15
Görkəmli şəxsiyyətlərin Elçin Əfəndiyev haqqında
söylədikləri fikirlər:
Elçin yaradıcılığının çoxşaxəli olması ilə seçilən, müxtəlif
janrlarda uğurla işləməyi bacaran qələm sahiblərindəndir. O,
ictimai fəaliyyəti ilə müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın
mənəvi birlik və həmrəyliyi işinə yüksək dərəcədə xidmət
etmişdir.
Heydər Əliyev,
Ümummilli lider
Elçinin ədəbi hadisələrə obyektiv yanaşması, işin
ağırlığından qorxmaması, mühüm elmi-bədii problemlərə nəzəri
əsaslarla yanaşması əsərlərinin sanbalını xeyli artırmış, bu əsəri
ləyaqətli bir tədqiqata çevirmişdir.
Mir Cəlal Paşayev,
yazıçı, professor
Elçin ləyaqətlə yaşanmış bir ömrün 40 ildən artıq müddətini
ədəbiyyata həsr etmiş, çağdaş nəsrimizin, dramaturgiyamızın,
tənqidimizin aparıcı şəxsiyyətlərindən biri kimi şöhrət
qazanmışdır.
Anar,
Xalq yazıçısı
... Elçinimiz necə sürətlə boy atdı, Doğunu və Batını
mənimsəyən parlaq bir ədəbiyyat bilicisinə, filosof qüdrətli
nəzəriyyəçiyə çevrildi... Elçinin oxucusu olmaq çətindir. Çünki
onun əsl qəhrəman hökmü ilə saçdığı inciləri yığıb-yığışdırmaq
olmur..
Xəlil Rza Ulutürk,
Xalq şairi
16
Elçinin “Ölüm hökmü” romanını oxuyanda yaşadığım acı
günləri, qorxu və təlaş dolu illəri yenidən yaşadım və onun
yaşını düşünüb heyrətləndim. O amansız və dəhşətli illəri bu
qədər təbii və inandırıcı şəkildə qələmə ala bildiyinə
təəccübləndim. Bu yazılar Elçinin şəxsi müşahidəsinin
məhsuludur. Elçinin sənətinin sehrini və istedadının gücünü
alqışlayıram!
Bəxtiyar Vahabzadə,
Xalq şairi
Elçinin əsərləri işıqlı, nikbin hisslərlə, həyat eşqi və insana
hərarətli, lirik məhəbbətlə aşılanmışdır... O, insanı daxildən,
psixoloji aləminin mürəkkəbliyi ilə təsvir edir, rənglərin
zənginliyinə fikir verir.
Mirzə İbrahimov,
Xalq yazıçısı
Elçin həmişə vaxtdan ucada dayanmağı bacarıb, həmişə hər
yerdə vaxtın sözünü deyə bilib. Elçin yaratdıqlarında səmimi
olan, saxta rənglərə, cansız gəzişmələrə, qanadı sınmış
cümlələrə yer verməyən, həyatı əslində necə varsa, o cür ifadə
etməyi bacaran yazıçıdır.
Mövlud Süleymanlı,
Xalq yazıçısı
Elçin adamların xarakterindəki keçici, ötəri yox, mühüm,
təyinedici cəhətləri görür, işıqlandırır və bu işıq altında da onun
yaddaqalan obrazını yaradır... O öz epik əsərləri ilə Azərbaycan
romanının səviyyəsinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir
göstərmişdir.
Bəkir Nəbiyev,
akademik
17
Elçinin müxtəlif sənət sahibləri olan surətləri... nəinki
mənəvi-əxlaqi keyfiyyətləri, arzuları, əməlləri, həm də peşə və
yaşlarına görə də qocası qoca, cavanı cavan, uşağı uşaq kimi
inandırıcıdır, realdır. Elçin varlığı, hadisə və insan səciyyəsini
canlandırmaqda bir-birini tamamlayan bədii nüfuz üsullarından
istifadə edir.
Məmməd Cəfər,
Əməkdar elm xadimi, nasir
Elçin Azərbaycan ədəbiyyatının XX əsrdən XXI əsrə keçici
dövrünün qaranlığa işıq saçan mayaklarından biridir. O real və
zəngin bədii yaradıcılığı ilə xalqına, ümumən bəşəriyyətə layiqli
xidmət etmişdir.
Budaq Budaqov,
akademik
Elçinin hekayə və povestlərini oxuyanda qələmindəki
özünəməxsusluğun bədii cizgiləri, əlamətləri dərhal nəzərə
çarpır... Nüfuzedici bir nəzərlə uzaqlara və dərinliklərə dalmaq,
gözə görünən və görünməyən ara pərdələri qaldırıb əsl
mahiyyətə, nüvəyə çatmaq meyli bu yazıçıya xas bir
keyfiyyətdir.
Məmməd Arif,
Əməkdar elm xadimi, nasir
Elçin Azərbaycan ədəbiyyatını yalnız respublika ölçüsündə
deyil, dünya ölçüsündə araşdırır.
Abbas Zamanov,
Əməkdar elm xadimi
Elçin müasir Türkiyə ədəbiyyatından və ədəbi prosesindən
bəhs edərkən belə bir fikri əsas götürür ki, ədəbiyyat dövrün