F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə100/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   96   97   98   99   100   101   102   103   ...   161

 

502 


aparıb.  Bubnova  xəbis  də  olsa,  kələkbaz  da  olsa,  bütün 

arvadlar kimi, o da axmaqdır. Qızın anasının pasportu yaxşı 

pasport  imiş,  deməli,  tamam  təmiz  imiş.  Yelena  sənin 

yanında yaşaya bilsə də, çox yaxşı olardı ki, ailəli, xeyirxah 

bir  adam  onu  öz  yanına  aparıb,  tərbiyəsi  ilə  ciddi  surətdə 

məşğul  olaydı.  Qoy  hələlik  orada  yaşasın.  Bunun  eybi 

yoxdur, mən hər şeyi sənin üçün yoluna qoyaram. Bubnova 

heç  bir  şey  eləyə  bilməz.  Onun  mərhum  anası  barədə  mən 

çox  az  düzgün  məlumat  ala  bilmişəm.  O,  Zaltsman 

familiyalı bir adamdan dul qalmışdır. 

– Nelli də mənə elə deyib. 

–  Məsələ  də  bununla  qurtarır!  –  o,  bir  az  təntənə  ilə 

sözünə davam edərək dedi: – İndi, Vanya, mənim səndən bir 

xahişim  var.  Bunu  sən  yerinə  yetir.  Mümkün  qədər  mənə 

ətraflı  danış  görüm,  sən  nə  ilə  məşğulsan,  hara  gedirsən, 

bütün  günü  harada  olursan?  Mən  bu  barədə  bəzi  şeylər 

eşitmişəm,  bəzi  şeylər  bilirəm,  ancaq  mən  bunu  daha 

mükəmməl surətdə bilmək istəyirəm. 

Onun  bu  cür  təntənə  ilə  danışması  məni 

təəccübləndirdi, hətta narahat etdi. 

downloaded from KitabYurdu.org



 

503 


–  Nə  olub?  Bunu  sən  niyə  bilmək  istəyirsən?  Sən  elə 

bir təntənə ilə soruşursan ki... 

–  Mənə  bax,  Vanya,  qısaca  deyirəm:  sənə  yaxşılıq 

etmək  istəyirəm.  Bilirsən,  dost,  əgər  sənə  kələk  gəlsəydim, 

mən  başqa  yol  ilə  də  bu  şeyləri  səndən  öyrənə  bilərdim. 

Amma  sən  elə  güman  edirsən  ki,  mən  sənə  kələk  gəlirəm. 

Nabat şəkərini deyirdin, mən axı başa düşdüm. Mən ki belə 

təntənə  ilə  danışıram,  deməli,  çalışdığım  öz  xeyrim  üçün 

deyil,  sənin  xeyrin  üçündür.  Buna  görə  də  məndən 

şübhələnmə, açıq danış, həqiqəti söylə... 

–  Sən  axı  nə  yaxşılıq  etmək  istəyirsən?  Masloboyev, 

mənə bax, sən niyə axı knyaz barəsində mənə bir söz demək 

istəmirsən? Bu mənə lazımdır. Bax, bu yaxşılıq olardı. 

– Knyaz barəsində? Hə... Yaxşı, lap açıq deyim... Mən 

indi səndən knyaz barəsində məlumat almaq istəyirəm. 

– Necə? 


– Deyim də. Qardaş, mən hiss etmişəm ki, o sənin işinə 

qarışır,  yeri  gəlmişkən  bunu  da  deyim  ki,  o  sənin  barəndə 

məndən  bəzi  şeylər  soruşdu.  Onun  bizim  tanış  olduğumuzu 

haradan öyrənməsi ilə sənin işin yoxdur. Ancaq bir şey var: 

downloaded from KitabYurdu.org



 

504 


sən  özünü  ondan  qoru,  əsas  məsələ  budur.  Bu  adam  xain 

İudadır, ondan da pisdir. Buna görə də elə ki gördüm o sənin 

işlərinə  əl  atır,  sənin  barəndə  narahat  oldum.  Axı  mən  heç 

bir  şey  bilmirəm,  bunun  üçün  də  səndən  xahiş  edirəm  ki, 

danış, mən də işdən xəbərdar olum. Bundan ötrü də səni bu 

gün  öz  yanıma  çağırmışam.  Dediyim  mühüm  məsələ  də, 

bax, budur, görürsən ki, açıq danışıram. 

– Sən, heç olmasa, mənə bir şey de, de görüm, axı mən 

özümü knyazdan niyə qorumalıyam? 

–  Yaxşı,  deyim.  Məndən,  qardaş,  ümumiyyətlə  başqa 

işlərdə istifadə edirlər. Özün bir fikirləş: adamlar mənə ona 

görə  inanıb  sirr  verirlər  ki,  mən  heyvərə  deyiləm.  İndi  axı 

bunu  mən  necə  açıb  sənə  deyə  bilərəm?  Əgər  mən  bunu 

ümumi şəkildə, lap ümumi desəm, məndən incimə. Bunu da 

ancaq  ona  görə  deyirəm  ki,  sən  onun  necə  alçaq  adam 

olduğunu görəsən. Yaxşı, indi əvvəl sən başla, öz işindən de. 

Mən  düşünərək  öz-özümə  dedim:  “Mənim  işimdə  elə 

bir şey yoxdur ki, onu Masloboyevdən gizlədim”. Nataşanın 

məsələsi gizli bir məsələ deyildi, hətta mən Masloboyevdən 

ona kömək edəcəyini də gözləyə bilərdim. Məlum şeydir ki, 

downloaded from KitabYurdu.org



 

505 


mən  danışarkən,  mümkün  qədər  bəzi  şeylərin  üstündən 

keçdim.  Masloboyev,  xüsusilə  knyaza  aid  olan  sözlərə 

diqqətlə  qulaq  asırdı,  çox  yerdə  mənim  sözümü  kəsir,  çox 

şeyi  təzədən  soruşurdu,  nəticədə  də  belə  oldu  ki,  məsələni 

mən  ona  çox  müfəssəl  danışmış  oldum.  Mən  yarım  saat 

danışdım. 

Masloboyev: 

– Bəli! O qız ağıllı qızdır! – dedi. – Bəlkə də o knyazın 

kələyini  çox  da  düzgün  başa  düşməmişdir,  amma  elə  bircə 

orası  yaxşıdır  ki,  ilk  addımdan  knyazı  tanımışdır,  onunla 

bütün əlaqəni kəsmişdir. Afərin sənə, Natalya Nikolayevna! 

Onun  sağlığına  içirəm  (Masloboyev  içdi.)!  Bu  işdə 

aldanmamaq üçün yalnız ağıl deyil, qəlb də lazımdır! Qəlbi 

onu aldanmağa qoymayıb. Məlum şeydir ki, o uduzmuşdur, 

knyaz  öz  sözünün  üstündə  dayanacaq,  Alyoşa  onu  atıb 

gedəcək.  İxmenevə  adamın  yazığı  gəlir,  bu  alçağa  on  min 

manat  verəcək!  Axı  onun  işindən  ötrü  kim  getmişdir,  kim 

çalışmışdır?  Yəqin  özü  olub!  Ax-x!  Bütün  bu  hirsli,  nəcib 

adamlar heç bir şeyə yaramırlar! Knyazla işi o cür aparmaq 

downloaded from KitabYurdu.org




 

506 


lazım deyildi. Mən İxmenevə elə bir vəkil tapardım ki... Ax-

x! – Masloboyev narazı halda əlini stola çırpdı. 

– İndi sən knyaz haqqında danış görək. 

– Sən elə knyazdan tutub durmusan. Onun haqqında nə 

deyim  axı?  Onun  adını  çəkdiyimə  də  peşman  olmuşam. 

Vanya,  mən  ancaq  sənə  xəbərdarlıq  etmək  istəyirdim  ki, 

özünü  o  alçaqdan  qoru.  Kim  ki  onunla  işə  girişir,  o, 

təhlükədən uzaq olmur. Bax, ayıq ol! Sənə deyəcəyim də elə 

budur. Sən elə güman edirdin ki, mən sənə çox qəribə sirlər 

açıb danışacağam... Elə, doğrudan da, görünür ki, sən roman 

yazansan!  Axı  əclaf  haqqında  nə  deyim?  Əclaf  əclafdır... 

Məsələn, onun bir  işi  haqqında sənə danışım, ancaq  mənim 

sözümdə nə yer, nə şəhər, nə də adam adı olacaq, yəni tarix 

göstərilməyəcək. Sən bilirsənmi ki, o hələ ilk cavanlığında, 

hələ dəftərxanada donluqla işləməyə məcbur olanda varlı bir 

tacir  arvadı  ilə  evlənir.  Bu  arvadla  o  çox  da  elə  nəzakətlə 

dolanmır,  hərçənd,  indi  məsələ  buna  aid  deyil,  ancaq, 

dostum Vanya, burasını da qeyd edim ki, o həmişə belə-belə 

pis işlər tutmağı xoşlayır. Bir əhvalat da söyləyim: o xaricə 

gedir. Orada... 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə