F. Köçərli adına



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix08.07.2018
ölçüsü0,87 Mb.
#54088
1   2   3   4   5   6   7

21 

 

səhnə əsərinin tamaşa halında rəsmi, teatr ustadlarımızın, eləcə 



də sözügedən rejissor, Tofiq Kazımovun  rəsmini çəkirlər.  

Münsiflər  tərəfindən  fərqləndirilən  rəsm  əsərləri  divardan 

asılır. İştirakçılar mükafatlandırılır.  

    Səhnəmizin  əsl  fədaisinə  çevrilən  böyük  insan,  istedadlı 

rejissor  Tofiq  Kazımovun  95  illik  yubileyi  münasibətilə 

kitabxanada  divar  qəzeti  hazırlanır.  Kitabxanaçı  kitabxanaya 

gələn  daimi  oxucularla  bir  həftə  ərzində  “Həyatdan

  səhnəyə” 

adlı  divar  qəzeti  hazırlayır.  Əvvəlcə  oxucular  T.  Kazımovun 

həyat  və  yaradıcılığından  bəhs  edən  ədəbiyyatlarla  tanış  olub, 

məlumat  toplayırlar.  Hər  oxucu  bu  mövzuda  öz  fikrini  divar 

qəzetində  qeyd edir və  slayd hazırlayır. Ən  yaxşı  rəy bildirən, 

slayd  hazırlayan  oxucu  kitabxananın  müdriyyəti  tərəfindən 

mükafatlandırılır. 

    Tofiq  Kazımovun  95  illik  yubileyi  ilə  əlaqədar  olaraq, 

kitabxanada  “Teatrımızın  Tofiq  Kazımov  məktəbi”  adlı    kitab 



müzakirəsi keçrilə bilər. 

    Kitabxanaçı  əvvəlcədən  məktəblərlə  əlaqə  saxlayaraq 

oxucuları kitabxanaya cəlb edir. Kitabxanaçı İsrafil İsrafilovun  

T.  Kazımova  həsr  etdiyi  “Tofiq  Kazımovun  rejissor  dərsləri” 

adlı kitab haqqında oxuculara məlumat verir və sözügedən kitabı 

onlara  təqdim  edir.  Oxucular  müəyyən  vaxt  ərzində  kitabla 

yaxından  tanış  olurlar  və  müəyyən  edilmiş  tarixdə  tədbirdə 

iştirak  edirlər.  Kitabxanaçı  hər  kəsi  salamlayır  və  kitabın  qısa 

tanıtımına, eləcə də  kitabın  yazılma zəruriyyətini iştirakçılara 

məhz  kitabda  yer  alan  annotasiya  və  “Yol  belə  başladı”  adlı  

bölümü ilə  sözə başlayır...    

Kitabxanaçı:  Azərbaycan  teatr  sənətinin  yaddaqalan 

simalarından  biri,  xalq  artisti  M.  F.  Axundov  adına  Dövlət 

mükafatı laureatı rejissor Tofiq Kazımovun  həyat və yaradıcılıq 

yoluna həsr edilən bu kitabda görkəmli sənətkarın uzun müddətli 

səhnə  və  pedaqoji  fəaliyyəti  səhifə-səhifə  diqqətə  çatdırılır. 



22 

 

Təqdim edilən kitab müəllifin Tofiq Kazımovun yaradıcılığına 



professional  xüsusiyyətləri,  pedaqoji  metodikası,  rejissor 

poetikası  barədə  qənaətlər,  konkret  tamaşalar,  tədris  prosesi 

əsasında  və  müəllifin  şəxsi  müşahidələrinə,  tarixi-estetik 

faktlara istinadla verilmişdir. Tofiq Kazımovun tələbəsi olmuş, 

sonrakı  illərdə  onun  rəhbərliyi  altında  çalışmış  müəllifin 

araşdırmaları,  bu  böyük  teatr  xadiminin  şəxsi  qeydləri,  sənət 

məsələləri ilə bağlı mülahizələri əhəmiyyətli elmi-nəzəri dəyər 

kəsb edir.  

      Kitab  milli  teatr  sənəti  tariximizdə  özünəməxsus  yer  tutan 

Tofiq Kazımovun yaradıcılıq irsi ilə maraqlanan rejissor, aktyor, 

teatrşünas tələbələrə, teatr ictimaiyyətinə, eləcə də geniş oxucu 

kütləsinə ünvanlanıb.  



Kitabxanaçının  dəyərli  məlumatlarından  sonra  iştirakçılar 

qonaqlara kitab haqqında məlumat verirlər.  

I  iştirakçı:  Tanınmış  ictimai  xadim,  şair,  dramaturq,  aktyor 

Səməd  Mənsurun  ailəsində  daha  bir  oğlan  uşağı  dünyaya  göz 

açdı. Atası Səməd Mənsur övladına Əhməd Tofiq adını verdi. 

Atası  rəhmətə  gedəndə  Əhməd  Tofiqin  cəmi  dörd  yaşı  vardı. 

Atasından  sonra  heç  kim  onu  Əhməd  Tofiq  çağırmırdı,  elə 

sadəcə Tofiq deyirdilər. Həmin vaxtdan başlayaraq anası Yaxşı 

xanım ona həm ana, həm ata oldu... Qarışıq zaman idi. Odur ki, 

anası  Yaxşı  xanım  oğlu  Tofiqi    həyətdən  kənara  buraxmırdı.  

İllər  keçdikcə  həmin  bu  həyət  onun  üçün  müəyyənləşdirilmiş 

arzuların  uçuş  meydançasına  çevrildi.  Bəzilərinin  quş, 

bəzilərinin 

çərpələng  uçurduğu  vaxtlarda  o,  məhəllə 

uşaqlarından  bir  neçəsini  başına  yığıb  öz  həyətlərində  kiçik 

səhnəciklər hazırlayırdı. Bu zaman o, həm rejissor olurdu, həm 

də baş rolun ifaçısı.  

II  iştirakçı:    Bakı  şəhəri,  1  May  küçəsindəki  80  nömrəli 

ünvanda yerləşən həmin həyət teatrında “Dursunəli ballıbadı”, 

“Keçəlin sərgüzəştləri”  daha sonra “Hacı Qara”, “Ölülər”, “Pəri 



23 

 

Cadu”, oynanılırdı. Yaxşı xanım evdə olan döşəkağıları, köhnə 



geyimləri,  məişət  əşyalarını,  bir  ucdan  daşıyıb  aparan 

uşaqlardan  bezar  olsa  da,  “təki  küçəyə-bacaya  çıxmasınlar”,         

– deyə razılaşırdı, bunları ötəri həvəs hesab edirdi. Amma necə 

deyərlər,  sən  saydığını  say,  gör  fələk  nə  sayır.  Yəni  bu  həyat 

teatrındakı  tamaşaların  ötəri  həvəs  olmadığı  bir  müddətdən 

sonra hamıya bəlli oldu. Həmin “truppa”nın aktyorları içərisində 

məhəllə  uşaqlarından  Əlibala  Bayramov,  Teymur  Məmmədov 

və  onun  qardaşı,  sonradan  Azərbaycan  teatr  mədəniyyətinin 

görkəmli şəxsiyyətlərindən biri olacaq Mehdi Məmmədov vardı. 

Tofiq Kazımova gəlincə... O, hələ məktəb yaşlarından atasının 

yaxın  dostu,  o  zaman  Azərbaycan  Dram  Teatırının  direktoru 

vəzifəsində  çalışan  Hacıağa  Abbasovun  himayəsi  ilə  tez-tez 

teatra  gedər,  yeni  tamaşalara,  o  zamankı  əfsanəvi  aktyorların 

yaratdıqları  möcüzələrə  acgözlüklə  tamaşa  edərdi.  İçində  od 

tutan  yaradıcılıq  atəşi  alovlanıb  genişləndikcə  o,  niyyətin 

mənzilini  müəyyənləşdirdi  və  Bakı  Teatr  Texnikumuna  daxil 

oldu.  O  dövrün  məşhur  rejissorlarından  olan  Aleksandr 

Tuqanovla tanışlığı  onun teatr baxışlarını zənginləşdirdi.  Həm 

də bu, o zaman daxilində baş qaldıran, amma  ona aydın olmayan 

yeni istəklər,  rejissor sənətinə qarşı  meyil yaratdı. Texnikumu 

uğurla  bitirən  gənc  Tofiq,  o  zamankı  Gənc  Tamaşaçılar 

Teatırının truppasında aktyor kimi çalışmağa hazırlaşırdı. 



III iştirakçı: Tofiq Kazımov xoşbəxt idi. Amma bu xoşbəxtliyin 

ömrü  çox  qısa  oldu.  İkinci  Dünya  müharibəsinin  başlanması, 

çoxları kimi onun da xoşbəxtliyinə pəl vurdu. Müharibəyə gedən 

T. Kazımov döyüşlərin birində yaralandı. Arxa cəbhədə müalicə 

olunsa da, aldığı yara onun aktyor kimi fəaliyyətinə ciddi əngəl 

oldu.  Doğrudur,  teatr  tamaşalarında  ona  tapşırılan    müxtəlif 

səpkili rollardan ürəyincə olanlar da vardı, olmayanlar da, amma 

əsas o idi ki, o, teatrdaydı, səhnəyə çıxırdı,  müxtəlif geyimlər 

geyinib, qrim vurub, səhnənin tozunu udur, ən vacib isə tamaşaçı 



24 

 

ilə üz-üzə sehrli dəqiqələr yaşayırdı. O, istəyinə çatmışdı. Amma 



öz  daxili  “mən”  ində  iddialı  lideri  yaşadan  Tofiq  Kazımov 

məhdud  imkanlı  aktyor  kimi  davam  etməyi  özünə  sığışdıra 

bilmirdi.  Odur  ki,  içindəki  çəkişmədə  qəti  qərar  qəbul  etdi, 

rejissor  sənətinə  yiyələnmək  üçün  Moskvaya  Dövlət  Teatr 

institutuna  üz  tutdu  və  qəbul  imtahanlarında  uğur  qazandı. 

Bakıda aktyorluq fəaliyyətində əsasən komik rollarda çıxış edən 

Tofiq  Kazımova  Moskvadakı  təhsil  illərində  hazırlanan  kurs 

işlərində romantik obrazlar tapşırılır. Bəzilərinə qəribə görünsə 

də, özünü I kursdakı imtahan işində o, Şeksprin “Otello” sunda 

baş  rolu  ifa  edir  və  işlər  kursun  rəhbəri,  dövrün  teatralları 

arasında “qaşqabaqlı dahi” adlandırılan Aleksey Papov, istərsə 

də,  aktyor  sənəti  müəllimi  Mariya  Knebel  tərəfindən  yüksək 

qiymət  alır.  “Tofiq  Kazımovu  başqa  tələbə  yoldaşlarından 

fərqləndirən bədii ehtiraslılıq, yüksək improvizasiya qabiliyyəti, 

öz  rejissor  mətnini  səhnə  vasitəsilə  ifadə  etmək  istedadıdır”.      

M.  Knebelin  söylədiyi  bu  sözlər  Tofiq  Kazımovun  sonrakı 

yaradıcılıq  yoluna  hazırlayırdı.  Nəhayət,  gözlənilən  gün  gəlib 

çatdı və Dövlət Teatr Sənəti İnstitunun məzunu Tofiq Kazımov 

Bakıya qayıtdı. Onun yaradıcılığı müddətində Azərbaycan teatrı 

bir çox yeniliklərə imza atdı. 

      Yaradıcı  rejissor  Tofiq  Kazımovun  fəaliyyətini  gənc  nəslə 

tanıtmaq, sevdirmək, milli dəyərlərimizi, tariximizi onlara daha 

səlis  şəkildə  çatdırmaq    üçün  kitabxanada  bir  sıra  tədbirlər 

görülməkdədir.  Bunlardan  kitab  müzakirəsi,    icmal,  konfrans 

dəyirmi  masa,  oxucularla  söhbət,  sorğu,  rəsm  və  digər 

müsabiqələr, eləcə də “Yol belə başladı” adlı ədəbi-bədii gecə 

keçirilə bilər.  

    Gecəyə 

Azərbaycanın 

görkəmli 

sənət 

adamlarını, 



teatrşünasları,  rejissor  və  incəsənət  xadimlərini,  oxucuları, 

müəllimləri,  teatr  həvəskarlarını  dəvət  etmək  olar.  Qonaqlar      

T.  Kazımovun  şəkillərinin,  səhnə  obrazlarında  oynadığı 



25 

 

rəsimlərlə və eyni zamanda quruluş verdiyi əsərlərin afişalarının   



çərçivərələrlə bəzədilmiş zalda əyləşirlər. Tədbir T. Kazımova 

həsr  olunmuş  slaydla  başlanır.  Daha  sonra  aparıcılar  səhnəyə 

yaxınlaşaraq qonaqları salamlayır.  

I aparıcı:

 

Bir zamanlar mənə elə gəlirdi ki, Allah insana istedad 



bəxş etməklə onu min-min adamdan seçmək istəmiş, bunu bizə 

də tövsiyə  etmişdir. Elə  bil demək istəmişdir ki, ayıq  olun,  bu 

adamı sizlərdən  daha çox xoşladığım üçün ona istedad verdim. 

Onu  tanıyın,  şəfqətinizi  əsirgəməyin  ondan.  Lakin  sonralar 

müşahidələrim,  oxuduqlarım,  eşitdiklərim  məni  başqa  qənaətə 

gətirdi.  Mənə  bir  həqiqət  aydınlaşdı  ki,  Allah  sərvət  kimi 

istedadı  bəxş  edəndə,  onunla  bərabər  sanki  müşkülləri  də 

göndərir.  Odur  ki,  istedadın  qismətinə  məhrumiyyətlər, 

sıxıntılar düşür. O, öz taleyindəki ağrı-acını dada-dada ömrünü 

başa vurmalı olur. “Nə etməli, görünür, istedadın taleyi belədir. 

İstedad  tənhalığa  məhkumdur”,  sözləri  Tofiq  Kazımova 

məxsusdur.

 

Tofiq  Kazımov  yüzlərlə  istedadlı  tənha  



şəxsiyyətlərdən  idi.  Bu  ucu-bucağı  bilinməyən    yaradıcılıq 

ümmanında öz tənha yelkəni ilə, gah amansız dalğalarla, gah da 

mülayim  səmt  küləyi  ilə  təkbətək  idi.  Sevinci  də,  kədəri  də 

təkbətək idi və sevinci də, kədəri də təkcə özünə məlum idi.  



II  aparıcı:  İllər  ötdükcə  Azərbaycan  teatrına  ən  böyük 

nailiyyətlər gətirənlərdən biri, görkəmli rejissor T. Kazımovun 

sənətkar  dünyası  kamilləşdi.  T.  Kazımov  Azərbaycan  teatr 

mədəniyyətini addım-addım irəli aparır, milli rejissorluğun ifadə 

vasitələri  xəzinəsini  zənginləşdirir,  səhnə  sənəti  tarixinin       

elmi-nəzəri  kitabını  səhifə-səhifə  artırırdı.  Tofiq  Kazımovun   

50-ci  illərdən  başlanan  mürəkkəb,  eyni  zamanda  şərəfli 

yaradıcılıq yolu 80-ci illərə qədər davam etdi. Bəzən  kövrək  və 

mənalı  xatirələrə  qaytarsa  da,  yolu  bizim  günlərdə  bir  daha 

addımlamaq,  onun    saldığı  izləri  bir  daha  izləmək,  bir  daha 




26 

 

nəzərdən  keçirmək  olduqca  xoşdur.  Çünki  bu,  böyük  bir 



sənətkarın yolu, Tofiq Kazımovun keçdiyi  yoldur... 

I aparıcı: O, teatra dünyanın ən gözəl yeri deyərdi. Və həqiqətən 

ilk baxışda sadə görünən bu sözlərdə təkcə T. Kazımova  məlum 

olan xeyli güclü mənalar gizlənirdi. Nəşəli anlarında bu sözləri 

o, xüsusi vurğu ilə söyləyirdi. Bəlkə, yeganə mətləb idi ki, o bu 

zaman zarafatı, yaxud istehzanı unudardı. Halbuki komik duyğu 

onda çox güclü idi... Məlumdur ki, hər bir sənətkar yaradıcılığa 

öz bədii amalı ilə başlayır. Bu o deməkdir ki, sənətkarın ərsəyə 

gətirdiyi bu və ya digər əsər də, şübhəsiz ki,  onun bədii amalının  

konkret  təzahürü,  onun  əqidəsi, həyat prinsipi  kimi  meydana 

gəlir.  Yəni yaradıcı  şəxsiyyət  olduğu üçün  sənətkar yaşadığı  

dövrün  ictimai-fəlsəfi,  bədii  intelektual  yükünün  daşıyıcısına 

çevrilir. 



II  aparıcı:  Yaradıcılığının  son  illərində  Tofiq  Kazımov 

daşlaşmış  səhnə  ənənələrinin  ağırlığını  üzərindən  atmaq, 

tamamilə  fərqli  teatr  yaratmaq  arzusu  ilə  yaşayırdı.  Bir  də 

Vətənini  müstəqil  görmək,  atasının  vəsiyyətinə  əməl  etmək, 

azadlıq müjdəsini məzarda da olsa, ona yetirmək arzusu var idi. 

Ondan milli rejissor sənətində heç nə ilə əvəz edilə bilməyəcək 

boşluq,  bizim-tələbələrin  üzərində  ödənilməyəcək  ustad  borcu 

qaldı...


 

Tofiq Kazımov dünyanın bənzərsiz istedadlarından  biri 

kimi öz həyatını  yaşayıb getsə də, sənəti ilə Azərbaycan teatrı 

tarixində öz məktəbini – Tofiq Kazımov məktəbini yaratdı.  



I  aparıcı:

 

Tofiq  Kazımov  səhnənin  gələcəyi  üçün  gənclərə 



meydan  verib,  yaşlıların  təcrübəsindən  istifadə  etmək 

tərəfdarıydı.  Tofiq  Kazımov  baş  rejissorluğu    dövründə  teatra 

çoxlu istedadlı gənc  cəlb etdi. Yeni  teatr poetikası yaratmaqla, 

onun  estetik  səciyyələrini    müəyyənləşdirirdi.  Tofiq  Kazımov, 

sözün əsl mənasında, hazırladığı  səhnə əsərlərində “tamaşanın  

müəllifi”  səviyyəsinə  yüksəlirdi.  Tofiq  Kazımovun  hazırladığı 

tamaşalarda divar, qapı, pəncərə və s. əşyalar (obyektlər) həm 



27 

 

özünün  konkret  məişət  mahiyyətini  yerinə  yetirir,  həm  də 



atribut-obraza  çevrilirdi.  Akademik  teatrda  həmişə  gənc 

qəhrəman  rolları  tanınmış,    müəyyən  fəxri  adlarla  təltiflənmiş 

50-60  yaşlı  aktyorlara  verilirdi.  Bu  səmərəsiz  ənənəni  məhz 

Tofiq Kazımov sındırdı. 



II aparıcı: Tofiq Kazımovun tamaşalarında həm fikir, həm də 

estetik forma baxımından həmişə təzə-tərlik, təravət vardı. Tofiq 

Kazımovun quruluş verdiyi tamaşalarda iyirminci əsrin hərəkət 

və  təfəkkür  surəti,  qlobal  ictimai  və  siyasi  proseslərin  ritmi, 

insanların  həyat  tərzinin  dinamikası,  düşüncə  tərzinin  itiliyi 

müxtəlif  bədii  estetik,  fəlsəfi,  psixoloji  formalarda  parlaq 

təcəssümünü tapırdı. Tofiq Kazımovun tamaşalarının finalı  özü 

bir tamaşa idi. Rejissorun əsər üçün seçib qurduğu bədii, estetik,  

fəlsəfi  konsepsiya  finalda  zahirən  həlim,  lirik,  sakit,  yumşaq, 

ancaq enerji nüvəsində coşqunluq, əzəmət, hayqırtı, olan tərzdə 

tamaşaçılara çatdırıldı.  

    Onun adı milli teatr tariximizə parlaq hərflərlə yazılıb. Onun 

səhnəmizdə  tamaşaya  qoyduğu  əsərlər  həmişə  qızıl  onluqların 

bəzəyi olub. Azərbaycanda yeni istiqamətli bir teatr məktəbinin 

yaranması da bu unudulmaz sənətkarın adıyla bağlıdır...   

                      

 

 

 

 

 

 

 

 

 

 

 



28 

 

Ədəbiyyat siyahısı 



 

Kitablar 

Haqqında 

Əlizadə M.   Dördüncü  ölçünün  rəngləri.  -  Bakı  :  E.L. 

Nəşriyyat və Poliqrafiya Şirkəti MMC, 2008. - 445 s. : foto.  



İsrafilov  İ.  Tofiq  Kazımovun  rejissor  dərsləri.  -  Bakı  : 

Aspoliqraf, 2013. - 232 s : foto. 

 

Dövri mətbuatda 

 

Abbaslı  T.  Fenomenal  teatral  istedad  :  teatr  rejissoru  Tofiq 

Kazımov haqqında // Mədəniyyət. - 2014. - 15 yanvar. - № 3. - 

S. 6.  


Abbaslı T. Təbiətcə poetik, təbcə dramatik... : Tofiq Kazımovun 

təsfirində həyatla sənət qafiyələnirdi // Mədəniyyət. - 2012. 13. 

01. - № 2. - S. 7.  

Əlizadə M.   Azərbaycan teatrında Tofiq Kazımov fenomeni // 

Mədəni Həyat. - 2013. - avqust. - № 8. - S. 12-14.  



Həmidova  S.  Tofiq  Kazımov  novator  rejissor  kimi  //  Yeni 

Azərbaycan. - 2014. - 23 aprel. - № 69. - S. 6. 



İsmayıloğlu A. Üçüncü zəngdən sonrakı ömür : Tofiq Kazımov 

haqqında // Ədəbiyyat qəzeti. - 2010. - 3 dekabr. - № 47. - S. 2.  



İsrafilov  İ.  Azərbaycan  teatr  mədəniyyətində  Tofiq  Kazımov 

imzası // Mədəniyyət. - 2013. - 14 iyun. - № 42. - S. 6-7.  



İsrafilov İ. Sənətin böyük sualları ilə üz-üzə : Tofiq Kazımov - 

90 // Mədəni Həyat. - 2013. - № 3. - S. 38-41.  



Quliyev  Ə.  Heç  kəsə  bənzəməyən  Tofiq  Kazımov  :  Zəngin 

yaradıcılığa  malik  rejissor  teatrdakı  dəst-xətti  ilə  fərqlənən 

sənətkar idi // Kaspi. - 2015. - 5 may. - № 79. - S. 15.  



29 

 

Məhərrəmova  T.  Tofiq  Kazımovun  rejissor  ömrü  //  Kaspi.  - 

2013. - 19 iyun. - № 108. - S. 11.  

Muxtar R. Tofiq Kazımov haqqında xatirələrim // Səs. - 2017. 

- 21 sentyabr. - № 170. - S. 13.  



Rəhimli  İ.  Teatr  tariximizdən  səhifələr  //  Ədəbiyyat  qəzeti.  - 

2013. - 8 mart. - № 9. - S. 2,8.  



Vahid T. Böyük rejissorun teatr dünyası : Tofiq Kazımov - 90 

// Mədəniyyət. - 2013. - 19 iyun. - № 43. - S. 2.  



Vahid T. Səhnəyə azadlıq gətirən rejissor : Tofiq Kazımov - 90 

// Mədəniyyət. - 2013. - 21 iyun. - № 44. - S. 6.  



Zaman içində zamansız: Tofiq Kazımov // Mədəniyyət. - 2011. 

- 14 yanvar. - № 3. - S. 9.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



30 

 

Azərbaycan teatrının Tofiq Kazımov zirvəsi 



(metodik vəsait) 

 

 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail:info@clb.az 

URL:www.clb.az 

 

 



 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 1 

Çapa imzalanmışdır:01.01.2018 



Tirajı:100 

Pulsuz 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə