F. Köçərli adına



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix08.07.2018
ölçüsü0,87 Mb.
#54088
1   2   3   4   5   6   7

15 

 

gecə-gündüz  çalışmaq,  maneələri  dəf  etmək  lazımdır.  Gənc 



rejissorda  isə  bu  iradə  və  enerji  vardı.  Əlbəttə,  onun  novator 

ideyalarına  mane  olmağa  çalışanlar  da  çox  idi.  Mərd  təbiəti, 

kimsəyə  əyilməzliyi  də  özünə  mane  olurdu,  ancaq  o  dəyişə 

bilmirdi. 



II məruzəçi:  Tofiq Kazımov Akademik Milli Dram Teatrında 

baş rejissor işlədiyi müddətdə çoxlu sayda əsərə quruluş verib. 

Onun  baş  rejissorluğu  dövründə  teatra  çoxlu  istedadlı  gənclər 

cəlb edilib. Tofiq Kazımov səhnədə məşq prosesində tamaşanın 

kompozisiyasını  qurandan  sonra  ecazkar  improvizələr  edir, 

gözlənilməz fəlsəfi-estetik qənaətlərə gəlirdi. Tofiq Kazımovun 

tamaşalarında obraz üçün məxsusi yazılmış mahnıları aktyorlar 

özləri oxuyurdular. Buna görə də ifaçı səhnədə həmişə obrazda 

olur  və  bununla  da  vəziyyəti  bilavasitə  yaşayırdı.  Akademik 

teatrda  həmişə  gənc  qəhrəman  rolları  tanınmış,  müəyyən  fəxri 

adlarla  təltif  olunmuş  50-60  yaşlı  aktyorlara  verilirdi.  Bu 

səmərəsiz  ənənəni  məhz  Tofiq  Kazımov  cəsarətlə  sındırdı.  O, 

“Sən həmişə mənimləsən” tamaşasında 18 yaşlı Nargiləni tələbə 

Amaliya  Pənahovaya,  “Ölülər”  dəki  gənc  İsgəndəri  28  yaşlı 

Həsən Turabova tapşırdı. Tofiq Kazımovun tamaşalarında həm 

fikir,  həm  də  estetik  forma  baxımından  həmişə  yenilik  vardı. 

Tofiq  Kazımov:  “Mən  kommentator  deyiləm,  müstəqil  sənət 

növünün-rejissuranın  nümayəndəsiyəm,  odur  ki,  heç  kimin, 

hətta dahi Şekspirin ruporu olmağa razı deyiləm”. 

III məruzəçi: Tofiq Kazımov teatr tarixində ilk dəfə “Pəri cadu” 

nun  səhnə  variantını  işləyib  hazırladı,  müəyyən  obrazların 

konfliktdəki  funksiyalarını  daha  da  konkretləşdirdi.  Əvvəlki  

tamaşalarında izlədiyi “borc və hiss” probleminə “Pəri cadu” da 

yeni rakursdan yanaşdı, ucuz hislərin  əsiri olub, mənəvi borcu 

unutmağın faciəsini düşüncəmizin mərkəzində saxlayan  müasir 

tamaşa  yaratdı.  Pyesdəki  “nəfsi-əmmarənin”  əksinə  olaraq, 

Qurbanın  faciəsini,  əsasən,  istəmədiyi,  sevmədiyi  adamla 




16 

 

evlənməsində axtardı. Belə bir tərəqqi yozum Tofiq Kazımovun  



tamaşadakı  ali  məqsədindən  doğduğuna  görə  təbii  və   lazımlı 

görünürdü. Rejissor bir vacib xətti də insanların öz məqsədlərinə 

çatmaq üçün  uğrunda apardıqları  mübarizə üzərində qurmuşdu. 

Rejissorun 

fikrincə, 

məqsəd 


humanist 

duyğulardan  

doğmayanda  estetik  gözəlliyi  itir,  onun  uğrunda  aparılan 

mübarizə tənqid hədəfinə çevrilir.   



IV  məruzəçi:  “Pəri  cadu”  nun  ilk  tamaşası  iyunun  30-da 

göstərildi.  Tofiq  Kazımovun    ikinci  tamaşası  oktyabrın  14-də 

oynanıldı. “Pəri cadu” nun ikinci tamaşası göstəriləndən sonra 

Tofiq Kazımov  İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” 

lirik-psixoloji pyesi üzərində intensiv məşqlərə  başladı. Adətən,  

dublyorla  (əvəzedici  aktyor,  ikinci  heyət)  işləməyə  meyil 

göstərməyən  Tofiq  Kazımov  “Məhv  olmuş  gündəliklər”

 

tamaşasında hər rolu bir ifaçıya həvalə etmişdi. Tofiq Kazımov   



hər personaj,  hətta  səhnədə az-az görünən Tip və kişi obrazları 

üçün onların  xarakterlərinə   uyğun ovqat iqlimi yarada bilmişdi. 

“Məhv  olmuş  gündəliklər”  tamaşası  əxlaqi  münasibətlərin 

burulğanlara  düşməsini,  yetkinləşməsini,  kitablarla,  arzuyla 

həyat  arasında  sərt  təzadlar  aləmində  gənclərin  mənəvi 

çarpışmaları  barədə  lirik  hekayət  idi.  İlyas  Əfəndiyev 

dramaturgiyasına    xas  olan  biri  də  budur  ki,  mənəvi  saflaşma 

keçirən  qız  qəhrəman  (Nargilə,  Nərmin,  Şahnaz)  finalda 

“təklənir”.

 

Tofiq Kazımov  üçün isə səciyyəvi odur ki, rejissor 



final  səhnəsini    sözsüz  mizanlar  əsasında,  işıq  və  musiqi  ilə 

qurur. Hərəkət, dinamika və psixoloji finalların əsasıdır və biz 

bu  qurumda  həyatın  işıqlı  davamını,  mənəvi  katarsis 

keçirənlərin  işıqlı sabahını görürük. “Məhv olmuş gündəliklər” 

tamaşasında final daha emosional, daha poetik,  daha kövrək və 

daha mənalı idi.  



V məruzəçi:

   


Tofiq Kazımov həmişə istedad axtarışında olub. 

İncəsənət  İnstitutunda  dərs  dediyi  üçün  istedadlı  gəncləri 




17 

 

diqqətində  saxlayır,  onlara  qayğısını  əsirgəmirdi.  Akademik 



Milli Dram Teatrın baş rejissoru işlədiyi vaxtlarda teatra çoxlu 

istedadlı gənclər cəlb edərək öz teatrını yaratmağa nail olmuşdu. 

Şəfiqə  Məmmədova,  Həsənağa  Turabov,  Fuad  Poladov, 

Səməndər Rzayev, Hamlet Xanızadə, Amaliya Pənahova, Yaşar 

Nuriyev kimi aktyorları teatra məhz Tofiq Kazımov gətirmiş və 

bu aktyorlarla birlikdə Azərbaycan teatrını irəli apara bilmişdi. 

Onun bu tələbələrlə işbirliyi sayəsində “Antonio və Kleopatra”, 

“Ölülər”,  “Dəli  yığıncağı”,  “Hamlet”  səviyyəli  tamaşalar 

səhnəyə qoyulmuşdu. 

     “T.  Kazımov  “Pəri  cadu”,  “Qılınc  və  qələm”  pyeslərinin 

üzərində  işləyəndə  də  niyyətində  ardıcıl  idi.  Yadımdadır, 

məşhur  Don  Juan  haqqında  tamaşa  qoymaq  arzusu  ilə                  

M. İbrahimova müraciət edib, hazırlıq işindən tutmuş, ayrı-ayrı 

səhnələrin  yazılmasını belə  özü edirdi.  O, Tirso  de Molinadan 

tutmuş Lesi Ukrainkaya, Molyerdən M. Frişə qədər olan “Don 

Juan” müəlliflərinin əsərlərini tutuşdurur, onlardan fərqli olan, 

daha  aktual  motivlər,  orijinal  vəziyyətlər  yaradırdı.  Nəhayət, 

pyes hazır olanda müəllif kimi M. İbrahimovun adı ilə yanaşı,   

T. Kazımovun adı da yazılsa idi, tam ədalətli iş olardı. Yəqin ki, 

heç  Mirzə  müəllimin  özü  də  buna  etiraz  etməzdi.  Lakin                 

T.  Kazımov  istəmədi.  Çünki  məsələ  onun  adının  müəlliflər 

sırasına  çıxmasında  yox,  teatrımızın  repertuarına  maraqlı  bir 

pyesin  daxil  olmasında  idi.  Həm  də  bu,  onun  dramaturqlarla 

apardığı iş üsulu idi. Yəni o, Şekspirin də, M. F. Axundzadənin 

də, C. Məmmədquluzadənin də, İ. Əfəndiyevin də, İ. Qasımovun 

da, B. Vahabzadənin də əsərlərinin səhnə təcəssümü zamanı fəal 

yaradıcılıq müdaxiləsini, konseptual araşdırmanı əsas tuturdu”, 

–  deyə  İ.  İsrafilov  görkəmli  rejissorun  yaradıcılıq  fəaliyyətini 

analiz edərək bu fikirləri yazıb. 

VI  məruzəçi:  T.  Kazımov  Akademik  teatrla  yanaşı,  başqa 

teatrların səhnəsində də uğurlu tamaşalar hazırlayıb. Rus Dram 




Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə