F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə102/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   98   99   100   101   102   103   104   105   ...   161

 

512 


bundan  son  dərəcə  sevinir.  Bəli,  az  getdik,  üz  getdik,  dərə, 

təpə,  düz  getdik,  gəlib  çatdıq  mənzilə,  nə  zamandır,  nə 

məkan, iki qoz bir girdəkan... Vanya qardaş, içək! 

–  Masloboyev,  mənə  elə  gəlir  ki,  sən  bu  işdən  ötrü 

onun xeyrinə çalışırsan... 

– Sən mütləq bunu bilmək istəyirsən? 

–  Ancaq  bunu  başa  düşə  bilmirəm  ki,  sən  bu  işdə 

knyaza necə kömək edə bilərsən? 

–  Bilirsənmi,  o  arvad  on  ildən  sonra  başqa  bir  ad 

altında  Madridə  qayıdır,  qayıdan  kimi  də,  knyaz  gərək 

biləydi  ki,  Bruderşaft  necə  oldu,  qoca  necə  oldu,  arvad 

doğrudanmı  qayıdıb  gəlmişdir,  uşaq  necə  oldu,  o  dururmu, 

ölübmü, bir kağız-zad varmı və ilaxır... Bir də ki, gərək bəzi 

başqa  şeyləri  də  biləydi.  Knyaz  çox  pis  adamdır.  Vanya, 

özünü ondan gözlə! Ancaq Masloboyev barəsində başqa bir 

fikirdə ol, heç vaxt ona əclaf demə! O əclaf da olsa (məncə 

əclaf  olmayan  adam  yoxdur!),  bəli,  o  əclaf  da  olsa,  sənin 

əleyhinə olmaz. Mən bərk kefliyəm, ancaq qulaq as: gecmi 

ya  tezmi  olsun,  indimi,  ya  gələn  ilmi  olsun,  əgər  sənə  elə 

gəlsə  ki,  mən  sənin  barəndə,  hansı  bir  işdə  olursa  olsun, 

downloaded from KitabYurdu.org



 

513 


kələk  işlətmişəm  (özü  də  xahiş  edirəm,  bu  sözü  unutma  – 

kələk  işlətmişəm),  onda  bil  ki,  mən  bunu  pis  niyyətlə 

etməmişəm.  Masloboyev  sənə  göz  qoyur.  Buna  görə  də 

şübhələrə  inanma,  yaxşısı  budur ki, gəl, Masloboyevin özü 

ilə  açıqca  danış,  ürəyini  aç  de,  yaxşı,  indi  içmək 

istəyirsənmi? 

– Yox. 

– Yemək necə? 



– Yox, qardaş, bağışla... 

–  Onda  cəhənnəm  ol,  doqquza  on  beş  dəqiqə  qalıb, 

tələsirsən. Sənin getmək vaxtındır. 

Aleksandr  Semyonovna,  az  qala,  ağlaya-ağlaya, 

bərkdən dedi: 

– Necə? İçib keflənmisən, indi də qonağı qovursan? Bu 

həmişə belədir! Ah, utanmaz! 

–  Piyadadan  atlıya  yoldaş  ola  bilməz!  Aleksandra 

Semyonovna,  biz  bir  yerdə  qalırıq,  bir-birimizi  sevəcəyik. 

Amma bu generaldır! Yox, Vanya, yalan dedim, sən general 

deyilsən,  amma  mən  alçağam!  Bax  gör,  indi  mən  nəyə 

downloaded from KitabYurdu.org




 

514 


oxşayıram?  Sənin  yanında  mən  nəyəm?  Vanya,  məni 

bağışla, məni qınama, qoy ürəyimi açıb töküm... 

O  məni qucaqladı, yaş gözlərindən sel  kimi  axdı.  Mən 

getməyə hazırlaşdım. 

Aleksandra  Semyonovna  böyük  bir  müsibət  içində 

deyirdi: 

– Ah, ilahi! Axşam yeməyi də hazırlamışam. Bəs onda 

cümə günü gələcəksinizmi? 

–  Aleksandra  Semyonovna,  gələcəyəm,  vallah, 

gələcəyəm! 

–  Bəlkə  siz  onun  belə  olmasından...  kefli  olmasından 

iyrənirsiniz...  İvan  Petroviç,  iyrənməyin,  o  çox  yaxşı 

adamdır,  xeyirxah  adamdır,  o  sizi  çox  istəyir!  O  mənə 

həmişə  sizdən  danışır!  Sizin  kitablarınızı  da  qəsdən  mənim 

üçün alıb, mən hələ oxumamışam, sabah başlayacağam. Siz 

gələndə  mənim  üçün  çox  yaxşı  olacaq!  Mən  heç  kəsi 

görmürəm, heç kəs gəlib bizimlə oturmur, bizim hər şeyimiz 

var,  amma  tək  qalmışıq.  İndi  mən  oturub  sizin  danışığınıza 

qulaq asırdım, nə yaxşı idi... Deməli, cümə günü gəlirsiniz... 

 

downloaded from KitabYurdu.org




 

515 


downloaded from KitabYurdu.org


 

516 


VII FƏSİL 

 

Mən  tələsə-tələsə  evə  gedirdim.  Masloboyevin  sözləri 



məni son dərəcə heyrətə salmışdı. Allah bilir, mənim ağlıma 

nələr gəlirdi... Evə çatanda, elə bil qəsdən, bir hadisəyə rast 

gəldim, bu məni elektrik maşını zərbəsi kimi sarsıtdı. 

Yaşadığım  evin  darvazası  qarşısında  fənər  vardı.  Mən 

darvazaya  yaxınlaşanda,  birdən  fənərin  dibindən  qəribə  bir 

şey üstümə cumdu, belə ki, mən hətta diksinib çığırdım da. 

O  nədənsə  qorxmuşdu,  tir-tir  əsirdi,  özü  də  dəli  kimi  idi, 

qışqıraraq  mənim  qollarımdan  bərk-bərk  tutdu.  Bu  –  Nelli 

idi! 

Çığırdım ki: 



– Nelli! Sənə nə olub? Burda nə eləyirsən? 

– O... orda, yuxarıda... oturub... bizdə... 

– Kim oturub? Gedək, bir yerdə gedək. 

–  Mən  getmirəm,  getmirəm!  Mən  gözləyərəm,  o 

gedənə kimi... dəhlizdə... getmirəm! 

downloaded from KitabYurdu.org




 

517 


Mən  qəribə  bir  hiss  ilə  yuxarı  qalxdım,  qapını  açanda 

knyazı gördüm. O, stolun yanında oturub roman oxuyurdu. 

Oxumasa da, hər halda, kitab onun qarşısında açıq idi. 

O sevinərək dedi: 

– İvan Petroviç! Nəhayət, siz gəlib çıxdınız, mən buna 

çox  şadam.  İndicə  istəyirdim  ki,  durub  gedim.  Bir  saatdan 

çoxdur  ki,  sizi  gözləyirəm.  Qrafinya  israr  edərək,  təkidlə 

xahiş  etmişdir,  mən  də  söz  vermişəm  ki,  bu  axşam  gərək 

sizinlə  bərabər  onun  yanına  gedək.  O  çox  xahiş  edir,  çox-

çox  arzu  edir  ki,  sizinlə  tanış  olsun!  Siz  axı  mənə  vəd 

etmişdiniz,  mən  də  belə  düşündüm  ki,  nə  qədər  ki  siz  hələ 

evdən çıxmamısınız, özüm bir az tez sizə gəlim, sizi özümlə 

bərabər  getməyə  dəvət  edim.  İndi  mənim  vəziyyətimi 

təsəvvür edin: gəlirəm, sizin qulluqçunuz mənə deyir ki, siz 

evdə  yoxsunuz.  Qaldım  belə,  nə  edim  axı?!  Mən  axı 

qrafinyaya söz vermişəm ki, sizi onun yanına aparım, buna 

görə  də  oturub  sizi  gözləməyə  başladım,  dedim  ki,  on  beş 

dəqiqə  gözləyərəm.  Bu  da  on  beş  dəqiqə:  sizin  romanınızı 

açıb  oxumağa  başladım.  İvan  Petroviç!  Bu  ki  ideal  bir 

əsərdir! Görünür, sizi başa düşmürlər! Siz mənim gözümdən 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə