F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə104/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   100   101   102   103   104   105   106   107   ...   161

 

523 


– Knyaz, necə edəcəyinizi mən bilmirəm. Amma başqa 

bir  məsələ  haqqında,  yəni  Natalya  Nikolayevnaya  aid  olan 

məsələ  haqqında  mən  sizə,  bizim  hamımıza  lazım  olan 

məlumatı  verə  bilərəm,  lakin  sizin  dediyinizi  siz,  əlbəttə, 

məndən çox yaxşı bilirsiniz. 

–  Yox,  yox,  əlbəttə  yaxşı  bilmirəm.  Siz  onlarla 

tanışsınız,  bəlkə  də  Natalya  Nikolayevna  özü  bu  barədə 

fikrini  bir  neçə  dəfə  sizə  söyləmişdir,  bu  isə  mənim  üçün 

əsasdır.  Siz  mənə  çox  kömək  edə  bilərsiniz,  bu  son  dərəcə 

çətin  işdir.  Mən  bu  pulu  ona  qaytarmağa  hazıram,  hətta 

mütləq  qaytarardım,  baxmazdım  ki,  o  biri  məsələlər  necə 

qurtaracaq,  başa  düşürsünüzmü?  Ancaq  bunu  mən  necə 

edim, məsələ bundadır! Qoca İxmenev, lovğadır, inaddır, bu 

yaxşılığımın qarşılığında hələ bir məni təhqir də edər, pulu 

mənim üstümə tolazlayar... 

– Yaxşı, icazə verin, bu pulu siz necə hesab edirsiniz: 

özünüzünkü, ya onunku? 

– Məhkəmədə mən udmuşam, deməli, mənimdir. 

– Bəs vicdanınız buna nə deyir? 

downloaded from KitabYurdu.org




 

524 


Mənim,  ağına-bozuna  baxmadan verdiyim  bu  sual  ona 

bir qədər toxundu: 

– Əlbəttə, özümünkü hesab edirəm. Amma deyəsən, bu 

məsələnin bütün mahiyyətindən sizin xəbəriniz yoxdur. Mən 

qocanı bilə-bilə məni aldatmaqda müqəssir görmürəm, etiraf 

edirəm  ki,  heç  vaxt  da  onu  bu  cəhətdən  müqəssir 

görməmişəm. Bu hala düşməsində o özü müqəssirdir. O bu 

cəhətdən  müqəssirdir  ki,  ona  tapşırılan  işə  lazımi  diqqət 

yetirməmiş,  can  yandırmamış  və  etinasızlıq  göstərmişdir. 

Bizim  də  əvvəlki  şərtimizə  görə,  bu  işlərdən  bəzisinə  o 

cavab verməli idi. Amma bilirsinizmi, məsələ hətta bunda da 

deyil, məsələ bizim dalaşmağımızdadır, o zaman bir-birimizi 

təhqir 

etməyimizdədir, 



sözün 

qısası, 


bir-birimizin 

heysiyyətinə  toxunmağımızdadır.  Mən  bəlkə  də  onda,  bu 

murdar  on  minə  heç  əhəmiyyət  verməzdim,  lakin  o  zaman 

bütün  bu  işin  nədən,  necə  baş  verdiyi,  əlbəttə,  sizə 

məlumdur.  Boynuma  alıram  ki,  mən  vasvası  olmuşam, 

haqsız  olmuşam  (yəni  onda  haqsız  olmuşam),  lakin  bunu 

özümdə  hiss  etməmişəm,  onun  kobud  hərəkətləri  məni 

təhqir  etmiş,  mən  acıqlanmışam,  acıqlı  olduğum  üçün  də 

downloaded from KitabYurdu.org



 

525 


güzəştə  getmək  istəməmişəm,  işi  məhkəməyə  vermişəm. 

Bəlkə də siz bunu çox da nəcib bir hərəkət hesab etmədiniz. 

Mən  özümü  təmizə  çıxarmaq  istəmirəm,  ancaq  bunu  qeyd 

edim  ki,  hiddət,  xüsusilə,  təhqir  olunmuş  heysiyyət  hələ 

nəcibliyin olmadığını göstərmir. Bu, təbii, insani bir şeydir, 

etiraf  edirəm,  təkrar  edirəm  ki,  mən  axı  İxmenevi,  demək 

olar  ki,  heç  tanımırdım.  Alyoşa  ilə  onun qızı  arasında  olan 

dedi-qodulara  tamamilə  inanırdım,  buna  görə  də  onun 

qəsdən pul  oğurlamasına inana bilərdim...  İndi  bunu  kənara 

qoyaq. Bu saat  əsas məsələ budur: indi mən nə etməliyəm? 

Puldan  əl  çəkməliyəm,  amma  mən  pulu  verəndə  desəm  ki, 

indi də mən öz iddiamda haqlıyam, onda belə çıxar ki, pulu 

mən  ona  bağışlayıram.  Siz  Natalya  Nikolayevna  ilə  olan 

vəziyyəti də buna əlavə edin, görün nə olar... O mütləq pulu 

mənim üstümə tolazlayar... 

– Bax, görürsünüzmü, özünüz deyirsiniz ki, tolazlayar, 

deməli,  siz  onu  düz  adam  hesab  edirsiniz,  buna  görə  də 

tamamilə  əmin  ola  bilərsiniz  ki,  o  sizin  pulunuzu 

oğurlamamışdır.  Əgər  belədirsə,  onda  nə  üçün  siz  onun 

yanına  getməyəsiniz,  açıqca  deməyəsiniz  ki,  mən  iddiamı 

downloaded from KitabYurdu.org



 

526 


qanuni  hesab  etmirəm?  Bax,  bu  nəcib  bir  hərəkət  olardı, 

onda  İxmenev  bəlkə  də  öz  pulunu  götürməkdə  çətinlik 

çəkməzdi. 

–  Bəli...  öz  pulunu...  Məsələ  də  elə  bundadır,  siz  axı 

mənə  nə  demək  istəyirsiniz?  Gedim  ona  söyləyim  ki,  öz 

iddiamı  qeyri-qanuni  hesab  edirəm?  Onda  hamı  gözümün 

içinə deyər ki, əgər sən bilirdin ki, qeyri-qanuni iş tutursan, 

bəs  niyə  edirdin?  Amma  mən  buna  layiq  deyiləm,  çünki 

qanuni  iş  tuturdum.  Mən  heç  yerdə  deməmişəm,  heç  kəsə 

yazmamışam ki, o mənim pulumu oğurlayıb, lakin mən indi 

də  əminəm  ki,  o,  diqqətsiz  olmuş,  ağıllı  hərəkət  etməmiş, 

işin öhdəsindən gələ bilməmişdir. Bu pul mütləq mənimdir, 

ona görə də öz-özümə şər atmaq mənim üçün çox ağır olar. 

Bir  də  ki,  yenə  təkrar  edirəm:  qoca  rəncidə  olmaqda  özü 

müqəssirdir,  amma  siz  məni  məcbur  edirsiniz  ki,  gedim 

bunun üstündə  mən  ondan  üzr  istəyim,  bu  isə  mənim  üçün 

ağır olar. 

–  Mənə  elə  gəlir  ki,  əgər  iki  adam  barışmaq  istəyirsə, 

onda... 

– Siz elə bilirsiniz ki, bu asan şeydir? 

downloaded from KitabYurdu.org



 

527 


– Bəli, asan şeydir. 

– Yox, bəzən bu heç də asan olmur, xüsusilə, o zaman 

ki... 

–  Xüsusilə,  o  zaman  ki,  başqa  məsələlər  də  bununla 



əlaqədardır.  Knyaz,  bu  barədə  mən  sizinlə  razılaşıram. 

Natalya  Nikolayevnanın,  sizin  oğlunuzun  məsələsi,  hansı 

cəhətdən ki sizdən asılıdır, siz onları həll etməlisiniz, özü də 

İxmenevləri  tamamilə  təmin  edəcək  bir  şəkildə  həll 

etməlisiniz. Ancaq o zaman siz məhkəmənin qərarı haqqında 

İxmenevlə  tamamilə  səmimi  danışa  bilərsiniz.  Amma  indi 

sizin aranızda hələ heç bir şey həll olunmamışdır, buna görə 

də  sizin  üçün  ancaq  bir  yol  var:  iddianızın  düzgün 

olmamasını  etiraf  etmək,  özü  də  açıq,  hətta  lazım  olsa, 

camaat  qarşısında  etiraf  etmək,  mənim  fikrim  budur!  Mən 

öz fikrimi sizə açıq deyirəm, ona görə açıq deyirəm ki, siz 

özünüz mənim fikrimi bilmək istədiniz, yəqin ki, sizə kələk 

gəlməyimi  arzu  etmirdiniz.  Bu  özü  mənə  cəsarət  verir  ki, 

sizdən  bir  şey  soruşum:  niyə  siz  bu  pulu  İxmenevə  vermək 

barəsində  narahat  olursunuz?  Əgər  siz  özünüzü  bu 

iddianızda  haqlı  hesab  edirsinizsə,  onda  pulu  niyə  ona 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə