F. Köçərli adına



Yüklə 459,27 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix21.06.2018
ölçüsü459,27 Kb.
#50285
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

31 

 

     Bir  çox  dövlətlərdə  uzun  illər  uşaqlardan  şəxsi  məqsədlər 



üçün  müharibə  və  münaqişələrdə  istifadə  olunur,  narkotika 

alverinə cəlb edilir, onlar ucuz işçi qüvvəsi kimi istifadə olunur. 

BMT  "Uşaq  hüquqları  haqqında"  Konvensiyanı  20  noyabr 

1989-cu ildə qəbul etdi. Hazırda 189 dövlət həmin konvensiyaya 

qoşulub. Azərbaycan parlamenti isə "Uşaq hüquqları haqqında" 

Konvensiyanı  1992-ci  ildə  ratifikasiya  edib.  Konvensiyaya 

uşaqların  münaqişələrdə  iştirakına  imkan  verməmək,  onların 

hüquqlarını  müdafiə  etmək  barədə  maddə  daxil  edilib.  



     Ermənistanla müharibə şəraitində olan Azərbaycan üçün bu 

sənəd  mühüm  əhəmiyyətə  malikdir.  Çünki  müharibə  zamanı 

yüzlərlə  uşağımız  itkin  və  girov  düşüb.  "Konvensiyaya 

qoşulmaqla  beynəlxalq  aləmdə  bu  məsələ  ön  plana  çəkildi  və 

nəticədə  girov  düşmüş  uşaqların  hamısı  azad  edildi.  61  nəfər 

itkin uşağın taleyi isə hələ də bəlli deyil. İki ölkə arasında davam 

edən  münaqişədə  xeyli  maddi  və  mənəvi  ziyan  çəkən  on 

minlərlə  uşaq  isə  qaçqın  və  məcburi  köçkün  statusu  ilə  çadır 

düşərgələrində,  yataqxanalarda  məskunlaşıb.  Bununla  bağlı 

araşdırmalar göstərir ki, təhsildən yayınaraq küçəyə düşən, ölən 

uşaqların əksəriyyəti məhz həmin ailələrdən çıxır. 

     Hazırda  ölkəmizdə  3  milyon  yarım  uşaq  yaşayır.  Onların         

10  faizini  qaçqın  və  məcburi  köçkün  uşaqlar  təşkil  edir.              

"Küçə  uşaqları"  problemi  bütün  dünya  üçün  aktual  məsələdir. 

Bir  çox  inkişaf  etmiş  ölkələrdə  onların  hüquq  və  azadlıqları 

qorunur. Son vaxtlar Azərbaycanda da həmin uşaqların müdafiə 

olunması  və  onlara  qayğı  göstərilməsi  geniş  vüsət  alıb.  Bu                       

sahədə  Azərbaycan  Respublikasının  birinci  vitse  prezidenti  

Mehriban  xanım  Əliyevanın  böyük  xidmətləri  var. Qeyd  edək 

ki,  uşaq  hüquqlarının  müdafiəsi  ilə  bağlı  ölkəmizdə 

qanunvericilik  bazası  formalaşıb.  "Uşaq  hüquqları  haqqında" 

qanun  və  bəzi  digər  hüquqi  normativ  aktlar  qəbul  edilib.  Bu 

sahədə  əsas  normativ  sənəd  1998-ci  il  mayın  19-da  qəbul 

edilmiş  "Uşaq  Hüquqları  haqqında"  qanundur.  Bu  qanun 

uşaqların  beynəlxalq  səviyyədə  təsbit  olunmuş  əsas  hüquq  və 



32 

 

azadlıqlarını,  eləcə  də  bu  hüquqların  reallaşdırılması  üçün 



dövlətin vəzifələrini özündə əks etdirir. 

     Məktəbəqədər  təhsil  müəssisələrində  də  ümummilli  lider 

Heydər  Əlirza  oğlu  Əliyevin  yubileyi  münasibətilə  bir  sıra 

tədbirlər  keçirmək  olar.  Bu  tədbirlərdə  Heydər  Əliyevin 

fəaliyyətindən  və  uşaqları  çox  sevdiyini  vurğulayan  

plakatlardan istifadə etmək lazımdır. Tədbirdə kitabxanaçı Ulu 

öndərin  fəaliyyətindən,  vətənini, xalqını,  torpağını  ürəkdən 

sevməsindən,  onun  naminə  gecə-cündüz  yorulmadan 

çalışmasından,  xeyirxahlığından,  humanistliyindən  ürəkdolusu 

iftixarla  çıxış  edir.  Sonra  balacalar  tərbiyəçilərin  onlara 

öyrətdikləri şeir və mahnıları ifa etməklə gələcəkdə Heydər baba 

kimi  mərd,  mübariz  olmağa  and  içirlər.    Vətənin    gələcəyi,  

onun keşikçisi,  həyatın  davamçıları  olan  balacaların  düzgün  

tərbiyə edilməsi müdrik insan Heydər Əliyevi düşündürən əsas 

məsələlərdən  biri  olduğunu  qeyd  edən  kitabxanaçı  dahi 

şəxsiyyəti  dünyamızın  görən 

gözü,  düşünən  beyni 

adlandırmaqla,  bu  dahi  insanın  xeyirxah  əməllərinin    bizimlə 

daim yaşadacaqlarına inandıqlarını bildirir. 

     Balacalar rəngarəng proqramlarla çıxışlar etməklə yanaşı, ulu 

öndərin  həyatını  əks  etdirən  videokasetlərə  də  baxa  bilərlər.  

     İcmal – Orta və yuxarı sinif şagirdləri ilə  Ulu öndər Heydər              

Əliyevə    həsr    olunmuş  kitabların  icmalını  keçirmək  olar.    

     Bu  gün  müstəqil  Azərbaycan  Respublikasında  digər 

sahələrdə olduğu kimi, kitab nəşri də öz inkişaf yoluna qədəm 

qoymuşdur.  Hazırda  xalq  tərəfindən  sevilən  siyasi  xadimlər 

haqqında yazılaraq dərc edilən kitablar geniş oxucu auditoriyası 

tərəfindən maraqla qarşılanır, əldən ələ gəzərək oxunur. İcmalı 

keçiriləcək belə kitablardan biri “Nurlan” nəşriyyatı tərəfindən 

çap  edilmiş  “Zəmanəmizin  ən  böyük  Azərbaycanlısı” 

toplusudur.  İcmalı  belə  başlamaq  olar:  Kitabı  Azərbaycan 

Dövlət  Pedaqoji  Kollecinin  direktoru  N.Əliyeva  və  kollecin 

tədris  hissə  müdiri,  AMEA-nın  Nizami  adına  Ədəbiyyat 

İnstitutunun  dissertantı  G.Əliyeva  tərtib  etmişdir.  Yüksək 



33 

 

zövqlə,  nəfis  şəkildə  çap  edilmiş  bu  toplunun  ilk  səhifəsində 



ümummilli  liderimiz  Heydər  Əliyevin  insan  və  insanlıq  üçün, 

xüsusilə gənclərimizə aid iki tarixi tövsiyəsi verilmişdir. Həmin 

tövsiyələri 

sizə 


çatdırmağı 

özümüzə 


borc 

bilirik:  

“Həyatın  mənası  çox  və  yaxud  az  yaşamaqdan  ibarət  deyil. 

Onun  əsas  mənası  bu  həyatda  öz  yerini  tutmaq,  mövqeyini 

müəyyən  etmək,  ləyaqət  göstərmək,  başqaları  üçün  nümunə 

olmaqdır”.  “Cəmiyyətimizin gələcək tərəqqisi bir çox cəhətdən 

indi  gənclərimizə  nəyi  və  necə  öyrətməyimizdən  asılı 

olacaqdır”.  

     Bundan  başqa  Zeynal  Vəfanın  “Millətin  xilaskarı”,  Namiq 

Abbasovun    redaktəsi    altında    çapa    hazırlanmış    “Xalqa, 

Vətənə,  dövlətə  sədaqət”  adlı  foto-kitab, Hüseynbala 

Mirələmovun  “Amalın  İşığında”,  “Heydər  Əliyev  mədəni 

irsimizin  keşiyində”,   Ramiz    Mehdiyevin    ideya    müəllifi 

olduğu  “Dünyanı  heyran  qoyan  insan”,  Ramiz  Mirzəyevin 

“Əsrin  müqaviləsi”ndən  başlanan  yol”  adlı  kitablarının  da 

icmalını  keçirmək  Heydər  Əliyev  irsinin  təbliğində 

məqsədəuyğundur. Ulu öndərimiz haqqında yazılmış kitabların 

icmalının  tələbələr,  məktəbli  oxucular,  ümumiyyətlə,  geniş 

oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanacağına əminik. 

     Kitab  müzakirəsi  –  Heydər  Əliyev  haqqında  çox  kitablar 

yazılıb.  Ən  uğurlusu  H.Mirələmova  nəsib  olub.  Bu  məqsədlə           

də  Hüseynbala  Mirələmovla  oxucuların  görüşünü  və  kitab          

müzakirəsi  keçirmək  olar.  H.Mirələmovun  “Dünyanın 

görkəmli  şəxsiyyətləri”  seriyası  altında  çap  olunan kitabının 

müzakirəsində oxucuların diqqətinə çatdırılır ki, yazıçı publisist 

H.Mirələmov  H.Əliyevin  80  illik  ömrünü  olduğu  kimi  əks 

etdirir. Dahilərdən biri deyib ki, ömrün müddəti deyil, bu ömrün 

necə  yaşanması  əhəmiyyətlidir.  Hüseynbala  Mirələmovun 

publisistik yaradıcılığında başlıca mövzu ümummilli liderimizin 

siyasi fəaliyyəti ilə bağlıdır. O, bu mövzuda xeyli sayda məqalə, 

oçerk,  esse  yazmış,  “Zəfər  yolu”  (2003),  “Həqiqət”  (2003), 

“Millətin atası” (2004), “İşığın izi ilə” (2004), “Bir günəş var” 




Yüklə 459,27 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə