F. Köçərli adına



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix08.07.2018
ölçüsü0,87 Mb.
#54088
1   2   3   4   5   6   7

 

   95  illik  yubileyi  keçirilən  görkəmli  rejissorun,  həmçinin 



Azərbaycanda  lirik-psixoloji  teatr  məktəbinin  yaradılması, 

inkişafı və formalaşması və milli mədəniyyətimizin inkişafında 

müstəsna xidmətləri olub. 

    Böyük  insan  Tofiq  Kazımovun  anadan  olmasının  95  illik 

yubileyi  ilə  əlaqədar  olaraq,  kitabxanada  bir  sıra  tədbirlər:   

kitab  müzakirəsi,  oxucu  konfransı,  rəsm  müsabiqəsi,  icmal,           

ədəbi-bədii  gecə  və  s.  keçirilə  bilər.  Onun  yaradıcılığını  gənc 

nəslə və oxuculara tanıtmaq məqsədilə kitabxanada kitab sərgisi 

də  təşkil oluna bilər. Sərgidə Tofiq Kazımovun   müxtəlif illərdə 

çəkilmiş  foto  stendi,  kitabları,  ədəbiyyatşünas  və  digər 

müəlliflərin  onun haqqında  yazdığı kitablar, araşdırmalar, ona 

ithaf  edilən  şeirlər,  kəlamlar  və  dövri  mətbuatda  yer  alan 

məqalələr öz yerini almaqdadır. Sərgiyə müxtəlif başlıqlar verilə 

bilər:


 

“Tofiq Kazımov adlı fenomen”, “Milli teatr tarixinə qızıl 

hərflərlə  yazılan  tamaşalar  bəxş  edən  rejissor”,  “Teatrın  Tofiq 

Kazımov  imzası”,  “Milli  rejissor  sənətimizin  korifeyi  Tofiq 

Kazımov”,  “Milli  sənət  düşüncəsində”,  “Rejissor  zirvəsi”, 

“Həyatın  rəngini  teatra  boyayan  insan”,  “Adı  milli  teatr 

tariximizə parlaq hərflərlə yazılan şəxsiyyət”, “Teatrda   öz yolu, 

öz  izi  olan  insan”,  “Teatra  avanqard  teatr  ideyaları  ilə  gələn

 

Tofiq  Kazımov”,  “İnqilabçı  sənətkar  Tofiq  Kazımov”,  “Milli 



teatrımıza  misilsiz xidmətlər göstərən şəxsiyyət” və s.  

 

 

 

 

 


 

Kitab sərgisi 



 

 

    

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

 

 

 


10 

 

Görkəmli  şəxslərin  Tofiq  Kazımov  haqqında  söylədikləri 



fikirlər: 

    Tofiq Kazımov XXI  əsrin düşüncə tərzini, teatr estetikasını, 

insanlıq  fəlsəfəsini, cəmiyyət və şəxsiyyət problemlərini  məhz 

XX  əsrin  ortalarında  dərk  edirdi.  Dərk  edib  təfəkkür 

süzgəcindən keçirirdi.  

                                                             İlham Rəhimli,  



professor 

     

    Böyük  novator  Tofiq  Kazımovun  rejissor  ömrünün  üçüncü 

zəngi, təxminən 60 il bundan əvvəl çalınsa da, yaşadığımız XXI 

əsrdə də eşidilməkdədir.    



İsrafil İsrafilov,  

professor 

 

    Ən əsası budur ki, Tofiq Kazımov sovet rejissoru yox, milli 

teatr sənətimizin böyük xidmətlərindən biri oldu. Onun quruluş 

verdiyi  əsərləri  yalnız  Azərbaycan  teatr  sənətinin  deyil,  bizim 

milli mədəniyyətimizin bədii-estetik  hadisələri idi.                                                                                                  

Elçin Əfəndiyev, 

Xalq yazıçısı 

    

    Mənim  üçün  Tofiq  müəllimin  ilk  yadda  qalan  quruluşu 

“Ölülər” tamaşası idi. Bu tamaşada ölməz Mirzə Cəlil əsərinin 

ruhunu saxlamaqla Tofiq Kazımov ora bir çox yeni mətnlər – elə 

Cəlil Məmmədquluzadənin öz felyetonlarından alınmış mətnlər 

də əlavə etmişdi. Rəssam Elçinin maraqlı dekorları (personajlar 

sanki məzarların başdaşlarının içindən çıxırdı), Qara Qarayevin 

təsirli  musiqisi,  Kefli  İsgəndər  rolunda  Həsənağa  Turabovun, 

Şeyx  Nəsrullah  rolunda  Məlik  Dadaşovun,  Hacı  Həsən  ağa 



11 

 

rolunda  Məmmədrza  Şeyxzamanovun,  hətta  epizodik  rolda 



Hamlet Xanızadənin ifası indiyədək gözümün qabağındadır. 

Anar,   

Xalq yazıçısı 

    

    Bütün  yaradıcılığımı  mən  ustadım,  müəllimim  Tofiq 

Kazımovun  adı ilə bağlayıram. Onun teatrında  işləmək, onun 

sevimli aktirisası olmaq  mənin üçün böyük səadət  və xoşbəxtlik 

idi. Böyük fəxrlə özümü  “Tofiq Kazımov məktəbi” nə mənsub 

olan sənətkar hesab edirəm.  



Şəfiqə Məmmədova, 

Xalq artisti  

 

    Yaradıcılıq prosesi onun üçün insan cəmiyyəti və insanın yeni 

tərəflərini  üzə  çıxarmaq  idi.  Tofiq  müəllim  hamıya  qarşı 

tələbkar  idi.  Bunu  bildiyimiz  üçün  heç  vaxt  məşqlərə 

gecikməzdik.  Məşqə  kim  gecikərdisə,  qapıdan  içəri  keçməyə 

cəsarət  etmirdi.  Onun  dəmir  intizamı  var  idi.  Ona  görə  də,  

məşqlərə vaxtında və böyük həvəslə gələrdik. Bilirdik ki, bizi iş 

gözləyir.  Hər  tamaşa  sonradan  teatr  həyatında  bir  hadisəyə 

çevrilirdi.  Tamaşalarda  adam  əlindən  tərpənmək  olmurdu. 

Demək  olar  ki,  bircə  dənə  də  boş  loja  tapa  bilməzdin. 

Dramaturqlar, 

aktyorlar, 

rəssamlar 

onunla 


işləməyi 

xoşlayırdılar.  Tofiq  Kazımov  da  istedadlı  adamlarla  işləməyi 

sevirdi. 

Yaşar Nuri,

  

 

Xalq artisti 

 

    Tofiq  Kazımov  çox  haqsızlıq  görmüşdü.  Başqalarının        



sakit  baxdığı  bəzi  məsələlərə  o  dözə  bilmir,  etirazını                  

bildirirdi.  Cəmiyyətdə  gördüyü  haqsızlıqlarla  barışmazlığını 

tamaşalarında  göstərirdi. Onun hər tamaşasında haqsızlığa qarşı 



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə