F. Köçərli adına



Yüklə 466,86 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix21.06.2018
ölçüsü466,86 Kb.
#50034
1   2   3   4   5   6   7   8   9   10   ...   18

21 

 

izdivaca  yol  vermir.  Fəqət  “Əsli  və  Kərəm”dən  fərqli  olaraq 



“Mahmud  və  Məryəm”də  eşq,  sevgi  bədii  mətnin  yeganə 

predmeti deyil. Romanda iki gəncin qara gələn bəxti, yaranışdan 

uğursuzluğa  məhkum  taleyi  fondur,  hərçənd  ki,  bu  fonun  özü 

çoxçalarlıdır, ümumi məzmunda həlledici atributddur. 



II  oxucu:    Mahmud,  eləcə  də  onun  əhatəsində  olan  bütün 

insanlar sonu zəhərə, külə dönən eşqdən daha dəhşətli bir fəlakət 

qarşısındadır. Bu fəlakət dünyanın faniliyi ilə bağlıdır. Fani olan 

dünyada eşqin əbədiliyindən söz açmaq olarmı? 

     Mahmud və Məryəm həqiqətini yaradan, ona qoynunda yer 

ayıran  dünya  qan  qoxuyur.  Bu  böyük  məhəbbətin  gözləri 

qarşısında  ordular  baş-başa  gəlir,  qılıncının  zərbindən          

qayalar 


parçalanan 

cəngavərlərin 

gözlərini 

qarğalar    

dimdikləyir.  Humanist  yazıçı  insanları  ayılmağa,  yaxşılıqları 

dəyərləndirməyə  çağırır.  Yazıçı  həyatın  faniliyinə  qarşı  əzəli 

bal, ortası əzab, sonu kül olan sevgini, müharibələrə qarşı sülhü, 

var-dövlətə,  dünya  sərvətlərinə  qarşı  həqiqi  təmizliyi,  paklığı 

qoyur. 

Kitabxanaçı: Azərbaycan ədəbiyyatının nadir nümunələrindən 

olan  “Ağ  Dəvə”  Elçin  qələminin  sirli  qüvvəsi  ilə  min  illərin 

yaxşılıq və pisliklərini, mərdlik və namərdliklərini bir anın içinə 

sığışdıran epopeyadır. Bu haqda mülahizələrinizi söyləyin. 



I  oxucu:    Qəbiristanlıqda  adi  bir  təsadüf  nəticəsində  əsərin 

qəhrəmanı,  həm  də  hadisələrin  qəhrəmanı  Ələkbərin  gördüyü 

uşaqlıq  illərinin  tanışları,  məhəllə  adamlarının  çöhrəsi         

saysız-hesabsız tale hekayələrini göz önünə gətirir. “Ağ Dəvə”  

sənətkarlıq baxımından Elçin Əfəndiyevin yaradıcılığında, eləcə 

də  çağdaş  nəsrin  hərtərəfli  tədqiq  olunmağa  layiq  əsərlərdən 

biridir. Bu əsərlə tanışlıqdan sonra oxucuya elə gəlir ki, bir qədər 

əvvəl  qeyd  etdiyimiz  kimi,  Azərbaycan  nəsrində  hansı  bir 

mərhələsə  başa  çatır  və  əlinə  qələm  alan  hər  hansı  bir 

Azərbaycan  yazıçısı  yeni  bir  oxucu  marağı  qazanmaq 




22 

 

istəyəcəksə o, mütləq Elçinin “Ağ Dəvə” romanındakı etirafları 



təkrar etməli olacaq. 

Kitabxanaçı:  Uşaqlar  bildiyimiz  kimi  Xalq  yazıçısı  Elçinin 

“Ölüm hökmü” əsəri 1960-cı illərin ən gözəl romanları sırasında 

oxucuların  marağına  səbəb  olmuş,  rəğbətini  qazanmışdır. 

Romanda  qaldırılan  problemlər  bu  günümüz  üçün  də 

ibrətamizdir. Bu roman haqqında kim ətraflı məlumat verə bilər? 

Əsər hansı dövrü əhatə edir? 



I  oxucu:  Bu  romanda  yazıçı  üçün  fərqləndirici  üç  əsas  cəhət 

diqqəti cəlb edir. Tarixi mənbələrə, arxiv sənədlərinə bələdlik, 

yüksək  elmi  mühakimə  və  bədii  yaradıcılıq  bacarığı.  Bu  işdə 

Elçin  Əfəndiyevin  üzərinə  çox  böyük  məsuliyyət  düşürdü. 

Çünki hadisələr yaşlı nəslin gözləri qarşısında cərəyan etmişdi. 

Çünki  20-30-cu  illərin  hadisələri  Azərbaycan  xalqı  üçün 

zəlzələdən,  taundan  dəhşətli  fəlakət  idi.  Onun  zərbəsi  bütün 

ağıllı adamları yaxalayırdı. “Ölüm hökmü” təkcə repressiyalar 

və onun nəticələrindən bəhs edən roman deyildir. Bu əsərdə çox 

adamın deyə bilmədiyi şeyləri Elçin Əfəndiyev demişdir. Yazıçı 

hər  cür  tərifə  və  alqışa  layiqdir,  roman  isə  Azərbaycan  bədii 

nəsrinin  nailiyyəti,  ədəbi  ictimaiyyətimizdə  mükəmməl  bir  

hadisədir.  1920-1960-cı  illər  arasında  respublikamızda  baş 

verən faciəvi hadisələrin bədii ifadəsi olan həmin əsəri müəllif 

özü səhnələşdirmişdir. Əsərdə hadisələr iki hissədə cərəyan edir. 

1954-cü  ilə  qədərki  stalinizm  dövrü  hadisələri  birinci  hissədə, 

şəxsiyyətə 

pərəstiş 

dövrünün 

sona 


çatıb 

“Xruşşov 

mülayimləşməsi” dövrü hadisələri isə ikinci hissədə verilmişdir.  

II  oxucu:  Əsərdə  irəli  sürülən  əsas  ideya,  qoyulan  əsas  fikir 

insanın şəxsiyyət kimi daim şərə qarşı durmasıdır, insan ləyaqəti 

hər şeyi üstələməlidir. Ölüm hökmünü bir olan Allahdan başqa 

heç  kəs  verə  bilməz.  Edilən  pislik,  törədilən  cinayət  cəzasız 

qalmır; gec-tez hər kəs öz əməlinin cavabını alır. Mənəviyyata, 

hiss  və  duyğuya  təsir  etmək,  oxucunu  düşündürmək  və  fikrən 




23 

 

hərəkətə gətirmək üçün Elçin Əfəndiyev  sözün və bədii təsvirin 



imkanlarından yaradıcı şəkildə istifadə edir.  

Kitabxanaçı: İndi isə gəlin Elçin Əfəndiyevin “Dolça” povesti 

ətrafında  diskussiya  aparaq.  Bu  povestin  yazıçının  digər 

əsərlərindən  fərqi  nədir?  Bu  povestdəki  ailələr  haqqındakı 

fikriniz  nədir?  Bu  ailələr  arasındakı  fərqli  cəhətləri  kim  saya 

bilər? 

I  oxucu:    Elçin  Əfəndiyevin  “Dolça”  povesti  heç  bir  əsərinə 

oxşamır. Povest boyaların sərtliyi, gülüş və ifşanın aşkarlıq və 

dərinliyi  ilə  fərqlənir.  Elçin  Əfəndiyev  “Dolça”da  meşşanlığı, 

müasirliyin,  yeni  əxlaq,  davranış  və  münasibətin  antipodlarını 

ifşa edir. Yazıçı bilə-bilə iki ailəni Ağababanın ailəsi ilə Bəşirin 

ailəsini  qarşılaşdırır.  Ağababanın  ailəsi  sevgi,  qarşılıqlı 

münasibət, dərin hörmət və qayğı üzərində qurulmuşdur. Burada 

zəhmət  ailəni  ucaldır,  arzulara,  qanadlı  düşüncələrə  aparır. 

Təsadüfi deyildir ki, Bəşirin, Əminə, Ofelya, Adil və Kələntərin 

əməlləri, münasibət və davranışları Ağababanın ailə üzvlərində 

ikrah, kin və hiddət hissi doğurur. Bu adamları görməmək üçün 

Ağababa “evdən qaçır”, Nuhbala gününü dənizdə keçirir, qızlar 

vaxtı rəfiqələri ilə öldürür. Ağababa xəcalətlənir, canını dişinə 

tutub bir söz demir.  



Kitabxanaçı: Bizə belə gəlir ki, “Dolça”da rəng sərtliyi, sözün 

əsil  mənasında  boyaların  qatılığı  Bəşirin,  Əminə,  Kələntər  və 

Ofelyanın əməllərindən doğur və Elçin Əfəndiyevin  üslubunu 

tamamlayır.  Bu  povest  yazıçının  yaradıcılıq  axtarışları,  bədii 

nəsrinin orijinallığı haqqında dolğun təsəvvür oyadır. 

II oxucu:  Elçin Əfəndiyevin  yaradıcılığında bədii dil xüsusilə 

dəyərlidir.  Yazıçı  elita  deyilən  zümrəni  kənara  qoyub 

cəmiyyətin alt qatına, saf, təmənnasız, zəhmətkeş, torpaq kimi 

əməksevər insanlara üz tutanda onlarla öz gündəlik ailə-məişət 

dillərində  ünsiyyətə  girir.  Yazıçı  ədəbilik  möhürü  ilə 

aliləşdirilən  nitqin  üzündən  ənliyini-kirşanını  silir.  Abşeron 




Yüklə 466,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə