F. Köçərli adına



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix08.07.2018
ölçüsü0,87 Mb.
#54088
1   2   3   4   5   6   7

18 

 

Teatrında  “Şəhərin  səhəri”  pyesi  böyük  müvəffəqiyyətlə 



oynanılıb.  T.  Quliyevin  “Qızıl  axtaranlar”  operettasına 

“Muskomediya”  da  quruluş  verib.  T.  Kazımovun  kino 

fəaliyyətində çəkdiyi filmlər çoxluq təşkil etməsə də, həyatının 

bu mərhələsi də maraqlı olub. 

      “Tofiq  Kazımovun  yaradıcılıq  yolunu  izlədikcə,  onun 

əməkdaşlıq etdiyi dramaturgiya ən azı təəccüb doğurur”,– deyən 

İ. İsrafilov rejissorun yaradıcılığında Şekspir, M. F. Axundzadə, 

C.  Məmmədquluzadə,  İ.  Qasımov,  Ə. Haqverdiyev,  M.  Qorki, 

M. İbrahimov, V. Hüqo, A. Vampilov, İ. Əfəndiyev, K. Qoldoni, 

B. Vahabzadə kimi müəlliflərin   üstünlük  təşkil  etdiyini  qeyd 

edib.  

Tədbirin  sonunda  məktəblilər  quruluş  və  rejissoluğu  Tofiq 

Kazımova aid əsərlərdən parçalar səhnələşdirirlər. 

     Tofiq Kazımovun yubileyi ilə  əlaqədar kitabxanada bir sıra 

tədbirlər  görülməkdədir.  Bu  tədbirlərdən  biri  də  oxucularla 



söhbət adlanır. Söhbət “Tükənməyən arzuların yolçusu” başlığı 

altında ali məktəb tələbələri və yuxarı sinif şagirdləri arasında 

keçirilir.  Kitabxanaçı  gələn  qonaqları  və  iştirakçıları 

salamladıqdan  sonra  Azərbaycan  teatrında  lirik-psixoloji 

məktəbin  yaradıcısı  Tofiq  Kazımovun    xidmətləri  barədə  

məlumat verir. 



Kitabxanaçı:   Tofiq Kazımov

 

Bakıda, kasıb bir ailədə dünyaya 



gəlib. Atası Səməd Mənsur sərbəst düşüncəli, azad fikirli bir şair 

olub.  Satirik  şeirlərinə  görə  onu  Sabirin  davamçısı  hesab 

edirmişlər. Həmçinin Səməd Mənsur bir çox musiqi alətində ifa 

etməyi bacarır, dram əsərləri yazır, musiqi bəstələyir və bir neçə 

dildə sərbəst danışa bilirdi. Onun bu bacarığı qanla övladlarına 

da keçmişdi. Atası dünyasını dəyişəndə Tofiqin 4 yaşı varmış. 

Həyatı nə qədər çətin keçsə də, balaca Tofiq atasının incəsənətə 

olan marağını xatırlayaraq böyüyüb. Belə anlarda ona elə gəlirdi 

ki, həmin musiqiləri yenidən eşidir, şeirləri təzədən dinləyir. O, 



19 

 

məhəllə uşaqlarını yığaraq  küçədə səhnə qurar, onlara gələcəyin 



Nəsibə  Zeynalova,  Mehdi  Məmmədov  kimi  sənətkarları 

qoşulardı.  Balaca  aktyorların  ilk  tamaşaçıları  məhəllə  uşaqları 

olardı. Onların küçə tamaşaları məşhurlaşdıqca tamaşaçılarının 

da sayı  çoxalardı.  Artıq  yaşlı adamlar da onların tamaşaçısına 

çevrilirdi.  Tofiq  yeddiillik  ümumtəhsil  məktəbini  bitirəndə 

səhnəyə  bitib-tükənməz  istəyinin  ardınca  gedərək  Bakı  Teatr 

Texnikumuna  daxil  olub.  Görkəmli  rejissor  Aleksandr 

Tuqanovun tələbəsi olmaq onun gələcək inkişafında mühüm rol 

oynayıb. 

    Böyük  Vətən  Müharibəsinin  başlanması  çoxları  kimi  gənc 

Tofiqin də arzularının həyata keçməsinə mane olur. Yaşıdlarına 

qoşularaq  Tofiq  də  cəbhəyə  yollanır.  Döyüşlərin  birində  ağır 

yaralanır. Müalicə olunub sağalsa da, cəbhə üçün yararsız hesab 

olunduğundan  Bakıya  qayıdır.  T.  Kazımov  yenidən  yarımçıq 

qalan teatr arzularının ardınca getməyi qərar verir. Bir müddət 

GTT-də aktyor işləməyə başlayır. “Məlik Məmməd”, “Ana” və 

s. tamaşalarda oynayır. Ancaq teatr təhsilini Moskvada davam 

etdirmək istəyi ona bir an da rahatlıq vermir. Anasının razılığı 

ilə  Moskvaya  gedir.  Bəxti  onda  gətirir  ki,  Ümumittifaq  Teatr 

Sənəti  İnstitutuna,  Knebbelin  rejissorluq  kursuna  daxil  olur. 

Oleq  Tabakov,  Oleq  Yefremov,  Yevgeni  Vaxtanqov  kimi 

sənətkarlarla  eyni  kursda  oxuması  onun  gələcək  inkişafında 

mühüm  rol  oynayır.  Tofiq  Kazımov  gələcəyin  böyük 

sənətkarlarına  çevriləcək  bu  insanlarla  dostluq  əlaqələrini 

sonralar da qoruyub saxlayır. 

Kitabxanaçı  iştirakçıları  məlumatlandırdıqdan  sonra  sözü 

iştirakçılara verir. 

I iştirakçı: Tofiq Kazımovun yaradıcılığı özü-özlüyündə  milli 

teatr  prosesinin  mühüm  mərhələsini  təşkil  edərək,  milli 

rejissuranın  inkişaf  səmtlərini  müəyyənləşdirirdi.  Tofiq 

Kazımovun 

fərdi-psixoloji 

zamanının 

formalaşmasına  



20 

 

mükəmməl    təhsili  və  ömrünün  sonunacan  qoruyub-saxladığı,  



dünyaya bəslədiyi maraq güclü təsir göstərmişdi. Əslində, onun 

malik  olduğu  fərdi-psixoloji  zaman  Qərb-Şərq  sosial-psixoloji 

özəlliklərini 

özündə 


birləşdirən 

kospolit 

– 

Dünya 


Vətəndaşlarının    fərdi-psixoloji  zamanı  idi.  Bu  baxımdan  belə 

qənaətə gəlmək olur: əgər o, əksər azərbaycanlılar kimi, doğma 

məmləkətinə  bu  qədər  qırılmaz  tellərlə  bağlı  olmasaydı, 

qürbətdə,  deyək  ki,  Moskvada,  Parisdə,  İstanbulda,  lap  elə 

Kopenhagendə  rahatca  yaşayıb,  uğurlu  yaradıcı  fəaliyyəti  ilə 

məşğul olacaqdı.  



II  iştirakçı:  Özünü  rejissor  kimi  tam  mənada  realizə  etdiyi 

zaman 


kəsiyində 

Tofiq 


Kazımov 

rejissor 

sözünün 

etimologiyasında  başlıca  olan  “rejim”  mənasını  da 

gerçəkləşdirdi.  O,  rəhbərlik  etdiyi  teatrda  bütün  çətinliklərə 

rəğmən  intellektual,  publisistik,  bədii  estetik  və  mənəvi  rejim 

yaratdı.  O  zamankı  Azərbaycan  Dövlət  Akademik  Dram 

Teatrında  müəyyən  qədər  fərqlənən  “Tofiq  Kazımovun  teatrı” 

əslində  teatr  içində  teatr  idi.  Bu  teatra  müstəqillik  verərək  öz 

yolu  ilə  hərəkətini  təmin  etmək  üçün  onun  “rejim”inin 

göstəricilərinə diqqət yetirmək kifayət idi.     

Tədbirin  sonunda  məktəblilər  quruluş  və  rejissorluğu  Tofiq 

Kazımova, rəssam Sadıq Şərifzadəyə, bəstəkalığı Tofiq Quliyevə 

aid  olduğu    Nazim  Hikmətin  “Qəribə  Adam”  adlı  əsərindən 

parçalar səhnələşdirdilər.  

    Şagirdlər  arasında  teatrların  təbliğini  gücləndirmək  və  eləcə 

də  istedadlı  rejissor  Tofiq  Kazımovun  yaradıcılığını  daha 

yaxından  tanıtmaq,  teatrlara  getməyi  ənənə  halına  salmaq 

məqsədilə kitabxanalarda müxtəlif adda tədbirlər keçirilə bilər. 

Bunlardan  “rəsm  müsabiqəsi”  də  səciyyəvidir.  “Həyatın 



rəngini teatra boyayan insan” adlı rəsm müsabiqəsində  uşaqlar 

müxtəlif adda teatrlarımızın bina rəsmlərini, teatra məxsus əşya 

və  atributlar,  tamaşa  anını,  Tofiq  Kazımova  məxsus  hər  bir 



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə