F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə1/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
  1   2   3   4   5   6   7   8   9   ...   161




F.M.DOSTOYEVSKİ 

ALÇALDILMIŞ VƏ TƏHQİR EDİLMİŞ İNSANLAR 

downloaded from KitabYurdu.org




 



 



 

 

BİRİNCİ HİSSƏ 

 

I FƏSİL 

 

Keçən il, martın iyirmi ikisində, axşamçağı başıma çox 



qəribə bir əhvalat gəldi. Bütün günü şəhəri gəzib özümə otaq 

axtardım. Yaşadığım otaq çox rütubətli idi, özüm də çox pis 

öskürməyə başlamışdım. Hələ lap payız girəndən, başqa bir 

mənzilə köçmək istəyirdim, ancaq bunu uzada-uzada gətirib 

yaza  çıxartdım.  Bütün  günü  əməlli-başlı  bir  otaq  tapa 

bilmədim. Əvvəl budur ki, mənə ailə içində deyil, ayrıca bir 

otaq lazım idi, ikincisi də istəyirdim ki, bu otaq bircə dənə 

də  olsa,  mütləq  böyük  olsun,  həm  də,  məlum  şeydir  ki, 

mümkün  qədər  ucuz  olsun.  Hiss  etmişdim  ki,  darısqal 

otaqda hətta düşünmək üçün də darısqallıq olur. Yazacağım 

povestləri  düşünərkən,  otaqda  var-gəl  etməkdən  həmişə 

xoşum  gəlirdi.  Yeri  gəlmişkən,  bunu  da  deyim  ki,  mən 

downloaded from KitabYurdu.org



 

həmişə  yazmaq  istədiyim  əsərləri,  doğrudan  da,  yazmağı 



deyil,  onları  necə  yazacağımı  düşünməyi  və  bu  barədə 

xəyala  dalmağı  daha  artıq  xoşlayırdım,  bu  da,  əlbəttə, 

tənbəllikdən deyildi. Bəs nədən idi?.. 

Hələ  lap  səhər  açılandan  özümü  pis  hiss  edirdim,  gün 

batanda halım  daha da xarablaşdı,  elə bil  ki,  mənə  titrətmə 

gəlirdi.  Bir  də  ki,  bütün  günü  ayaq  üstə  olduğumdan, 

yorulmuşdum.  İkindi  vaxtı  Voznesenski  küçəsindən 

keçirdim.  Mən  açıq  şaxtalı  havada  Peterburqun  mart 

günəşini,  xüsusilə,  qürubunu  çox  sevirəm.  Bütün  küçə 

birdən parlaq işığa bürünərək parıldayır. Bütün evlər elə bil 

ki,  birdən-birə  işığa  qərq  olub.  Evlərin  boz,  sarı,  yaşıl-

bulanıq rəngləri bir anlığa öz tutqunluğunu itirir, elə bil ki, 

adamın qəlbi işıqlanır, elə bil ki, diksinirsən, ya da kim isə 

dirsəyi  ilə  səni  itələyir.  Adamda  yeni  görüş,  yeni  fikirlər 

əmələ  gəlir...  Qəribədir,  bircə  elə  günəşin  işığı  insanın 

qəlbində nələr edə bilərmiş! 

Budur,  günəşin  işığı  söndü,  şaxta  şiddətlənməyə, 

adamın  burnunu  göynətməyə,  hava  get-gedə  qaralmağa 

başladı, mağazalarda, dükanlarda qaz  lampaları yandı. Mən 

downloaded from KitabYurdu.org




 

Millerin  qənnadı  dükanına  çatanda  birdən  dayandım, 



küçənin o biri tərəfinə baxmağa başladım: elə bil ki, bu saat 

mənim  başıma  fövqəladə  bir  hadisə  gələcəyini  hiss 

etmişdim. Elə bu anda küçənin o tayında bir qoca gördüm: 

onun  yanında  it  vardı.  Çox  yaxşı  yadımdadır  ki,  bu  zaman 

mənim qəlbim çox pis bir duyğudan sıxıldı və mən özüm də 

bunun necə bir duyğu olduğunu təyin edə bilmədim. 

Mən  mistik  deyiləm,  mən  adamın  bir  şeyi  qabaqcadan 

hiss  etməsinə,  fala  bəlkə  də  heç  inanmıram,  bununla  belə, 

mənim  başıma  bir  neçə  əhvalat  gəlmişdir  ki,  bunu  izah 

etmək  mümkün  deyil,  belə  əhvalatlar  bəlkə  də  hamının 

başına  gəlmişdir.  Misal  üçün,  elə  bu  qocanı  götürək:  niyə 

mən  ona  rast  gələndə  o  saat  hiss  etdim  ki,  elə  o  axşam 

mənim başıma qəribə bir əhvalat gələcəkdir? Bunu da deyim 

ki, onda mən xəstə idim, xəstə adamın duyğuları da çox vaxt 

aldadıcı olur. 

Qoca belini əyərək, sanki ağacdan düzəldilmiş qıçlarını 

qatlamadan,  ağır-ağır,  zəif  halda  götürüb-qoyur,  əlağacını 

səkinin  sal  daşlarına  yavaşca  vura-vura  qənnadı  dükanına 

yaxınlaşırdı.  Mən  bütün  ömrüm  boyunca  belə  qəribə,  belə 

downloaded from KitabYurdu.org




 

yöndəmsiz  bir  sima  görməmişdim.  Mən  qabaq  da  –  bu 



görüşdən  əvvəl  də,  Millerin  dükanı  qarşısında  ona  rast 

gələndə, o həmişə məni heyrətə salar, qəlbimdə iztirablı bir 

hiss  oyadardı.  O,  uca  boylu,  donqar  belli,  səksən  yaşlı, 

cansız üzlü bir qoca idi; paltosu köhnə idi, tikiş yerindən də 

sökülmüşdü;  başında  iyirmi  ildən  qalma,  yıpranmış,  girdə 

bir  şlyapa  vardı;  saçı  tökülmüşdü,  yalnız  peysərində  bir 

çəngə  ağ  yox,  ağ-sarı  tük  qalmışdı;  onun  bütün  hərəkətləri 

də  mənasız  kimi  görünürdü,  sanki  qurulmuş  yay  üzrə 

hərəkət  edirdi.  Bütün  bu  vəziyyəti  ilə  ilk  dəfə  rast  gəldiyi 

adamı  qeyri-ixtiyari  olaraq  heyrətə  salırdı.  Doğrudan  da, 

ömrü-günü  keçmiş,  tək  qalmış  bu  kimsəsiz,  düşkün  qocanı 

görmək  adama  qəribə  gəlirdi,  xüsusilə,  ona  görə  qəribə 

gəlirdi  ki, o, nəzarətçilərin  əlindən qaçmış  dəliyə  oxşayırdı. 

Onun həddindən artıq arıqlığı da məni heyrətə salırdı: elə bil 

ki,  heç  əti-qanı  yox  idi,  sanki  sümüklərinə  ancaq  dəri 

yapışdırılmışdı.  Göy  dairə  içərisində  yerləşmiş  iri,  lakin 

sönük  olan  gözləri  həmişə  düz  önünə  baxırdı,  heç  ətrafına 

nəzər salmırdı, heç bir şey də görmürdü, mən buna əminəm. 

O sizə baxsa da, düz sizin üstünüzə yeriyirdi, elə bil ki, onun 

downloaded from KitabYurdu.org




 

qarşısında  heç  bir  şey  yox  idi.  Mən  bunu  bir  neçə  dəfə 



görmüşdüm.  Millerin  dükanına  o  bu  yaxında  gəlməyə 

başlamışdı. Haradan gəldiyi də məlum deyildi, həmişə də iti 

ilə  bərabər  gələrdi.  Dükana  gələn  adamlardan  heç  kəs 

onunla  danışmağa  cürət  etmirdi,  özü  də  heç  kəslə 

danışmırdı. 

Mən  küçənin  o  biri  tərəfində  durub,  gözlərimi 

ayırmadan  ona  baxır,  düşünərək  öz-özümə  deyirdim:  “O 

niyə  axı  Millerin  dükanına  gedir,  orada  onun  nə  işi  var?” 

Xəstəlik  və  yorğunluq  əlaməti  olaraq  acıqlandım.  Sonra 

yenə də öz-özümə dedim: “O nə düşünür? Onun fikrində nə 

var? O hələ də bir şey haqqında düşünə bilirmi? Onun üzü o 

qədər  cansızdır  ki,  heç  bir  şey  ifadə  etmir.  Bu  iyrənc  iti  o 

haradan  tapıb?  İt  ondan  heç  ayrılmır,  elə  bil  ki,  onunla 

ayrılmaz  bir  vəhdət  təşkil  edir,  özü  də  gör  ona  necə 

oxşayır!” 

Bu  zavallı  itin də  elə  bil  səksən  yaşı  vardı,  bu  mütləq 

belə  də  olmalı  idi.  Əvvəla  ona  görə  ki,  o  çox  qoca  idi,  heç 

bir  it  belə  qoca  olmur;  ikincisi  də,  niyə  axı  mən  onu  görən 

kimi  elə  o  saat  ağlıma  gəldi  ki,  bu  it  başqa  itlər  kimi  ola 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə