F. Köçərli adına



Yüklə 466,86 Kb.
Pdf görüntüsü
səhifə6/18
tarix21.06.2018
ölçüsü466,86 Kb.
#50034
1   2   3   4   5   6   7   8   9   ...   18

18 

 

mühüm  siyasi-ictimai  problemlərindən  kənarda  qalmamalı, 



həmişə  öz  xalqının  ictimai  marağının  keşiyində  dayanmalıdır, 

bilavasitə  həyatdan  bəhrələnməlidir.  O,  qabaqcıl  dünya 

ədəbiyyatından faydalanmaqla birlikdə milli ədəbi ənənələrinə 

arxalanmalıdır... 

                                                                         Həmid Araslı, 

 

akademik

 

                          

 

 

                                        

Elçinin dil spesifikliyi  və özünəməxsusluğu bir yazıçı kimi 

qabarıq  keyfiyyətlərindəndir.  Elçinin  yaradıcılığının  əsas 

xüsusiyyətlərindən biri obrazların reallığı, dinamikliyidir. 



 

 

 

 

 

 

Yusif Səmədoğlu, 

                         

                      Əməkdar incəsənət xadimi 

 

Elçin  bədii  teksti  dünyaya  yaxınlaşdırmağı  bacarır.  Elçinin 

söylənti  tərzi  povestlərində  və  hekayələrində  əsasən  silsilə 

cümlələrdən  alınmış  iri  cümlələrdən  yığılır.  Ədəbiyyatımızda 

bunun kökü Füzuli nəsrinə, Mirzə Fətəliyə, Mirzə Cəlilə ... gedib 

çıxır. 


                                                 

 

      Niyazi Mehdi, 



                                                      fəlsəfə elmləri doktoru  

 

 

 

  

 

 

                              

...Elçinin  yaradıcılığında  “yazıçı  yaddaşı”  güclü  bir 

faktordur.

 

Onun  “Bayraqdar”  povesti    öz  müəllifinə  müasir 



dövrdə – XXI əsrin əvvəllərində də ədəbi bayraqdarlıq ucalığı 

gətirmişdir. 



                                          

Nərgiz Paşayeva,   

professor 

 

Elçin  tutduğu  rəhbər  ictimai  vəzifələrdə,  yüksək  dövlət 

vəzifələrində  həmişə  böyük  səriştə  və  enerji  ilə,  xeyirxahlıq, 



19 

 

eyni  zamanda  prinsipiallıqla  geniş  mənada  Azərbaycan 



mədəniyyətinə xidmət etmişdir. 

                                                                  Tofiq Quliyev, 



  

 

 

 

      Xalq artisti 

 

     Bu  böyük  yazıçının  bədii  təsvir  vasitələri  elədir  ki,  onun 

əsərlərini  oxuduqda,  elə  bil,  mahir  bir  rəssamın  fırçası  ilə 

canlandırılmış tablolara tamaşa edirsən. 



 

 

 

 

 

 

    Tahir Salahov, 

                                                                               Xalq rəssamı 

                          

Elçində dil ürək kimi çırpınır, beyin kimi düşünür, su kimi 

axır, gün kimi işıq saçır, axşam kimi düşür, dərd kimi ağrıdır, 

ruh  kimi  susur...  Elçin  şöhrət  üçün  yox,  ürəyinin  hökmü  ilə 

yaradan sənətkardır. 

Vaqif Bəhmənli,  

                                 Əməkdar mədəniyyət işçisi 

 

     Elçin  Əfəndiyevin  kitabxanada  bir  neçə  kitabının  icmalını  

keçirmək,  onun  yaradıcılığından  bəhs  edən  diskussiyalar  da 

təşkil  etmək  olar.  Diskussiyalar  keçirilərkən  yazıçının 

hekayələrindən, romanlarından, dramlarından söhbət açılır və bu 

haqda  oxucuların  fikirləri  öyrənilir,  onlarla  yazıçının 

yaradıcılığı  haqqında  diskussiya  aparılır.  Yaxşı  olar  ki, 

diskussiya  kitabxana  ətrafında  yerləşən  məktəblərdə  təşkil 

olunsun. Kitabxanaçı məktəblilərlə  Elçin Əfəndiyevin əsərləri 

əsasında  aşağıdakı  formada  diskussiya  apara  bilər:  “Hörmətli 

oxucularımız. Hamımıza görkəmli yazıçımız Elçin Əfəndiyevin 

əsərləri  tanışdır.  Məlumdur  ki,  Elçin  Əfəndiyevin  əsərlərində  

yeni olan  iki bədii məziyyət ədəbi-bədii fakt olaraq çözülə bilər. 

İstər “Mahmud və Məryəm” də, istər “Ağ dəvə” də, istərsə də 

“Ölüm  hökmü”  ndə  zaman  və  məkan  Elçinin  o  vaxta  qədərki 



20 

 

yaradıcılığına  xas  olmayan  bir  miqyasda  sonsuzluq, 



hüdudsuzluq, genişlik qazanıb. 

Adətən  yazıçı  hekayə  və  povestlərində  bir-iki  ilin,  bir  neçə 

ayın, beş-on günün, bir səhərin, bir gecənin, üç-dörd saatın, hətta 

an  qədər  qısa  zaman  aralığının  bədii  mətləbini  qələmə  alırdı... 

Halbuki,  “Mahmud  və  Məryəm”  romanında  eşqin,  ali  və  ülvi 

məhəbbətin işığı böyük tanrının insanı yaratdığı ilk gündən baş 

alıb  gəlir.  “Ağ  dəvə”  romanında  bir  günün,  yazı  mizi  başında 

keçən bir neçə saatın içində ən azı əlli ilin hadisələri qeyri-adi 

dərəcədə mükəmməl bir təfərrüatla göz önündə durmaqda, canlı 

bir  görsənişdədir.  Yazıçının    hər  bir  romanı  ayrı-ayrılıqda 

lakonik  epopeyadır.  Bəli,  təbiətin  ayrılmaz  bir  parçası  olan 

insanın, insan taleyinin epopeyası... 

Uşaqlar,  sizin  bu  haqda  fikriniz  nədir?  Nə  üçün  yazıçı 

“Mahmud  və  Məryəm”  əsərini  dastan  adlandırır?  Bu  dastanla 

“Əsli və Kərəm” dastanı arasında oxşar və fərqli cəhətlər nədir?” 

Oxucuların fikirləri: 

I oxucu: Mahmud və Məryəm” romanların içində ən zərifi, ən 

kövrəyidir. “Mahmud və Məryəm” eşq haqqındadır. Ən azı ona 

görə ki, romanın əsasında bütün Şərqdə “Əsli və Kərəm” adı ilə 

dillərdə  gəzib  dolaşan,  dastan  gecələrini  bəzəyən  kədərli  bir 

əhvalat dayanır.  “Əsli və Kərəm”in motivlərinə  söykənib başı 

bəlalı eşqdən, öndə aşiqlərə bal dadızdıran, ortada zəhərə, sonda 

külə  dönən  eşqdən  yan  keçmək  mümkün  deyil.  “Əsli  və 

Kərəm”in motivləri əsasında Elçin Əfəndiyevin  qələmə aldığı 

“Mahmud və Məryəm” isə realist yazıçının yaratdığı dastandır. 

Romanın bütün sturkturuna hopmuş aydınlıq, sadiqlik, xəlqilik, 

humanizm,  bəşərilik,  kamillik  “Mahmud  və  Məryəm”i  dastan 

adlandırmağa  imkan  yaradır.  “Əsli  və  Kərəm”  dastanın  sujeti 

“Mahmud  və  Məryəm”  romanında  olduğu  kimi  saxlanılıb, 

fantaziyaya  yol  verilməyib;  ayrı-ayrı  dinlərə  məxsus  iki  gənc 

bir-birini  sevir,  lakin  şəriətin  müəyyən  etdiyi  qaydalar  bu 



Yüklə 466,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə