F. Köçərli adına



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52366


                                F. 

Köçərli adına 

 

                   

Respublika Uşaq Kitabxanası

 

 

 



 

  

                



 

 

 



 

 

 



Sərvəti və səxavəti ilə məşhur insan 

 

Hacı 

Zeynalabdin 

Tağıyevin 

yubileyi 

münasibətilə 

mərkəzi 

kitabxanaların  uşaq  şöbələri,  MKS-nin  şəhər,  qəsəbə,  kənd  kitabxana 

filialları üçün hazırlanmış  metodik vəsait 

 

 

 

 

 

Bakı – 2018 


 

Tərtibçilər:                                   Nərgiz Məcidova                                 



                                                       Sevil Əhmədova  

 

Redaktor:                                      Könül Ağazadə 

 

İxtisas  redaktoru və                    Şəhla Qəmbərova 

buraxılışa məsul:                          Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

    Sərvəti  və  səxavəti  ilə  məşhur  insan:  Hacı  Zeynalabdin 

Tağıyevin  yubileyi



 

münasibətilə  mərkəzi  kitabxanaların  uşaq  

şöbələri,  MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün 

hazırlanmış  metodik  vəsait  /  Azərbaycan  Respublikası 

Mədəniyyət  və  Turizm  Nazirliyi,  F.  Köçərli  ad.Respublika  

Uşaq  Kitabxanası  ;  tərt.ed.  N.  Məcidova  ;  ixt.red.  və  

burax.məsul  Ş. Qəmbərova ; red. K. Ağazadə. - Bakı : F. Köçərli 

ad.Respublika Uşaq Kitabxanası, 2018. - 29 s.  

                                                          

 

 



                                                                                                                               

  

 



 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018 




 

Tərtibçidən 

     Maarifpərvər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin 

tariximizin  1920-ci  ilə  qədərki  dövründə,  incəsənət  və  elm 

qarşısında  xidmətləri  hamımıza  məlumdur.

 

Hacı  Zeynalabdin 



Tağıyevin  həyatı  və  fəaliyyəti  xeyriyyəçiliyə  ən  yaxşı 

nümunədir.  O,  hələ  sağlığında  ikən  «millət  atası»  titulunu 

qazanmışdı. Bu gün də onun adı hər yerdə «xeyirxahlıq» kəlməsi 

ilə qoşa çəkilir.

  

    Böyük xeyriyyəçi Tağıyevin fəaliyyətini oxuculara çatdırmaq 



üçün  yubiley  tədbirlərinin  keçirilməsi  məqsədəuyğundur.   

Çünki  yubiley  tədbirlərinin  keçirilməsində  əsas  məqsəd 

Tağıyevin fəaliyyətini balalarımıza  çatdırmaqla onları həm də 

düşündürməkdir.  Milyonçunun  həyatından  bəhs  edən  teatr 

səhnəsində  qoyulan  tamaşa,  haqqında  yazılan  pyes,  şeir, 

məqalələr və s. bu tədbirlərin həyata keçirilməsinə bir vasitədir. 

Respublika uşaq kitabxanası olaraq hazırladığımız vəsaitdə həm  

həyat  və  yaradıcılığından,  həm  də  tədbirlərdən  bəhs  edilir. 

Vəsait  mədəniyyət  müəssisələri,  məktəb,  lisey  və  s. 

kitabxanalarının istifadəsi üçün nəzərdə tutulub .

 

 

 



 

 

 



 

 

 



                                                 


 

Həyatı 

     Bir xalqa məxsus  mədəniyyətə də, tarixə  də heç nəyi  əlavə 

etmək  olmur.  Tarix  yalnız  onu  yazanların  mənafeyinə  uyğun, 

tarixi şəxsiyyətlərin hesabına dəyişir. Hacı Zeynalabdin Tağıyev 

də  Azərbaycan  tarixi  və  mədəniyyətinə  xüsusi  səhifə  yazmış 

belə  şəxsiyyətlərdəndir.  Öz  zəkası,  fitri  istedadı  sayəsində           

adi  bənnalıqdan  milyonçu  səviyyəsinə  yüksələrək  nüfuzlu                   

bir  şəxsiyyətə  çevrilən  milyonçu,  qazandıqlarını  millətin 

maariflənməsi,  mədəniyyətin  tərəqqisi  yolunda  səxavətlə 

xərcləyərək  Hacı  Zeynalabdin  Tağıyev  adını  Azərbaycan                    

və  Azərbaycandan  çox-çox  uzaqlarda  yaymışdır.  Onun 

fəaliyyətində  xalqın  ehtiyacı  öz  şəxsi  mənafeyindən  və 

qazancından qat-qat üstün olmuşdur.  İrəli sürdüyü fikirlər çox 

vaxt  yerli  və  əcnəbi  kapitalistləri  qorxuya  saldığından,  həmin 

kapitalistlər hər vasitə ilə ona mane olmağa çalışırdılar. Ancaq 

bütün mürəkkəbliklər qarşısında Hacı Zeynalabdin Tağıyev öz 

əməlləri  ilə  xalqın  əbədi  rəğbətini,  hörmətini  qazanmağa  nail 

olmuşdur.  

     Erkən yaşlarında anasını itirən İçərişəhərdə başmaqçı işləyən 

atasının  tərbiyəsi  ilə  böyüyən  Zeynalabdin,  əmək  fəaliyyətinə 

palçıq  daşıyan  kimi  başlayıb  xırda  alver  ilə  məşğul  olur.  Son 

dərəcə güclü iradəsi, dözümü bacarığı sayəsində az keçmədən, 

bir  neçə  dükan  sahibi  və  ağ  neft  istehsalçılarından  biri  olur. 

1870-ci ildə o artıq iki qazanlı ağ neft zavodunun sahibi olur. O 

dövr  Rusiyada  tətbiq  edilən  “Ticarət  və  digər  işlərlə  məşğul 

olmaq hüququ üçün gömrüklər haqqında əsasnamə” 1876-cı ildə 

Azərbaycana da şamil ediləndə Hacı Zeynalabdin Tağıyev ikinci 

gildiya  taciri  zümrəsinə  qəbul  olunur.  Öz  dövrünün  ən  işıqlı 

ziyalılarından  sayılan  Həsən  bəy  Zərdabi  ilə  qonşuluğu  onun 

xeyriyyəçilik, xüsusilə də maarifçilik işlərinə qoşulmasına ciddi 

təsir edir. 1900-cü ildə Hacı Zeynalabdin Tağıyevin nəsli fəxri 




 

vətəndaş adına layiq görülür. 1907-ci ildə ona dördüncü dərəcəli 



həqiqi mülki müşavir rütbəsi verilir, hansı ki, neft sənayeçiləri 

arasında  Hacı  Zeynalabdin  Tağıyevdən  başqa  həqiqi  mülki 

müşavir  rütbəsi  ancaq  E.  Nobelə  verilmişdir.  Senatın  8  fevral 

1910-cu  il  tarixli  fərmanı  ilə  Hacı  Zeynalabdin  Tağıyev  nəsli 

zadəgan  rütbəsinə  layiq  görülmüşdür.  1923  (1938)-ci  ildə 

Bakıda  kasıb  başmaqçı  ailəsində  anadan  olmuş  Hacı 

Zeynalabdin  Tağıyev  on  yaşında  olarkən  anası  Ümmü  (bəzi 

mənbələrdə  Anaxanım)  xanımı  itirmişdir.  Əvvəlcə  atasının 

yanında  fəaliyyətə  başlayan  Zeynalabdin  daha  sonra  on  iki 

yaşında  bənna  yanında  daşyonma  sənətini,  on  beş  yaşında 

bənnalığı öyrənmiş, Bakıda bir çox binaların inşa olunmasında 

iştirak etmişdir. 1973-cü ildə qazdığı ilk neft quyusunun fontan 

vurması onun həyatında dönüş yaratmışdır. Onu milyonçu Hacı 

Zeynalabdin Tağıyevə çevirmişdir. O, 1894-cü ildə Mərdəkanda 

Kənd  təsərrüfatı  məktəbinin,  1896-cı  il  Peterburq  müsəlman 

xeyriyyə cəmiyyətinin, 1901-ci ildə Bakıda ilk qız məktəbinin, 

1883-cü  ildə  ilk  teatr  binasının,  1905-ci  ildə  ilk  Müsəlman 

Xeyriyyə  Cəmiyyətinin  əsasını  qoyur.  1898-ci  ildə  “Kaspi” 

mətbəəsini alaraq həmin adla Azərbaycan ziyalılarının ixtiyarına 

verir.  Milyonçu  “Quranı”    ilk  dəfə  Azərbaycan  dilinə  tərcümə 

etdirir, Məhəmməd Hadinin "Firdovsi - ilhamat" kitabı öz xərci 

hesabına “Kaspi” mətbəəsində çap etdirir.  

     Hacı  Zeynalabdin  Tağıyev  1924-cü  il  sentyabrın  1-də,  101 

yaşında  vəfat  etmiş  və  sentyabrın  4-də  dəfn  edilmişdir.  Onun 

dəfninə  çox  böyük  izdiham  toplanmışdı.  İnsanlar  yas 

mərasiminə bütün Bakı və ətraf kəndlərdən ərzaq gətirirdilər. 

                       

 

 




 

Yubiley tədbirlərinin keçirilməsi 

     1938-ci  ildə  anadan  olmuş  böyük  maarifçi,  mesenat  Hacı 

Zeynalabdin  Tağıyevin  bu  il  180  illik  yubileyidir.  Öz 

maarifpərvərliyinə,  xeyriyyəçilik  fəaliyyətinə  görə  dövründə 

nəinki  Bakıda,  həmçinin  rus  sərmayədarları  arasında  tanınmış 

H.  Z.  Tağıyevin  yubileyi  ilə  bağlı  dövlət  müəssisələrində, 

mədəniyyət  müəssisələrində  kitabxanalarda  təhsil  müəssisələri 

ilə  birgə  il  ərzində  müxtəlif  tədbirlərin  keçirilməsi  nəzərdə 

tutulur.  Mədəniyyət  müəssisəsi  olaraq  bu  böyük  şəxsiyyətin 

kitabxanada da oxuculara tanıdılması üçün kitab sərgiləri, rəsm 

sərgisi, ədəbi-bədi gecə, haqqında yazılmış əsərlərin, kitabların 

icmalı və müzakirəsinin keçirilməsi nəzərdə tutulub. Keçiriləcək 

sərgi  müxtəlif  başlıqlarda  ola  bilər:  “Əməlləri  ilə  xalqın  



hörmətini  qazanmış  insan”,  “Xeyirxahlıq  simvolu”,  “Millətin 

atası”,  “Dövrünün  müdrik  ağsaqqalı”,  “Zəmanəsinin  məşhur 

şəxsiyyəti” və s. Sərgi nümunəsini sizə təqdim edirik: 

1. Başlıq: “H.Z. Tağıyev – 180” 

2. Tağıyevin portreti 

3. Kitabların nümayişi 

4.  Görkəmli  insanların  H.  Z.  Tağıyev  haqqında  söylədikləri 

fikirlər 

5. Dövri mətbuatda nəşr olunan məqalələr. 



 

Kitab sərgisi 

                                            

 

 

 

 

 

 

 

 

 

 



 

Görkəmli  şəxsiyyətlərin  Hacı  Zeynalabdin  Tağıyev 



haqqında söylədikləri fikirlər: 

 

    Azərbaycan xalqının böyük oğlu Hacı Zeynalabdin Tağıyevin 

evinin bərpası bizim mənəvi borcumuz idi. Öz zəhməti hesabına 

böyük  maliyyə  imkanları  qazanmış  bu  şəxsiyyət  Azərbaycan 

xalqı  haqqında  müsbət  fikir  formalaşdırmışdır,  gənclərin 

maariflənməsinə böyük töhfələr vermişdir. 

                                                                               İlham Əliyev,  

                                       Azərbaycan Respublikasının Prezidenti 

 

    Ümumi xeyirdən ötrü bu əsəri – insafımız rəva görmüyor ki, 



cənab  H.  Z.  Tağıyevi  nəzərimizdən  keçirməyək,  ta  gələcəkdə 

millətin  balaları  bu  cənabın  millətə  qeyrətini,  vətənə 

məhəbbətini, insana himmətini və həmiyyətini tarixdə oxuyub, 

gözləri rövşən və qəlbləri şad olsun. 



                                                                  Nəriman Nərimanov, 

                                                                Həkim, yazıçı, publisist 

 

     Hacı Zeynalabdin Tağıyevin müsəlman milləti üçün elədiyi 



xidmətlərini durub burada saymaq fikrinə düşsək, heç olmasa bir 

ay  qəzetimizi  ancaq  elə  bu  təfsilatla  doldursaq,  yenə  hamısını 

deyə bilmərik. 

                                                                   Haşım bəy Vəzirov, 

                                                               naşir, yazıçı, tərcüməçi  

 

     H.  Z.  Tağıyevin  180  illik  yubiley  münasibətilə  keçirilən 

tədbirlər  zamanı  onun  xalqı  üçün  gördüyü  işlərdən  bəhs  edən 

slaydın hazırlanması, ona həsr edilmiş əsərlərin müzakirəsi və 

ona  həsr  edilmiş  filmlərin  nümayişi  məqsədəuyğundur.  Bu 

baxımdan Teyyub Qurbanın Hacıyeva həsr edilmiş “Əbədiləşən 

ömür” adlı poeması maraqlıdır. Kitabxanada bu əsərin icmalını, 



 

müzakirəsini  keçirmək  olar.  Oxucularla  kitabxanada  keçirilən 



belə  tədbirlər  onlarda  yeni  baxışlar  formalaşdırır.  Yeni  əsərlə 

tanışlıq kitaba həvəsi və mütaliəyə marağı artırır. Müzakirədən 

sonra H. Z. Tağıyev haqqında anket sorğusu tərtib etmək olar:  

1) H. Z. Tağıyev kimdir? 



a) milyonçu 

b) yazıçı 

c) pedoqoq 

2)Neçənci ildə anadan olmuşdur? 

a) 1923 

b) 1938 

c)1841 


3) H.Z.Tağıyevi milyonçu edən nə oldu? 

a) su 


b) neft 

c) iqtisadiyyat 

4)Sizdə Tağıyev kimi milyonçu olmaq istiyərdinizmi? 

    a) hə 

    b) yox 

5) Tağıyev kimi milyonçu olsanız hansı işləri görərdiniz? 

 __________________________________________ 

5) Onun Bakıda tikdirdiyi hansı binaları tanıyırsınız? 

 __________________________________________ 

6) H.  Z. Tağıyevə həsr edilmiş əsərlərdən hansılarının adlarını 

çəkə bilərsiniz? 

__________________________________________ 




10 

 

7) H.Z Tağıyevin mülki yerində indi hansı muzey yerləşir? 



a) tarix 

b) ədəbiyyat  

c) xalça 

 

                             Məktəblilərlə ucadan oxu 



     Vaxtilə  böyük  şairimiz  Hüseyn  Cavid  Tağıyev  haqqında 

təqribən əlli misra farsca bir şeir yazmış və Hacının mədəniyyət, 

maarif  və  incəsənətin  inkişafına  göstərdiyi  xidmətlərini          

yüksək  qiymətləndirmişdir.  Müəllif  burada  Tağıyevin  millətin 

aydınlanması,  oxuması  üçün  gördüyü  işləri  önə  çəkib  və  elə 

buna  görə  də  onun  şəxsini  uca  tutaraq  fikirlər  söyləmişdir. 

Kitabxanada bu şeirin məktəblilərlə ucadan oxusunu təşkil edə 

bilərik.  Sonra  isə  suallarla  onların  fikirlərini  öyrənə  bilərik. 



Şeirin  müəllifi  kimdir?,  Hüseyn  Cavid  bu  şeiri  kimə  həsr 

etmişdir?,  Niyə məhz Tağıyevə həsr  etmişdir?,  Şeirdə Tağıyev 

necə tərənnüm edilir? və s. 

Ədiblərin qələmi belə hekayə yazdı, 

Bülbüllərin dilindən gülzarə namə yazdı. 

Şən nəğməli tutilər yaşıl rəngli qələmlə, 

Çox bəzəklər yaratdı, gülşənsərayə yazdı. 

Hər ölkədə, diyarda, şəhər, kənd məktəbinə

Namələrlə bərabər çoxlu xitabə yazdı. 

Məclislərdə deyilən sözlər, xitabələrdən, 

Onun üçün katiblər bir çox hekayə yazdı. 

Naxçıvanda gözəl bir yeni məktəb açıldı, 

O böyük şəxs adına daşda abidə yazdı. 

Müsəlmanlar onunla sevindi, fərəhləndi, 

Sözsüz bu bir dərmandır, xalqın dərdinə yazdı. 

Budur o səxavətli Hacı Zeynalabdin, 




11 

 

Soyadı Tağıyevdir, həmin ünvanə yazdı. 



Min manat bəxşiş verib, böyük bir yardım ilə, 

Yerlərdə və göylərdə bir parlaq ayə yazdı. 

Tükənməz ətasilə ümumxalq arasında, 

Günəş kimi nur saçmış geniş səmayə yazdı. 

Qızların təhsili üçün bir çox məktəblər açdı, 

Onlar üçün arxayın, möhkəm himayə yazdı. 

Qadınlara oxumaq, böyük ya kiçik olsun, 

Daha lazımdır hər bir şeydən ziyadə yazdı. 

Bakıda mədəniyyət işıqları yandırdı, 

Mətbuat onun haqda hər gün bir namə yazdı. 

Dəmiryol işlərini əlinə almasıyla, 

Şəni müsəlmanların qalxdı ucayə yazdı. 

Kimdir Hatəm Tai ki, ona bərabər olsun, 

Tayı yox, Süleymana onu həmpayə yazdı. 

Avropadakı məşhur jurnal, qəzetlər belə, 

Haqqında çox təriflər deyib məqalə yazdı. 

Nuşirəvana bənzər, ölməzdir o, yaşayar, 

Adı itiməz, ömrünə olmaz nəhayə yazdı. 

Səxavətin gücilə bütün dərdlər sağalar, 

Səxavətlə mis belə dönər kimyayə yazdı. 

Elm əsasını qoyan, maarifin hamısı, 

Elm əhlinə süd verən mehriban dayə yazdı. 

Bir çox pullar sərf etdi elm, hünər yolunda, 

Müdrik adı, şöhrəti qalxır səmayə yazdı. 

Biliyin faydası var həm dünya, həm üqbada, 

Biliklə əldə olar məqsəd və qayə yazdı. 

Elm – gülüstandırsa, o, elmin bağbanıdır, 

Çiçəklənəcək məktəb yaxın zəmanə yazdı. 

Ağaclar yaşıllaşır elmin işığı ilə, 

Geyindirir onları yaşıl qəbayə yazdı. 

Çox çəkmədən ağaclar gözəl meyvələr ilə, 



12 

 

Rəngarəng incilərdən alar pirayə yazdı. 



İndi Qafqaz əhlinə vacibdir elm oxumaq, 

Göz açmalıdır əhli işıq dünyayə yazdı. 

Başqa millətlər hamı bəhrə almış elmdən, 

Bizə qalmışdır ancaq baxmaq ətayə yazdı. 

Xarici xalqlar daim hərəkətdə zamantək, 

Ümidi müsəlmanın qalmış ah-vayə yazdı. 

İndi hamıdan artıq elm gərəkdir bizlərə, 

Savadsızlıq qul edər, salar bəlayə yazdı. 

Naxçıvanda başlanmış yeni tədbir bu yolda, 

Şükür olsun o qüdrətli, böyük Xudayə yazdı. 

Digər xalqlartək bu xalq elmə sahib olacaq, 

Bu xalqın ümidinə yoxdur nəhayə yazdı. 

Xalq elçiləri ömrü uzun olsun, əbədi 

Elmin talibləri də çatsın səfayə yazdı. 

Çox çəkməz ki, bizlər də mədəniyyət alarıq, 

Şükür böyük Allaha, o bihəmtayə yazdı. 

Hacı Zeynalabdin uzun illər ömr etsin, 

Rəhim Allahdan olsun ona himayə yazdı... 

 

Hacı  Zeynalabdin  Tağıyevin  sarayına  –  Azərbaycan  Tarix 

Muzeyinə ekskursiya.  

     Kitabxanaçı məktəb, lisey şagirdləri ilə birgə bu gün də adı 

insanpərvərlik rəmzi kimi çəkilən məşhur Bakı milyonçusu Hacı 

Zeynalabdin  Tağıyevin  tarix  muzeyinin  nəzdində  yerləşən 

doqquz  otaqlı  ev  muzeyinə  ekskursiya  təşkil  edə  bilər.  Xatirə 

muzeyinə  daxil  olan  otaqların,  əşyaların,  mebelin  bərpası           

ilə  məşğul  olan  Azərbaycan  və  İtaliya  mütəxəssisləri 

H.Z.Tağıyevin  ailəvi  fotoalbomu  əsasında  otaqların  əvvəlki 

görkəmində  yenidən  bərpa  eləmişlər.  Şagirdləri  muzeyi  təşkil 

edən bu otaqlarla tanış edirik:  1) H.Z. Tağıyevin iş kabineti, 2) 

Şərq  zalı,  3)  kitabxana,  4)  bilyard  otağı,  5)  yemək  otağı,  6) 



13 

 

məlumat  otağı,  7)  Sona  xanım  Tağıyevanın  bəzək  otağı  – 



buduar, 8) yataq otağı, 9) təmizlik otağı.                                  

     Bələdçi  muzeyi  gəzərkən 

şagirdlərə  otaqlar  haqqında 

məlumat verir. Xatirə muzeyinin 

ekspozisiyası H. Z. Tağıyevin iş 

kabinetindən  başlayır.  Kabinet 

özünün sadə gözəlliyi ilə seçilir. 

Onun divarları qırmızı ağacdan düzəldilmiş panellərlə və naxışlı 

tünd  yaşıl  divar  kağızı  ilə  bəzədilmişdi.  Burada  bilavasitə 

Hacının  özünə  məxsus  kitab  şkafı,  yazı  stolu,  kreslo,  stul  və 

dolabla  yanaşı  köhnə  ailəvi  fotoalbom  əsasında  hazırlanmış 

digər  əşyalar  da  vardır.  Kitab  şkafında  Rusiya  imperiyasının 

qanunlar toplusu, məlumat kitabları, ensiklopediyalar saxlanılır. 

Yazı  stolunun  arxasındakı  divarda  Hacının  öz  şəkil 

kolleksiyasından İran hökmdarları Nadir şah Əfşar və Fətəli şah 

Qacarın,  solda  isə  Rusiya  imperatoru  II  Nikolayın  və  onun 

xanımı Aleksandra Fyodorovnanın portretləri asılıb. Kabinetin 

pəncərələri  ilə  üzbəüz  divarda  isə  rəssam  Ayvazovskinin 

“Dənizdə  fırtına”  adlı  əsəri  asılıb.  Hacının  İran  şahı 

Müzəffərəddinlə  görüşünü  əks  etdirən  portret  və  ev  sahibinin 

yaşadığı günlərdə olduğu kimi əvvəlki yerində asılmışdır. Yazı 

stolu ilə üzbəüz H.Z.Tağıyevin portretini görmək olar. Bakıda 

orta  texniki  məktəbin  binasının  tikilməsində  göstərdiyi 

xidmətlərə,  maddi  yardıma  görə  şəhər  duması  H.Z.Tağıyevin 

portretinin sifariş edilməsi barədə qərar vermişdi. Əsər 1912-ci 

ildə görkəmli  rəssam  İ.Brodski  tərəfindən  çəkilmişdir.  Burada 

H.Z.Tağıyev  təltif  edildiyi  bütün  medal  və  ordenlərdə  əks 

olunub.  Onların  arasında  Rusiyanın  “Müqəddəs  Stanislav” 

ordenləri,  “Səyinə  görə”  üç  qızıl  medal,  İranın  “Şiri  xurşid” 

ordeni, Buxara Qızıl Ulduzu vardır.         




14 

 

   Sarayın 



iki 

ən 


böyük 

zallarından  biri  olan,  qədim 

oriyental  ornamentlərini  özündə 

birləşdirən Şərq zalı gözəlliyi və 

möhtəşəmliyi  ilə  seçilir.  Burada 

qəbullar,  rəsmi  müşavirələr  və 

təntənəli  mərasimlər  keçirilirdi. 

Qapıları  qoz,  fıstıq,  armud  ağaclarından  hazırlanmış  Şərq  zalı 

xüsusi  zövqlə  bəzədilmişdi.  Buraya  şəbəkəli  stollar,  stullar, 

royal,  kreslolar  və  s.  qoyulub.  Zalın  tavanına  Quran  ayələri 

yazılıb. Bu yazı və bəzəklərə 9 kiloqram qızıl işlədilib. Nəhəng 

çil-çıraq  və  güzgülərin  üzərindəki  bralar  zalı  işıqlandırmaqla 

bərabər,  onun  gözəlliyini  daha  da  artırır.  Pəncərələrin 

bədənnüma  şüşələrində  H.Z.Tağıyevin  ərəb  hərfləri  ilə  adı  və 

soyadı  yazılmışdır. Zalın müxtəlif hissələrində rast  gəlinən və 

müsəlman  memarlığında  geniş  işlədilən  altıgüşəli  ulduz 

Süleyman  peyğəmbərin  üzüyünün  qaşı  formasındadır.  İnanca 

görə, o, insanı pis nəzərdən qoruyur. 

     Zaldakı  sütunlu  tağlar  möhtəşəm 

Şərq  zalına  xüsusi  gözəllik  verir. 

Sütunlu  tağların  altından  keçərək 

H.Z.Tağıyevin  kitabxanasına  daxil 

olur.  H.  Z.  Tağıyev  maarifçiliyin 

tərəqqisi  üçün  misilsiz  səy  və 

xidmətlər göstərmişdir. Onun vəsaiti 

hesabına görkəmli yazıçı və şairlərin, 

tarixçilərin əsərləri çap olunmuşdur. 

Tağıyev “Kaspi” qəzetini almış və onun sahibi olmuşdu. Quran 

Azərbaycan  dilində  ilk  dəfə  həmin  qəzetin  nəşriyyatında  nəşr 

edilmişdi. Azərbaycanda “Nəşri-maarif”, “Nicat” və b. xeyriyyə 

cəmiyyətlərinin təsis edilib fəaliyyət göstərməsində Hacı böyük 

əmək  sərf  etmişdi.  Kitabxanada  ağ  rəngli,  yumşaq,  ipək 




15 

 

oturacaqlı mebel dəsti, iki taxta stol, stullar və kreslolar, kitab 



şkafları  yerləşdirilib.  Kitab  şkaflarında  Rusiya  imperiyasının 

qanunlar  topluları  saxlanılır.  Xalça  və  pərdələr  otağa  xüsusi 

yaraşıq verir. 

     Kitabxananın  sağında  yerləşən 

qapı  bilyard  otağına  aparır.  Otağın 

ortasında bilyard stolu qoyulmuşdur. 

Buradakı  arxası  hündür  göndəri 

divan, 


kreslolar 

istirahət 

üçün 

nəzərdə  tutulmuşdur.  Otağı  xüsusi 



quruluşlu çil-çıraq bəzəyir. Bilyard otağı və kitabxanadan çıxıb 

yenidən  sütunlu  tağlar  olan  guşəyə  daxil  olmaq  olar.  Buradan 

solda  yerləşən  qapı  yemək  otağına  aparır.  Otağın  divarlarına 

məxməri-ipək parça çəkilmişdir. Ortada uzun düzbucaqlı masa 

və  ətrafına  oturacağı  məxmərdən  olan  stullar  qoyulub.  Buxara 

əmirinin hədiyyəsi olan gümüşdən hazırlanmış üstü minalı qab 

dəsti  burada  nümayiş  etdirilir.  Şkaflarda  H.Z.Tağıyevin 

Fransadan gətirdiyi və üzərində özünün venzeli olan xörək dəsti, 

gümüş bıçaqlar, büllur qədəhlər qoyulub. 

Otaqda 


həmçinin 

qoz 


ağacından 

düzəldilmiş,  gözəl  ornamentli  böyük 

bufet  yerləşir.  Bufetdən  soldakı  qapı 

monitor  olan  otağa  aparır.  H.  Z. 

Tağıyevin  həyat  və  fəaliyyəti  ilə 

maraqlananlar 

burada 

quraşdırılan 



panellər və monitordan ətraflı məlumatlar əldə edə bilərlər. 

    Həyat yoldaşı Sona xanımın kiçik qonaq otağı öz gözəlliyi və 

orijinallığı  ilə  o  birilərindən  fərqlənir.  Tavan  fiqurlu  güzgülü 

lövhəciklərdən  quraşdırılmış,  divarlar  rəngarəng  naxışlarla 

bəzədilmişdir. Otaq bəzən güzgülü zal da adlandırılır. Mərkəzdə 

orijinal  dəyirmi  divan  yerləşir.  Onun  üstündə  lampa  üçün  yer 




16 

 

var.  Burada  həmçinin  dördguşəli  naxışlı  stollar,  yumşaq 



kreslolar və stullar qoyulub. İkinci hissədə isə kiçik və dəyirmi 

stol, divan, kreslolar, stullar qoyulmuşdur.  

    Yataq otağına bitişik balaca bir otaq var. Bu, təmizlik оtаğıdır.  

Milli  Azərbaycan  Tarixi  Muzeyinin  Azərbaycanın  tanınmış        

neft  sahibkarı  və  xeyriyyəçisi  Hacı  Zeynalabdin  Tağıyevin                   

ev-muzeyinin  ekspozisiyasına  yeni  vitrin  əlavə  olunmuşdur. 

Vitrində  Tağıyevə  məxsus  olmuş  Quran  qabı  və  dini  kitablar 

nümayiş  olunur.  Azərbaycanın  tanınmış  neft  sahibkarı  və 

xeyriyyəçi 

Hacı  Zeynalabdin  Tağıyevin  ev-muzeyinin 

ekspozisiyasına “H.Z.Tağıyevin təltif nişanları” adlı yeni vitrin 

əlavə  olunmuşdur.  Belə  ki,  vitrində  H.  Z.  Tağıyevin  müxtəlif 

illərdə  təltif  olunduğu  İranın  “Şir-i  xurşid”  ordeninin  1-ci 

dərəcəsinin ulduz və nişanı (lentlə), Buxara əmirliyinin “Şərəfli 

Buxara ulduzu” ordeni, həmçinin Rusiya imperatorluğunun “III 

Aleksandrın  tacqoyma  mərasiminə  həsr  olunmuş  medal”, 

“İmperator III Aleksandrın dövründə xidmətlərə görə”, “Səylərə 

görə”  medalları  nümayiş  etdirilir.  Quran  qabı  gümüşdən 

düzəldilmiş,  qızıl  suyuna  çəkilmiş,  mina  və  qiymətli  daşlarla 

bəzədilmişdir. Belə ki, şərq naxışları fonunda mərkəzi dəyirmi 

medalyonda mahir zərgərlər 7 iri və 6 kiçik yaqut daşı, 8 zümrüd 

daşı, ikinci medalyonda isə 8 iri, 6 kiçik yaqut, 6 zümrüd daşı 

yerləşdirmişlər.  Çəkisi  1850  qram  olan  qabın  üzərində  ərəb 

qrafikası  ilə  “Buxareyi  şərif  töhfə”  (“Buxara  hökmdarının 

hədiyyəsi”) yazısı və “1225” təqvim ili göstərilib. 

     Hələ 1935-ci ildə Muzeyə verilmiş əşyaların sənədləri muzey 

əməkdaşların axtarışları nəticəsində 2012-ci ildə aşkarlanmışdır.  

Azərbaycan  xalqı  qarşısında  böyük  xidmətləri  olan  Hacı 

Zeynalabdin  Tağıyevin  həyatı  və  çoxşaxəli  fəaliyyəti  ilə  bağlı 

tədqiqat  və  axtarışlar  davam  edir.  Onun  Mərdəkanda  qorunub 

saxlanan bağı haqqında oxuculara slayd hazırlaya bilərik.   



17 

 

                                       Ədəbi-bədii gecə 

     Kitabxanada  H.Z.Tağıyevin  anadan  olmasının  180  illlik 

yubileyi münasibətilə hazırlanmış “Sərvəti və səxavətilə məşhur 



insan”  başlıqlı  ədəbi-bədii  gecənin  ssenarisini  təqdim  edirik: 

Səhnə  qurulur.  H.Z.Tağıyevin  portreti,  haqqında  deyilmiş 

fikirlər  divara  vurulur.  Zalda  mesenat  haqqında  yazılmış 

kitablardan  sərgi  yerləşdirilir.  Sərgidə  həmçinin  dövri 

mətbuatda haqqında  yazılan məlumatlardan, ailə  şəkillərindən, 

CD məlumatlardan istifadə edilir. 



I  aparıcı:  Əziz  iştirakçılar,  hörmətli  qonaqlar,  bura    bütün 

varlığı ilə tərəqqipərvər və maarifpərvər bir insanı anmaq üçün 

yığışmışıq. Bu şəxs Hacı Zeynalabdin Tağıyevdir.  

II  aparıcı:  Təvəllüdü  bəzi  mənbələrdə  1938,  bəzi  mənbələrdə 

1923  göstərilən  Tağıyev  yanvarın  25-i  Bakıda  İçərişəhərdə 

anadan olmuşdur. Hələ uşaqkən ailəsinin əziyyətlə dolanışığını 

görən Hacı, kiçik yaşlarından bənnalıqla zəhmətə alışaraq ağlı 

və  çevikliyi  sayəsində  zəmanəsinin  ən  varlı  adamına 

çevrilmişdir. Onun ən böyük varı millətini inkişaf etdirmək idi. 

Bunun üçün xalqı milləti yolunda hər cür malından sərvətindən 

istifadə edirdi. 



I  aparıcı:  O,  Azərbaycan  iqtisadiyyatının  birtərəfli  inkişafına 

qarşı  çıxaraq  yüngül  sənaye  müəssisələrinin  işə  salınmasına, 

bank,  ticarət  sektorunun  inkişafına  böyük  səy  göstərirdi.  Bu 

ölməz şəxsiyyət varidatının yarısını xalqın maariflənməsinə sərf 

etmişdir.  O  bilirdi  ki,  xalqın  təhsilini  inkişaf  etdirmədən, 

maariflənmə işini köklü sürətdə yaxşılaşdırmadan milli dirçəlişə 

nail  olmaq  olmaz.  Bu  məqsədlə  o,  ilk  ağır  və  yüngül  sənaye 

müəssisələrinin, Bakıya kənardan çəkilmiş ilk möhtəşəm şollar 

su  kəmərinin,  ilk  gəmi  tərsanəsinin  və  Xəzər  gəmiçiliyinin 

inkişafı  ilə  yanaşı,  öz  dövründə  25-ə  yaxın  qəzet  və  jurnalın 




18 

 

nəşrinə  himayədarlıq  etmiş,  ölkəmizdə  ilk  qız  və  oğlan 



məktəbinin açılmasına nail olmuşdur.   

II aparıcı: 7 oktyabr 1901-ci ildə açılan qız məktəbinin açılışı 

münasibəti  ilə  Peterburqdan,  Tiflisdən,  Zaqafqaziyadan, 

Bağçasaraydan,  Bakı  quberniyasının  baş  keşişi  və  s.  kimi 

maarifpərvərlərdən  gələn  təbriklərə  Hacı  Zeynalabdin  belə 

cavab  verir:  “Bu  məktəbin  güşadı  barəsində  sizin  bu  növ    

izhari-rizaməndlik  və  məmnuniyyətiniz  və  bu  məktəbə  olan 

məhəbbət və hissiyyatınız məni bais edir ki, gələcəkdə mən bir 

mərtəbə dəxi bu məktəbin imarətinin üstünə vaxtilə bu məktəbi 

müsəlmanlar üçün ünasiyyə mədrəseyi rüşdiyyəsi (gimnaziyası) 

qərar  verəm.  Və  sizin  bu  növ  hümmətiniz  mənim  bu  fikrimin 

əncama gəlməyinin dəxi də təcilinə bais olacaqdır. 

I  aparıcı:  Qarabağdan  Mirzə  Əli  Ələsgər  Növrəs  isə  qız 

məktəbinin açılışı münasibətilə Hacını  bu şeirlə təbrik edir: 

                               Tapdı rövnəq binayi-niknam

                               Salı, min doqquz yüz bir ildə tamam. 

                               Sali-islamı eyləmək izhar, 

                               Əbcəd ilə deyil mənə düşvar. 

                               Bəli tarixə misra inşadır, 

                               Təqiyof uşqolu mühəyyadır. 



II  aparıcı:  Gəlin  Teyyub  Qurbanın  Tağıyevə  həsr  etdiyi 

“Yaşayan  ömür”  əsərində    Tağıyevin  qız  məktəbinin  açılması 

qərarına necə gəlməsi səhnəsinə tamaşa edək:  

Səhnə qurulur. Hacının bağı. Nəriman  Nərimanov, Həsən            



bəy Zərdabi ilə söhbət edir. Rolları ifa etmək üçün məktəblilər 

gəlir.) 

H.Z.Tağıyev:       Millətin ümidi ziyalılardır 

                              Mənim də sizlərə hörmətim vardır. 

                              Gəlin məsləhətlə bir fikrə gələk: 



19 

 

                              Müsəlman uşağı oxusun gərək. 



                              Demirəm bağlansın mollaxanalar,  

                              Təzə məktəbləri etməyək inkar. 



 

N. Nərimanov:     Hacı, dünyalarca razıyıq sizdən, 

                              Yenə xəbər verdin ürəyimizdən. 

                              Bunu yaxşı bilir ki, məsləkdaşlar, 

                              Xalqın nicat yolu məktəbdən başlar. 

                              Yoxdur dövrə dair məktəblərimiz, 

                              Mollanın evində dərs keçirik biz. 

                              Həm də bu mollalar, mollabacılar 

                              Tifili çubuqlar, söylər acılar. 

                              İstəsə uşağı nökəri edər, 

                              Şagird su daşıyar, dükana gedər! 

 

Həsən b. Zərdabi: Ay, gün tutulanda qazan çalırıq 

                                Göydə ulduzları nişan alırıq 

                                Cadudan, həmzətdan, cindən qorxuruq, 

                                Kitab açdırırıq, fala baxırıq. 

                                Yenə qoç döyüşü, xoruz döyüşü 

                                Olub çoxlarının əyləncə işi. 

                                Mərsiyə deməklə, sinə vurmaqla 

                                Şəbeh göstərməklə, oyun qurmaqla, 

                                Vaxtını ötürür nəsillərimiz, 

                                Avamlıq, mövhumat əsiriyik biz 

 

H.Z.Tağıyev:        Məktəb ana dili öyrətsə əgər, 

                               Uşaq ana kimi məktəbi sevər. 

                               Ərəbcə, firəngcə bilmək yaxşıdır, 

                               Fəqət, ana dili ömrün naxşıdır. 

 

 




20 

 

N. Nərimanov:      Dini bayraq edib, kor bayraq qalmaq olar, 

                                Dini bayraq edib, ucalmaq olar.  

                                



Həsən b. Zərdabi: Gərəkdir  müəllim müqəddəs olsun. 

                                Xalqın ürəyində ülvi səs olsun. 

 

H.Z.Tağıyev:          Millət ziyalısız qaranlıq gecə, 

                                 Günəşli sabaha adlayar necə? 

 

Həsən bəy Zərdabi: Elm silah olsa əlində sənin

                                   Cəhalət neyləyər elində sənin 

 

H.Z.Tağıyev:          Elmin açarıdır üsuli-cədid, 

                                 Onun banisidir fəxrimiz Seyid 

                                 Quran, təqvid, imla.., hesab dərsləri, 

                                 Tarix, coğrafiya, bunlar hər biri 

                                 Bizim uşaqlara keçilsin gərək, 

                                 Belə məktəbləri genişləndirək. 

Həsən b. Zərdabi:  Demək qızlarada açırsan məktəb. 

                                       (Hacı fikrə gedir) 



N. Nərimanov:        Bu qədər vəsait, bu qədər bina... 

                                 Duruş gətirərsən Hacı sən buna? 

 

H.Z.Tağıyev:           Pulu xərcləməsəm, olmaram aram. 

                                  Canıma dərd düşər tez qocalaram. 

 

Həsən bəy Zərdabi: Hacı, yorduq səni, izn ver gedək, 

 

H.Z.Tağıyev:           Gəliniz, gediniz öz eviniz tək. 



                  ( Görüşüb gedirlər. Hacı tək qalır.) 

 

 


21 

 

H.Z.Tağıyev:        Xalqın çiyinləri dağlar qaldırar, 

                               Çünki bu dağların etibarı var. 

                               Dağlara bənzəyir ziyalılar da, 

                               Fəqət bu dağları saxlayan harda? 

                               Ehtiyac içində yaşayır onlar, 

                               Millətin yolunda fəda olanlar. 

                               Köçdü Seyid Əzim vaxtsız dünyadan, 

                               Şairin kəlamı çıxarmı yaddan?! 

(Həzin bir musiqi.) 

                                          



H.Z.Tağıyev:                         (tək fikirli) 

                                Həsən bəy dediyi qızlar məktəbi... 

                                Necə bəyan edək biz bu mətləbi? 

                                Aha... lap duma da nə edə bilər

                                Çar özü razılıq verərsə əgər... 

                                Qızların ürəyi zərif, kövrəkdir, 

                                Qız ilə gül kimi rəftar gərəkdir. 

                                Qızın getdiyi yer bir toydur, bir yas. 

                                Qalan vaxtlarında bayıra çıxmaz. 

                                Yetər cəhalətin köləsi olmaq, 

                                Avropalılardan geridə qalmaq, 

                                Bizim qızlardadır abır-həya da. 

                                Yoxdur bərabəri bütün dünyada, 

                                Ceyran qızlarımız azad yaransın, 

                                Odlar diyarına qanad yaransın. 

                                Balaca Saram da onlar içində, 

                                Yanır ata qəlbim qızım üçün də... 



I aparıcı: 1901-ci ildə Bakıda qız məktəbinin açılması üçün 5 

milyon qızıl pul sərmayə qoyan Hacı Zeynalabdin, 1919-cü ildə 

Azərbaycan  Dövlət  Darülfünunun  (BDU)  açılmasında  da 

dövlətə maddi yardımını əsirgəmir. Bu barədə o fikirlərini “Tazə 

həyat” qəzetinin 1908-ci il 12 noyabr sayında belə açıqlayırdı: 



22 

 

Kasıb  olduqlarından  ata-anam  mənə  sevgi,  məhəbbət, 



nəvazişdən  başqa  heç  nə  verə  bilməyiblər,  məndə  olan  bütün 

yaxşı  cəhətlər  üçün  onlara  –  məhəbbət  və  nəvazişlərinə 

borcluyam.  Şübhəsiz,  bu  da  Allah  -  taalanın  iradəsi  ilə  olub. 

Bütün  işlərimlə  yanaşı,  fikrim-zikrim  xalqımı  xoşbəxtliyə 

çatdırmaqdır.  Buna  görə  gecə-gündüz  əlləşirəm.  Məqsədə 

çatmaq  üçün  çoxlu  məktəb  açmaq  lazımdır.  Çoxlu  kitab, 

məcmuə  və  qəzet  çap  etdirib,  hər  yerə  –  uzaq  kəndlərə 

göndərilməlidir. 

II  aparıcı:  Ona  görədə  məşhur  Bakı  milyonçusu,  sənayeçisi, 

sahibkarı  və  xeyriyyəçisi  Hacı  Zeynalabdin  Tağıyevin  adı 

xalqımız tərəfindən bu gün də insanpərvərlik rəmzi kimi çəkilir, 

xatirəsi ehtiramla yad edilir. Çünki o həyatını şam kimi əridərək 

xalqının maariflənməsi yolunu nura qərq etmişdir. Onun zəkası 

iki  qayə  üzrə  çalışmışdır:  I  zəngin  olmaq,  II  milli  qayəmizə 

xidmət etmək, milli inkişafımızı və yüksəlişimizi dəstəkləmək. 

O, XX yüz ilin elə parlaq bir şəxsiyyətidir ki, onun fəaliyyətinin, 

Azərbaycan  üçün  elədiklərinin  üstündən  nə  qədər  xətt  çəkilsə 

də,  onun  tikdirdiyi  abidələrdə  hələ  yüzillər  boyu  adı 

yaşayacaqdır.  

 (  Sonda  “Yük”  filmi  nümayiş  edilir.  Film  1995-ci  ildə 

çəkilmişdir.) 

     Tarixin  səhifələrini  vərəqlədikcə  hələ  neçə  əsrlər  bundan 

qabaq  öz nefti - qara qızılı ilə şöhrət tapan Bakımızın, neftinin  

müxtəlif  ölkələrə  daşınması  barədə  qeydlərə  rast  gəlirik.           

1847-ci  ildə  dünyada  ilk  dəfə  neft  quyusunun  qazılması  da 

Bakının  şöhrətini  hər  yana  yayaraq  yerli  əhali  arasından 

insanları  milyonlara,  taxt-taca,  səltənətə  sahib  etdiyini  bilirik. 

Hələ uşaq vaxtlarında gündə bir qəpiyə palçıq qarışdırmaqla və 

daşımaqla  işləməyə  başlayan  Zeynalabdinin  də  qazdığı  neft 

quyusunun fontan vurması onu bu milyonçulardan birinə çevirir. 

Bənna  işləməklə  qəpik-quruş  qazanan  Zeynalabdin  öz 



23 

 

zəhmətsevərliyi, fərasəti sayəsində milyonçu Hacı Zeynalabdin 



Tağıyevə çevrilir, şöhrət qazanır. 

I aparıcı: Bəzi mənbələrdə 1838-ci ildə Bakı şəhərində anadan           

olduğu  qeyd  edilsədə,  müasir  tədqiqatçılardan  M.  Əliyevin 

“Maarifpərvər  H.Z.Tağıyev”  adlı  məqaləsində  1823-cü  ildə 

anadan olduğu 1924-cü ildə 101yaşında sətəlcəm xəstəliyindən 

vəfat etdiyi qeyd edilir. Lakin 1900-cü ildə Nəriman Nərimanov 

və  1903-cü  ildə  Axund  Yusif  Talıbzadə  tərəfindən  yazıldığı 

ehtimal olunan Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halında 

onun  hicri-qəməri  tarixlə  1256,  miladi  tarixlə  isə  1838-ci  ildə 

anadan olduğu göstərilir. Əbülfəz Haşımoğlu, Əkrəm Bağırov, 

Paşa  Əlioğlunun  tərtibçiliyi  ilə  “Hacı  Zeynalabdin  Tağıyev” 

kitabında  tərtibçilərin  birinin  Tağıyevin  qızı  Sara  xanımla 

söhbət  edərkən  də  o  atasının  1838-ci  ildə  anadan  olduğunu 

söyləmişdir.  

Öz zəhməti və işgüzarlığı hesabına 1873-cü ildə topladığı pulu 

ilə neft quyusu qazdıran Hacının  neft fontanları onu milyonçu 

Hacı Zeynalabdin Tağıyevə çevirir. Lakin Hacı heç vaxt kasıb 

günlərini unutmayıb, milyonlarını xalqın maariflənməsi,  təhsil 

alması  yolunda  xərcləməkdən  qürur  duyur.  Özü  savadsız  

olduğundan Hacı savadsızlığın acısını duyan buna görə də kasıb, 

yetim  oğlan  və  qızlarımızın  təhsil  almasına  böyük  qayğı 

göstərir.   Böyük  xeyriyyəçi  hər  il  öz  pulu  ilə  20  azərbaycanlı 

tələbəni  müxtəlif  universitetlərə  təhsil  almağa  göndərmiş, 

Qafqazda dörd məktəbin maliyyə xərclərini çəkmişdir. 

II  aparıcı:  Ümumilikdə  Hacının  maarif  sahəsində  xidmətləri 

çox  geniş  və  çoxşaxəlidir.  30  min  manatdan  artıq  xərc  çəkib 

yetim  və  kasıb  uşaqlar  üçün  Mərdəkanda  kənd  təsərrüfatı 

təmayüllü  internat  məktəbi  açır,  teatr  binası  tikdirib  artist  və 

yazıçıların  istifadəsinə  verir,  qiraətxanalar  üçün  qəzet  və 

jurnalların  pulunu  ödəyir.  1905-1911-ci  illər  İran  məşrutə 




24 

 

hərəkatından sonra, İranda onlarla məktəbin açılmasına yardım 



göstərir, onları məktəb ləvazimatı ilə təmin edir. 

     Bakı  ətrafı  kəndlərdə  axar  suyun  yoxluğu  su  dəyirmanı 

qurmağa imkan vermirdi. Bunu nəzərə alaraq Hacı Mərdəkanda 

1899-cu  ildə  dən  üyüdən  elektrik  dəyirmanı  da  tikdirir  və 

qəsəbənin əhalisinə elektrik işığı verir.    

     H.Z.Tağıyevin  savab  əməllərinin  siyahısı  çox  uzundur.  O, 

özündən sonra zəngin irs qoyub getmişdir. Hacını bu xeyirxah 

işlərə  sövq  edən  isə  xalqına  olan  böyük  məhəbbəti  idi.  O, 

millətinin imzasını imzalar içində görmək istəyirdi.                     

     Xalqımız  onun  xatirəsini  uca  tutur,  insanlar  onu  həmişə 

minnətdarlıq  hissi  ilə  yada  salırlar.  Bakıda  və  respublikanın 

rayonlarında  ayrı-ayrı  yaşayış  məntəqələrinə,  küçələrə,  təhsil 

ocaqlarına,  fabriklərə  H.Z.Tağıyevin  adı  verilmiş,  böyük 

xeyriyyəçinin  şərəfinə  nüfuzlu  mükafatlar,  xeyriyyə  fondları, 

diplomlar təsis edilmişdir. 

 

 



 

 

 



 

 

 



 

 



25 

 

Ədəbiyyat siyahısı 



Haqqında 

Kitablar və kitablarda 

Dilsuz. Hacı Zeynalabdin. - Bakı : Beşik, 2008. - 18 s. - (Mən 

və mənim dünyam. Güvəncin nağılları).  



İlkin Q. Hacı Zeynalabdin Tağıyev // Bakı və bakılılar. - B. : 

Nurlar, 2006. - S. 234-243.  



Qurban  T.  Əbədiləşən  ömür  :  Hacı  Zeynalabdin  Tağıyevin 

ölməz ruhuna. - Bakı : Qismət, 2003. - 240 s. 



Qurban T.  Hacı  Zeynalabdin  Tağıyev:  ömrü boyu və  yubliey 

yaşında // Ömür yolları. - Bakı : OL, 2013. - S. 6-20.  



Qurban T. Hər oxuyan Molla Pənah olmaz, hər varlanan Hacı 

Zeynalabdin // Ömür yolları. - Bakı : OL, 2013. - S. 101-106.  



Qurban  T.  Səsimə  hay  verən  var...  :  Hacı  Zeynalabdin 

Tağıyevin qızı Sara xanım haqqında // Ömür yolları. - Bakı : OL, 

2013. - S. 70-84.  

Mahmudov  C.  Hacı  Zeynalabdin  Tağıyev  //  Bakı  nefti,  neft 

milyonçuları  və  Nobel  qardaşları.  -  Bakı  :  Nurlan,  2006.  -  II 

fəsil:  Bakının  neft  milyonçuları,  onların  sahibkarlıq  fəaliyyəti, 

ailə həyatı və taleləri. - S. 90-116. 



Nərimanov N. Hacı Zeynalabdin Tağıyevin 50 illiyi // Seçilmiş 

əsərləri. - Bakı : Çaşıoğlu, 2006. – S. 471-516. - (Azərbaycan 

Ədəbiyyatı).  

Süleymanov  M.  Hacı  Zeynalabdin  Tağıyev  //  Eşitdiklərim. 

Oxuduqlarım. Gördüklərim. - Bakı : Xəzər, 2009. - S. 131-146.  




26 

 

Dövri mətbuatda 



Babaşlı M. Nəşri-maarif cəmiyyətinin Azərbaycan maarifçilik 

tarixində yeri // Füyuzat. - 2015. - № 5. - S. 36-40.  



Bayramoğlu A. Tariximizin iki məşhur siması : təsadüfi deyil 

ki,  Hacı  Zeynalabdin  Tağıyevin  maliyyə  dəstəyi  ilə  ali  təhsil 

alan  onlarla  gəncdən  biri  Nəriman  Nərimanov  idi    //  Kaspi.  - 

2016. - 8-10 oktyabr. - № 160. - S. 7.  



Dünyaminqızı Q. Böyük xeyriyyəçinin bəxtsiz övladları : Hacı 

Zeynalabdin Tağıyevin qızlarının qəribə taleyi olub // Kaspi. - 

2016. - 29 iyul. - № 129. - S. 7.  

Dünyaminqızı  Q.  Millət  atası,  yoxsa  istismarçı  kapitalist?  : 

Hacı  Zeynalabdin  Tağıyev  varidatını  xalqının  maarifi, 

mədəniyyəti, xoşbəxtliyi yolunda sərf etsə də, sovetlər onu tam 

başqa cür qələmə verirdi // Kaspi. - 2016. - 4 oktyabr. - № 156. 

- S. 15.  

Dünyaminqızı  Q.  Avropaya  təhsilə  göndərilən  99  gənc  : 

onlardan  intihar  edənlər,  həbsə  düşənlər  və  ömrünü  qürbətdə 

başa vuranlar da oldu // Kaspi. - 2015. - 28-30 noyabr. - № 199. 

- S. 6.  



Eyvazova Y. Heykəllər tarixdən söz açır // Qobustan. - 2015. - 

№ 3. - S. 64-67. – Məqalədə H. Z. Tağıyevin evi haqqında da 

məlumat verilir. 

Əliyev  Z.  Bir  portretin  tarixi  :  Hacı  Zeynalabdin  Tağıyevin 

naturadan çəkilmiş portreti haqqında // Ədəbiyyat qəzeti. - 2016. 

- № 25. 



27 

 

Fərəcov  S.  Ziyalı  və  milyonçunun  əqidə  birliyi  :  Hacı 

Zeynalabdin  Tağıyev  haqqında  //  Mədəniyyət.  -  2014.  -  10 

oktyabr. - № 77. - S. 13.  



Fərzəliyev  Y.  Azərbaycan  xalqı  qarşısında  böyük  xidmətləri 

olan insan : Hacı Zeynalabdin Tağıyev haqqında // Azərbaycan 

Müəllimi. - 2015. - 12 dekabr. - № 46. - S. 11.  

H.  Z.  Tağıyev  :  Neft  sənayesinin  təxirəsalınmaz  ehtiyacları 

(Rusiya  Sənayesi  və  Ticarətinə  Yardım  Cəmiyyəti  Bakı 

bölməsində çıxış) // Xalq qəzeti. - 2017. - 6 avqust. - № 169. - 

S. 4.  


Hüseynzadə F.  Xeyirxahlıq rəmzi – Hacı Zeynalabdin Tağıyev 

: sağlığında "millət atası" kimi tanınan bu mesenatın 175 il keçir 

// Palitra. - 2013. - 26 yanvar. - № 15. - S. 10.  

Qurbanova  N.  Tarixin  izi,  milyonçunun  özünün  yaşadığı 

məkan // Həftə içi. - 2017. - 8 iyun. - № 102. - S. 4. 



Məmmədli  C.  Mesenatlıq  məktəbi:  tarixdən  bu  günümüzə  // 

Kaspi. - 2016. - 8-10 oktyabr. - № 160. - S. 7.  



Milyonçu, maarifçi... : Hacı Zeynalabdin Tağıyev // Savalan. - 

2015. - 3-5 noyabr. - № 74. - S. 3.  



Nəsrəddinov N. Tağıyevin unudulmuş 110 yaşlı ibtidai məktəbi 

// Kaspi. - 2014. - 23 aprel. - № 68. - S. 10.  



Niyaz qızı A. Xeyirxahlıq simvolu : Hacı Zeynalabdin Tağıyev 

öz əməlləri ilə xalqın əbədi rəğbət və hörmətini  qazanmışdı // 

Kaspi. - 2016. - 26 yanvar. - № 14. - S. 13.  

 



28 

 

Rüstəmova-Tohidi S. Hacı Zeynalabdin Tağıyev Bakıda mart 

hadisələrinə dair teleqram göndəribmi? // Azərbaycan : qəzet. - 

2015. - 31 mart. - № 65. - S. 7.  



Rzalı R. Hacı Zeynalabdin Tağıyev: "Anası savadsız olan xalq 

kordur" // Kaspi. - 2014. - 25 noyabr. - № 196. - S. 15.  



Tağıyevə həsr olunmuş bədii əsərlər 

Bayram T. Hacı Zeynalabdin Tağıyevin abidəsi qarşısında : şeir 

// Seçilmiş əsərləri. - Bakı : Lider, 2005. - S. 154.  



Əmirli Ə. Mesenat // 15 pyes. – Bakı : Öndər, 2006. – S.471-

516. 


Xəzri N. Hacı Zeynalabdin çilçırağı : şeir // Seçilmiş əsərləri. 2 

cilddə. - Bakı : Lider, 2004. – C. I. - S. 115.  



Xələfli Ə. R. Ötəri küləyin səsi : Hacı Zeynalabdin Tağıyevə // 

Həsrət körpüsü. - Bakı : Azərbaycan, 2003. - S. 110-111.  



Qurban  T.  Yaşayan  ömür  :  İki  hissəli  mənzum  pyes.  Hacı 

Zeynalabdin Tağıyevin (1823-1924) anadan olmasının 185 illiyi 

münasibətilə. - Bakı : ADPU nəşriyyatı, 2007. - 73 s.  

Qurban T. Sara : poema. - Bakı : Şirvannəşr, 2002. - 110 s.  

 

 



 

 

 



 


29 

 

Sərvəti və səxavəti ilə məşhur insan 



(metodik vəsait)

 

 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 

 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 14 

Çapa imzalanmışdır:01.02.2018 

Tirajı:100 

Pulsuz 


 

 

                 



              

 

                         



                        

 

  



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə