illiyinə  // Ədəbiyyat qəzeti.  - 

2015. - 3 oktyabr. - № 52. - S. 2-3.  

Qocalığa hələ çox qalıb : Anarın 75 yaşına // Ədəbiyyat qəzeti. 

- 2013. - 1mart. - № 10. - S. 4.  

Missiya  :  Musa  Namazovun  xatirəsinə  :  hekayə  //  Ədəbiyyat 

qəzeti. - 2016. - 15 oktyabr. - № 38. - S. 2-4.  

Mişel  Fermo  və  onun  komediyası  haqqında  //  Azərbaycan  : 

jurnal. - 2016. - № 10. - S. 15-16.  

Mühacir ədəbiyyatımızın tədqiqi : [Nikpur Cabbarlının "XX əsr 

Azərbaycan  mühacirət  ədəbiyyatı  (türkdilli  örnəklər  əsasında) 

monoqrafik tədqiqatı] // Ədəbiyyat qəzeti. - 2017. - 8 iyul. - № 

24. - S. 6-7.  

Nizami  və  onun  tədqiqatçısı  haqqında  bir  neçə  söz  :  Oksford 

Universitetinin Londonda ingilis dilində və Bakıda Azərbaycan 

dilində nəşr olunmuş "Böyük Azərbaycan şairi Nizami" kitabına 

yazılmış ön söz // Ədəbiyyat qəzeti. - 2017. - № 33. - S. 2.  

Ölümə hazır olan insan : "Milyonçu qadın"ı tərcümə edərkən : 

dramaturgiya // Azərbaycan : jurnal. - 2017. - № 4. - S. 3-6.  

Öz  istehkamı  olan  yazıçı  :  Kobo  Abenin  məşhur  "İstehkam" 

pyesini  tərcümə  edərkən  yazılmış  söz  //  Ədəbiyyat  qəzeti.  - 

2012. -15 iyun. - № 22. - S. 3.  




65 

 

Payız ovqatının dedikləri : tanrı əzabları haqqında // Ədəbiyyat 



qəzeti. - 2016. - 29 oktyabr. - № 40. - S. 20-22.  

Rəssam Muxtar Manaflının həyatı, sənəti və bu dünyadan qaçışı 

: hekayə // Ədəbiyyat qəzeti. - 2017. - 2 dekabr. - № 44/45. - S. 

6-7.  


Sənətkarın  taleyi  (Ərəblinski)  :  davamlı  proloqdan  və  on  beş 

şəkildən ibarət faciə  // Azərbaycan. - 2012. - № 11. - S. 11-48.  

Siz kimsiniz, Qəzənfər Paşayev : professor Qəzənfər Paşayevin 

80 illiyi  // Ədəbiyyat qəzeti. - 2017. - 29 iyul. - № 27. - S. 5.  

Sosrealizm  bizə  nə  verdi?  :  Sovet  dövrü  ədəbiyyatı  haqqında. 

Məsələnin qoyuluşuna dair  // Azərbaycan. - 2011. -  1. - S. 

145-165.  

Söz azadlığı tənqidimizə nə verib?  // Azərbaycan. - 2017. - № 

12. - S. 162-186. ; Ədəbiyyat qəzeti. - 2017. - 21 oktyabr. - № 

37. - S. 12-13. ; 28 oktyabr. - № 38. - S.2-4. ; 4 noyabr. - № 39. 

- S.8-10.  

Şeytan əməli : maskalar silsiləsindən // Ədəbiyyat qəzeti. - 2017. 

- 16 dekabr. - № 48/49. - S. 10-11.  

Şeytan sonatası :  (Absurd) :  "Maskalar" silsiləsindən :  pyes // 

Ədəbiyyat qəzeti. - 2017. - 30 sentyabr. - № 34. - S. 14-15.  

Teleskop : on bir şəkildən və iki epiloqdan ibarət tragikomediya  

// Azərbaycan. - 2011. - № 7. - S. 3-50.  

Tut Budağı, Ərik Budağı və Sarı Bülbülün nağılı  // Ədəbiyyat 

qəzeti. - 2017. - 30 dekabr. - № 52. - S. 4-5.  

“Yalnız  həqiqət”in  həqiqəti  :  Jan-Pol  Sartrın  eyni  adlı  əsəri 

haqqında söz // Azərbaycan. - 2012. - № 4. - S. 13-16.  

Rus dilində 

Артист : трагедия в пятнадцати картинах и с прологами  // 

Литературный Азербайджан. - 2012. - № 9. - С. 3-38.  



66 

 

Из цикла "Сказки" // Литературный Азербайджан. - 2012. - 



№  4.  -  С.  3-47.  -  Сказка  старого  дуба  ;  Сказка  о  черном 

вороне, решившем творить добро ; Сказка о прутике ивы и 

прекрасном олеандре и др.  

О  новых  творческих  успехах  Полада  Бюльбюльоглу  // 

Зеркало. - 2010. - 30 января. - № 18. - С. 26.  

Судьба Кащея : короткая повесть / пер. А. Мустафа-Заде // 

Литературный Азербайджан. - 2013. - № 5. - С. 45-61.  

Тень : рассказ  // Литературный Азербайджан. - 2013. - № 4. 

- С. 15-26.  

Что дал нам соцреализм  // Каспий. - 2011. - 11 июня. - № 

104. - С. 8. 

О твоачестве Эльчина 

Размышления,  навеянные  пьесой  народного  писателя 

Азербайджана 

Эльчина 


Эфендиева 

"Телескоп" 

// 

Литературный Азербайджан. - 2012. - № 5. - С. 91-93.  



İngilis dilində 

Elchin. My favourite and Other Plays. – Bakı : Aspoliqraf, 2012. 

312 p. – This is a book of  Engilish translations of the following 

plays by People’s Writer Elchin, one leading figues of modern 

Azerbaijani  literature:  My  Favourite  Madman,  Shakespeare, 

Citizens of Hell and Telescope. 



Haqqında 

Kitablarda 

Elçin. Ömrün anları : foto-albom. - Bakı : Çinar - Çap, 2009. - 

656 s. : portr.,  

Elçin (1943) // Müasir Azərbaycan ədəbiyyatı : dərslik. - Bakı : 

Bakı Universiteti nəşriyyatı, 2007. – C.2. - S. 496-526.  

 



67 

 

El üçün yaşayıb, yaradan yazıçı Elçin Əfəndiyev

 

(metodik vəsait) 

 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail:info@clb.az 

URL:www.clb.az 

 

 



 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 32 

Çapa imzalanmışdır: 16.04.2018 

Tirajı:100 

Pulsuz 


 

Yüklə 466,86 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə