F. Köçərli adına



Yüklə 466,86 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix21.06.2018
ölçüsü466,86 Kb.
#50034
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

27 

 

sahibidir. Bu kənddə şübhəsiz hamı Əbili kimi deyil. Bu kəndin 



də Çəhrayı qızları və çəhrayı oğlanları var. 

IV  oxucu:  Beləliklə,  yazıçı  mücərrəd  Çəhrayı  obrazını 

konkretləşdirir,  onun  mənfi  çalarlarını  açır  və  Əbili  surətini 

həmin  Çəhrayı  uşaqlarla  müqayisədə  daha  da  zəngin  göstərir. 

Əsəri  oxuyarkən  anlayırıq  ki,  ilk  günlər  Əbili  “adamların 

sirrini”,  “adamların  ürəklərini”  bir-birinə  aparan,  bəzən  kəndə 

“nağıl  aləmindən...  gələn”  qatarlara  heyranlıqla  baxır.  Özünü 

dərk edəndən, həmyaşıdlarının əxlaqi-mənəvi aləminə enəndən 

sonra isə onun nəzərində  şəhərdən  gələn “rəngbərəng uşaqlar” 

adiləşir, onların fikirlərində, hiss və duyğularında ucalıq, ülvilik 

və  gözəllik  tapa  bilmir.  “Ürəyini  özü  ilə  aparan”  qatarlara 

zamanın surəti, dövrün fasiləsiz hərəkəti kimi baxır. Düşünür ki, 

“bu dünyada gedən təkcə qatarlar deyil. İllər də qatarlar kimidir, 

gəlir, gedir... görünməz olur”. Əbilidə belə bir inam oyanır ki, 

bu  dünyada  “çəhrayı  qızlar”  və  “çəhrayı  oğlanlar”  çoxdur. 

Qatarın  –  zamanın  inkişafını,  dövrün  axarını  Səfər  onlardan 

daha yaxşı duyur, gözəlliyi daha dərindən yaşayır. Buna görə də 

Moskvaya  oxumağa  gedəndən  sonra  da  Əbili  fikrən  kəndlə 

yaşayır, kənd düşüncələrindən, kənd xatirələrindən ayrıla bilmir; 

ürəyini  bu  kənddə,  “bu  dağların  arasında,  bu  yerlərin 

çiskinliyində-çənində  qoyub  gedir”.  İnanır  ki,  “bundan  sonra 

bütün  ömrü  boyu  nə  edəcəksə,  bu  yerlərin,  bu  balaca  kəndin 

sayəsində edəcək”, başa düşür ki, “bütün ömrü boyu bu yerlərə

bu balaca kəndə borclu olacaq və heç vaxt həmin borcundan çıxa 

bilməyəcək”. 



Kitabxanaçı:  Uşaqlar  fikirlərinizi  çox  bəyəndim.  Yaxşı  bəs 

yazıçının  “Baladadaşın ilk məhəbbəti” əsəri haqqında fikriniz 

nədir? 

I  oxucu:  “Baladadaşın  ilk  məhəbbəti”  də  Elçin  Əfəndiyevin 

sevilən 


əsərlərindəndir. 

“Baladadaşın 

ilk 

məhəbbəti” 



hekayəsində  başına  “aerodrom”  kepka  qoyub  süst  bir  həyat 


28 

 

keçirən və gözlənilmədən eşqə düşən Baladadaşın qəribə sevgisi 



verilir. Səhərdən axşamacan çöldə oturub şumaqədər yonan və 

ətrafda baş verən hadisələrə tam biganə olan Baladadaş Çexovun 

qəhrəmanlarını  xatırlatsa  da  orijinal  tipdir.  Çünki  onun  süst 

həyatı,  arabir  özünə  məlum  olmayan  cəsarəti  ilə  ürəyinin  lap 

dərinliyində qoruyub saxladığı poetik aləm arasında təzad var. 

Sevdiyi qızı görmək üçün hıqqana-hıqqana su gətirməyi özünə 

rəva  bilir,  amma  qızın  nişanlısı  ona  həmin suyun  müqabilində 

dəmir birmanatlığı uzadanda özünü təhqir olunmuş hesab edir. 

Həmin  oğlanın  qırmızı  “Moskviç”inə  minib  bir  neçə  kilometr 

getdiyi  üçün  cibində  olub  qalan  üç  abbasını  oturacağın  üstünə 

atır və oğlanın nə dediyinin fərqinə varmadan dənizə tərəf gedir. 

Baladadaşın  gülməli  məhəbbəti,  onun  key  təbiəti  və  təmiz, 

ləyaqətli cavan qəlbi gözümüzün qarşısında canlanır. Baladadaş 

bir  tərəfdən  uşaqdır,  axşamacan  uşaqlarla  oturub-durur,  bir 

tərəfdən  böyükdür,  əsgərlikdə  olan  dostu  barədə  düşünür. 

Dostuna xəbər göndərir ki, hökmən o da Amur vilayətinə gəlib 

orada  kursa  girəcək.  Beləliklə,  müəllif  uşaqlıqla  gəncliyin 

sərhəddində olan Baladadaşın tam surətini yaradır. Həm Əbili, 

həm  də  Baladadaş  özlərində  kəndin  təmizlik  və  sadəliyini, 

təbiilik  və  adiliyini  cəmləşdirirlər.  Ancaq  Baladadaş  sərtdir, 

xasiyyətində, davranış  və münasibətində  bir qədər qeyri-adilik 

vardır. O, hekayə boyu inamından dönmür, həyati vəziyyətdən 

çıxmır,  “Öz  bildiyini  atasına  da  vermir”.  Elçin  Əfəndiyev 

Baladadaşın  psixologiyasını,  hiss  və  duyğusunu  əsərdə 

məharətlə  açır.  Baladadaş  vəzifə  və  mövqeyi  ilə  öyünən,          

daş-qaşla nişanlısına xoş gəlmək istəyən bir adama Murada ibrət 

–  nəzakət  dərsi  verir,  onu  sarsıdır,  ağır  düşüncəyə  aparır. 

Uşaqlıqla gəncliyin sərhəddində uşaqların qəlbində baş qaldıran 

hissləri  ifadə  etmək  üçün  müəllif  yenə  də  rənglərdən  istifadə 

edir. Rənglər hisslərin obrazı kimi özünü göstərir və əsərin daha 

canlı olmasını şərtləndirir.  



29 

 

Kitabxanaçı:  Əziz  oxucularımız.  Bildiyimiz  kimi  “Gümüşü, 

narıncı,  məxməri”  hekayəsi  də  yazıçının  uşaqlara  həsr  etdiyi 

əsərlərindəndir.  Gəlin  bu  hekayə  ətrafında  diskussiya  aparaq. 

Hekayədəki  rənglər nəyi ifadə edir? Əsərin qəhrəmanı haqqında 

fikirləriniz. Bu əsərin “Bu dünyadan qatarlar gedər” hekayəsi ilə 

bənzərliyi nədədir? 

I  oxucu:  “Gümüşü,  narıncı,  məxməri”  hekayəsinin  qəhrəmanı 

Allahverdi  uşaqlıqla  gəncliyin  sərhəddində  özünə  də  məlum 

olmayan  hisslər  keçirir.  Çox  sonralar  ona  məlum  olur  ki,  bu 

hisslər  Sədəf  adlı  qızı  sevməsi  ilə  bağlıdır.  Lakin  müəllif  bu 

hissləri mürgülü, yarıyuxulu uşaqlıq dünyasının qurtarması kimi 

verir  və  onun  rəng  çalarlarını  tapır.  Allahverdi  ilk  eşqə  düşən 

gündən rəngli yuxular görür. Bu yuxular gümüşü, məxməri və 

narıncı  rənglərlə  doludur.  Rəng  obrazları  Elçin  Əfəndiyevin  

realist – romantik hekayələrində xüsusi bir xətt kimi nəzəri cəlb 

edir. Yazıçı  hər bir rəngin ifadə etdiyi hissi vermək üçün məlum 

yolla  getmir,  özü  yeni  yollar  axtarır  və  hər  dəfə  məqsədinə 

uyğun  şəkildə  ondan  istifadə  edir.  Məsələn  “Bu  dünyadan 

qatarlar keçər” hekayəsində sevinc hisslərini  əks edən çəhrayı 

rənglə  mənfi  obraz  yaradanda  biz  görürük  ki,  yazıçı  rənglərin 

ifadə etdiyi təbii hisslərdən asılı qalmır, özü rənglərə təzə məna 

verir və bizi həmin mənaya inandıra bilir. “Gümüşü, məxməri, 

narıncı” hekayəsində də rənglərin ifadə etdiyi təbii hisslər yazıçı 

üçün  əsas  olmur.  Müəllif  Allahverdinin  qəlbində  bir-birinə 

qarışan  sevgi,  qürrə,  xudbinlik  kimi  hisslərin  hamısını  rənglər 

şəklində görə bilir. Elçin Əfəndiyevin hekayələrində ilk baxışda 

əhəmiyyətli  olmayan  detallar  həlledici  rol  oynaya  bilir, 

qəhrəmanın  özünə  məlum  olmayan  hisslərinin  ifadəçisinə 

çevrilə bilir.  

II oxucu: “Gümüşü, narıncı, məxməri” hekayəsinin qəhrəmanı 

Allahverdi  uşaqlıq  həyatının  yuxulu  günlərini  keçirdir.  Hətta 

yoldaşı  Sədəfin  sevgi  məktubu  da  Allahverdinin  mürgülü 



Yüklə 466,86 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə