F. Köçərli adına



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix08.07.2018
ölçüsü0,87 Mb.
#54088
1   2   3   4   5   6   7

12 

 

bir üsyan vardı. Tofiq Kazımov bəzən onu düşündürən, narahat 



edən fikirlərinə həmdəm də tapmırdı. O, haqq carçısı idi. 

Fuad Poladov, 

Xalq artisti 

 

    Tez-tez evimizə gələrdi. Onların söhbətlərinə maraqla qulaq 

asardım.  Mən  bu  söhbətlər  əsnasında  Tofiq  Kazımovun  çox 

xeyirxah adam olduğunu görürdüm. Ona kömək üçün müraciət 

edən kimsəni naümid qoymazdı. 

Eldar Quliyev,

  

Xalq artisti 

 

    Tofiq daha çox gənclərlə işləmək, onlar üçün meydan açmaq 

istəyirdi. Onun qarşısında müəyyən maneələr, mərhələlər vardı. 

Tofiq  Kazımov  iradəsi  ilə  bu  mərhələni  adlaya  bildi.  Tofiq 

Kazımov  teatra avanqard teatr ideyaları ilə gəlmişdi. 

Məmmədkamal Kazımov, 

Əməkdar mədəniyyət işçisi  

 

    Şəxsən 

mən 

Tofiq 


Kazımov 

adında 


fenomenin 

mədəniyyətimizdəki,  mənəviyyatımızdakı  və  konkret  olaraq, 

teatr  sənətimizdəki  rolunu,  əhəmiyyətini,  nailiyyətlərini, 

problemlərini  elmi  düşüncənin  müstəvisində  illərlə  təhlil 

etmişəm. Odur ki, tam məsuliyyətlə deyə bilərəm ki, ustadıma 

bəslədiyim münasibət kor-koranə pərəstiş deyil. 



Vaqif İbrahimoğlu,   

rejissor   

 

    Tofiq Kazımov yaradıcılığını gənc nəslə daha qabarıq şəkildə 

göstərmək üçün kitabxanada bir sıra tədbirlər görülməkdədir. Bu 

tədbirlərdən biri də

 

İncəsənət Universitetinin tələbələri arasında 



keçirilən “Teatrda öz yolu, öz izi olan insan” adlı konfrans ola 


13 

 

bilər. Konfransdan əvvəl  proqram  tərtib olunmalı, konfransın 



keçiriləcəyi  dəqiq  vaxt  müəyyənləşdirilməlidir.  Proqramda 

konfransda  çıxış  edəcək  qonaqların,  rejissorların,  sənət 

adamlarının  və  şagirdlərin  adları,  tədbirin  keçiriləcəyi  dəqiq 

vaxt,  məkan  və  zaman  qeyd  olunur.  Konfrans  zamanı  Tofiq 

Kazımov ilə bağlı  kitab və s. yazılar yazmış jurnalist, yazıçı və 

sənət  adamlarının  çıxışları  dinlənilir.  Tədbir  zamanı  ilk  olaraq 

kitabxanaçı  gələn  qonaqları  salamlayır  və  istedadlı  rejissor 

Tofiq Kazımov haqqında məlumat verir. 



Kitabxanaçı: Tariximizi, mədəni təşəkkülümüzü, milli-mənəvi 

məfkurəmizi  özündə  yaşadan  məbədlərdən  biri  də  teatrdır. 

Dünənimizi, bu günümüzü canlandırıb gələcəyə aparan mənəvi 

yaddaş  daşıyıcımız  sayılan  səhnə,  teatr  sənət  ocağı  olmaqdan 

çıxıb, milli-mənəvi dərkimizə, kamilləşməyimizə xidmət edib. 

Onun  sayəsində  mütərəqqi  ideyaları,  demokratiya,  azadlıq, 

millilik  və  sülh  kimi  anlayışları  küll  olaraq  dərk  etmiş  və 

dünyanın  bütün  tərəqqipərvər  xalqlarına  aşılamışıq.  Bu  bəşəri 

ideyaların  daşıyıcısı  olan  Azərbaycan  teatrının,  bəlkə  də,  ən 

böyük  nailiyyəti  elə  budur.  Milli   teatrımız  öz mənbəyini  

uzaq  keçmişlərdən  alır.  Qədim  xalq  oyunlarımız  və  milli 

bayramlarımızdakı  teatr  nümunələri  fikrimizin  isbatıdır.  Uzun 

zaman xalq yaradıcılığında yaşamış bu sənət zamanın axarında 

professionallıq pilləsinə qalxmışdır. Sənət fədailərinin məbədə 

çevirdiyi milli teatrımızın  tarixində təbii ki, ilkin  mərhələ olan 

xalq teatr və dram dərnəklərinin də müstəsna rolu var. Deyirlər 

ki,  hər  hansı  bir  mədəniyyəti  və  incəsənəti,  onun  mənəvi 

intelekti  haqqında  ilk  təəssürat  əldə  etmək  üçün  həmin 

millətlərin  teatrına  getmək  kifayətdir.  Orada  hər  şey  gün  kimi 

aydındır. Belə ki, binanın daxili və xarici arxitektura baxımından 

klassik  görünümü  dövlətin  teatra  münasibətini,  tamaşa  ilə 

ünsiyyət  sənətçilərin  professional  səviyyəsini  müəyyən 

etməkdə,  tamaşaçılarla  tanışlıq  isə  həmin  xalqın  mənəvi 



14 

 

dünyası, həyat tərzi, yaşayışı, sənətə və sənətkara  qarşı diqqətini 



aşkarlamağa  imkan  verir.  Beləliklə,  dövrün  və  zamanın 

barometri olan teatr öz xalqının mənəvi intellektual  səviyyəsini, 

simasını bütün rəngləri ilə bir görüşdə rəsm etmiş olur. XX əsrdə 

Azərbaycanda  maarifçiliyin  daha  səmərəli  və  geniş  miqyaslı 

təkamülü  başlandı.  Həmin  inkişafda  müstəsna  xidməti  olan 

ziyalılardan  biri  də  mütəfəkkir  filosof  –  Mirzə  Fətəli 

Axundzadədir.  Mirzə  Fətəli  Axunzadə  həm  də  milli  peşəkar 

dramaturgiyamızın banisidir. İllər keçdikcə teatr mədəniyyəti öz 

təfəkkürünü  tapır,  formalaşır  və  daha  da  mükəmməlləşmişdir. 

Yaradıcılıq  axtarışlarında  teatrın  yeni  dramaturqlarla  əlaqəsi 

daha  da  möhkəmlənmiş  və  bu,  səmərəli  nəticələr  vermişdir. 

Teatr  gənc  tamaşaçılarını  Azərbaycan  xalqının  qəhrəman 

keçmişi  ilə  yaxından  tanınmış  olmasına,  onların  qəhrəmanlıq 

hissləri aşılanmasına təsir göstərmişdir.  İlk  illərdən başlayaraq 

teatr  daim  öz  professional  səviyyəsini  yüksəldir,  zamanla 

səsləşən  yüksək  ideyalı,  böyük  tərbiyəvi  əhəmiyyətə  malik 

maraqlı tamaşalar yaradırdı. Milli teatrımıza misilsiz xidmətlər 

göstərən  şəxsiyyətlərdən  biri  də  məhz  böyük  insan  Tofiq 

Kazımovdur.  Görkəmli  rejissor  Tofiq  Kazımov  57  yaşında 

dünyasını dəyişib. Ancaq ömrünü sənətə həsr etdiyi illər ərzində 

milli teatr tarixinə qızıl hərflərlə yazılan tamaşalar bəxş edib. 

Kitabxanaçının  çıxışından  sonra  məruzəçilər  müəyyən 

ardıcıllıqla çıxış etməyə başlayırlar. 

I  məruzəçi:  Bu  gün  haqqında  danışacağımız  şəxsiyyət  teatr 

həyatında  novatorluğu  və  yaddaqalan  uğurları  ilə  imza  atmış 

böyük  insan  Tofiq  Kazımovdur.  Qeyd  etdiyimiz  kimi  o, 

yenilikçi  idi  və  cəsarətli  fikirləri  teatr  səhnəsinə  daim  uğur 

gətirdi.  Sonralar  istedadlı  rejissor    öz  teatrını  yaratmaq  arzusu  

ilə  yaradıcılıq  işlərinə  imza  atmağa  başladı.  Yeni  ideyaları 

həyata keçirmək o qədər də asan deyildi. Gənc rejissor özü də 

bunu başa düşürdü. Onu da dərk edirdi ki, məqsədə çatmaq üçün 




Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə