F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə101/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   97   98   99   100   101   102   103   104   ...   161

 

507 


–  Masloboyev,  dayan  görüm,  sən  hansını  deyirsən? 

Hansı ildə getdiyini? 

– Düz doxsan doqquz il üç ay bundan qabaq getdiyini 

deyirəm. Bəli, orada bir kişinin qızını tovlayıb Parisə aparır. 

Özü də gör necə eləyib?! Qızın atası, deyəsən, bir növ zavod 

sahibi imiş, ya da buna oxşar bir müəssisədə iştirak edirmiş. 

Düzünü bilmirəm. Mən ki bu şeyləri sənə danışıram, onu bil 

ki, başqa məsələlərdən özüm nəticə çıxarıb, özüm mülahizə 

edib  danışıram.  Knyaz  həmin  o  adamı  aldadır,  onunla  bir 

yerdə  həmin  müəssisəyə  girir.  Onu  lap  möhkəmcə  aldadır, 

ondan pul da alır. Məlum şeydir ki, bu aldığı pulun sənədləri 

qocada var imiş. Amma knyaz istəyirmiş ki, bu pulu ondan 

elə  alsın  ki,  sonra  daha  qaytarmasın,  yəni  bizim  dilimizcə 

desək, oğurlasın. Qocanın bir qızı var imiş, qız da çox gözəl 

qız imiş. Bu qıza ideal bir adam vurulubmuş, Şillerin qardaşı 

imiş, şair, həm də tacir imiş, cavan bir xəyalpərvər imiş, bir 

sözlə, xaliscə bir alman imiş, bir nəfər Feferkuxen... 

– Deməli, onun familiyası Feferkuxen imiş? 

– Bəlkə də heç Feferkuxen deyilmiş, kim bilir, məsələ 

bunda  deyil.  Məsələ  bundadır  ki, knyaz  o  qıza  yan  alır,  elə 

downloaded from KitabYurdu.org



 

508 


də yan alır ki, qız dəli kimi ona vurulur. Onda knyaza iki şey 

lazım  idi.  Birinci  bu  idi  ki,  qıza  sahib  olsun,  ikinci  də, 

qocadan aldığı pulun sənədlərini ələ keçirsin. Qocanın bütün 

açarları  qızında  imiş.  O  öz  qızını  dəlicəsinə  sevirmiş,  belə 

ki, onu ərə vermək istəmirmiş. Ciddi deyirəm. Qızını, almaq 

istəyən oğlanlara qısqanırmış, qızından necə ayrılacağını heç 

ağlına  sığışdıra  bilmirmiş,  hətta  Feferkuxeni  də  qovur, 

qəribə bir ingilis imiş… 

– İngilis? Bu əhvalat axı harada olub? 

– Mən elə-belə, müqayisə üçün, ingilis dedim, sən də o 

saat  yapışdın  bundan!  Bu  əhvalat  Santa-fe-de-Boqot 

şəhərində,  bəlkə  də  Krakovda  olub,  amma  lap  doğrusu, 

Nassau  fürstentumda,  (Knyazlığında  (alm.)  indi  razı 

qaldınmı? Bəli, knyaz qızı tovlayır, götürüb aparır, knyazın 

tələbi  ilə  qız  atasının  bəzi  sənədlərini  də  özü  ilə  götürür. 

Vanya,  görürsənmi,  belə  də  sevgi  olar!  Amma  qız,  heç 

bilirsən  necə  qız  imiş?  İsmətli,  nəcib,  yüksək  fikirli! 

Doğrudur,  bəlkə  də  onun  sənədlərdən  çox  da  elə  başı 

çıxmırmış.  O  ancaq  bir  şeyin  dərdini  çəkirmiş:  atası  onu 

qarğıyar!  Knyaz  buna  da  bir  yol  tapır:  qıza  rəsmi  olaraq 

downloaded from KitabYurdu.org



 

509 


qanuni  iltizamnamə  verir  ki,  səni  alacağam.  Bu  qayda  ilə 

onu  inandırır  ki,  indi  hələlik  elə-belə  gedərik,  bir  qədər 

gəzərik,  qocanın  hirsi  yatanda,  yenə  qayıdıb  onun  yanına 

gələrik, ancaq evlənib gələrik, üçlükdə həmişəlik yaşayarıq, 

xoş güzəran keçirərik, bir çox başqa şeylər də deyir. Qız ona 

qoşulub  qaçır,  atası  da  onu  qarğıyır,  özü  də  sınıq  çıxır. 

Qızının dalınca Parisə gedir, Frauenmilx də onunla. Hər şeyi 

atır, ticarəti də atır, qızını çox istəyirmiş. 

– Dayan! Bu Frauenmilx kimdir? 

– O da, adı da yadımdan çıxıb, hə, Feyerbaxı ey... Tfu, 

lənətə  gəlmiş,  Feferkuxeni  deyirəm!  Bəli,  məlum  şeydir  ki, 

knyaz  onunla  evlənə  bilməzdi,  qrafinya  Xlestova  buna  nə 

deyərdi,  baron  Pomoykin  bu  barədə  nə  fikir  söyləyərdi?! 

Deməli,  qızı  aldatmaq  lazım  idi.  Aldadır  da,  çox  da 

həyasızcasına  aldadır!  Əvvəl  budur  ki,  qızı  az  qalırmış  ki, 

döysün, ikincisi də, Feferkuxeni qəsdən öz yanına çağırır, o 

da  gəlməyə  başlayır,  gəlib  arvadın  dostu  olur;  bir  yerdə 

dərdləşərlərmiş,  axşamları  ikilikdə  oturub  öz  günlərinə 

ağlayarlarmış.  Feferkuxen  ona  təsəlli  verərmiş,  məlum 

şeydir  ki,  onlar  hər  ikisi  sadə  adamlarmış.  Knyaz  onları 

downloaded from KitabYurdu.org



 

510 


qəsdən  bir-birinə  calayırmış,  bir  dəfə  evə  gec  gəlir,  gəlib 

görür  ki,  onlar  bir  yerdə  oturublar.  Özündən  uydurur  ki, 

onların  arasında  yaxın  əlaqə  var,  deyir  ki,  öz  gözümlə 

gördüm.  İkisini  də  evdən  qovur,  özü  isə  müvəqqəti  olaraq 

Londona  gedir.  Arvad  hamilə  imiş,  evdən  qovulan  kimi  bir 

qızı olur... qız yox ey, oğlan doğur, bəli, oğlu olur. Adını da 

Volodka  qoyurlar.  Feferkuxen  də  onun  xaç  kirvəsi  olur. 

Arvad  Feferkuxenlə  çıxıb  gedir.  Feferkuxenin  bir  az  pulu 

varmış.  Onlar  İsveçrəni,  İtaliyanı  gəzirlər...  Yəni  bütün 

şairanə  yerlərdə,  o  ki  lazımdı,  olurlar.  Arvad  həmişə 

ağlayırmış,  Feferkuxen  də  sızıldayırmış,  bu  qayda  ilə  bir 

neçə  il  keçir,  qız  da  böyüyür.  Knyazın  işi  lap  yaxşı  olardı, 

ancaq bircə  şey  olmasaydı: o  boynuna  götürdüyü  evlənmək 

iltizamnaməsini  arvaddan  geri  ala  bilmir.  Gedəndə  arvad 

ona  deyir:  “Sən  alçaq  adamsan.  Sən  mənim  var-yoxumu 

oğurladın,  ismətimi  əlimdən  aldın,  məni  biabır  elədin,  indi 

də  məni  atırsan.  Əlvida!  Amma  iltizamnaməni  sənə 

verməyəcəyəm.  Ona  görə  yox  ki,  bir  gün  sənə  ərə  getmək 

istəyəcəyəm,  yox,  ona  görə  verməyəcəyəm  ki,  sən  bu 

sənəddən  qorxursan.  Ona  görə  də  qoy  bu  həmişə  mənim 

downloaded from KitabYurdu.org



 

511 


əlimdə olsun!” Bir sözlə, əsib-coşur, amma knyaz sakit olur. 

Ümumiyyətlə,  bu  cür  əclaf  adamlar  üçün  yüksək  fikirli 

şəxslərlə  üz-üzə  gəlmək  çox  əlverişlidir.  Bu  şəxslər  son 

dərəcə nəcib olduqlarından, onları aldatmaq çox asandır. Bir 

də ki, bu şəxslər, mümkün olan yerdə, öz işləri üçün qanuna 

əməli surətdə əl atmaq əvəzinə, həmişə yüksək və nəcibanə 

bir  həqarətlə  işdən  əl  çəkirlər.  Lap  elə  bu  arvadı  götür: 

sənədi  özündə  saxlasa  da,  məğruranə  bir  həqarətlə  işdən  əl 

çəkmişdir.  Axı  knyaz  bilirdi  ki,  o  özünü  asar,  amma  bu 

sənədi  işə  salmaz, buna  görə də  müəyyən  vaxta qədər  sakit 

idi.  Hərçənd,  arvad  bu  alçaq  adamın  üzünə  tüpürür,  ancaq 

Volodka  ilə  tək  qalır,  o  ölsəydi,  Volodka  necə  olacaqdı? 

Lakin  bu  barədə  fikirləşən  yox  idi. Bruderşaft  da ona  ürək-

dirək  verirdi,  bu  barədə  fikirləşmirdi,  Şilleri  oxuyurdular. 

Axırda Bruderşaft nədənsə zəifləyib öldü... 

– Yəni, Feferkuxen? 

– Hə də, onu görüm gorbagor olsun! Amma arvad... 

– Dayan! Onlar neçə il gəzib-dolanıblar? 

– Düz ikicə yüz il! Sonra arvad Krakova qayıdır. Atası 

onu  qəbul  etmir,  onu  qarğıyır,  o  da  ölüb  gedir,  knyaz  da 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə