F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə103/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   99   100   101   102   103   104   105   106   ...   161

 

518 


yaş  çıxartdınız,  məni  ağlatdınız,  amma  mən  hələm-hələm 

ağlamaram... 

– Deməli, siz istəyirsiniz ki, mən sizinlə gedim? Etiraf 

edirəm  ki,  indi  mən  heç  də  getməyin  əleyhinə  deyiləm, 

ancaq... 

–  Siz  Allah,  gedək!  Getməsəniz,  mən  necə  olaram? 

Mən axı sizi saat yarım gözləmişəm!.. Bir də ki, mən sizinlə 

elə söhbət etmək  istəyirəm, elə  söhbət  etmək  istəyirəm  ki... 

Siz  bilirsiniz  nə  barədə...  Siz  bütün  bu  işləri  məndən  yaxşı 

bilirsiniz...  Biz  bəlkə  də  bir  şey  həll  etdik,  bir  nəticəyə 

gəldik, bir fikirləşin! Siz Allah, rədd etməyin! 

Düşündüm  ki,  hər  halda,  gec-tez  mən  gərək  onlara 

gedəm. Tutaq ki, Nataşa indi təkdir, mən ona lazımam, axı o 

özü  mənə  tapşırıb  ki,  mümkün  qədər  tez  gedib  Katya  ilə 

tanış olum. Bir də ki, Alyoşa da bəlkə ordadır. Mən bilirdim 

ki, Katyadan məlumat gətirməyincə Nataşa rahat olmayacaq, 

buna görə də qət etdim ki, gedim. Ancaq Nelli məni narahat 

edirdi. 


Knyaza: 

– Bir az gözləyin, gəlirəm, – deyib pilləkənə çıxdım. 

downloaded from KitabYurdu.org



 

519 


Nelli orada qaranlıq bucaqda durmuşdu. 

– Nelli, sən niyə gəlmək istəmirsən? O sənə nə elədi? 

Səninlə nə danışdı? 

– Heç bir şey... Mən getmirəm, getmirəm... – deyərək 

əvvəlki sözünü təkrar etdi. – Mən qorxuram... 

Nə  qədər  çalışdımsa,  xahiş  etdimsə,  yola  gəlmədi. 

Axırda onunla belə şərtləşdik ki, mən knyazla otaqdan çıxan 

kimi o, içəri girib qapını kilidləsin. 

–  Nelli,  nə  qədər  xahiş  eləsələr  də,  heç  kəsi  içəri 

buraxma. 

– Siz onunla gedirsiniz? 

– Onunla gedirəm. 

Nelli  titrəyərək  mənim  əllərimdən  tutdu,  elə  bil  ki, 

mənim  getməməyimi  xahiş  etmək  istəyirdi.  Ancaq  bircə 

kəlmə  də  demədi.  Mən  bu  qərara  gəldim  ki,  sabah  bu 

əhvalatı ondan müfəssəl surətdə soruşum. 

Knyazdan  üzr  istəyib  geyinməyə  başladım.  O  məni 

inandırmağa  başladı  ki,  ora  getmək  üçün  heç  də  şıq 

geyinmək, bəzək-düzək lazım deyil. Sonra  məni şübhəli bir 

nəzərlə başdan-ayağa süzərək əlavə etdi: “Bir az elə təzə şey 

downloaded from KitabYurdu.org



 

520 


oldu – kifayətdir! Bilirsinizmi, hər halda bu kübar ənənələri 

vardır... Axı onlardan tamamilə yaxa qurtarmaq olmaz”. – O 

mənim  frak  geyindiyimi  görüb  məmnun  qaldı,  sözünü  belə 

tamamladı:  “Belə  gözəl  şeyə  siz  uzun  zaman  bizim  kübar 

cəmiyyətində rast gələ bilməzsiniz”. 

Biz  evdən  çıxdıq.  Lakin  mən  onu  pilləkəndə  qoyub 

otağa girdim, Nelli də yavaşca içəri girmişdi. Mən bir daha 

onunla  xudahafizləşdim.  O,  ağır  həyəcan  içində  idi.  Üzü 

göyərmişdi.  Onun  vəziyyəti  məni  qorxudurdu,  mən 

gedirdimsə də, ürəyim onun yanında qalırdı. 

Knyaz pilləkəndən düşə-düşə mənə deyirdi: 

–  Sizin bu  qulluqçunuz  nə  qəribə  qızdır.  O  balaca qız 

sizin qulluqçunuz deyilmi? 

– Xeyr... o elə-belə... hələlik mənim yanımda yaşayır. 

– Qəribə qızdır. Mən əminəm ki, o dəlidir. Bir təsəvvür 

edin:  əvvəl  mənə  yaxşı  cavab  verirdi,  lakin  mənə  diqqətlə 

baxdıqdan  sonra  üstümə  cumdu,  çığırdı,  bədəni  tir-tir  əsdi, 

məni  qamarladı...  Nəsə  demək  istəyirdi,  deyə  bilmirdi. 

Düzü,  qorxdum,  istədim  durum  qaçım,  amma  şükür  olsun 

downloaded from KitabYurdu.org




 

521 


Allaha ki, özü məni buraxıb qaçdı. Mən buna heyrət etdim. 

Siz onunla necə yaşayırsınız? 

– Onun ürəkgetməsi var, – dedim. 

– Hə, belə de! Əgər onun ürəkgetməsi varsa... onda bu 

şeylər çox da təəccüblü deyildir. 

Elə  o  saat  ağlıma  belə  bir  şey  gəldi:  dünən 

Masloboyevin, bilə-bilə  ki,  mən  evdə  yoxam,  bizə  gəlməsi, 

mənim 


bu  gün  Masloboyevin  yanına  getməyim, 

Masloboyevin  bu  gün  sərxoş  halda,  istəmədən  danışdığı 

əhvalat,  saat  yeddidə  məni  evinə  dəvət  etməsi,  mənə  kələk 

gəlmədiyinə  məni  inandırmaq  istəməsi,  knyazın,  bəlkə  də 

bilə-bilə  ki,  mən  Masloboyevgildəyəm,  məni  saat  yarım 

gözləməsi,  Nellinin qaçıb küçəyə  çıxması  –  bütün  bunların 

arasında  müəyyən  əlaqə  vardı.  Bu  şeylər  haqqında 

düşünmək lazım idi. 

Knyazın  faytonu  darvazanın  qarşısında  dayanmışdı. 

Biz minib yola düşdük. 

 

downloaded from KitabYurdu.org




 

522 


VIII FƏSİL 

 

Torqovi körpüsünə getmək lazım idi, bu da çox uzaqda 



deyildi.  Əvvəl  hər  ikimiz  susurduq.  Mən  düşünərək  öz-

özümə  deyirdim:  “O  mənimlə  necə  danışmağa  başlayacaq? 

Mənə  elə  gəlirdi  ki,  o  məni  yoxlayacaq,  bəzi  məsələlər 

haqqında  mənim  fikrimi  bilməyə,  məndən  söz  almağa 

çalışacaq”. Lakin o hiyləsiz-filansız, doğrudan-doğruya sözə 

başladı: 

–  İvan  Petroviç,  indi  məni  bir  məsələ  son  dərəcə 

narahat  edir:  mən  hər  şeydən  əvvəl,  bu  barədə  sizinlə 

danışmaq  istəyirəm,  sizdən  xahiş  etmək  istəyirəm  ki,  öz 

məsləhətinizi,  mənə  söyləyəsiniz.  Mən  çoxdan  qərara 

almışam  ki,  məhkəmədə  udduğum  məsələdən  əl  çəkim, 

mübahisəli  olan  on  min  manatı  İxmenevə  qaytarım.  Mən 

bunu necə edim? 

Mənim  fikrimdən  belə  bir  şey  keçdi:  “Heç  ola  bilməz 

ki, sən necə edəcəyini bilməyəsən. Olmaya, məni ələ salmaq 

istəyirsən?” 

Mən mümkün qədər sadəlövhlüklə dedim: 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə